Antik dövrdən gələn Qarabağ
həqiqətləri
(Əvvəli
ötən sayımızda)
Lakin bu amerikalı müşahidəçinin (Hovanissyanın - Z.A.) gördüyü tamamilə fərqlidir. Hər şeydən qabaq, bu müəllif hətta başa düşmür ki, nə üçün türklər yalnız erməni gündəliyinə əsasən tərtib edilmiş bu məsələni oturub müzakirə etməyə razılıq vermişdir. "Barışıq" iki tərəfin bir məcraya gəlməsi mənasını verir. Tamamilə aydındır ki, uzunmüddətli barışıq iclasları üçün ermənilər öz tələblərini yaxşı bəyan etmişdilər. İndi isə "barışıq" üçün ermənilərin nə etməli olduğunu türklər deməli idi. Erməni tələbləri qarşısına türklərin qoya biləcəyi təkliflər bunlardır:
1. Madam ki ermənilər yer üzünün ilk xristian milləti olduqları iləfəxr edirlər, onda qoy onlar sülhə tərəf ilk addım atmaqla öz inanclarını sübut etsinlər. Onlar üçün yaxşı başlanğıc babalarının beş yüz ildən artıq əminamanlıqda yaşadıqları Osmanlı imperiyasını otuz il ərzində silah gücünə yıxmağa çalışdıqlarını etiraf etmələri olardı.
2. Ermənilər etiraf etməlidir ki, onlar Osmanlı ərazisini nəzarət altına almaq istəyən ruslarla birləşərək Osmanlılara xəyanət etmişlər. Beləliklə, əhalinin əksəriyyəti olmasa da, ermənilər müsəlman torpaqlarını müftə-müsəlləm ələ keçirmək istəyidirlər.
3. Ermənilər etiraf etməlidirlər ki, Osmanlıların özünü müdafiə etməyə və əksər erməninin rus hərbi əməliyyatlarında iştirakına görə bütün erməniləri döyüş xətlərinin arxasından köçürməyə qanuni hüququ olmuşdur. Bu, I Dünya Müharibəsi başlayanda Birləşmiş Ştatların amerikalı yaponları qərb sahillərindən köçürməsi kimi eyni hüquqdur.
4. Ermənilər etiraf etməlidir ki, onlar 1915-ci il ərəfəsində və ondan sonra döyüş zonasının rus tərəfində türklərin qırılmasında iştirak etmişdir. Aydındır ki, həm ermənilər, həm də türklər öz həyatları hesabına dəhşətli itki vermişlər. Bu heç də ermənilərin iddia etdiyi kimi bir tərəfli müharibə olmamışdır.
5. Ermənilər etiraf etməlidirlər ki, Ermənistanın diktator hökuməti 1918-ci ildə boşa çıxmış torpaq qamarlamaq cəhdi ilə öz qonşuları Gürcüstan və Azərbaycana əsassız və xaincəsinə müharibələr aparmışdır.
6. Ermənilər etiraf etməlidirlər ki, müasir Türkiyə bütün dinlərin üzünə açıqdır və keçən yeddi əsrdə bütün xalqlara Osmanlı İmperiyasının ən gözəl ənənələri əsasında tam dini azadlıq verilmişdir, bü günkü Ermənistanda isə dünyəvi dini azadlıq yoxdur. Ermənistandaheç olmasa bir işlək müsəlman məscidinin olmaması (heç birinin ümumi əsaslarla işləməsinə icazə verilmir) və bugünkü Türkiyədə çoxsaylı xristian kilsələrinin fəaliyyət göstərməsi faktının müqayisəsini aparın. Aydındır ki, ermənilər öz torpaqlarında digər dinlərə qarşı çox dözümsüzdür. Ermənistanın dövlət tərəfindən bəyənilmiş bircə rəsmi kilsəsi vardır və bu, onların konstitusiyasında təsbit olunmuşdur. Bu gün Türkiyədə erməni kilsələrinin sayı Ermənistanın özündəkilərdən çoxdur.
