Azərbacan
rəssamının uğurları
Rəssam Nəvai Metin Məmmədoğlu
həmkarı İlqar Əkbərovla birgə bir qədər
öncə Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi ilə İzmir şəhər Bələdiyyəsinin
dəvətiylə İzmir Dövlət Rəsm və Heykəl
muzeyində keçiriləcək möhtəşəm tədbirə-
sərgi mərasiminə dəvət olunmuşdular. O zaman
dünyanın 30 ölkəsində özəyi olan
Uluslararası Aktivist Sanatçılar Birliyinin fəxri
üzvü, Dünya Türk Mədəni Əlaqələr Cəmiyyətinin
isə üzvü seçildilər. Fevral ayında Aydın
şəhərində "Dədəbağ hayırı
günləri" çərçivəsində
keçirilmiş rəsm festivalına dəvət olunan sənətçilər
oktyabr ayının əvvəlində isə Aydın şəhərində
(Ege bölcəsi) Karacasu Gelişterme və Egitim Vaktı
Başqanı prof. dr. Ali Kupelioğlunun, Karacasu Bələdiyyə
Başqanı Mustafa Böyükyapıcının,
Uluslararası Aktivist Sanatçılar Birliyinin Başqanı
dr. Umit Yaşar İşıkhanın təşkilatçılığı
ilə düzənlənən I Afrodisyas Uluslararası Rənglərin
Buluşması Sanat Kolonisində (festifalında) iştirak edərək
böyük uğur qazandılar. Tədbirə Rusiyadan,
İtaliyadan, Ukraynadan, Qazaxıstandan, Gürcüstandan,
İrandan, Türkiyənin müxtəlif əyalətlərindən
və başqa yerlərdən iyirmi nəfər rəssam dəvət
olunmuşdu. İki gün İzmirdə qaldıqdan sonra doqquz
gün Ege bölgəsinidə, Aydın şəhərinin
Qaracasu qəsəbəsində - Dədəbağ, Ballı
pinar yaylalarında, qədim yunan məskəni olan Avrodisiyada,
məşhur Pamuk kaledə, Quş adasında, Efesdə və
Denizli şəhərinin Buldan qəsəbəsində
yaradıcılıq yarışmasında oldular. Böyük
nailiyyətlər əldə edən N. M. Məmmədoğlu
"Antiqone" Sanat Evinin rəhbəri Savaş Şimitli tərəfindən
fərdi sərgisini keçirmək üçün gələn
ilin əvvəli üçün Ankaraya dəvət olundu.
Bir neçə gün öncə
"Haber Hurriyet" qəzetinin köşə yazarı Hulya
Sezginlə Bakıya gələn UASB-nin başqanı dr. Umit
Yaşar İşıkhan Nəvaini dünyanın 30 ölkəsində
təmsilçisi olan Birliyin Azərbaycan üzrə rəsm
komissiyasının başqanı, İlqarı isə
başqan yardımçısı seçdi. Qonaqlarla Beynəlxalq
Atatürk mərkəzində ziyalıların
görüşü keçirildi və həm birliyin, həm
də təmsilçiliyin məram və məqsədləri
açıqlandı.
Tədbirdən bir gün sonra rəssamlarımız
30 ölkədən dəvət olunmuş 70 rəssamın
iştirak edəcəyi "Birinci Uluslararası rənglərin
qardaşlığı" adı altında keçirilən
sərgiyə qatılmaq üçün İzmirə yola
düşdülər.
Ədalət.-2012.-18
oktyabr.-S.7.