SAATLI
REGİONUN GÖZƏL ŞƏHƏRİ
(əvvəli
ötən sayımızda)
Saatlı rayon icra hakimiyyəti başçısının Gomuşlu kəndi üzrə icra nümayəndəsi Rizvan Gülüş oğlu Mirzəyev də belə təəssübkeşlərdən biridir. Ən müxtəlif mövzularda belə söhbət etməyə hazır olan icra nümayəndəsi Saatlı rayon iqtisadi inkişafından, sosial şəraitindən danışmağı daha üstün tutur:
- Yox, elə təəssürat
yaranmasın ki, mən vəzifəli şəxs olduğum
üçün ancaq fərəhləndirici rəqəmlərdən
danışacağam. Bu qətiyyən belə deyil. Əvvələn
mən bu rayonda doğulumşam, ikincisi də mənim dediklərim
rayon iqtisadiyyatının rəsmi rəqəmləri olmaqla bərabər,
həm də bizim həyat göstəricimizdir.
2012-ci ilin 9 ayı ərzində
istehsalımız 16.2 faiz artaraq 172,8 min manat olmuşdur. Bu rəqəmdə
qeyri-dövlət sektorunun payı 86 faizdir.
Rayonumuzdakı abadlıq işlərini
şərh etməyə ehtiyac yoxdur, bunlar göz önündədir.
Rəqəmlərin dili ilə desək, Saatlı şəhərinin
küçələrinə, meydanlarına, dalanlarına 17
min kv. metr asfalt vurulmuşdur. 47 min 300 kilometr sahəsi ilə
qum-çınqıl materialı ilə təmin edilmişdir.
Heydər Əliyev prospekti boyunca köhnə istinad
divarları sökülmüş və yenilənmişdir.
2100 kv.metr sahəyə üzlük bəzək piltələri
döşənmişdir. Heydər Əliyev parkına 100 ədəd,
Heydər Əliyev prospektinə, Cəfər Cabbarlı küçələrinə
82 ədəd işıq dirəkləri qoyulmaqla müasirləşdirilmişdir.
Saatlı-Musalı-Mərzəli
avtomobil yolunun Araz çayı üzərindən keçən
hissəsi rayon rəhbərliyinin təşəbbüsü
ilə "Azərkörpü" ASC tərəfindən təmir
edilmişdir.
Rayon iqtisadiyyatının əsasını
təşkil edən kənd təsərrüfatında bir
sıra uğurlar qazanmışıq. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 293 min manat güzəştli
kredit verilmişdir.
2012-ci ilin 9 ayında Saatlı
rayonu ərazisində 5647 ha sahədə pambıq əkilməsi
üçün razılığa gəlinmişdir. 1 oktyabr
2012-ci il tarixə kimi pambıq zavodları 6515 ton pambıq tədarük
etmişlər. Əlavə olaraq bildirim ki, ilin axırına
3 ay qalmış müddətə qədər rayonumuz diri
çəkidə 5885 ton ət, 32360 ton süd, 5 milyon 292 min ədəd
yumurta istehsal etmişdir.
Rayonda iribuynuzlu mal-qaranın
sayı 66783 baş, xırdabuynuzluların sayı isə 100
min 809 baş olmuşdur.
Rayonumuzun ərazisindəki əkin
altında olan torpaqların vaxtaşırı
suvarılmasını təmin etmək məqsədi ilə
2012-ci ilin 9 ayında 237.8 kilometr kollektor-derenajlar 668 min kub metr
lildən təmizlənmişdir. 120 ədəd hidromexaniki
qurğu, 6 istehsalat binası, 6 nasos stansiyası təmin
edilmişdir.
Sonda bir şeyi də qeyd etmək
lazımdır ki, 2010-cu ildə Kür və Araz
çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətin aradan
qaldırılması üçün ölkə prezidenti əlavə
tədbirlərdən ötrü 29 mart 2012-ci ildə sərəncam
imzalamışdır. Bu sərəncama əsasən Fövqəladə
Hallar Nazirliyi yerlərdə tədbirlər həyata
keçirir.
