QEYRƏT CƏNGİ
VƏ SEVGİ NOBARI
Ədəbi-bədii
romandan - parça
Mənəvi-əxlaqi
mövzularda bədii seriallar: «Sınaq», «Mənim analı
dünyam», «Qızıl at və torpaq», «İlk məhəbbət»
romanlarının, «Qayaların göz yaşı»,
«Özümü axtarıram», «Vida görüşü»g
povestlərinin - Azərbaycanda, onun hüdudlarından kənarda
çap edilmiş əsərlərin, bu yaxınlarda
işıq üzü görmüş «Zəmanələrlə
üz-üzə» ömürnamənin müəllifi Cəmil
Əlibəyov oxucularla yeni görüşə gəlmişdir.
NİYYƏT SƏRGÜZƏŞTİNƏ
PROLOQ ƏVƏZİ
Ağır-əndişəli
zəmanənin hökmü ilə təsisat tapmış Azərbaycan
Uşaq fondu min-min binəsibə həyan olduğu kimi,
torpaqdan yetim qalmış bu sətirlərin müəllifinin
də imdadına çatdı.
Əsatir-mif
üslubunda təhkiyə edilmiş «Qeyrət cəngi və
sevgi nobarı» romanı itirilmiş Qarabağa, ana yurda fədakarlıq
xidmətinin rəmzi olan mücahidlik, nankor qonşuya
qurduqları vəhşi oyunlar zəminində nifrət
aşılayır.
Romandan
seçilmiş hekayətlər Uşaq Fondunun əməkdaşı,
aktrisa Rövşanə ilə fransalı telejurnalist, azərbaycanlı
nəcabətli Adılonun söylədikləri əsasında
sizlərə çatdırılır.
ALIN YAZISINDA SƏRT DÖNGƏLƏR
Ötən
əsrin qürub çağı idi.
Bir
gözümüz ağlayır, bir gözümüz
gülürdü. Hamılıqla qəm-qüssə yeyirdik.
Xoşbəxtliklə məyusluq bir-birinə
qarışmışdı. Nənəmin pırtlaşıq
düşmüş yumağı təkin ucunu tapa bilmirdik.
Hamı
qəm yeyir, hamının gözü yolda, qulağı səsdə
idi. Haçan xəstə torpağımıza əncam
çəkiləcək, bu hamının ürəyincədir.
Mənim də.
Ucqar
dağ kəndindən sənət eşqi ilə paytaxta gəlmiş
qızın aktrisa olmaq məftunluğu üzərinə dolu
yağırdı. Nəki şirin xəyallarım var
şülküt olmuşdu. Vaxt olacaqmı mənim
«qaçqın», «köçkün» ayamam üstümdən
götürülsün. Mənə qarabağlı - sənət
adamı hörməti ilə xitab etsinlər.
Köçkün
isə - yurdsuz, köksüz, nələrə görə isə
daha çox da ehtiyac ucbatından özünü oda atan səfil
anlamı yaradırdı. Mənim səhnə həyatım,
hələ kənddə ikən «Qaravəlli» məişət
timsallı teatrı ilə bağlı olmuşdu. Bu
Şuşa təsiri idi. Yadımdadır ki, hətta yolunu
azmış uşaqları «Qaravəlli» hədəsi ilə
düz yola gətirərdik.
İndi,
qarabağlı - yurdunu itirmiş binəsib sayılır. Tənə
yeri olub!..
Xoş
niyyətim önünə tir itələnmişdi.
Dəhşətli
qəziyyə çoxlarınızı sarsıtdı. Mətbuata
sızmışdı: «Qarabağın dağ kəndinin
qızları erməni vəhşilərinin əlinə
keçmək vadarlığında qalanda, namuslarını
qorumaq üçün özlərini qayadan atmışlar». Vəssalam!
Son dərəcə qürur doğuran namus fədakarlığı
ilə hədsiz dərəcə kədər təlqin edən
ölüm məni sarsıtmışdı. Axı, o
qızlar mənim canbir rəfiqələrim idi. Bənövşə,
Mətanət, Qiyamət - kəndimizdə ilkin
yaradılmış rəqs dəstəsinin, teatr
truppasının üzvləri idilər. Və məni bu sənətə
onlar ruhlandırmışdılar, təkan vermişdilər.
Bənövşə
gözəllər gözəli idi. Uzun hörükləri
dabanını döyəcləyirdi, ala gözləri gecə-gündüz
məni izləyirdi.
