Ah...
Yalnız sən!
Ruhum, ey aşinayi-əsrarım!
Həp uzaq, bəzmi-vüslətindən
uzaq,
Qürbət ellərdə təlxkam
olaraq
Səni özlər də
sızlayıb yanarım.
Gecə-gündüz həyati-müztəribim,
Sənin alami-həsrətinlə
sönər.
Fikrə gəldikcə həp
keçən günlər,
Daima çırpınıb durur qəlbim.
Səndən
ayrıldığım zaman o gözəl,
Tatlı, süzgün
baqışların guya
Pək dərin bir sükut
içində bana
Demək istərdi: "Get, fəqət tez gəl!"
Öpüb əmdikcə tombul əllərini,
Ruhum ağlardı, iştə sən
o zaman
Oqudun gözlərimdə pürhəyəcan
Bir əsirin sönən əməllərini.
Sonra titrək, kəsik əda ilə
sən
Yalınız - get, saqın unutma!
- dedin.
Uça bilsən də şimdi
bir gəlsən,
Halımı seyr edib olurdun əmin.
İştə! Həp nevbahara nəşə
verən
Qönçələr, nəğmələr,
təbəssümlər,
Al şəfəqlər, nəsimi-şuxi-səhər
Bana biganə... ah... yalnız sən!
Bilməm
kimə?
Çocuqluğumda
eşitmişdim eşqin atəşi var,
Diyordular ki, o hər hanki qəlbə
düşsə yaqar.
Bu incə söz o zaman pək
tühaf gəlirdi bana,
Gülümsəyib də diyordum: zavallı insanlar!
Nasıl da hər sözə bel
bağlayıb da aldanıyor?
Nədən bu eşq, əcaba,
xalqı eyləsin bizar!
Bu yolda yansa da, qəhr olsa kimsə
dönməz imiş!?
Demək, bu öylə bir əfsanədir
ki, əfsunkar!
Şu sirri duymaq için uyqusuz
qalıb, gecələr
Düşüncə ruhumu əzdikcə
eylədim israr...
Şu vəqədən nə qədər
keçdi bilmədim, bir gün
Önümdə ərzi-vücüd
etdi bir mələkrüxsar.
Baqıb-baqıb duruyorkən sitəmli
gözlərinə,
Yaşardı gözlərim, oldum
o gündən eşqə düçar.
O gündən iştə
bütün bənliyim əsir olaraq
Onun xəyali-bədiiylə bir təsəlli
arar.
Fəqət o nazlı mələk
kimdi? Of, bilməm ki!
O bir pəriyyi-səmavidi:
şuxü cazibədar
Sən!.. Ah, əvət, o pəriçöhrə
nazənin sən idin,
Səninlə ruhuma ilham olundu həp
əsrar.
Nə var ki, bilməm o şahin
baxışlı gözlərdə,
Gəlincə xatirə qəlbimdə
bin cərihə açar.
Könül, bəlalı
könül yadi-həsrətinlə sənin,
Gözəl mələk, gecə-gündüz
yanar, yanar, sızlar.
Cihanda hər nə gözəllik
təsadüf etsə bana
Gözüm fəqət səni
izlər, səninlə nəşə duyar.
Sən olmasan verəməzdim bən
eşqə bir məna,
Bu yolda sən bana rəhbərsin,
eyləməm inkar.
Bu yolda həp bana təlqini-hiss edən
sənsin,
Könül fəqət səni
sevməkdə bir səadət umar.
Əsiri-eşqini lakin unutma, insaf
et!
O bir təbəssümə qane...
o bir xəyalə qoşar.
Xəyal!.. Əvət, yaşatan
yalnız əhli-halı odur,
Yaşarsa bir könül,
az-çoq xəyal içində yaşar.
Dün və bu gün
Dün səadətlə parlayan
gözlər,
Şimdi yəsü kədər
nisar eylər.
Dün təhəvvürlə
gürləyən sözlər,
Şimdi bir başqa macəra
söylər.
Dünkü xəndan könül
bu gün sızlar,
Dün sönən bir əməl
bu gün parlar.
Mərhəmətsizdir iştə
köhnə fələk,
Bəşəriyyətlə əylənir
daim.
Bəşəriyyətlə əylənir
gülərək...
Dünkü məhkum olur bu gün
hakim,
Dünkü bədbəxt olur bu
gün məsud,
Dünkü məsud olur bu gün
mərdud.
Başqa, pək başqa şimdi
zevqi-cihan,
Dünkü peymanələrdə
qan coşuyor.
Dünkü məmurələr bu
gün viran,
Dünkü viranələr bu
gün məmur..
Həp pozulmuş da dünkü peymanlar,
Yeni dost olmuş əski
düşmanlar.
Yoq təbiətdə öylə
bir qüvvət,
Əbədi, həm də paydar
olsun
Həp dəyişməkdədir
bütün xilqət,
Həp dəyişməkdədir həyatü
fünun.
