100
İLDİR YAŞAYIR EŞQİN, ƏMƏLİN
Görkəmli maarif xadimi,
müdrik şəxsiyyət Surxay Qurbanovun əziz və
unudulmaz xatirəsinə ithaf edirəm
Səni bəxş edəndə
SEYİDLİ kəndi,
Bir evin ən nurlu
çırağı yandı.
Elə bil səmadan bir ulduz endi,
Arzular gül açdı,
ömür uzandı.
Atanın, ananın güldü gözləri,
Başları üstündə nurlandı səma.
Günəşin
üzünə döndü
üzləri,
Şirin arzuları qovuşdu kama!
Ayları, illəri qoyub arxada,
Qeyrətlə böyüyüb sən yaşa doldun.
Taleyin bağlandı şərəfli
ada,-
Xalqına layiqli müəllim
oldun.
İşıqlı
zəkanla şam kimi yandın,
Qovdun həyatından dumanı,
çəni;
Yaşadı xalqına sədaqət andın
Sağ qalan şagirdlər anırlar səni!
Vətənin torpağı darda qalanda,
Dözmədin...
canını elədin
fəda!
Əsla sarsılmadın ən çətin anda,-
Agır döyüşlərdə düşəndə
oda!
Qamətin bənzərdi uca çinara,
Dağlardan almışdın şah vüqarını.
Düşsən də çətinə,
getsən də hara,
AĞDAMA bağladın düz
ilqarını!
Yurduna layiqli ad qoyub getdin,
Anam QARABAĞDIR,
nəslin, soyadın.
Sən elə yaşayıb, sən
elə etdin,-
Adını ucaldır hər bir
övladın!
Yaxşılıq etmişdin bəsdi
deyincə,
Əzəldən beləydi sənin
təməlin.
Barın tükənməzdir
min il yeyincə,
100 ildir yaşayır eşqin, əməlin!
Əjdər Qiyaslı,
İqtisadçı alim, şair
Ədalət.-2012.-18 oktyabr.-S.6.