QARABAĞDA
"DOLU" HƏYƏCANI
Filmin yaradıcı heyəti Ağcabədi rayonunda tamaşaçıların
görüşünə gəldi
Çəkiliş
qrupu Ağcabədi rayonuna
günorta saatlarında çatdı. Hələ
ötən il filmin son kadrlarının çəkilişi
zamanı Ağcabədi rayonunda olan filmin çəkiliş
qrupunun üzvləri ötən bir il ərzində rayonda baş verən
yenilikləri heyranlıqla qarşıladı.
Tamaşaçı auditoriyasının çox
olmasını nəzərə alan rayon icra hakimiyyəti filmin açıq havada nümayiş etdirilməsini nəzərdə
tutmuşdu. Havanın qaralmasına isə
hələ bir neçə saat qalmışdı.
Yaradıcı heyət bu vaxtdan səmərəli
istifadə etmək üçün şəhərin gəzintisinə
çıxdılar. Ağcabədi şəhərinin demək
olar ki, bütün küçələrində əsaslı
təmir-bərpa işləri başa
çatdırılmışdı. Azərbaycan
Respublikası Prezidentinin regionların sosial-iqtisadi
inkişafı proqramı bu rayonda sürətlə icra edilir.
Rayonda artıq istifadəyə verilən Şahmat məktəbi,
Üzeyir Hacıbəyov adına Muğam evi müasir
üslubda inşa edilib və şəhərə xüsusi
gözəllik verir. Muğam evinin həyətində
salınan yeni parkda çay süfrəsi ətrafında əyləşən
yaradıcı qrupa məlumat verildi ki, demək olar ki,
dünyada ilk dəfə olaraq 24 saat ərzində klassik
muğamlarımız səsləndirilir.
Ənənəyə uyğun
olaraq filmin çəkiliş qrupu rayon ictimaiyyəti və
müharibə iştirakçıları ilə birlikdə
Şəhidlər Xiyabanını ziyarət etdilər. Daha
sonra Ulu Öndərimiz Heydər Əliyevin abidəsi
önünə gül dəstələri qoydular.
Saat 19 radələrində filmin
nümayişinin nəzərdə tutulduğu Heydər Əliyev
adına istirahət parkına gələn çəkiliş
qrupu açıq səmada yerləşən konsert məkanına
toplaşan minlərlə tamaşaçını və
xüsusilə də çoxsaylı əsgərlərimizi
gördükdə həyəcanlarını gizlədə
bilmirdilər. Filmin icraçı direktoru Nadir Əliyev mənə
yaxınlaşaraq "müharibənin canlı şahidi olan
bu insanların qarşısında görəsən
etimadı doğrulda biləcəyikmi?"-deyə bildirdi.
Filmdə iştirak edən aktyorlar da həyəcan içində
idi. "Dolu" filminə artıq bir neçə dəfə
baxdığım üçün filmin yaxşı
qarşılanacağını əvvəldən bilsəm də
mən də həyəcan keçirirdim.
Nəhayət, saat 19 radələrində
çəkiliş qrupu iki min nəfərdən artıq
tamaşaçının qarşısına
çıxdı. Tədbiri açan rayon icra hakimiyyəti
başçısının müavini Əbülfət
Tapdıqov Qarabağ müharibəsinə həsr olunmuş
bu filmin gənclərimizin hərbi vətənpərvərlik
ruhunu yüksəldəcəyinə əmin olduğunu
bildirdi. Ssenari müəllifi, millət vəkili Aqil Abbas filmin
çəkiliş qrupunu görüşə dəvət edən
rayon icra hakimiyyəti başçısına və rayon
ictimaiyyətinə təşəkkürünü bildirdi.
"Azərbaycanfilm" kinostudiyasının direktoru
Müşfiq Hətəmov gələcəkdə də yeni
filmlərin çəkilişi ilə bağlı dövlət
proqramının həyata keçiriləcəyini
tamaşaçıların diqqətinə
çatdırdı.
Filmin quruluşçu rejissoru Elxan
Cəfərov səfər ərəfəsində
Qarabağın üç rayonunda görüş keçirəcəklərini
bildirərək müharibənin canlı şahidləri
olmuş insanlar qarşısında çətin imtahan
gözlədiklərini bildirdi.
Daha sonra filmin nümayişi
başlandı. Kadrları, xüsusilə də döyüş kadrlarını,
aktyorların rollarını
məharətlə ifa
etmələri tamaşaya
gələn minlərlə
insanı 20 il
öncəyə aparırdı.
Filmi həyəcan və göz yaşları ilə seyr edən
tamaşaçılar filmin
sonunda Komandirin və döyüşlərdə
şəhid olan qəhrəman oğullarımızın
ruhlarının müşayiəti
ilə Ağdama tərəf getmələrini
ayaq üstə alqışlarla qarşıladılar.
Filmin nümayişindən sonra rayon icra hakimiyyətinin başçısı
Şahin Məmmədov
yaradıcı heyətə
rayon ictimaiyyəti adından
təşəkkürünü bildirərək qeyd etdi ki, bu
cür filmlər müharibə şəraitində
yaşayan əhalimiz və xüsusilə gənclərimiz üçün
böyük təbliğat
vasitəsidi.
Filmin nümayişindən sonra hələ də filmin təsiri altında olan tamaşçılar bir müddət ssenari müəllifi Aqil Abbası, filmin quruluşçu rejissoru Elxan Cəfərovu, Komandir, Drakon və Pələng rollarını
ifa edən aktyorları öz əhatələrindən buraxmaq
istəmirdilər. Sanki onların obrazlarına qoşulub Qarabağa getmək istəyirdilər...g
Çəkiliş qrupunun üzvlərini
isə hələ qarşıda Laçın
və Ağdam rayonlarının tamaşaçıları
qarşısında çətin
imtahan gözləyirdi.
Rüstəm HACIYEV
Ədalət.-2012.-23
oktyabr.-S.3.