Dağlara sığınan Xocalı
Azərbaycanın ürək
yarası, sağalmaz və əlacı hələ ki,
mümkün olmayan kədər ünvanıgyer
üzünün qətliyam şəhərlərindən
biriginsanlığın qanla boğulduğu bir torpaq.
Bütün bunlar yurdun Xocalı adlı genasid ünvanı.
Elə bir ünvan ki, onu heç kim, yer üzündə
sonuncu türk qalana qədər unutmayacaq. Çünki
düşmən bu torpaqda 613 nəfəri mərmiyə
tuş gətirdi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri
qadın, 70 nəfəri isə qoca ağsaqqal insanlar idi. Və
bir də bu 613 nəfərin içərisində bir evin 8 ailəsi
bütünlüklə məhv edildi.
Tarix faktları ilə həmişə
istənilən məqamı, istənilən nöqtəni
yenidən diqtə etməyə, yenidən xatırlatmağa
qadirdi. Bu mənada bu gün hər iki valideynini itirmiş 25 nəfər
Xocalı uşağı, bir valideynini itirmiş 130 Xocalı
uşağı həmin o genosidin canlı şahidi kimi istənilən
məqamda, istənilən kürsüdə, istənilən
ekranda həqiqətləri açıb ortaya qoya bilər,
insanlığın düşmənlərini barmaqla göstərər.
Təəssüf ki, 1275 nəfəri əsir
götürülmüş, 150 nəfəri itkin
düşmüş xocalıların bu gün canında, bədənində
qəlpə gəzdirən 487 nəfərindən 76-sı
uşaq idi. Artıq bu uşaqlar da həmin o ağrını
özü ilə birlikdə böyüdübdü və
böyüyən ağrılarla yanaşı, ölkəyə
səpilən xocalılar ölkə rəhbərliyinin
qayğısı ilə kompakt halında müəyyən bir
ərazidə yaşamaq imkanı qazanıblar. İndi bu ərazi
Xocalını qismən onlara xatırlatsa da, amma Xocalı hələ
ki, düşmən tapdağı altındadı. Lakin...
Həyat inkişaf edir.
İnkişaf edən həyatın kimlərdənsə yan
keçməsi mümkün deyil. Əgər bir
yaşayırıqsa, fəaliyyət göstəririksə,
bizim yaşadığımız mühit, fəaliyyət
göstərdiyimiz ərazi bu millətin, bu torpağın bir
parçasıdır. Odur ki, regionların inkişafına
dair Dövlət Proqramına uyğun olaraq Xocalı sakinlərinin
məskunlaşdığı Ağcakənd ərazisi, o
cümlədən də digər məntəqələrdə
ölkənin əksər bölgələrində olduğu
kimi, həyat günün tələbləri səviyyəsində
davam etməkdədi.
Yəni burada Xocalı rayon İcra
Hakimiyyətinin və eləcə də digər dövlət
qurumlarının inzibati binaları tikilib
abadlaşmış, yollar, küçələr qaydaya
abadlaşdırılıb salınmışdı. Yəni
bir vaxtlar bu bölgəyə üz tutanlar daha çox
müharibənin acı nəticələrini xatırladan mənzərələrlə
üzləşirdilər. Hər tərəfdə
dağılmış evlər, bərbad vəziyyətdə
olan yollar insanlarda acı təəssüf hissi
doğururdu.
Azərbaycan Prezidentinin xüsusi
qayğısı və tapşırığı nəticəsində
Qaçqın və Məcburi Köçkünlərin
İşi üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənovun rəhbərliyi altında digər bölgələrdə
olduğu kimi, burada da müasir tipli qəsəbənin
salınması uğurla başa
çatdırılmış və bu iş, bu proses bu
gün də uğurla da davam etdirilməkdədi. Demək olar
ki, xocalıların məskunlaşdığı bu ərazini
kənardan müşahidə edəndə insanın gözləri
qarşısında yeni bir şəhərin, yeni bir qəsəbənin
könül açan görüntüləri canlanır və
xəyal adamı çəkib uzaqlara, Xocalılı günlərə
aparsa da, amma istər-istəməz o xatirələrin içərisindəki
şirinliyi məhz yeni salınan qəsəbə ilə
ovutmaq, onunla bağlamaq, əlaqələndirmək zorunda
qalırıq.
