“Sizin
bu cür deməyiniz mənə təsir edir”
Mehdi Səfərov: “Talışam,
biz Azərbaycan dilini dövlət dili sayırıq, ancaq öz evimizdə”
Ötən günlərdə bir qurup şəxs tərəfindən yaradılan
Azərbaycan Dövlətçiliyi
Naminə Demokratik Talış Birliyinin sədri Mehdi Səfərov "Ədalət”
qəzetinə müsahibə
verib. Müsahibəsində talışların hüquqularının pozulduğunu
dilə gətirən
M.Səfərov təşkilatın
məqsəd-məramından, yaranma zərurətindən
danışıb.
- Mehdi müəllim, Azərbaycan
Dövlətçiliyi Naminə
Demokratik Talış Birliyi adlı qurum yaratmısınız.
Buna nə ehtiyac
var idi? Talışların hüquqlarının pozulması ilə bağlı sizə müraciət edən olub?
- Öncə onu deyim ki, "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla bağlı
ortaya atılan ittihamları biz qəbul etmirik. Bu faktlar
uydurma faktlardır.
Mən və Eldəniz Quliyev Hilal Məmmədovun
Hüquqlarının Müdafiə
Komitəsinin üzvləriyik.
Biz H.Məmmədovun həbs olunmasını qeyri-qanuni sayırıq.
Onun cibinə narkotika atııb, sonra vətənə xəyanətdə
ittiham edirlər.
Bu faktlar bir-birini
təkzib edir. Dünyanın heç bir
yerində olmayan bir seydir ki,
norkoman getsin agent olsun. Bunlar talışların hüquqlarının pozulması
ilə bağlı faktların öz təsdiqini tapmasına rəvac verir. Həm Bakıda, həm də talış regionunda olan ziyalılarla bunu müzakirə elədik, talışların adından
xaricdə, və ya başqa yerdə
danışan təşkilatlar
var. Onlar bizə düşmən olan dövlətin ərazisində
bizim adımızdan danışırlar. Bu isə bizə pis gəlir. Baxmayarq ki, onlar bizim
problemlərimizi dilə
gətirirlər. Biz onlara bu hüququ
verməmişik ki, bizim adımızdan danışsınlar. Ona görə
də, biz belə bir təşkilat yaratmaq qərarına gəldik. Öz dövlətimizin içində konstitusiyamızın
təsbit etdiyi qanunlar əsasında öz dilimizi, mədəniyyətimizi, folklorumuzu,
adət-ənənəmizi hiss etmək, onu qoruyub saxlamaq istəyirik. Bu işə oktaybr ayından başlanılıb.
Biz regionlarda olmuşuq.
Ziyalılarla, din xadimləri ilə
məsləhətlər aparmışıq.
Bizim üzvlərimiz, regionlarda
nümayəndəliklərimiz var. Proses 2 ay olar ki gedir. İndi isə sənədlərimizi
Ədliyyə Nazirliyinə
təqdim etmişik.
- Müvafiq qanunvericilikdə etnik azlıqların hüquq və azadlıqları qorunur. Daha nə istəyirsiniz?
-Bilirsiniz, bir şəxs özlüyündə
hər hansı tədbiri keçirə bilmir. Biz cəmiyyət
olaraq birləşmişik
ki, həm dilimizi, adət-ənənəmizi
həm də hüquqlarımızı qorumaq
baxımdan ortada olan problemlərimizi profosional şəkildə
həll edə bilək. Alimləri, ziyalıları prosesə cəlb etmişik. Bu gün talış dilini tədris edən İnstitut, texnikum yoxdur. Demək olar ki, talışlar
öz doğma dillərini unudurlar. Bizim isə məqsədimiz, dediyim kimi, bu
dilin gələcək
nəsillərə ötürülməsi,
daha da inkişaf
etdirilməsidir. Biz burda cəmləşməklə
öz dilimizi, ədəbiyyatımızı mühafizə
edəcəyik.
- İndiyə
qədər talışların
hüquqlarının pozulması
ilə bağlı mətbuatda hər hansı fakta rast gəlməmişik. Sizdəki ajiotajı analamaq
istərdik?
- Əslində biz dövlətçiliyimizə
yardım edirik ki, cənubda yaşayan etnik quruplar, talışlar özünü bərabər
hüquqlu xalq saysın
- Sizcə indiyənə kimi talışlar özlərini
bərabər hüquqlu
xalq saymırdılar?
-Xeyir. İndiyənə kimi biz bəzi
məsələlərdə öz hüquqlarımızı
pozulmuş sayırıq.
Mən deyirəm sizə ki, Lənkəranda televiziya var. Televiziyada 10 dəqiqə belə olsun talış dilində verliş yoxdur. Siz buna necə
baxırsınız? Ədalətli baxırsınız?
