YENİ METOD
Bizim
bu Cürəli camatının qəribə-qəribə
işləri, söz-söhbətləri var. Başqa yerlərdən
gəlib burada ev-eşik sahibi olanları, lap elə taleyi, qisməti
ilə barışıb kəndə gəlin köçənləri
çox tez, bayram yumurtası kimi vururlar dişlərinə: hə,
görək filankəsin ağlı dayazdı, ya dərin?
Oturuşunu-duruşunu, atdığını-tutduğunu
bilir-bilmir? əlindən-ayağından bir iş gəlir-gəlmir?..
Odey Yardımlıdan gələn Qasımxan
fağırın, məzlumun biridir. Yeddilik dəryazı ver əlinə,
axşama bir maşın otun var. Talış Səriyyə-çox
zirək, əlli-ayaqlıdı. Qadınlar növbəsinə
dayanıb: piyə döyüb, bir təndir qoyur, tay demə.
Lerikli
gəlin Qəmər - yununu ver, axşama corabın hazır.
Papirosu papirosun oduna yandıran Peşdəsərli Poladxan -
kanalın qırağına küləş, saman tök, əhli-əyalıyla
işləyib günə 700-800 kərpic kəsəcək...
Bəs
Qızyetərin nəvəsi Xudamın Əmənkənddən
götürüb qaçdığı Ağanaz nece? Əlindən
bir iş gəlir? Düzdü, o vaxt bəziləri
dalda-bucaqda ağız büzdü ki, ayə, bu Xudama bax ey, bəyəm
kəndin gözəl, su sonası tək qızları yoxdu
ki, gedib başqa yerdən evləndi?
Nə
isə, çox dərinə getməyək: hər
qızın, hər oğlanın öz qisməti, tale
yazısı var və ondan qaçmaq
mümkünsüzdü... hə, hardadı bəstəboy,
yarlı-yaraşıqlı Ağanaz? Görəsən
ağlı topuğundadı, ya yox? Sözünün söhbətinin
yerini bilir, ya bilmir? Dünən baldızı Seyidə ilə
inəkləri naxıra ötürürdü. Şirin
söhbət edirdi iki gəlin.
Əşi, vallah, bizim bu kəndin naxırçısının da işi dualıqdı. Qayda qoyub: hər kəs səhər-səhər xeyir-şər eləməmiş inəyini, qoyun-quzusunu gətirib kəndin çıxacağında təhvil verməlidi ona və axşamüstü gedib dəhmərləyib gətirməlidi evinə. Bisavadlılığına baxmayın, Gülxanım xala naxırçının obrazını səriştəliliklə yaradır.
- Uşaqların oyunu var ey. Biri gedib drayanır o yanda, qalanlarına qışqırır: qazlarım, qazlarım, üçün gəlin mənim yanıma. İndi Həsənqulununku da elə o cürdü. Bəy balası kimi geyinib-keçinir, gedir durur kəndin qırağında, camaat da mal-heyvanını məcburdu sürüb aparsın onun yanına... Allahın görünməz bəlasıdı Səkinənin bu sağırı. Ay tamam olan kimi gəlir bizim kişinin üstünə-şikayətə:
- Bəs Abdulla əmi, Pirağa bazardan inək alıb, 3 həftə otarmışam, haqqımı vermir. Ağacan dananı da qoşur naxıra, deyir danaya pul düşmür. Eynal mənə cırıq üçlük verib, kooperativçi Əbülhəsən, götürmür... Bizim kişi də Allah köməyi olmuş, mənim sözümə baxmır, amma Həsənqulunun şikayətini tez tutur, onnan toqquşur, bunnan toqquşur... Camaata deyir: baxın naxırçıya, dabanı döyənək olub, üz-gözün gün yandırıb onun, haqqını verməsəz, Allahın qəzəbinə gələrsiz...
Bir yana baxanda Həsənqulunun "qayda-qanunu" sərf eləyir camaata. Kənddə nə var, nə yox, səhər-səhər təzə xəbərləri ötürürlər bir-birlərinə: filankəs xəstələnib, filankəs oğurluğa görə milisə düşüb, filankəsin oğlu filankəsin qızını istəyir, kasıbdı deyə vermirlər və sair.
... Deyəsən başım qarışdı mal-heyvana, naxırçıya, Ağanazı unutdum, hə? Yox, təzədən gəlirəm bu gəlinin söz-söhbətinin üstünə. Odey, bax, səhər-səhər malı örüşə, naxırçının "qəbuluna" aparan gəlini Əsəd əmi yanlayıb, alıb çənəsinin altına:
- Qızım, deyəsən dünən baldızın Seyidə ilə toyuğu kük basdırmaqdan danışırdız.
