"Pazırıq"
Türk xalçasının 2500 illik yubileyinə həsr edilmiş
tədbir
Ağdam rayonunun Quzanlı qəsəbəsində
eramızdan əvvəl V əsrdə toxunmuş
Pazırıq xalçasının 2500 illik yubileyi ilə əlaqədar,
xalçanın toxunduğu Qarabağda, Ağdam rayonunun
Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram
Teatrının Böyük zalında tədbir
keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı və Ağdam
rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə
"Azadlıq Hərəkatçıları" İctimai
Birliyinin keçirdiyi tədbirdə Ulu öndərimiz Heydər
Əliyevin tarixə qızıl həriflərlə
yazılan müdrik kəlamı xatırladıldı: "Azərbaycan
dünyaya günəş tək doğacaq". Ümummilli
Lider Heydər Əliyevin banisi olduğu Müstəqil Azərbaycan
Respublikasının bütün sahələrdə əldə
etdiyi nailiyyətlərlə yanaşı, xalqının
keçmişinə, mədəni irsinə güvənərək
bu müdrik kəlamı bəyan edən Ulu Öndərimizin
gələcəyimizə olan böyük inamının təzahürü
olduğu qeyd olundu.
Layihənin rəhbəri,
"Azadlıq Hərəkatçıları" İctimai
Birliyinin sədri Təhmasib Novruzov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Biz
müdafiə taktikasından imtina edib hücum taktikasına
keçməliyik" fikrini tədbir
iştirakçılarının diqqətinə
çatdıraraq, bu yönümdə Pazırıq
xalçasının açdığı imkanlardan danışdı.
T.Novruzov bildirdi ki, bu xalçanın işığında
biz xalqımızın təhrif olunmuş tarixi ilə
bağlı həqiqətləri öyrənə, öyrədə
və əsil kimliyimizi bütün dünyaya sübut edə
bilərik.
Pazırıq
xalçasının tədqiqatçısı, Professor
Firidun Cəlilov xalçada təsvir olunan ornomentlərin
xalqımızın tarixi ilə bağlı məqamlarına
toxundu. Dünya tarix elminin atası hesab olunan Heredotun və digər
tarixi mənbələrin verdiyi imkanları əsas
götürərək xalqımızın doğru-
düzgün tarixini yazmağın
mümkünlüyünü qeyd etdi.
Xalçaşunas alim, Professor
Kübra Əliyeva Pazırıq xalçasının toxunma
üsulları, burda istifadə olunan işarələrin
Qarabağ xalçaçılıq məktəbi ilə
birbaşa bağlılığı haqqında geniş məlumat
verdi. Xalçaşunas, Ağdam xalçaçılıq
birliyinin sədri Aybəniz Cəfərova son vaxtlar Qarabağ
xalçalarının üslubu əsasında yeni
xalçaların toxunması işinə diqqətin zəifləməsindən
narahatlığını bildirərək bu problemin tezliklə
aradan qaldırılacağına ümidvar olduğunu
vurğuladı. Tədbirin sonunda Ağdam rayon İcra Hakimiyyəti
Başçısının müavini Rövşən
Hüseynov belə bir tədbirin işğal zonasında, cəbhə
bölgəsində təşkil olunduğuna görə minnətdarlığını
bildirməklə son illər Ağdam rayonunun müxtəlif
sahələrdə əldə etdiyi uğurlardan
danışdı.
Ağdam rayon Mədəniyyət və
Turizm şöbəsinin nəzdində fəaliyyət
göstərən "Şur" ansamblı solistlərinin
ifalarında səslənən "Qarabağ", "Azərbaycan
oğluyam", "Sarı gəlin" mahnıları, milli
musiqimizin şah əsərlərindən olan "Qarabağ
şikəstəsi", Ağdam Dövlət Dram
Teatrının aktrisası Xəyalə Qurbanovanın və
teatrın aktyoru Baloğlan Zeynalovun, eləcə də məktəbli
İmaməddinin, Azərbaycan Dövlət Pedoqoji
Universitetinin tələbəsi Əsmər Qasımovanın
söylədikləri şeirlər və ifaları tədbirin
bədii-estetik təsirini daha da gücləndirdi.
"Azadlıq
Hərəkatçıları" İctimai Birliyinin Mətbuat
Xidməti
Ədalət.-
2012.- 2 oktyabr.- S.4.