7. Azsaylı xalqların hüquqlarının qorunması, onlara hörmət bəslənməsi və müdafiə olunmasının Ermənistan hökuməti tərəfindən təmin edilməsi üçün ermənilər iş aparmalıdır ki, müsəlmanlar da xristian erməniləri kimi eyni hüquqa malik olsunlar. Bu günün müasir dünyasındakı sivil dövlətlər etnik təmizləməni qəbul etmir.
8. Ermənilər etiraf etməlidirlər ki, onlar 1800-cü illərin ortalarından başlayaraq müsəlmanları təqib etmişlər və müsəlmanların təqibi və onlara qarşı terrolrizm bu gün də davam edir.
9. Ermənilər təminat verməlidir ki, komissiya üzvlərinin heç biri nə indi, nə də gələcəkdə konfliktdə maraqlı olmayacaqdır. Nəzərə alın: komissiya üzvlərindən biri olan Van Qriqoryan "maraq konflikti" məfhumunu işlətmişdi. O, bəyan edir ki, nə türklərlə, nə də Türkiyə ilə iş birliyi yoxdur. İxtisasca hüquqşünas-vəkil olan Qriqoryan həm də təminat verəcəkmi ki, o, gələcəkdə Türkiyədən qovulduqları üçün Osmanlılardan və digərlərindən "ödənc" almaq istəyən erməni müştərilərinin maraqlarını müdafiə etməyəcək? Bir sual da verilməlidir. Amerikalı hüquqşünas, görəsən, bu komissiyada nə edir?
10. Ermənilər həm hökumətlərinin, həm də dövlətlərinin belə bir etirafını almaq istiqamətində işləməlidir ki, 1890-cı illərdən başlayaraq onların yeganə kilsəsi terrorçu fəaliyyətləri müdafiə etmişdir, onlar belə terror hərəkətlərə son qoyulacağına vəd versinlər.
11. Ermənilər elə fəaliyyət göstərməlidirlər ki, Ermənistanın və erməni dövlətinin yeganə bəyənilmiş kilsəsi son otuz ildən artıq müddət ərzində ASALA, JCAG və digər terrorçu təşkilatların dünyanın hər yerində türk diplomatlarını və amerikalı tarixçini öldürmək cəhdlərini açıq və qapalı şəkildə müdafiə etdiyinə görə təəssüf hissi keçirdiyini bəyan etsin.
12. 1919-cu ildə Osmanlılardan "ödənc" almaq istəyərkən erməni hökuməti Paris Sülh Konfransında çox uzun və emosional təqdimat keçirmişdi. Sülh konfransı kütləvi qırğınlar haqqında sistemli hay-küylər də daxil olmaqla bütün faktları dinləyəndən sonra "yox" deyərək ermənilərə "sıfır" vermişdi. Bu hadisə uzaq 1919-cu ildə həyata keçirilmişdi. İndi ermənilər həmin faktı qəbul etməli və ictimaiyyətə bəyan etməlidir ki, 1919-cu ildəki əhvalat bir daha gündəliyə çıxarılmamalıdır.
Barışıq yalnız o vaxt baş tuta bilər ki, hər iki tərəf səmimi, düzgün və ədalətli olsun.
16 oktyabr 2001-ci ildə hüquqşünas Qriqoryan Nyu-Cersidəki erməni radio saatının qonağı idi. Bu adam əvvəllər Vaşinqtonda Amerika Erməni Assambleyasının Dövlət və Qanunçuluq İşləri direktoru olmuşdu. 1992-ci ildə isə Birləşmiş Millətlər Təşkilatında Ermənistanın daimi nümayəndəliyinin sədr müavini işləyirdi. İndi o, Birləşmiş Ştatlarda erməni biznes şurasının sədri və Erməni Assambleyası Direktorlar Şurasının sədridir.
Hüquqşünas Qriqoryan bəyan etdi ki, Sovet İttifaqının, soyqırımın və bir sıra başqa səbəblərin ucbatından ermənilər və türklər ehtiyac olan müxtəlif taleyüklü məsələləri müzakirə etmək və aradakı fərqləri həll etmək üçün heç vaxt imkan tapmamışdır. O deyir ki, erməni baxışını qəbul etmək üçün onlar Birləşmiş Ştatlar hökumətinə lobbiçilik etmiş, erməni mövqeyinin türk hökumətinə və digər ölkələrə çatdırılmasını istəmişlər.