Axırda icra nümayəndəsi əlavə
etdi ki, rayonun ümumi-iqtisadi inkişafı həm də hər
bir vətəndaşdan asılıdır.
Təhsilin
inkişafı ümumi uğurun
nəticəsidir
Saatlı rayonunun uğurlarına sevinən insanlardan biri də rayon təhsilində uzun
müddət xüsusi çalışan
Bəylər kənd ümumi orta məktəbinin direktoru
Zakir Məhəmməd oğlu
Əmişovdur. Təhsilin son
nailiyyətlərini başçılıq etidiyi
kollektivdə tətbiq edən Zakir müəllim
20 ildən çoxdur məhz bu yöndə öz əməyini
əsirgəmir. Çalışır ki,
hər bir saatlılı cəmiyyətin
inkişafında öncül yerlərdə
olsun:
- Millətin, dövlətin
inkişafı bugünkü gənclərdən
asılıdır. Ona görə də hamımız məhz
bu istiqamətdə çox ciddi
çalışmalıyıq. Saatlı rayon təhsil
işçiləri son illərdə az uğur
qazanmamışıdır. İstər buraxılış
imtahanlarında, istərsə də ali məktəblərə
qəbul imtahanlarında uğurlarımız son vaxtlar kifayət
qədərdir. Yaxşı təhsil almaq üçün
yaxşı şəraitin olması vacib şərtlərdən
biridir. 2012-ci ilin 9 ayı ərzində Saatlı Təhsil
Şöbəsi bir sıra uğurlu layihələrə imza
atmışdır. Belə ki, təhsil müəssisələrinin
tikintisi və əsaslı təmiri istiqamətində Arif
Ağayev adına 80 şagird üçün Sarıcalar kənd
ümumi orta məktəb binası, Mehman Ağayev adına 180
şagird üçün Saatlı şəhər 2 saylı
ümumi orta məktəb binası, Əyyub Quliyev adına 120
şagird üçün Geniş kənd ümumi məktəb
binası artıq istifadəyə verilmişdir. Tofiq
İsmayılov adına 547 şagir üçün Mircəlalkənd
tam orta məktəb binasının bərpa edilib gücləndirilməsi,
Saatlı şəhərindəki 90 yerlik uşaq
bağçası körpələr evinin əsaslı surətdə
bərpa edilməsi sona çatdırılmışdır.
Hazırda Arif Çoxayevin adını daşıyan 1176
şagirdə hesablanmış Fətəlikənd tam orta məktəb
binasının bərpa edilməsi, M.Əzizbəyov adına
1050 şagird üçün nəzərdə tutulmuş
Saatlı şəhər 2 saylı tam orta məktəbdə əsaslı
təmir işləri aparılır.
Əliabad kəndində 180
şagirdə, Qıraqlı kəndində 220 şagirdə
hesablanmış orta məktəb binalarının
inşasına başlamışıq. Yaxın günlərdə
isə Fətəlikənddəki uşaq bağçası
və körpələr evində bərpa-gücləndirmə
işlərinə başlayacağıq.
Prezidentimiz İlham Əliyevin
açılışda iştirak etdiyi Şahmat Məktəbinin
şagirdlərimizin ümumi intellektinin inkişafında
böyük rolu olacaq. Çünki belə gözəl şəraitdə
olan məktəbdə yaxşı nəticə əldə
etməmək özü günahdır.
Bəylər kənd ümumi orta məktəbin
direktoru sonda qeyd etdi ki, bu uğurların əldə edilməsində
Saatlı rayon rəhbərliyinin, Təhsil Şöbəsinin
əməyi xüsusidir.
Bu yazıda Saatlı rayonu
haqqında bəzi məqamlara toxundum. Əminəm ki, gələcəkdə
bu səpkili yazılar daha çox olacaq.
Səxavət
MƏMMƏDLİ
Ədalət.-2012.-20
noyabr.-S.5.