AYRI
DÜŞMÜŞƏM
ƏZİZ MUSA
Arzular, istəklər
saralıb, solub,
Yolumdan, izimdən ayrı
düşmüşəm.
Olanım,
qalanım yadlara qalıb,
Canımdan,
gözümdən ayrı düşmüşəm.
Keçdi
dərd içində ömrümün çoxu,
Sancıldı
sinəmə həsrətin oxu.
Nə
gecəm gecədi, nə yuxum yuxu,
Nurlu
gündüzümdən ayrı düşmüşəm.
Sevinc
gətirərdi yurdun səhəri,
Yığardım
gözümə gözəllikləri.
O
bağlar, bağçalar gedəndən bəri,
Nəğməmdən,
sözümdən ayrı düşmüşəm.
Qəlbim
qan ağlayır deyib, gülmürəm,
Nə
yerə, nə göyə sığa bilmirəm.
Fikrimi
bir yerə yığa bilmirəm
Özüm
də özümdən ayrı düşmüşəm.
Bu
dünya ay Əziz, sən deyən deyil,
Həyat
cəhənnəmə dönüb elə bil.
Könlümün
atəşi sönüb elə bil,
Odumdan,
közümdən ayrı düşmüşəm.
BU GÜN
İgidlər
silaha sarılaq bu gün.
Yağı at oynadır, meydan sulayır.
Qeyrət
qılıncını qaldıraq
gəlin,
Düşmən yurdumuzu çapıb,
talayır
Vətən göylərini buludlar
alıb,
Hələ nigarandı şəhid ruhları.
Torpaq əsir qalıb, yurd əsir qalıb,
Yurd, yuva səsləyir ər oğulları.
Gəlin
gecikməyək yurd harayına,
Döyüş alnımıza yazılıb
bizim.
Bu torpaq Vətəndi, bu torpaq ana,
Ana harayıdı müqəddəs
sözüm.
ŞƏHİDLƏR XİYABANI
Quşlar
da bir anlıq
qanad saxlayır,
Ötəndə Şəhidlər Xiyabanından.
Hər məzar dil açıb səssiz ağlayır,
Diksinir ruhların
hay-harayından.
Burda zaman donub, tarix
yaralı,
Yarımçıq arzular, istəklər yatır.
Ana balasından düşüb
aralı,
Burda yaralanmış
ürəklər yatır.
Burda neçə-neçə nakam
cavanın,
Qisməti, taleyi daşa dönübdü.
Sinəsi
dağlanan neçə
ananın,
Günəşi sönübdü, bəxti
sönübdü.
Tutun üzünüzü bu Xiyabana,
Hələ narahatdı şəhid
ruhları,
Onlar gün ağlayıb Azərbaycana,
Cənnət qucağına alıb
onları
Qoy namərd ayağı dəyməsin bura,
Bu yerdə and içək,
verək baş-başa.
Vətən, yurd düşəndə
hər dəfə dara,
Burdan döyüşlərə
gedək birbaşa.
ÇÖKÜR
Deyə
bilməmişəm sözümü
hələ,
Ömür sarayımı ayrılıq
sökür.
Dikmişəm yollara gözümü
hələ,
Gözümə dağların dumanı çökür.
Hələ torpaq əsir, hələ yurd əsir,
Buludlar oynayır,
qara yel əsir.
Bu həsrət, bu hicran səbrimi kəsir,
Gözümə dağların dumanı çökür.
Bu necə oyundu, bu necə söhbət,
Qınında paslanıb, çürüyür
qeyrət.
Saçıma qar yağır,
qəlbimə həsrət,
Gözümə dağların dumanı çökür.
Daha açılmayır qolum,
qanadım,
Bağlanıb nədənsə tay basaratım.
Əriyir
şam kimi ömrüm, həyatım,
Gözümə dağların dumanı çökür.
Başımı qatıbdı bu
əsən külək,
Haqsız əməllərə göz
yumur fələk.
Üstümə yeriyir arxalı
köpək,
Gözümə dağların dumanı çökür.
Sinəsi
çatlayır torpağın,
daşın,
Çəkişi ağırdı bu gələn qışın.
Dərd-qəmi çoxalıb qohum,
qardaşın,
Gözümə dağların dumanı çökür.
SEVİR
Hərənin bir yurdu var,
Kədər ürəyi sevir.
Hamı
xoşbəxtlik sevir,
Arı pətəyi
sevir.
Zirvələr qar xoşlayır,
Sevənlər nar xoşlayır,
Adamlar var xoşlayır,
Şeytan kələyi sevir.
