AYDIN MUROVDAĞLI:
"YUXUSUZ İŞIQ"
Aydın
Murovdağlının şeirlərini onunla şəxsən
tanış olmamışdan çox-çox əvvəllər
izləmişəm. Hər dəfə bu şeirlərdə nəsə
tapmağa çalışmışam, şairin poetik
inkişafını izləmişəm. Onun qaynar ədəbi
mühitdən (Bakıdan) uzaqlarla yaşaması da bir şair
kimi tanınmasına və sevilməsinə mane olub.Ancaq buna
baxmayaraq "Azərbaycan", "Ülduz"
jurnallarında çap olunmağı az da olsa, belə bir
imzanın mövcudluğunu sübut edir. Xatırladak ki,
adını çəkdiyim jurnalların oxucuları indi az da
olsa, onların hər biri professional oxuculardır. Bir də ki,
Nizami yurdu Gəncənin ədəbi mühitini də unutmaq
olmaz. Ora əyalət damğasını vurmaq olmaz. Gəncədə
hal-hazırda maraqlı qələm sahibləri yetişməkdədir.
Mən
Aydın Murovdağlının "Yuzusuz işıq" hələlik
sonuncu adlandırılan şeirlər kitabı ilə
tanış oldum. Burada mənim indiyə qədər
oxumadığım, tanış olmadığım şeirləri
də gördüm. Təəssüratım xeyli
artdı.
Aydın
Murovdağlı müasir Azərbaycan poeziyasının bir
qütbü kimi formalaşan vətənpərvərlik lirikasının
gözəl nümunələrini yaradan şairlərdəndir.
Bu mənada onun ustadlarını - B.Vahabzadəni, M.Arazı,
S.Tahiri, B.Azəroğlunu,S.Rüstəmxanlını,
M.İsmayılı xatırlayaq və
A.Murovdağlının şeirləri ilə bu ustadların
şeirləri arasında yaxınlığı asanlıqla
hiss edə bilərik. Təsmr var, amma təqlid yoxdur,
A.Murovdağlı vətən mövzusunda şeirləri ilə
bir kimsəni yamsılamamışdır.
Ünlədim,
keçmədi ün arasından,
Pərdədir,
asılıb çən arasından
Azərlə
baycanın tən arasından,
Bir qəmli
çay axır, adı Arazdır!
Əksər
Azərbaycan şairlərinin müraciət etdiyi Araz
mövzusuna Aydın Murovdağlı da müraciət edir və
indi görəcəksiniz ki, bu şeirdə ifadə olunan
poetik məzmun orijinaldır
Dünya anasıdı yas ilə toyun,
Durnalar, dərdimi dinləyin, doyun...
O tay qara oyun,
bu tay ağ
oyun,
Bu Vətən şahmatdı,
matı Arazdır!
Suyunu ovcuma isirəmmirəm,
Boyunu gözümə köçürəmmirəm,
Üstündən o taya keçirəmmirəm,
Göz yaşım suyunda batır, Arazdır!
Tikanlı məftillər yolları boğdu,
Bu yurdda torpaq da,
ölüm də toxdu...
Yüz ildir çağırıb ayıldan
yoxdu,
Həsrətə baş qoyub yatır, Arazdır!
Daşlar da yaylıqdı-göz yaşı
silən,
Bölüb yolları da, vətəni bölən...
Bir xalqın ağrısı sığışa
bilən,
Mənim ürəyimin çatı Arazdır.
Şeirin intonasiyası da onun məzmunundan
xəbər verir. Məsələ burasındadır
ki, Aydın Murovdağlının vətənpərvərlik
ruhlu şeirlərində
çılpaq publisistikadan
gələn plakatçılıq,
ictimai-siyasi hadisələrin
sxematik ifadəsi yox dərəcəsindədir.Çünki
onun şeirlərinin heç biri konkret bir ictimai-siyasi
hadisənin təsviri
ilə bağlı deyil. Ümumən Vətənin böyük
dərdləri bu şeirlərin əsas mövzusudur.Şair bu tipli şeirlərdə fikir və duyğularını
ifadə etmək üçün məhz şairanə obrazlar, bədii təsvir vasitələri seçə
bilir. "Yadlar çırpan, qurd-quş
yeyən xartut Vətənim", yaxud
"Dərdim hər addımımda qəbrimi qazıb, yurdum, Beyrəyin nəfəsindən
at nalı kəsdir, Vətən! Yatdığın
bəsdi. Vətən!"
