RƏNGLƏRDƏ GÖRÜNƏN ADAM

 

   "Xalqbank" xalqa əmanətləri yaşadır

 

   Biz bir varlıq olaraq ətrafımıza həmişə bu və ya digər formada təsir edir, buna qarşılıq olaraq da təsirə də məruz qalırıq. Təbii ki, bu təsir müxtəlif formada olur. Xüsusilə insanların qurub-yaratmaq istəyi burda xüsusi önəm kəsb edir. Yəni yenilik, gözəllik, təmtəraq və birsahib olmaq hissi insana yer üzündə müxtəlif əməllərə, üsullara əl atmaq imkanı verir. Biri memarlıq edir, biri zərgərlik, bir başqası yol çəkir, bir ayrısı bağ salır, bir başqası bütün bunları vurub dağıdır və əvəzində ancaq özü üçün, ailəsi üçün nə isə qurur. Bax, bütün bunlar insanın həm xislətidi, həm də ətrafa təsir etmək imkanı. Lakin elə insanlar da var ki...  

   Mən gözümü açandan, ağlım kəsəndən mənzərələri, portretləri, ümumiyyətlə insan qüdrəti və fırçaya etdiyi hökm vasitəsilə yaranan bütün əl işlərinə özümdə qəribə bir maraq hiss etmişəm. Yəni mənə elə gəlir ki, hansısa bir gün təbiət mənzərəsinə, əl işinə, tabloya, xüsusilə naturadan çəkilmiş cizgilərə baxmasam nə isə itirə bilərəm. Bu hiss məndə təsadüfən yaranmayıb. Hələ orta məktəbdə oxuduğum illərdə ədəbiyyat müəllimim rəssamlıqdan, rəsm əsərlərindən söz düşəndə ürəyi atlana-atlana ağızdolusu ondan danışırdı. Onun əsərlərini elə təsvir edirdi ki, biz o tabloları, o rəsm işlərini gözümüzün qarşısına gətirə bilirdikbiz özünü tanımadan, tablolarını, əl işlərini seyr etmədən sevməyə başlamışdıq onu. Şəxsən mən həyatda onu görmək üçün, onunla təmasda olmaq üçün məhz həmin günlərdən içimdə bir istək yaratdım, bir istək formalaşdırdım. Çox təəssüf ki, mən onunla təmasda ola bilmədim, onun səsini eşitmədim. Amma...  

   Bəlkə də Azərbaycan xalqının ədəbi-mədəni irsini araşdırmaq, bir araya toplamaq lazım gəlsə və bu işi də mənə tapşırsalar gözüyumulu Azərbaycan rəssamlarının mənim üçün son dərəcə önməli fırça ustalarından olan bir neçə nəfəri, yəni Tahir Salahovu, Mikayıl Abdullayevi, Mahir Rəhmanzadəni və xüsusilə Səttar Bəhlulzadəni mən gözüyumulu həmin o görəcəyim işin ön sırasında yerləşdirər, daha doğrusu, onların əsərlərinin xalqımız üçün, onun bir sıra nəfəri olan mənim üçün belə dəyərləndirərdim.  

   Mən orta məktəb xatirələrindən təsadüfdən başlamadım. Çünki Səttar Bəhlulzadəni görmədən onu bizə, o cümlədən də mənə sevdirən müəllimim yanılmamışdı və onun qəlbimdən götürdüyüm qor mənim də qəlbimdə atəşə çevrilmişdi. Zaman-zaman bu atəş məni Səttar Bəhlulzadə fırçasının təsiri altında yaşamağabütün bu rənglərə Səttarın fırçasından baxmağa, Səttarın dünyasından boylanmağa səsləmişdi. Elə günlər olmuşdu ki, mən Azərbaycan şair və yazıçılarının, publisistlərinin Səttar Bəhlulzadə barəsində şeirlərini, bütövlükdə yazılarını oxumaqla onu bir az da yaxından tanımaq, bir az da onun dünyasına daxil olmaq üçün yorulmadan vaxt sərf etmişəm. O vaxtın içərisində mən poeziyanın dili ilə Səttarın rənglərini oxumağa, öyrənməyə çalışmışam. Bu da səbəbsiz olmayıb. Çünki Səttar Bəhlulzadə təkcə rəssamlıq etməyib, o fırça ilə həm də şeir yazıb. Elə şeirlər ki, onlar tablolara çevrilib, rəsm əsərləri oluboxucu ilə, tamaşaçı ilə üzbəüz dayanıb pıçıldaşıb.  

   Bu günlərdə maraqlı bir tədbirə qatıldım. Əslində bu tədbir artıq ənənəyə çevrilibdi. Xalq Bankın Xalq Əmanəti layihəsi çərçivəsində növbəti təqdimatı böyük sənətkarımız, rənglərin içindən dünyaya baxan və rənglərin içərisində yaşayan Səttar Bəhlulzadəyə həsr edilmişdir. Xatırlatmaq yerinə düşər ki, artıq Xalq Əmanəti layihəsi ilə ictimaiyyətin diqqətini çəkən Xalq Bank bundan öncə xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Azərbaycanın görkəmli rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova və Mahmud Tağıyevin kitablarını, albomlarını yüksək poliqrafiya ilə nəşr etdirmişonun kütləvi tirajını doğma dilimizlə yanaşı, həm də rusingilis dillərində də hazırlayıb təmənnasız olaraq yaymağa müvəffəq olmuşdu. Bu nəcib təşəbbüsün növbəti ünvanı da Səttar Bəhlulzadə idi.   