Çünki əlimiz
çatmayan, ünümüz yetməyən Xocalının
qoxusunu, ətrini Ağcakənddən alır, bu nisbətən
oxşar mənzərə ilə təmas qurub keçmişi
özümüz ilə gələcəyə aparırıq.
Və bilirik ki, salınan qəsəbələr, çəkilən
yollar qaçqınların rahatlığı
üçün, normal həyat şəraitləri
üçün nəzərdə tutulubdu. Bu yerlər Azərbaycanın
bir parçası olsa da, hər bir insana əsirlikdə qalan
ocağı, kəndi bir köynək daha yaxındı.
Xocalı rayon İcra Hakimiyyətinin
başçısı Şahmar Usubov hər gün
abadlaşan və bir çoxlarının zarafatla "yeni
Xocalı" kimi təqdim etdiyi bu ünvanın günbəgün
abadlaşmasından, burada sosial obyektlərin, xüsusilə məktəb,
xəstəxana, poçt və digər dövlət əhəmiyyətli
obyektlərin müasir tələblərə uyğun şəkildə
tikildiyini, burada ən müasir avadanlıqlardan istifadə
edildiyini xüsusi bir qürurla xatırladır və bildirir
ki, ölkə prezidentinin ardıcıl diqqət və
qayğısı ən yüksək səviyyələrdə
işğal edilmiş torpaqlarımızla bağlı Azərbaycanın
mövqeyini qətiyyətlə ortaya qoyması bizdə belə
bir qəti əminlik yaradıb ki, bütün
qaçqınlarımız kimi, xocalılar da mütləq
öz doğma torpaqlarına qayıdacaq və orada bundan da
gözəl, bundan da müasir bir şəhər
salacağıq. Özü də həmin şəhərin
bütün infrastrukturu artıq bizim üçün bir layihə
kimi göz önündədi. Biz bilirik ki,
qayıdacağımız Xocalı itirdiyimiz Xocalıdan
qat-qat gözəl və abad olacaqdı.
O ki, qaldı bu gün
xocalıların daha çox məskunlaşdığı
Ağcakənd ərazisi coğrafi baxımdan Xocalının ərazisinə
bir qədər bənzəyir. Burada da iqlim və təbii mənzərə
müəyyən oxşarlıq təşkil edir. Elə ona
görə də bu ərazidə məskunlaşan
xocalılar özləri üçün artıq Dövlət
Proqramı çərçivəsində müəyyən
şərait qura biliblər. Onlar həm torpağı əkib-becərir,
həm heyvandarlıqla məşğul olur, həm də
sosial sahədə çalışırlar.
Azərbaycan regionlarının
inkişafına dair Dövlət Proqramına uyğun olaraq
inkişaf edən "yeni Xocalı" özünün
sürət tempinə görə, digər bölgələrimizdən
o qədər də geri qalmır. Baxmayaraq ki, burada hər
şey sıfırdan başlanıb, amma zəhmətin,
torpağın nə olduğunu yaxşı bilən
xocalılar yorulmadan çalışır, işləyir və
qurub-yaradırlar.
Yaxından tanıdığım
xocalıların söylədiklərinə görə, onlar
gördükləri hər bir işdən həm də təsəlli
alır və özlərində inam hissini nəinki ölməyə
qoyur, əksinə, bu hissin qələbə əzminə
çevriləcəyinə inanırlar. Çünki onlar Ali
Baş Komandanın işğal olunmuş torpaqlarımız
üçün böyük siyasət meydanında necə əzmkarlıqla
uğurlu siyasi mübarizə apardığının
şahididilər. Ona görə də əmindilər ki,
danışıqlar yolu ilə aparılan bu mübarizə istənilən
anda Azərbaycan ordusunun köməyi ilə də qələbəyə
çevrilə bilər. Deməli, xocalılar
qurub-yaratdıqları kimi, işğal altında olan
Xocalı üçün döyüşmək əzmini də
öz içlərində yaşadır və qoruyurlar.
Bəli, bu gün Ağcakənd
deyilən bir ünvanda Xocalı şəhərinin, daha
doğrusu, Xocalı rayonunun sakinlərinin müəyyən
bir hissəsi kompakt halında yaşamaqdadı. Onların
uğurlarının, həyat şəraitlərinin foto
görüntüləri burada işlərin necə getdiyini yəqin
ki, öz-özlüyündə səssiz, sözsüz də
söyləyə bilər.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2012.- 12 oktyabr.- S.7.