Artıq
Azərbaycan Uşaq Fondunda işləyirdim.
Nə kəndimiz
bizim idi, nə o şərəfli ad-san!
Fondda mənə həvalə edilmiş şöbə əsasən
Qarabağ köçkünləri ilə məşğul
olmalıydı. Ancaq hələ sövet dövründə
uşaq evlərində, xüsusi internatlarda tərbiyə
olunanlar da bu şöbənin qayğıları qismində
idi. Ancaq hökumətin bunlar
üçün ayırdığı vəsait kifayət
etmirdi. Qaçqın və
köçkünlər üçün nəzərdə
tutulmuş maddi köməyə ayrı-ayrı təşkilatları
da cəlb etmək lazım gəlirdi. Xocalı
qırğınından sonra binəsiblər, ata və
analarını itirmişlər, şikəstlik tapmış
uşaqlar cürbəcür və çox çətin
hamilik tələb edirdi.
Xeyirxah adamlar imdadımıza çatırdı. Onlar iki qəbildən
ibarət olardı. Birincilər
yardımlarını təklif üçün gəlirdilər.
İkincilər hörmətli Prezidentin ziyarətçiləri
idilər, həm də yardım niyyətlərini söyləyib,
məsləhət almaq möhtaclığına görə
bura üz tutmuşdular. Birincilərin təklifi
şöbələrin hamısı ilə bağlı
olardı, ikincilər içəridə, Prezidentin
hüzurunda xeyirxah işləri üçün ona minnətdarlıq,
isti söz deməyə şərait
yaradılmayacağını güman etdiklərindən,
ürək sözlərini, içəri girməmişdən
bizə deyərdilər: kişini ziyarət etmək istəyirik.
Hamımızın həyatında onun yeri
görünür. Əsl azərbaycanlı
qeyrəti var onda.
Buna istinadən biz xatircəmləşib, öz
işimizlə məşğul olardıq. İş isə
başdan aşırdı.
Bu dəfə qəbula gələnlər, nədənsə
məni həyəcanlandırmışdı. Səksəkəliydim.
Elə bir görüşün intizarında
idim ki, ürəyimi deşən
nigarançılığımı soyuda bilsin.
Qapı ağzında Qızıl Xaç cəmiyyətinin
libasında gördüyüm qonaq məndə ümid
qığılcımı yaratdı. Hər halda ürəyimin
başındakı təlaşlı soraq bunlarla bağlı
idi. Əsirlərlə məşğul
olan xüsusi komissiya fəaliyyət göstərirdi, təhlükəsizlik
komitəsi öz xətti ilə bu binəva, yazıq,
zavallı insanların macəraları ilə məşğul
olurdu. Əsirlərlə bağlı xeyir
xəbərləri də ən çox onlardan umurduq.
Qızıl
Xaç cəmiyyəti ancaq sərhədlərdə vəziyyətlə
- atəşkəsin durumu ilə, bir də əsirlərin
taleyi ilə bağlı iş aparırdı.
Ürəyimə dammışdı ki, bunlardan heç
olmazsa, namus naminə özlərini ölümün
qucağına atanlara dair rəfiqələrimdən səhih
bir xəbər ala bilərəm. Ağlına gələn,
başına gələr demişlər. Köməkçi
kabinetə getməyi təklif etdi.
Prezident üzbəüzdəki kürsünü
göstərdi və Qızıl Xaç cəmiyyətinin təmsilçisini
təqdim etdi.
- Vahid
yoldaş, xeyirxah bir iş üçün təşrif gətirib.
Qızıl Xaçın təmsilçisidir.
Sonra cavan oğlanın missiyasını
açıqladı.
-
Fransızdır. Tədqiqatçı reportyor
kimi Parisdə «Haqqın səsi» adlı silsilə verilişlər
aparır. Azərbaycana gəlişinin məqsədi,
bizimkilərin eliyə bilmədikləri, imkan xaricində olan
işi bədbəxt deyim, yoxsa xoşbəxt adlandırım
- namus cahangirləri barədə gerçəkliyi dünyaya
çatdırmaq istəyidi.
Bu tanışlığın mənə dəxaləti
var idi, ancaq mənim girəcəyim kol deyildi. Bəs nə
üçün mən hədəf seçilmişdim?
Bu dolaşıqlıqdan məni cavan jurnalist özü
qurtardı.
- Hörmətli Prezident buyurdu ki, siz uzunsaçlı
qızların yurdundansınız. Ərgünəşin
Gəlinqaya kəndindənsiniz.