Bundan sonra gəlir
Aydın Murovdağlının
təbiət şeirləri.
Bu şeirlərində Aydın
daha çox romantik şair kimi diqqəti cəlb edir. Təğiətə aid şeirlərinin
demək olar ki,hamısı peyzaj xarakterlidir.Biz bilirik ki, təbiət şeirləri təkcə
tərənnüm üçün
yazılmır. Təbiət-cəmiyyət
münasibətləri, insan
və təbiət qarşılığı bu
şeirlərin əsasını
təşkil edir. Məmməd Arazın, Hüseyn Arifin, Nəbi Xəzrinin, Musa Yaqubun, Məmməd Aslanın, Hüseyn Kürdoğlunun şeirləri
əsasən bu səpkidədir, onların
hətta peyzaj şeirlərində də
insanın və cəmiyyətin əks-sədasını
eşidirik. Aydın Murovdağlının şeirləri
isə nə etmək, təbiəti vəsf etmək marağıyla yazılmışdır.
Heç şübhəsiz,
təbiət şeirləriylə
bağlı bu boşluq aradan qaldırılacaq. Amma şeir şeirdir. Aydının təbiət
şeirlərində bədii
təsvir vasitələrinin
gözəllikləri ilə
qarşılaşırıq.Xüsusilə
bu şeirlərdə
metaforik düşüncə
tərzi xösusilə
diqqəti cəlb edir.
Yağışlar-göyləri saxlayan sütun,
Sular qaranlığı çəkib aparır.
Qanlı caynağından alıb sükutun.
Külək qoltuğuna yığıb aparır-
Gecə yağışının
pıçıltısını!
Küçə fənərləri-işıq
harayı,
Yaz yeli çarpdırır
səni at kimi!
Səsini içinə çəkib dağ çayı,
Dinləyir ah-nalə, muğamat kimi-
Gecə yağışının
pıçıltısını!
Yaxud:
Bu bahar yuxulu, mürgülü
gəldi,
Qar örtdü gözünün sürmələrini.
Bahar öz bəxtindən
küsülü gəldi,
Qırdı yaxasının
düymələrini.
Yazın yuxusuna qar ələnirdi,
Zaman təbiətə-uyu deyirdi,
Yuxulu meşələr silkələnirdi,
Yaşıl puçurların
köksünü yarıb,
Bu bahar işığa iməkləyirdi...
Təbiət şeirlərində
olduğu kimi sevgi və digər
mövzularda yazdığı
şeirlərində də
Aydın Murovdağlı
öz üslubuna, fərdi deyim tərzinə sadalamaq qalır. Bu fərdi deyim tərzinin mahiyyəti bundan ibarətdir ki, fikri, məzmunu bədii dona salmaq üçün bədii təsvir vasitələri mühüm
rol oynayır. "Sənin şəhərin"
şeirində sevən
insan etiraf edir ki. "Mən səni sevəndə, bil, bu şəhərin. Ahımla şəklini göyə çəkimişəm.
Hər gecə göydəki qoşa ulduza, sizin rənginizdən
boya çəkmişəm".
Ümumiyyətlə, Murovdağlının
sevgi şeirlərində
maraqlı nüanslar diqqəti cəlb edir . Aşiq olan insanın fərdi yaşantıları,
sevdiyi qadına münasibətində ən
gözəl, ən
optimal, ən münasib
sözləri seçib
onun obrazını yaratmaq bu şeirlərdə
xüsusilə nəzərə
çarpır.
Sənin bayoamına dərdim nökərdi,
Ölüncə bu haqqın qurbanı olum!
Gözlərin gözümdə
qoşa ülkərdi-
Gülüşün gül
açsın, bağbanı
olum!
Kefləndim sənin tək şərabdan, meydən,
Göz yaşım ömrümü bükübdü
zərə!