Bu adam necə həmin komissiyanın yaxşı üzvü ola bilər ki, eyni zamanda o, saxta soyqırımı Birləşmiş Ştatlar hökumətinin tanıması istiqamətində iş aparır? Erməni hüquqşünası bəyan etmişdir ki, Beynəlxalq Tətbiqi Ədalət Mərkəzi erməniləri və türkləri bir-birindən ayıran qanuni mətləbləri aydınlaşdırmaq işini maliyyələşdirməyə hazırlaşır. O, həmin üzdəniraq barışıq komissiyasının yaşadığı Nyu-York şəhərində yerləşməsi səbəbini Beynəlxalq Tətbiqi Ədalət Mərkəzinin həmin şəhərdə olması ilə izah edir. Ermənilərinə səssiz tələbləri qarşısında belə bir sual verilə bilər: O necə Beynəlxalq mərkəzdir ki, Türkiyəyə heç nə vəd etməyən bir cırtdan ölkənin birtərəfli saxta mövqeyini müdafiə edir? Əgər onlar öz çirkli əllərini türk ciblərinə soxan Ermənistanı müdafiə edirlərsə, onda ədaləti necə müdafiə edə bilərlər? Türklərin barışığa ehtiyacı yoxdur - onların istədiyi yalnız budur ki, qonşusu özünü "sivil" ölkə kimi aparsın və öz terrorçu fəaliyyətinə son qoysun.
Ermənilər haqqında Qriqoryan deyir ki, Birləşmiş Ştatlarla daimi əlaqələr - inanırıq ki, həmin əlaqələr daha da inkişaf edəcəkdir - Rusiya ilə daimi əlaqələrdir. Bu hüquqşünasın demək istədiyi budur ki, 1918-ci ildə onların cırtdan ölkəsi yaradılandan sonra Ermənistan hər iki tərəflə oyun qurmuşdur və heç nə vermədən nəsə almaq adlı bu ikibaşlı siyasət bundan sonra da davam etdiriləcəkdir. Bu cəhətə fikir verin. Erməni hökuməti iddia edir ki, onlar özlərini türklərdən müdafiə etmək üçün rusları öz ölkələrinə dəvət etmişdir. İndi isə bu Nyu-York ermənisi iddia edir ki, onların həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə işləmək imkanı vardır. Eyni zamanda hər iki tərəfin adından öz ağzı ilə danışmaq adəti erməni bacarığının daha bir klassik nümunəsidir.
Təəssüf hissi ilə demək lazımdır ki, daha nəsə qoparmaq üçün daha kimisə tapmaq kimi erməni taktikaları gələn nəsillər boyu da davam edəcəkdir. Görün Qriqoryan bu barədə nə deyir: "Kimisə öz ailəmiz hesab etməyimizə bizim hər hansı birimizin nə sözü ola bilər? Hər bir münasib məqamda mən özümü uşaqlarım haqqında düşünən görürəm; uzun müddət ərzində biz Vaşinqtonda lobbiçiliklə bağlı iş aparırıq. Mənim uşaqlarım böyüyəndə eyni strategiyanı işlədərək və eyni kərpic divarları döyəcləyə-döyəcləyə eyni işləri görəcəklərmi? Və ya onlar elə bir yeni cığır açacaqlar ki, müasir əlaqələri nəzərə alaraq Türkiyə tərəfindən blokadaya alınan Ermənistandakı ermənilər həmin cığırı daha münasib sayacaqlar?".
Yer üzünün müsəlmanları Birləşmiş Ştatların həqiqət və ədalət bahasına Ermənistanı müdafiə etdiyini anlayır. Dünya müsəlmanları başa düşür ki, Amerika Azərbaycana xarici yardımı kəsmişdir, çünki Konqresə əli çatan erməni-amerika lobbiçiləri Azərbaycana qeyri-qanuni embarqo qoyulmasına nail olmuşdur. Axı Ermənistana göndərilən hərbi yardımın Azərbaycan ərazisindən daşınmasına, ölkənin liman və yollarından istifadə olunmasına Azərbaycan imtina etmişdir! Birləşmiş Ştatların belə qərar çıxararaq Azərbaycana xarici yardımı kəsməsinin bu məsələyə nə dəxli var? Əgər Meksika bizə hücum etsəydi, sonra isə hərbi ləvazimat almaq üçün Texas ştatının limanlarından istifadə etmək istəsəydi, Birləşmiş Ştatlar eyni cür hərəkət etməzdimi? Hər bir ağlı başında olan adam razılaşar ki, əgər biz Meksika ilə müharibə vəziyyətində olsaydıq və Meksika hərbi ləvazimatını bizim limanlarda qəbul edib yayacaqdırsa, buna Birləşmiş Ştatlar heç vəchlə icazə verməzdi.