- Hə, Əsəd əmi, bəzi şeylərin düşər-düşməzi olur. Pendir düzəltmək, toyuğu kük yatızdırmaq bizə düşmür. Bir dəfə nənəm südü hazırlayıb çığa vurdu ki, şit pendirimiz olsun. Əmi canı, həmin gün gör nə baş verdi: Qağam dəryaza düşdü. İçər ovduğu, vurar dəryazı, hava da isti. Kişini əl üstə gətirdilər evə. Belinin ağrısı tutmuşdu. Ayağa dura bilmirdi, üç gün yorğan-döşəkdə yatdı.
- Hə, qızım o düzdür, gərək yoxlayasan ailədə nə düşür, nə düşmür. Bir lək sarımsaq əkmişdim o il. Qara yel əsdi, həyat-bacanı, bağ-bostanı məhv elədi.
- Bilirsən əmi, maşın cücəsi çox əziyyətlidir. Xeyirsizdir.
Seyidə əllisin almışdı. Yem,
su, balıq verirdi dəmbədəm.
Nə olsun, and içir deyir, qalır on biri. Dərmana
hələ nə qədər pul vermişik... Toyuq cücəsinin nəyin
deyirsən, birinin də burnu qanamır.
- Toyuq basdırmışdın?
- Hə, ikisini, lax çıxdı yumurtalar,
cəmi üç cücəmiz var.
- Gəlin bala, gəl sənə bir sirr açım.
Mən uzun müddət Salyanda yaşamışam.
Bizim camaat toyuqu kükrt
basdırır, Salyanlılar
xoruzu.
- Nə danışırsan,
Əsəd əmi? Xoruzu?
O, necə olur?
- Hə, hə, qulaq as, gəlin bala, aqqanın goru haqqı, öz gözümlə görmüşəm. xoruz kük yatır, özü də çox cücə çıxardır
- 30-35. Amma burda bir iş var:
toyuq cücələrini
özü böyüdür;
qoruyur qarğadan, leydən, xoruz isə yox... Sənə nə lazımdı?
İki xoruz basdırsan 50-60 sapsağlam cücən
var.
Ağanazın gözləri işıqlandı:
- Əmi, xoruzu nətəhər basdırım? Onun təhər-töhürün mənə
başa sal də...
- Gündüz evin aşağısında yer
hazırla. Yumurtaları yığ ora, altdan saman döşə
ha. Axşam qaranlıqda hindən xoruzu tut, gətir qoy ora, üstünə
ələk, ya deşiyi olan teşt, qorapalan ört. Yatacaq. Iki günə öyrəşəcək.
Yemini, suyunu yaxın
qoy, hərdən burax, toyuqlarla məzələnəcək, sonra
gedəcək öz yuvasına.
Əsəd əmisi ayrılarkən
daha da həvəsləndiridi
gəlini:
- Üç həftəyə
toyuq cücə çıxarır, hə?
amma xoruz
iki həftəyə.
Bax ha, bu sirri heç
kimə açma.
- Ağanaz ürəyində
yamanca sevinirdi: bir gör kənddə
nə həngamə qoparacaq. Hamı deyəcək: əhsən
Əlinin gəlininə.
Balam nə çox bilirmiş o?
- Gecə Xudam hiss eləyirdi evin aşağısında nəsə
var. Sübhün gözü
açılar-açılmaz düşdü aşağı,
yanında da Ağanaz, əsil mərəkəydi: Xoruz ayaq üstədi, başına qorapalan qoyulub. Toyuqlar qaqqıldaşır, öz dillərində Allaha yalvarıb "kişi"lərini bu
""məhbəsdən azad etməyə çalışırlar.
- Ağanaz hər şeyi olduğu kimi danışdı ərinə. Xudam əlini-əlinə vurub, güldü, bildi ki, Əsəd
əmisi dolayıb gəlini, dünyanın bu avam bəndəsini.
Başqaları yox, Cürəlnini bir nömrəli zarafatçılı
Hüseynov Xudam özü çatana dedi: Əsəd əmisinin sözü ilə Ağanaz yeni metod icad
eləyib: xoruzu kük yatızdırmaq metodunu".
- Beləcə, Ağanaz nağılı bitdi. Sonda mən ruhları göyün yeddinci qatında dolaşan, adlarını çəkdiyim rəhmətliklərin
oğul-qızlarına, nəvə-nəticələrinə,
xüsusən baş həkim Şamil Cəfərova, Əsəd
əminin övladı,suötürücü stansiyasının
rəisi Sərxoş
Səidova "məni
bağışlayın, əzizlərim"
demək istəyirəm.
Əlibala Rəhimov
Ədalət.-2012.-27 noyabr.-S.7.