ƏLİ ASLANOĞLUNUN QƏZƏLLƏRİ
ƏDƏBİ HƏYAT
"Qəzəldir səfabəxşi
həhli -nəzər, Qəzəldir güli-busitani-hünər"
- dahi Füzulinin altı əsr əvvəl söylədiyi bu
sözlər indiyə kimi öz dəyərini hifz edir və
heç şübhəsiz, əsrlər keçdikcə yenə
hifz edəcəkdir.
O səbəbdən ki, qəzəl
təkcə klassik ədəbiyyatın ən dinamik forması
kimi yox, müasir ədəbiyyatın da işlək
forması kimi öz missiyasını yerinə yetirir. Səkkiz
əsrdən artıq poeziyamızın ən başlıca
şeir forması kimi işlənən və işləndikcə
də, daha da gözəlləşən və kamilləşən
qəzəlin müasir dövrdə də, müxtəlif izmlərin
və cərəyanların, poetik meyl və tendensiyaların
hökm sürdüyü indiki çağda da öz
şaxlığını, şuxluğunu saxlaması
fenomenal hadisədir.
"Klassik Azərbaycan
poeziyasında qəzəl" tədqiqat əsərində mərhum
ədəbiyyatşünas, professor Azadə Rüstəmova qəzəlin
yaranması və tərifi ilə bağlı maraqlı
faktlarla bizi tanış edir. Məlum olur ki, qəzəl ərəb
ədəbiyyatında qəsidənin tərkib hissəsinə
daxil idi, sonra ondan ayrılmış və müstəqil bir
şeir forması kimi inkişaf etmişdir. Tədqiqatçı
yazır ki, ərəb ədəbiyyatında İlk qəzəlxan
şair Ömər ibn Əbu Rəbiə (655-712)
sayılır. Ömər, yaradıcılığında qəsidəyə
yer verməmiş, bütün istedadını gözəllərin
və məhəbbətin vəsfinə həsr edilmiş
yığcam, 6-8 beytlik qəzəllər qoşmağa sərf
etmiş və ərəb qəzəl ədəbiyyatınının
görkəmli nümayəndələrindən biri kimi
tanınmışdır. Sonra əsrlərin ədəbiyyat nəzəriyyəsinə
dair kitablar içərisində ilk dəfə qəzəlin
tərifinə IX-X yüzilliklərdə
yaşayıb-yaratmış Qüdamə ibn Cəfərin
"Nəqd-əş-şeir" əsərində təsadüf
olunur. Qəzəlgbu, məhz məhəbbət deməkdir,
qadınlara olan çılğın sevgi haqqında hekayətdir".
Bundan 400 il sonra XIII əsrin məşhur ədəbiyyatşünası
Şəms Qeys Razi yazır: "Bir çox şairlər
sevgilinin gözəlliyinin təsvirini, məhəbbəti və
eşq vəziyyətinin təsvirini qəzəl
adlandırırlar. Qəzəldən məqsəd ruhun təskinliyi
və xoş əhval oyatmaqdır. Ona görə də qəzəl
ahəngdar vəzndə, aydın və gözəl sözlərlə
yazılmalı, nəcib fikirlər ifadə etməlidir".
Azərbaycan poeziyasında ilk qəzəl
nümunələri ərəb və fars dillərində qələmə
alınmışdır. Təkcə əsərindən sitat
gətirdiyimiz Azadə xanım deyil, digər gbrkəmli tədqiqatçılar
da qeyd edirlər ki, Azərbaycan ədəbiyyatında ilk qəzəllər
XI əsrdə yaşayıb-yaratmış Qətran Təbriziyə
məxsusdur. XII əsrdə isə Fələki Şirvani,
Mücirəddin Beyləqani, İzzəddin Şirvani, Əbülüla
Gəncəvi, Qivami Mütərrizi, Xaqani Şirvani və
Nizami Gəncəvi fars dilində misilsiz qəzəl nümunələri
yaratmışlar. Azərbaycan dilində ilk qəzəlin
müəllifi isə XIII əsrin sonları-XIV əsrin əvvəllərində
yaşayıb-yaratmış Həsənoğlu olmuşdur.
Qazi Bürhanəddin və Nəsimi
yaradıcılığında isə qəzəl öz kamil
mərhələsinə çatmış, Azərbaycan ədəbi
dilinin formalaşmasında çox böyük rol
oynamışdır.
Məhəmməd Füzüli Azərbaycan
qəzəlinin padşahı sayılır və əgər
qəzəl dedikdə Füzuli, Füzuli dedikdə isə qəzəl
anlaşılırsa, deməli, Füzuli və Yeniləşmiş
Qəzəlin bir torpaqda nəşv-nüma
tapdığına zərrəcə şübhə yox. Füzulidən
sonra neçə qüdrətli qəzəlxan dünyaya gəldi
(Saib Təbrizi, Qövçi Təbrizi, Qasım bəy Zakir,
Natəvan, Qüdsi, Nəbati, Seyid Əzim Şirvani, Əliağa
Vahid ) -bu şairlər Füzuli odunu sönməyə
qoymadılar.