Mən, fransız jurnalistinin türkcə
danışığından ürəkləndim və
yarı azərbaycanca, yarı fransızca cavab verdim.
- Bəli,
mən indi xaraba qalmış, murdar erməni ayaqları
altında inləyən o bədbəxt torpaqdanam. - İncikliyimi dilimə gətirdim. - Bilmirəm,
Fransanın erməni lobbisi sizə necə aşılayıb
qızların taleyini?!
- Bu haqda,
hadisə yerindən hazırlamaq istədiyim silsilə
verilişlərdən səhih xəbər tutacaqsınız.
Verilişin disketini sizin saytınıza
köçürəcəyimə söz verirəm.
Mən, imkanım çərçivəsində bildiklərimi
sizə deyərəm. Hörmətli Prezidentin icazəsi ilə.
Akademik söhbəti məndən əvvəlki
yönümə gətirdi. Üzündəki məmnunluq və
narahatçılıq cizgilərinin bir-birini əvəz etməsindən
anladım ki, bu təkcə Uşaq Fondunun
razılığı ilə baş tuta bilən iş deyil.
Fransız
jurnalisti, hansı inamla gəlişinin məqsədini təkrarladı,
təəccübləndim: Axı, fondun rəhbəri -
akademik İsmayıl Əli oğlu siyasət adamı idi,
onunla açıq danışmaq məqbuldu.
Mən isə aktrisayam, başqasının fikir və
davranışının ifaçısı.
Tezliklə aydın oldu ki, məndə bu səfərə
maraq oyatmaq - indi ən mühüm vacibatdır.
Söhbəti olduğu kimi sizə
çatdırıram.
«Mən «Haqqın səsi» kanalının
aparıcısıyam. Xəbər tutdum ki, Parisin «azad
qadınlar» küçəsində, iki türk qız
xeylağının lüt-üryan konserti təşkil olunub.
Mən - universitetin türk şöbəsində
oxumuş jurnalist buna biganə qala bilməzdim. Həmkarlarımdan müəyyən məlumat ala
bildim. Həmin küçədə Kabaredəki estrada
konsertində uzunsaçlı türk qızları rəqs
edirmişlər: lüt-üryan!...
inanmadım. Hər halda qanımdakı türk
qanı çoşdurdu məni. Xeyli tədqiqatdan
sonra qərara aldım ki, mən buna aydınlıq gətirməliyəm.
Bəs üçüncü qız? Deməli o əsir alınmışdır. Nənəmin
də xəbər - ətər yox idi...
Səfərimin
məqsədi budur!
Beynəlxalq Qızıl Xaç cəmiyyəti
iddialarıma aydınlıq gətirdi. Ancaq məhdud halda Sizin saytlarda belə bir xəbər diqqətimi
çəkdi. Qarabağda qızlar vəhşi
ermənilərin təcavüzünə məhkum olmamaq
üçün namuslarını ölümlə mühafizə
ediblər.
Düşündüm:
ola bilər ki, mərhumların
adını qoyublar bu küçə qızlarınag Kara gələn
və Qızıl Xaçı maraqlandıran o oldu ki,
üçüncünün cəsədi qeydə
alınmamış, qızın əsirlikdə olduğu
güman edilir. Və səfəri buna istinadən sənədləşdirə
bildim.»
Fransız jurnalisti Prezidentdən məndən əvvəlki
söhbəti - Parisə səfərinin onda
yaratdığı təəssüratları lentə
almağa icazə istədi.
Prezident, çoxdan bu barədə fikirləşdiklərini
və bunları başbilən adamlarla bölüşmək,
dəqiqləşdirmək istədiyini açıqladı.
-
Yetmiş ikinci ildə mən Parisdə olmuşam. Dünya avtomatika konqresində. Mən
bu sahənin mütəxəssisiyəm. Peşə
anlayışı ilə tanışlıqdan əlavə,
milli tarixi detalların rolunu mənimsəməyə
çalışmışam. Onlardan ikisi
Parislə bağlıdır.
- Eyfel
qülləsi?
- O öz
yerində.
- Luvr?
- O da yox!
Fransızların öz sabiq başçılarına
münasibətdə sabitqədəm olmaları!
Tarixdən
bilirdik ki, XIV Lüdoviq kim olub.
Yazılanlara görə bir nəfər əyalət
başçısı krala məlumat verib ki, mənim kəndlilərim
acından ot yeyirlər. O da deyib ki,
xoşları gəlir, qoy yesinlər.