Fələk çəkir örkəni,
Sünbül eyləyir dəni.
Dağlar
dumanı, çəni,
Çoban tütəyi sevir.
İnsandı yurdun tacı,
Vüsal baldı, dərd acı.
İgid
atı, qılıncı,
Gözəl ipəyi sevir.
Gözəldi gülün nazı,
Nazdı
dindirən sazı
Çiçək baharı, yazı,
Bülbül çiçəyi sevir.
Yazma ömrə günahı,
Ümidlə aç sabahı.
İnsan
uca Allahı,
Allah mələyi sevir.
KEÇİB
Fələklər qəsdimə durub,
Qəlbimə min yara vurub.
Dərd
sinəmdə yuva qurub,
Bu kədər qarğışdan
keçib.
Canım
od-alovda bişib,
İşim qayaya ilişib,
Sözüm olub yerə düşüb,
Sözüm olub daşdan keçib.
Mələklər var sağ-solumda,
Bülbül ağlar gül solanda.
Oğullar var el yolunda,
Canından, başından keçib.
Dilimə
yatmaz hər bir ad,
Çox sınayıb məni həyat.
Ürəyimi yandıran od,
O gözdən, o qaşdan keçib.
Ömrün gözəl çağı
hanı,
Duman, çən
tutub hər yanı.
Bəxtin
xöşbəxtlik karvanı,
Yatmışam obaşdan keçib.
BAXMAZ
Gözlərim üzündən, gözündən
öpər,
Gözlərim gözünün nazına
baxmaz.
Dinib yox söyləsən, gözünü sıxsan,
Gözlərim bir daha üzünə
baxmaz.
İstəsən məndən küs,
ya da acıqlan,
Demirəm sən məndən uzaqda dolan.
Neyləsin həsrətdən saralıb,
solan,
Ürəyim heç kimin sözünə baxmaz.
Həsrətdən ağlayır, sızlayır
ürək,
Mənimlə düz gəlmir nədənsə fələk.
Gözlərim yaş tökər
yaz buludu tək,
Dərd-qəmin çoxuna, azına baxmaz.
ÖYRƏTDİN
Gözlərim sənə öyrəşdi,
Məni yamanca kövrəltdin.
Heç
bilmirəm bu nə işdi,
Mənə sevməyi öyrətdin.
Çıxdın yolumun üstünə,
Taleyimi dəyişdin
sən.
Baxdın
mənim gözlərimə,
Elə bildim bir günəşsən.
Sığmırdım mən yerə-göyə,
Deyirdim dünya
mənimdi.
Düşdüm eşqin bəlasına,
Dünyadan küsmüşəm indi.
Naz-qəmzən üzüb canımı,
Sevdirmisən dərdi mənə.
Nənən ölsün naz
yiyəsi,
Atdın məni duman-çənə.
Bilməz
idim sevda nədi,
Ürəyimi talan etdin.
Mənə ağlamaq öyrətdin,
Mənə yalvarmaq öyrətdin.
SƏN ƏSGƏR GEDİRSƏN
Əsir
torpaqların hayına
tələs,
Gərəkdi borcunu qaytara hər kəs.
Ürəyi titrədir bu nalə, bu səs,
Sən əsgər gedirsən Vətənə oğlum,
Döyüşə gedirsən qurbanın olum.
Bu yurda, Vətənə ana demisən,
Dalğalar üstünə gedən gəmisən.
Qınından sıyrılan qılınc
kimisən,
Sən əsgər gedirsən Vətənə oğlum,
Döyüşə gedirsən qurbanın olum.
Əzizdi
bu yurdun torpağı, daşı,
Doğmadı Vətənin hər bir qarışı.
Hələ
qurtarmayıb torpaq savaşı,
Sən
əsgər gedirsən Vətənə oğlum,
Döyüşə
gedirsən qurbanın olum.
Səni
qorxuzmasın nə boran, nə qar,
Hələ
bu dünyada ölüm, itim var.
Oğullar
sərhəddi, yurdu qoruyar.
Sən
əsgər gedirsən Vətənə oğlum,
Döyüşə
gedirsən qurbanın olum
Sərhədlər
pozulur bu gün də hələ,
Qeyrətlə
keşik çək bu yurda, elə,
Sənin
igidliyin qoy düşsün dilə,
Sən
əsgər gedirsən Vətənə oğlum,
Döyüşə
gedirsən qurbanın olum.
Ədalət.-2012.-22 noyabr.-S.7.