Qəzəl janrı bu əsrdə
də öz missiyasını yerinə yetirir. Sovet
dövründə qəzəl nisbətən zəifləmişdisə,
ona yad nəzərlər, qısqanc baxışlar və
sovetoloq diqtəsi boylanırdı, amma keçən əsrin
80-ci illərindən başlayaraq qəzələ yenidən
müraciət olundu, Seyidağa, Əliağa Bakir, Hacı
Mail, Hacı Ələmdar, Baba Pünhan, Şahin Fazil,
Hacı Mirəziz, Gülarə Munis, Müzəffər
Şükür, Ənvər Nəzərli və b. bir qəzəlxan
kimi meydana çıxdılar və bu canın yenidən
çiçəklənməsi başlandı. Son illərdə
Əli Aslanoğlunun bu sahədə fəaliyyətini qeyd etməmək
insafsızlıq olardı.
Əli Aslanoğlunu bir qəzəlxan
kimi Füzuli məktəbinin bir nümayəndəsi hesab etmək
olar. O, təkcə Füzulidən deyil, Nəsimidən, Seyid Əzimdən,
digər ustad qəzəlxanlardan da faydalanır, amma qəzəllərində
Füzuliyə sadiqliyilə seçilir. Professor Məhərrəm
Qasımlı yazır ki: "Qəzəl ədəbiyyatı
tarixində Füzuli dərin bədii-lirik pafosu, Nəsimi
üsyankar təbiəti, Vahid vəsf və mədhiyyə
üslubu ilə tanınırsa, Əli Aslanoğlu bədii-fəlsəfi
düşüncə tərzi ilə meydana çıxır
və bu zaman yüksək lirizmi də əldən
buraxmır". Fikrimcə, ədəbiyyatşünas həmkarımın
verdiyi bu qiymət bəlkə həddən ziyadə
artıqdı, amma xiffət çəkməyə dəymümkün
qədər çalışır ki, onun qəzəlxan obrazını
yaratsın.
Göndərən ol dilbəri
zalım
fələkdir, bilirəm,
Məqsədi aşiqlərə
zülm eyləməkdir, bilirəm.
Bənzədir nisbətini
Leylayə Məcnun kimilər,
Böylə söz əlbəttə
kimi,
boş bir küləkdir, bilirəm.
Büsbütün dünyanı mən
gəzdim ki, oxşar arayım,
Tapmadım bənzər ona,
dünyada təkdir, bilirəm.
Əli Aslanoğlunun qəzəllərində
təsvir olunan gözəl müasir dövrdə
yaşayır və təbii ki, onun vəsf və tərənnümündə
mümkün qədər müasir qəzəl leksikonundan
istifadə olunmalıdır. Bu vəsf və tərənnümdə
bəzən yumoristik çalarlara da rast gəlirik ki, bunu da təsadüfi
saymaq olmaz. Vahiddən üzü bəri qəzəl
yaradıcılığında böylə hal istisna deyil.
Ey mənim əqlim alıb həm
sonralan naz eyləyən,
Öyrədib kimdir səni bir
böylə dilbaz eyləyən?
Ya səni düşmən
sözü
incik salıb məndən bu cür,
Ya fələk tədbiridir
qismətdə
qalmaz eyləyən.
Tək sevən qəlbim ilə
hörmətdəyəm
aləmdə mən,
Çün. Odur şöhrət verib
el içrə
mümtaz eyləyən.
Sən demə çoxdan bilir
əğyar mənim möhnətlərim,
Bu imiş ol xainin keyfin
belə saz eyləyən!
Heç təmənnam olmayıb
səndən mənim, ey xaliqim,
Bir vüsal arzusudur
könlümdə
pərvaz eyləyən.
Mən gərək möhkəm tutam
cövrün yolun hər dəm,
Əli, örmürəm bir özgə yol
eşqim sərəfraz eyləyən!
Bu qəzəlin
ifadə etdiyi məna da müasirdir,
özü də.
Əli Aslanoğlunun qəzəl
yaradıcılığında iki mövqe bir-birilə mübarizə
aparır. Əvvəla,
mən də Məhərrəm Qasımlının
bu fikrilə yekdiləm ki, Əli Aslanoğlunun qəzəlləri həm
forma və məzmun, həm də dil və üslub
cəhətdən özünəməxsusluğu
ilə səciyyələnir.
Bəs onda hansı iki mövqedən söz açmaq olar?