Ahım silkələyir, ulduzlar göydən-
Bayram noğulu tək tökülür yerə!
Sonuncu iki misra
mənə Füzulinin
bu beytini xatırlatdı: "Deyil
bihudə cər yağsa fələkdən
başıma daşlar,
Binasın tişeyi ahımla viran etdiyimdəndir". Əlbəttə.
Aydının ahının
silkələnməsi ilə
göydən yerə tökülən noğulla
Füzulinin ahı ilə yaranan mənzərə arasında
zəmin-asiman fərq
var. Amma hər halda Füzulidən bəhrələnəb nəsə
bir mübaliğə
işlətmək heç
də pis deyil və mən
çox arzu edərdim belə füzuliyanə beytlər
Aydının şeirlərində
çox olsun.
Aydının kitabında
"Yuxudan duram ki.." rubrikası da var və
bu rubrikada olan şemrlər gününlə, həyatın
sərt çağlarıyla,
xeyir və şərin mübarizəsiylə
bağlıdır. Sanki təbiət
gözəlliklərindən və sevgi nəşəsindən
ayrılıb birbaş
həyatın, insan münasibətlərinin içinə
doğru bir yürüş var.Görün
nələr söyləyir
şair:
Birinə Vətən-Vətən,
birinə puldu, zərdi,
Bəzən kabab şişiqdə
duzlandı Vətən dərdi.
O qalanı uçurdular,
yerə düşən daşı sənsən,
O palıdı yıxdılar
ki,
başa çatmış
yaşı sənsən.
Bu ağrının yaddaşı
mən,
yoxluğun yaddaşı sənsən,
Sürün, qoca, sürün
dünyadan o üzə!
İçində nəyin
var yığ papaqlar,
Sığış papaqlara,
sığ papaqlara...
Başın açılanda
çox papaqlara.
Qırılıb içinə
tökülən adam...
Nizami Aydına həsr olunan "Portret" şeirini özünəməxsus tərzdə
təqdim edir.
Aydının satirik ruhda olan şeirləri
də var və həmin şeirlər "Bu qara qarğalar nə danışırlar" rübrikası
altında təqdim olunur.
"XXI əsrin canavarı",
"Canavar", "Canavar
ad alıb", "Bu itin
yiyəsi kimdi, ay allah...", "Bu qara qarğalar nə danışırlar?!", "Siçanlar", "Qara
pişik", "Balıq",
"Sarı Hörümçək"
və s. şeirlərdə
cəmiyyətdə baş
verən haqsızlıqlar,
Şərin meydan sulaması, çox zaman gözəllik qanunlarının pozulması
"qara pişik"lərin,
"sarı hörümçəklərin"
meydan sulaması kəskin tənqid hədəfinə çevrilir.Nə
qədər Ki, bu mənfi tiplər
yaşayır,cəmiyyətdə həmişə belə xaos, belə xoşa gəlməzmənzərələr
yaranacaqdır.
Kömürdən sıyrılır,
hissdən sıyrılır.
Dərddi, quyruğundan başına qədər.
Qaradır hissindən huşuna qədər,
Bu qara pişiyin allahı yoxdu.
"Poeziya, mən səndən doğulacağam"
başlığı altında
bir neçə şeir Şair və Dünya, Şair və Zaman paralelləri üzərində qurulub. Poeziyanın bu təzadlı və mürəkkəb əsrdə
nəyə qadir olması və harada, hansı məqamda söniəsi, zəifləməsi, ancaq bütün bunlarla bərabər yenə də öz missiyasını şərəflə
davam etdirməsi o şeirlərin başlıca
məzmununu təşkil
edir.
Aydın Murovdağlıqın
şeirləri haqda bu qeydlərimi də onun "Tanrı, məni niyə şair yaratdın?!" şeiri ilə başa çatdırmaq fikrində
idim. O şeirə cavab olaraq deyə
bilərəm ki, nə yaxşı Tanrı Aydın Murovdağlı adlı bir Allah bəndəsini şair yaradıb. Sözün Aydın Murovdağlı çalarını
yaradıb!. Uğur olsun deyirəm...
Vaqif
YUSİFLİ
Ədalət.- 2012.- 13 oktyab.- S.13.