- Azərbaycan dili bizim ana
dilimizdir. Ölkə vətəndaşları, o cümlədən
talışlar və bütün azsaylı millətlərin nümayəndələri
bu dili başa
düşürsə daha
Mehdi Səfərovun arzuladığı televiziyaya
nə ehtiyac var? Sizin məntiqinizdən belə çıxır ki, ləzgi, tat, udin də bu
kimi təkliflə çıxış edə
bilər. Sizcə bu
düzgündür?
- Xeyir. Mənim ləzgilərlə işim yoxdur. Bizim yanaşmamız etnik azlıqlar tərəfindən
belə təkliflərin
ortaya atılmasına
rəvac vermir. Əksinə,
televiziyada bizim dilimizdə verliş olarsa, onda biz modernləşəcəyik, bizim
ən böyük problemimiz olan Dağlıq Qarabağ problemi ətrafında birləşəcəyik, o torpaq
uğrunda canımızı
verməyə hazır
olacağıq. Mən talışam.
Talış dili mənim
ana dilimdir. Siz mənə deyirsiniz ki, Azərbaycan dilində danışın.
Bəli mən iki ana
dilliyəm. Həm Azərbaycan
dili türkcəsi, həm də talış dilini bilirəm. Ona görə də,
sizin bu cür deməyiniz mənə təsir edir. Siz mənə deyirsiniz
ki, öz dilində danışma.
Biz Azərbaycan dilini dövlət dili sayırıq. Ancaq öz evimizdə. Öz aramızda öz ana dilimizi itirmək
fikrində deyilik.
Televiziyada talış dilində
verilişlərin açılması
dövlətçiliyə xeyirdir. İnsanlar özlərini müdafiə
olunmuş hesab edəcəklər.
- Belə bir informasiyalar
da dolaşır ki, sizin arxanızda
Rusiya dayanır.
- Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Düşünürəm ki, bizim ölkədə bir sıra problemlərin yaranmasında Rusiyanın əli var. Bir başa əli var. Biz öz problemlərimizi öz daxilimizdə həll etmək istəyirik. Biz hər hansı xarici dövlətin əli ilə bunu etmək istəmirik. Bu, yolverilməzdir. Belə olarsa
biz özümüzü təhqir
olunmuş hesab edərik.
- Deyirsiniz ki, talışların hüququ
pozulur. Bu məsələləri
beynəlxalq hüquq müstəvisinə çıxarmaq
fikriniz varmı?
- Biz inanmırıq ki, bizim nizamnaməmiz qeydiyyatdan keçməsin.
Çünki sənədlərimiz müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq hazırlanıb.
Buna səbəb yoxdur. Əgər dövlət qeydiyyatından
keçməsək belə,
nizamnamə əsasında
öz məqsədlərimizi
həyata keçirəcəyik.
Sadəcə olaraq dövlətimizə
bəyan eləmişik
ki, bizim belə bir məramnaməmiz
var. Problemlərin həlli
ilə bağlı beynəlxalq təşkilatlara
müraciət etmək
yönündə düşünməmişik
ki, onlar bizim hüquqlarımızı
bərpa etmək üçün bizə kömək etsin. Biz öz dövlətimizin
müvafiq orqanlarından
tələb edəcəyik.
Biz əvvəl o instansiyaları keçəcəyik.
Biz çalışacağıq
ki, heç məhkəmə instansiyalarına
qədər gedib çıxmayaq. Ona görə
də sən çalış xoş məqsədlə bizə
xeyir-dua ver.
- Biz jurnalistik, tərəf saxlamaq peşəmizə ziddir. Yeri gəlmişkən Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba
Əzimov sizlərin seperatçı Əlikram
Hümbətovun adamı
olduğunuzu iddia edir.
O bizə hər zamsn qara yaxır.
Bunlar böhtan xarakterli fikirlərdir. Bizim Əlikram
Hümbətovla heç
bir əlaqəmiz yoxdur. Əlikramla bizim nə işimiz
ola bilər
ki? Biz onun
ideologiyasını qəbul
eləmirik.
- Ancaq talışların birliyi, Talış Muxtar Respublikası ideyasını Əlikram Hümbətov ortaya atmışdı. Sizin yaratdığınız
təşkilatın məramnaməsindən
də bu sezilir.
- Bizim proqramımızda belə bir şey
yoxdur. Biz hətta
talışların öz
daxilində belə
terror, dövlət çevrilişinə
cəhd, eyni zamanda Azərbaycan dövlətçiliyinə qarşı
hər hansı addım sezsək, bu işə özümüz müdaxilə
edəcəyik. Onlar qarşılarında
bizi görəcəklər.
Onların əleyhinə çıxacağıq.
Ədil
Ədalət.-2012.-23 noyabr.-S.3.