LAÇINA
HEÇ BELƏ "DOLU" YAĞMAMIŞDI
Ramiz
Cəbrayılov: "Bizi 20 il əvvələ
qaytardınız"
Ağcabədidə bir ünvan var. Bir vaxtlar
o ünvan sadəcə
qış yataqları adlanırdı. Çünki
burada əsasən təsərrüfatla,
xüsusilə heyvandarlıqla məşğul olurdular. Bu torpaqlarda
bağlardan, Laçın yaylaqlarından
arana enən sürülər bəslənirdi.
Və elə ona görə də bu əraziyə təkcə Taxtakörpü
yox, həm də
laçınlıların qışlaq yeri,
qış yataqları deyirdilər.
Dağlıq Qarabağ hadisələri
təkcə Qarabağın, yəni məhz Muxtar vilayətin ərazisini
deyil, eləcə də ona bitişik torpaqları müharibə
alovlarına bürüdü. Bunun nəticəsində
laçınlılar da öz dədə-baba yurdlarından
döyüşə-döyüşə didərgin
düşdülər. bu silah gücünə gerçəkləşən
köçün ilk dayanacağı məhz həmin o
qış yataqları oldu. Burada məskunlaşan
laçınlıların böyük əksəriyyəti
ilk illər primitiv və qəti komalar qurdular. Çünki
onların ürəyində tezliklə geri
qayıdacaqlarına böyük inam var idi. həmin inam bu
gün də yaşayır. Bu gün də onların vətən
sevgisini, həyat eşqini alovlandırır. Elə o namın
işığında da Taxtakörpüdə yeni bir
Laçın tikilməyə başladı. Ölkə rəhbərliyinin
qayğısı ilə Taxtakörpüdə salınana qəsəbə,
tikilən binalar, salınan parklar, ucaldılan abidə
kompleksi. Bir sözlə buradakı yeni həyat göstərini
ki, bu insanlar Laçından didərgin düşsələr
də öz qurub-yaratmaq istəklərini unutmayıblar, əksinə
bu həyata, bu torpağa onların qarantı olan dövlət
başçısına olan inamdan çıxış edərək
bir vaxtlar qış yatağı sayılan ərazidə yeni
bir Laçın yaradıblar. Həmin Laçının bu
günlərdə yaşadığı anları təsəvvür
etmək son dərəcə çətindi. Çünki
Laçına gələn "Dolu"
laçınlıları ruhən Laçınlı günlərə
qaytarmışdı
Laçın rayon İcra Hakimiyyətinin
və içtimaiyyətinin dəvətini məmnuniyyətlə
qəbul edən "Azərbaycanfilm" kinostudiyasının
çəkiliş qrupu tamaşaçılarla
görüşdən əvvəl ənənəyə
uyğun olaraq Şəhidlər Xiyabanını ziyarət
etdi. Daha sonra çəkiliş qrupu rayon rəhbərliyi və
içtimaiyyətlə birlikdə Ümummilli Liderimiz Heydər
Əliyevin abidəsi önünə gül dəstələri
düzdü.
Yeni tikilən mədəniyyət
sarayında yaradıcı heyətlə keçirilən
görüşü açan rayon icra hakimiyyətinin
başçısı Ramiz Cəbrayılov qonaqları
salamlayaraq onların dəvətlərini qəbul etdikləri
üçün çəkiliş qrupuna rayon ictimaiyyəti
adından təşəkkürünü bildirdi. Daha sonra
Ramiz müəllim bir gün əvvəl Ağcabədi
rayonunda nümayiş etdirilən filmə
baxdığını və hələ də filmin təsiri
altında olduğunu bildirdi. O, qeyd etdi ki, film həqiqətən
də gənclərimizin hərbi vətənpərvərlik
ruhunu yüksəltmək üçün gözəl təbliğat
vasitəsidi.
Filmin ssenari müəllifi,
yazıçı-jurnalist, millət vəkili Aqil Abbas rayon
icra hakimiyyətinin rəhbərlərinə və salona
toplaşan tamaşaçılara möhtəşəm qəbul
üçün çəkiliş qrupu adından təşəkkürünü
bildirdirdikdən sonra filmin nümayişi başlandı.
Filmin son kadrlarını
bütün nümayişlərdə olduğu kimi,
tamaşaçılar burada da ayaqüstə, sürəkli
alqışlarla qarşıladılar. Filmin nümayişindən
sonra tamaşaçılar çəkiliş qrupunun
rejissorunu və baş qəhrəmanların sürətini
canlandıran aktyorları əhatəyə alaraq belə
gözəl və müharibənin həqiqətlərini əks
etdirən film ərsəyə gətirdikləri
üçün təşəkkürlərini bildirdilər.
Filmin qurluşçu rejissoru Elxan
Cəfərov dərindən nəfəs alaraq "deyəsən
bu sınaqdan da üzüağ çıxdıq,
ümidvaram ki, Ağdam ictimaiyəti qarşısında da
başımızı dik tuta biləcəyik" - deyə aktyorlara
və çəkiliş qrupunun dugər üzvlərinə təşəkkürünü
bildirdi.
Rüstəm
Hacıyev
Ədalət.-2012.-24
oktyabr.-S.3.