Fikrimizcə, birinci mövqe elə Məhərrəm Qasımlının ifadə
etdiyi mövqedir. Əlinin bir sıra qəzəlləri
öz sadəliyi, dil və üslub
cəhətdən özünəməxsusluğu
ilə seçilir. Məsələn, son qəzəllərindən
biri:
Hər nə dərd gəlsə mənə ol
mahi-taban gətirir,
Dərmanı müşgül olan hər
dərdi asan gətirir.
Vəsli-yar arzum mənim
qəsdində
fürsətdi ona,
Naz ilə bağrım dəlib
ardınca hicran gətirir.
Çəkmişəm
illərlə mən
əğyar ilə qan davası,
Dil verib zalım ona,
qan üstünə qan gətirir!
Çox dedim, çox söylədim:
aldanma düşmən sözünə.
Baxmadı kafər qızı, iblisə
iman gətirir.
Daşürək
biganəni
çox tutma tənqidə, Əli,
Çünki çox tənqid özü
mürşidə
nöqsan gətirir.
Deyə bilərik ki, çox urvatlı qəzəldir: dili sadə, aydın, fikrin poetik ifadəsində
zəriflik çalarları
özünü büruzə
verir. Əli Aslanoğlunun bu tipli qəzəlləri sübut edir ki, indiki çağda
qəzəl nə qədər sadə, aydın və anlaşıqlı yazılsa,
onu oxuyan da, qavrayan da
çox olar. İndiki döardə qəliz ərəb və fars tərkibləri
ilə dolu qəzəl yazmaq, yaxud mürəkkəb fars və ərəb
tərkiblərini misralara
"yükləmək" isə təbii ki, istənilən qəzəl həvəskarını
uzaqlaşdırır o poetik
mətndən.
Bu baxımdan Əli Aslanoğlunun islaha ehtiyacı olan qəzəlləri heç də az deyil. Bilirik
ki, Əli Aslanoğlu klassik poeziyaya az-çox bələddir və o poeziyanın fəlsəfi
yönü onu daha çox maraqlandırır.
Mürəkkəb
tərtibli söz və ifadələrini onun qəzəllərinə
axıb gəlməsi
həm bununla izah edilə bilər, həm də onun öz
poetik təfəkkürünün
mürəkkəbliyə meyl
etməsi ilə. Ona görə də biz istəməzdik ki, Əli Aslanoğlunun
qəzəllərində "imtiyaz" (Sinədç
yoxsa nəfəs, bu imtiyazın neynirəm?!), "intiqal"
(Öz içimdə
şvadla naşad intiqalın görmüşəm),
"ənsar" (Məqami-alidə
ənsar nəyə lazım?!), "şəhvar"
(Hüzur həqdə
libas-şəhvar nəyə
lazım?!), "əhləl",
"bədəstur" (Ki,
mey içdikcə əhləl-qəm bədəstur
qəm tələb eylər! və s. ) Əli Aslanoğlu bu mücərrədçilikdən
mümkün qədər
tez uzaqlaşmalı, adları çəkilən
o qəliz sözləri
milli sözlərlə
əvəz etməlidir.
Qəzəl yaradıcılığında məcaz ustalığı,
bədii təsvir vasitələrinin əlvanlığı
mühüm rol oynayır. Böyük qəzəl ustadlarını
əsrlər boyu yaşadan da klə bu deyilmi?
Füzulinin bir beytini xatrlayaq: DEYİL
BİHÜDƏ FƏLƏKDƏN GƏR YAĞSA
BAŞİMƏ DAŞLAR, BİNASIN
TİŞEYİ-AHMİMLƏ VİRAN ETDİYİMDƏNDİR.
Görün bu iki misrada nə
nəhənglikdə bir
obraz canlanır.
Bu meyarla Əli Aslanoğlunun qəzəllərinə yanaşanda
ənənənin bu gün də davam etdiyinin şahidi ola bilərik.
Münəccimlər
nə bilsin
sirrimi, ey dil, bu
gecə?
İtib səyyarələr, çün
nurə
boyandırdı
muğam!
Gəzməsin
bir kəs məni,
təxmin edib ünvanımı,
Gendi səhra, kim bilər,
qərbində
ya şərqindəyəm.
Dün gecə niyyət tutub
gördüm hilalın yuxusun,
Olmasa mənada qaş,
təyyar qanadımdı mənim!
Bəhri-eşqin təkinə gənci
nə şövq etdi məni,
Ayna tut, zəri-ziba,
lölövü-
dürdanəyə
bax!
Bəzmi-eşq
divanına
üz tutma, ey əhli-vəfa,
Hökm edən sultanı gör,
məhbusi-zindanəyə
bax!
Bir sözlə, Əli Aslanoğlu müasir qəzəl poeziyasında öz SƏSİ olan, nəfəsi olan bir şairdir və bu gün qəzəl yazarları arasında seçilir, fərqlənir. Yolun uğurlu, Əli müəllim!
Vaqif YUSİFLİ
Ədalət.-2012.-20
oktyabr.-S.13.