Jurnalist, akademikin kralın şəxsiyyətində nəyi
qabartmaq istədiyini duyub, əlavə elədi. Onun
qızına səksən dayə qulluq edərmiş. Və özünü «Qızıl kralı» elan
edibmiş. Akademik mətləb
üstünə gəldi.
-
Fransız xalqı, mənim bildiklərimə görə bu
gün də onu hörmətlə yad edir.
- Çünki Fransanın tarixinin bir səhifəsi onun
adı ilə bağlıdır.
- Bizi Versal sarayına ekskursiyaya apardılar. Heyrətləndik, saray
«Qızıl Kralı»n dövründə necə ehtiram,
qayğı, sevci ilə qorunur, dəbdəbə içərisində
saxlanılırdısa, indi də o cür yüksək maraq və
ehtiramla nüfuzlu məbəd sayılır.
- Nəyə
təəccüb edirsiniz?
-
Fransanın öz keçmişinə ilahi bir məhəbbətlə
vurğunluğuna! Xalq - millət
üçün birinci amil-şərt budur - keçmişə
güvənmək, gələcəyə addımlamaq.
Buna
görə də deyirik: bizim ölkədə neçə
fransız varsa, bir o qədər Fransa var.
- Cənab
Adılo, bu sualla sizi narahat etməkdə məqsədim var. Biz,
artıq müstəqil dövlətik. Anlayırıq
ki, istiqlalın bütün nemətlərini əxz etmək hələ
irəlidədir. Güman edirəm ki, ən
vacibi qismətimiz olub. Dövlətçilik
ənənələrimizi davam etdirə biləcəyik.
Təbii - ənənə - başçının
simasında bərqərar olur. Hökmdar isə mələk
deyil, insandır, onun da qüsurları, səhvləri ola bilər. Məmməd Əmin
Rəsulzadə Şərqdə ilk demokratik respublikanın
başçısı olub. Onu getdirdilər.
Onların hər birinin xalq üçün
faydalı əməlləri olub. Mən
bir neçə respublika başçısı dövründə
işləmişəm.Kreml sonrakıların hərəsini
bir bəhanə ilə vəzifədən kənarlaşdırdı.
Adlarını da çəkə bilərəm: Nəriman Nərimanov,
M.C.Bağırov, İ.Mustafayev, V.Axundov, K.Bağırov, Mirzə
İbrahimov, Ə.Vəzirovun dövrünün onların
dövlətçilik izlərini itirməyə
çalışıblar. Prezident İsmayıl
Əli oğlu Mənim həyatım ömürnaməsində
müasirləri haqqında həqiqətlər çap - kitab
əbədiliyi vermişdir.
- Bəs
xalq?
-
Xalqın, onları ürəyində saxlamağa gücü
çatıb. Ancaq!
-
İnsan nəsilləri dəyişdikcə, ürək arxivi
də boşalır, xalq «dövlətsiz» qalır.
- Cənab
Heydər Əliyev böyük cəsarət - iradə
göstərib, Nərimanova paytaxtda böyük abidə
qoydurdu. Heydər Əliyev işgüzar, millətsevər,
müdrik şəxs idi. İndi onun özünə heykəllər
ucaldılır, yalnız Azərbaycanda yox! Dünya fatehi
İsgəndərə də bu qədər abidə
qoyulmamışdı.
- Nədəndi
narahatçılığınız?
-
Sizlər necə nail oldunuz ki, dövlət
başçısı kimi qüsurlarını bilə-bilə
kralların nüfuzunu qoruya bilmək mümkün oldu.
Dövlətçilik ənənəsi
sınıqlığa məruz qalmadı.
-
Bayaq dediyimi təkrar edirəm, sizə şamil etməklə,
hər bir azərbaycanlı o səviyyəyə malik
olmalıdır ki, deyəsiniz - hər birimiz Azərbaycanıq!
- Babanızdan eşitdiklərinizə
və burada ilk müşahidənizə binaən bu
mümkün ola bilərmi?
-
Sizinlə həmfikirəm bu məsələdə. İndi zəngin
sərvətlərimizdən faydalanırıq. Namus fədailəri
olan qızlar kimi - cəmiyyətdə mövqeyindən
asılı olmayaraq, hər bir millət üzvü
istiqlalın bu ümdə - ilahi nemətinə yiyələnməlidir!
(Ardı var)
Cəmil Əlibəyov
Ədalət.-2012.-30 noyabr.-S.5.