İsmayıllı
dəyişir, inkişaf edir
Rayonda görülən
işlər sosial-iqtisadi
problemləri minimuma endirib
Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramında şəhər və
rayonların inkişaf etdirilməsi üşün konkret
müddəalar öz əksini tapıb. Regionlarda yoxsulluq səviyyəsinin
azaldılması, yeni-yeni iş yerlərinin
açılması və sosial problemlərin həlli
baxımından proqramın əhəmiyyəti yüksəkdir.
Aparılan araşdırma onu deməyə əsas verir ki, dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində regionların siması dəyişir. Yuxarıda sadalanan problemlərin həll olunması ümumilikdə regionlara marağı daha da artırıb. İsmayıllı rayonunda bununla bağlı görülən işlər müsbət dəyərləndirilə bilər.
Belə ki, İsmayıllı rayonunda son zamanlar həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticəsində şəhərin siması dəyişib. İsmayıllının dağlıq rayon olduğunu nəzərə alsaq demək olar ki, bu inkişaf kəndlərdən də yan keçməyib.
Və bu gün artıq İsmayıllının ən ucqar kəndində belə inkişaf sezilir. Ucqar kəndlərdə yol infrastrukturunun yenidən qurulması, əhalinin mavi qaza olan tələbatının ödənilməsi eyni zamanda vətəndaşların sosial tələbatının araşdırılması və yerində həll olunması prioritet hesab olunur. İsmayıllı Rayonun mərkəzində Heydər Əliyev adına Mədəniyyət və istirahət parkının sakinlərin istifadəsinə verilməsi, eyni zamanda Zərifə Əliyeva adına parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi infrastrukturun yaradılması müsbət qiymətləndirilir.
Rayonun
Heydər Əliyev prospekti boyunca
Qala Divarlarının çəkilməsi
isə İsmayıllı rayonuna xüsusi yaraşıq verir.
Bu qala divarları bir növ
İsmayıllının tarixi keçmişinin göstəricisidir. Qala divarları boyunca tarixi eksponantların yerləşdirilməsi gənc
nəslin Azərbaycanın qədim tarixinə ekskursiya
etməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
İçməli su problemi öz həllini tapır
İsmayıllı rayonunda vətəndaşların
içməli suya olan tələbatını
ödəmək məqsədilə
xüsusi tədbirlər
həyata keçirilir.
Rayonda demək olar
ki, istifadə müddətini başa vuran su boruları
yeniləri ilə əvəz olunur, ucqar kəndlərdə belə vətəndaşlar
bu kimi problemlərdən
azad olurlar.
Belə ki, İsmayıllı rayonunda prezident İlham Əliyevin sərəncamı ilə
İvanovka zonasına
içməli su çəkmək üçün
ayrılmış 3,5 milyon vəsaitə uyğun layihə hazırlanıb, işə
başlanılıb və
2011-ci ildə istifadəyə
verilib. Bununla da İvanovka ilə yanaşı Ruşan, Hacıhətəmli
və Mollaisaqlı kəndlərində ümumilikdə
isə İvanovka zonasındakı 9 kəndin
sakinləri içməli
sudan istifadə
edirlər.
Mavi yanacaq problemi
həll olunur
Bu gün
əminliklə demək
olar ki, İsmayıllı rayonunda
mavi yanacaqla bağlı problem yaşanmır.
Bu yöndə davamlı işlər görülür. Yeni qaz xətləri çəkilir.
İstifadə müddətini başa
vuran xətlər yeniləri ilə əvəz olunur. Məhz bunun səbəbidir ki, artıq Basqal, Lahıc, Topçu və bir necə belə
ucqar dağ kəndlərində belə
mavi yanacaqla bağlı problem aradan qaldırılıb.
Abonentlərin qaz sayğacı
ilə təmin olunması prosesi də davamlı olaraq həyata keçirilir.
İşsizlərin sayı
əhəmiyyətli dərəcədə
azalıb
İsmayıllı rayonunda həyata
keçirilən sosial
siyasətin əsasını
məşğulluq problemlərinin
həll olunması təşkil edir. Bu gün rayonda "Azərbaycan Respublikasında
Məşğulluq Strategiyasının
həyata keçirilməsi
üzrə 2011-2015-ci illər
üçün Dövlət
Proqramı" nın icrası istiqamətində bir sıra işlər görülür. Məşğulluq problemi ilə qarşılaşan hər
bir İsmayıllı
vətəndaşı bununla
bağlı aidiyyəti
qurumlara müraciət
etməkdə ciddi problemlərdə qarşılaşmır.