   Mərasimin açılışdan öncə Xalq Bankın əsas ofisinin 16-cı mərtəbəsindən böyük rəssamın xüsusi zövqlə sərgilənən əsərlərini gözdən keçirirəm. Mənimlə yanaşı, bu əsərlərə böyük maraqla onlarca insan tamaşa edir. Onların baxışlarından hər şeyi oxumaq mümkündür. Sevinc də, təəccüb də, hələ üstəlik Səttar Bəhlulzadə ömrünün yarımçıq olmasına təəssüf də. Amma bütün bunların içərisində qalib gələn heyrət və sevgidi. Çünki Səttar fırçası bütün əsərləri heyrət və sevgi ilə, həm də heyrət və sevgi üçün kətana köçürübdü.  

   Mərasimi tanınmış publisist Yusif Günaydın açır. Onun giriş nitqi əslində tamaşaçılar üçün, bu tədbirə qatılanlar üçün o qədər qeyri-adi deyil. Çünki bura gələnlərin hamısı Səttar Bəhlulzadənin rənglər dünyasının vurğunu, bir az loru dildə desək, onun fırçası ilə nəfəs alanlar idi. Bax, belə bir məqamda söylənilən hər bir söz bizlərin bildiklərini bizlərə təkrar etməyə bənzəyirdi.   

   Tədbirdə çıxış edən tanınmış sənətşünas alim Ziyadxan Əliyev öz çıxışını bu sözlərlə başladı: "Bu gün əsl sənət bayramıdı. Çünki sağlığında ölməzlik qazanan, rəngləri sevən, hər kəsin qəlbinə yol tapan burada öz əbədi abidəsini fırçası ilə quran böyük Səttar Bəhlulzadə yenə bizi ətrafına yığıb. Biz yenə onun rənglərinin işığını seyr edirik. Mənim üçün Səttar Bəhlulzadə rəssam, şəxsiyyət, istedad sahibi olmaqla yanaşı, həm bir dost idi. Təsəvvür edin ki, o mənim üçün elçilik edib".  

   Çıxışında Səttar Bəhlulzadə fırçasının müxtəlif janrlarından bəhs edən natura, karikatura, natrimot digər üslublarda böyük sənətkarın əldə etdiyi uğurlardan söz açan Ziyadxan Əliyevi tribunada Mədəniyyət Turizm Nazirliyinin bölmə müdiri Xaliq Qasımov əvəz edir. O da öz çıxışında Səttar Bəhlulzadənin Azərbaycan mədəniyyətində bu mədəniyyətin dünyaya tanıdılmasında yerindən, rolundan, xidmətlərindən danışır vurğulayır ki, Səttar Bəhlulzadə öz rəsmləri ilə Azərbaycan mədəniyyətinin bir növ pasportuna çevrilib, dünyanın istənilən nöqtəsində bu rəsmlərlə Azərbaycanı tanıtmaq mümkündür.  

   Çıxış edən böyük bəstəkarımız, SSRİ xalq artisti Arif Məlikov xalq rəssamı haqqında danışarkən vurğuladı ki, "mən çox xoşbəxtəm ki, belə bir dahi ilə dost olmuşam, onunla böyük zaman kəsiyində baş-başa qala bilmişəm. Emalatxanasında, təbiət qoynunda onu seyr etmişəm, onun qrafikaları çox möhtəşəmdi. Siz təsəvvür edin ki, Səttar Bəhlulzadə öz rəsmləri ilə zamanı çox ötüb keçib. Təəssüf ki, o az yaşadı. Amma Səttar məktəbi bu gün gənclərin fırçası ilə yaşayır onun ardıcılları gəlir. Allah onun ruhunu şad eləsin. Bu xeyirxah işinə görə Xalq Banka təşəkkür edirəm".  

   Kürsüyə xalq rəssamı, Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev yaxınlaşır. Fuad müəllim bu böyük rəssam haqqında xatirələrini bölüşür, onun Azərbaycan rəssamlığı tarixindəki yerindən danışır bildirir ki, Səttar təkcə rəssam deyilid, həm şair idi. Çünki o, Nizami Füzuli poeziyasını bütün çalarları ilə fəhm edir onu kətana köçürürdü. Hətta Səttar özü dəfələrlə vurğulamışdı ki, mənim müəllimim Füzulidi".  

   Növbəti çıxışçı xalq rəssamları Ağaəli İbrahimov Arif Hüseynov da Səttar Bəhlulzadə haqqında xatirələrini bölüşür, iştirakçılara bu təqdimata gəldikləri üçün təşəkkürlərini bildirdilər. Rəssamın qohumları adından çıxış edən Pərzad Abdinova tədbirlə bağlı bunları söylədi: "Bu gün bizim ailəmizin ən sevincli günüdür. Çünki mənim babamın kitab-albomu təqdim olunur. Bu layihəyə görə Xalq Banka, layihə üzərində çalışan dostlara, o cümlədən sizlərin hər birinə təşəkkürümüzü bildiririk".   

   ... Həmin axşam Xalq Bankın 16-cı mərtəbəsindən seyr etdiyimi Bakı gecələri mənə Səttar Bəhlulzadənin rənglərini xatırlatdı. Çünki o rənglərin içərisindən böyük Səttarın özü görünürdü əlindəki fırçasıyla məhz bu təqdimat mərasimini təşkil edənlər üçün kətan üzərində işıqlar çəkirdi, al-əlvan işıqlar. Bu işıqlar bəlkə elə onun özünün ruhu idi. Çünki həmin axşam Səttarın ruhu da bizimlə birlikdə Xalq Bankda idi.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.- 2012.- 16 oktyabr.- S.6.