Bu kitab Ermənistanın terrorçu fəaliyyəti ilə başlanmışdı. Kitabın eyni mövzu ilə başa çatması çox təbiidir. 5 oktyabr 2001-ci ildə BBC Azərbaycanın Qarabağla olan sərhədlərində yerləşən Qazax rayonundakı (Qərbi Azərbaycan) Quşçu-Ayrım kəndində oktyabrın 1-də baş vermiş faciə haqqında məlumat verdi. Kəndlilərin məlumatına görə, erməni snayperi atəş açaraq otuz üç yaşlı çoban Həmid Vəliyevi öldürmüşdür.
Arsen Teymurov 1978-ci ildə Qarabağda erməni ailəsində doğulmuşdur. Gənc yaşlarında Ukraynaya köçərək baptist inancına tapınmışdır. 2002-ci ilin əvvəllərində öz anası ilə yaşamaq üçün Qarabağa qayıtmışdır. 25 fevral 2002-ci ildə Stepanakertdəki evində ona qonaq gəlmiş baptistlərin kiçik qrupunu qəbul etmişdir. Evdə sitayiş ayini yerinə yetirilərkən bir neçə yerli vətəndaş da dəvət edilmişdi.
Səhərisi gün, 26 fevral 2002-ci ildə yerli polis onun mənzilinə hücum çəkərək axtarış aparmış və bütün dini materialları, audio-kasetləri və filmləri sübut kimi götürmüşdür. Arsen və ona qonaq gəlmiş bütün baptislər həbs edilərək sorğu-sual üçün yerli polis məntəqəsinə aparıldı. Qonaq baptistləri sonra azad etdilər. Arsen isə deportasiya sənədləri hazırlanana qədər həbsxanada saxlanıldı; sonra ona anadan olduğu torpağı tərk etmək əmri verildi. Onun Qarabağdan qovulmasının yeganə səbəbi isə bu idi ki, o öz baptist xristian inancını ailəsi və dostları ilə bölüşürdü.
Hər bir xristian amerikalı özündən xəbər almalıdır ki, "xristian" Ermənistanı və Qarabağı nə sayaq yerdir? Xristianlar faktlara əsaslanaraq özlərindən soruşmalıdır ki, onların milyardlarla vergi dolları Ermənistana axmaqda davam etməlidirmi? Məgər Birləşmiş Ştatlar müsəlman Azərbaycanına ayrı-seçkiliklə yanaşmaqda davam etməlidir ki, nə var-nə var "xristian" Ermənistanı 1,4 milyard dolları sərf edərək Birləşmiş Ştatların Konqres üzvlərini seçkilər vaxtı satın alaraq onlara təsir göstərməyə cəhd etsin?
Ermənilər hələ də öz işindədir, müsəlmanları torpaqlarından təmizləməkdə davam edirlər, bu, yalnız ona görə belədir ki, müsəlmanların Allaha inamı onlardan fərqlidir. Sərhəd boyunca snayperlər işlədərək azərbaycanlıları vahiməyə salan və onları köçməyə məcbur edən ermənilər irəli sürünə bilərlər ki, sonra bir qara qəpik də ödəmədən Azərbaycan torpaqlarını qarışbaqırış qamarlasınlar. Müsəlmanları qətlə yetirəndə, onların mal-qara sürülərinin axırına çıxanda olduğu kimi. Sivil dünyanın heç bir yerində belə davranış yoxdur və Amerika bu cür terrorçu ölkəyə sədəqə verməyi dayandırmalıdır.
Sövdəyar Muradov
Ədalət.-
2012.- 12 oktyabr.- S.6.