Rayon İcra Hakimiyyətindən
verilən məlumata görə, Rayonda Dövlət Proqramının
icrası ilə əlaqədar tədbirlər
planında nəzərdə
tutulmuş məsələlərin
həllinə nail olmaq
üçün idarə,
müəssisə, təşkilatlar
və fiziki şəxslərlə işgüzar
əlaqələr qurulub,
2011-ci ildə 315 hüquqi
və fiziki şəxs rayon Məşğulluq
Mərkəzində qeydiyyata
alınıb. Rəsmi qeydiyyatda
olan və işsiz statusu almış vətəndaşların
sayı isə 778 nəfər təşkil edib. Onlardan 311 nəfəri qadın,
398 nəfəri gənc,
47 nəfəri isə
qaçqın və məcburi köçkünlərdir.
Hazırda rayon üzrə 4456 nəfər işaxtaran qeydiyyatdadır. 2011-ci ildə işsiz vətəndaşdan 347 nəfəri
işlə təmin edilib. Bu siyasət
bu gün də davam etdirilir.
Demək
olar ki, müstəqilliyimizin ilk illərində
xarici ölkələrə
üz tutan ismayıllılar artıq
daxili imkanlardan yararlanaraq öz doğma yurd-yuvasında fəaliyyət göstərir.
Kənd təsərrüfatının
inkişafı
İsmayıllı Dağlıq Şirvan
iqtisadi-coğrafi zonasında
yerləşdiyindən əhalinin
əsas məşğuliyyəti
əkinçilik və
heyvandarlıqdır. Bu
baxımdan kənd təsərrüfatının inkişaf
etdirilməsi rayon rəhbərliyinin
diqqətində saxlanılır.
Kənd təsərrüfatının inkişafı üçün
həyata keçirilən
tədbirlər nəticəsində
bu gün İsmayıllı rayonunda
müstəqilliyimizin ilk illərində
dağıdılan üzüm
sahələri yenidən
bərpa olunur.
Eyni zamanda taxıl sahələrinin genişləndirilməsi,
yüksək məhsuldarlığın
əldə olunması
üçün rayon icra
hakimiyyəti tərəfindən
davamlı olaraq iş aparılır. Statistik məlumatlara görə, İsmayıllıda ildə
orta hesadla 40-50 milyon manat dəyərlərində
taxıl, üzüm,
kartof, meyvə, tərəvəz. və s. kənd təsərrüfatı məhsulları
istehsal olunur. 2010-ci ildə rayonda 45836 ton taxıl, 6182 ton kartof, 7249
ton tərəvəz, 7249 ton meyvə, 3394 ton üzüm
məhsulları istehasl
olunub.
Rayonda iribuynuzlu mal-qara,
qoyun, keçi və donuz bəslənilir.
İnternetdən istifadə
genişlənir
Dəyişən və yeniləşən
zamanın tələbatına
uyğun olaraq İsmayıllı rayonunda
internetdən istifadə
imkanlarının genişləndirilməsi
işi həyata keçirilir.
Həyata keçirilən tədbirlər nəticəsində
rayonunda kəndlərin
mərkəzlə optik
kabellərlə bağlanması
sakinlərin sürətli
internetdən istifadəsinə
şərait yaradıb.
Göyçay rayonunun Qaraməryəm kəndi
istiqamətində TAE xəttinə qoşulan
rayon rabitəsi daha
sürətli və keyfiyyətli xidmətlərlə təmin
olunub ki, nəticədə
rayonun İvanovka,
Qubaxəlilli, Ruşan, Qələyə,
Hacıhətəmli və Göytəpə kəndində
internetdən istifadə imkanları genişlənib. Həmçinin
rayonun İvanovka kəndində
ADSL modemləri qurulmuşdur. Bununla da kənd sakinlərinin
yüksək keyfiyyətli telefon rabitəsi
ilə yanaşı, sürətli internetə
çıxış imkanları da təmin
edilib.
Turizmin
inkişafı
İsmayıllı rayonu həm də turizm rayonu kimi tanınır. Ölkədə həyata keçirilən turizm siyasəti nəticəsində İsmayıllı rayonunda da bu sahənin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Yeni-yeni istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi turizm infrastrukturunun genişləndirilməsi sayəsində İsmayıllıya gələn turistlərin sayında ildən-ilə sürətli artım müşahidə edilir. Bunun nəticəsidir ki, əgər 2009-cu ildə rayona cəmi 15 min turist gəlmişdirsə sonrakı illərdə, yəni 2010-cu ildə bu rəqəm 26 minə, 2011-ci ildə isə 59.500 nəfərə çatıb. Bu ilin mayında Bakıda uğurla keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı ölkəmizə gəlmiş çoxsaylı turistlərdən böyük bir qrupunun İsmayıllıda olması, bu ecazkar diyardan xoş təəssüratla ayrılması sonrakı mərhələdə, xüsusilə 2012-ci ilin yay turizm mövsümündə rayona indiyədək görünməmiş səviyyədə turist axınına şərait yaradıb. Nəticədə ilin ötən dövründə İsmayıllıya rekord sayda-70 mindən çox turist gəlib.
Ədil Ədilzadə
Ədalət.-
2012.- 4 oktyabr.- S.7.