Olmayan varmı inqilabə zəbun?
Varmı sarsılmaz öylə bir
qanun?!
Seyr edin iştə kainatı
bütün,
Devrilir hər adımda bir əzəmət,
Dinləməz dünkü
hadisatı bu gün,
Parlıyor hər dəqiqə bir
hikmət.
Hər qaranlıqda
çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal
uyuyur.
Bakı, 1915
Son
baharda
Həmşirəzadəm
için
Kədərli, sisli bir
aqşamdı, ağlıyordu səma;
Bütün üfüqləri
sarmışdı möhtəriz, məhcub
Bulutlar... iştə o matəmnisar
dəmdə bana,
Uzatdı dəsti-qəza pək
acıqlı bir məktub.
O bir kitabeyi-məqbərdi, eyləyincə
nəzər,
Gözüm qarardı, təəssürlə
münfəil, məbhut.
Düşündüm,
ağladım artıq o şəb sabahə qədər,
Gözümdə dalğalanıb
durdu süslü bir tabut.
Sənin o nuri-təbəssüm
saçan dodaqlarını,
O nazlı çöhrəni
andıqca tirə oldu xəyal
İnanmaq istəmiyordum ki, gül
yanaqlarını
Əcəl xəzan kibi
çöksün də eyləsin pamal.
Yazıq!.. O yaşda kim ümid edər
ki, böylə, sənin
Bahari-hüsnün olur zib hicləgahi-ədəm
Doquz yaşında umulmaz bir
iftiraqi-həzin!
Əcəb
şükufeyi-sevdamisin? Nəsin? Bilməm...
Niçin, niçin solu verdin,
zavallı Məsuməm
Yaraşmıyor o kəfən
duşi-nazəninində!
Nədir o çini-müəbbəd,
quzum, cəbinində?
Bu kainatə nədən
küsdün, ey mələk, bilməm!?
Nədən həyatə gücəndin?
Bilinmiyor səbəbi;
Xudamı gördü səzavar
qürb rəhmətinə?
Kitabi-hüsnünü bir şer
naşinidə kibi,
Oqur-oqur, doyamazdım onun səbahətinə.
Anar o dəmləri bən şimdi
müztərib, düşkün,
Kamali-yəslə tiflanə ahü
zar edərim.
Səninlə, baq, sənin alami-həsrətinlə
bu gün,
Ənini-matəmə bənzər
bütün nəşidələrim.
Gözümdə şimdi cihan bir
sərabi-giryənümud...
Bütün təbiəti sarmaqda
bir məlalü kədər;
Sevimli, tazə çiçəklər
olub xəzanalud
O hüsni-naimi-cavidə sanki matəm
edər.
Yarın sənin kibi onlar da həp
sönüb bitəcək,
Bu gündən iştə o
solğun, vərəmli çöhrələri,
Yarınki levheyi-matəmgüzini ərz
edərək,
Deyir ki, hər fərəhin var
sonunda bir kədəri.
Əvət, gözəl mələyim!
Hər səfa ələmlə bitər;
Bu bir lətifeyi-qüdrət, bu
bir həqiqətdir.
Fəqət bahari-şəbabında
bir şükufeyi-tər,
Açılmadan saralıb solsa,
mütləqa acınır.
Bu nüktə, iştə, budur
ruhumu müəzzib edən,
Düşündürən bəni
ancaq bu... yoqsa inləyərək
Sönən həyati-bəşər
sadə bir təhəvvüldən,
Bir inqilabi-həzindən ibarət
olsa gərək...
İstanbul,
1909.
BU GECƏ
Dərin-dərin uçurumlar, vərəmli
fırtınalar,
Bütün-bütün
sıqıb əzməkdə ruhumu bu gecə
Səninlə, ah, sənin yadi-həsrətinlə
yanar,
Yanar, səni anarım, dilbərim!
Fəqət səncə,
Bu bir həyati-müxəyyəl,
həzin bir əyləncə...
Gözəl mələk! Gecələr
daima səmayə baqar,
Qəmərdən, ah... o soluq
çöhrədən səni sorarım.
Onun ziyayi-rəqiqilə həp
uçar, qalqar,
Arar, bulur, səni dinlər kədərli
duyğularım,
Kəsik təranələrim, həp
zəhərli qayğularım.
Bütün cahan uyuyor, kainat həp
dalğın...
Məgər xəyali-bəidinlə
ruhi-məcruhum,
Qəmərdə birləşərək
pək acıqlı, pək çılğın
Bir iştiyaq ilə giryandır, ey
mənim ruhum!
Sizin üfüqdə qəmər
böylə, pəkmi nazlı doğar?
Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?
Hirəmi-nazinə pərvaz edən
şüai-nəzər
Qalır zülami-təhəyyürdə
münkəsir, bitab...
Hərb
ilahi qarşısında
Ey odlu şəhpərilə
saçan zəhri-intiqam!
Ey hərb ilahi! Ey sırıtan
kinli əjdaha!
Oldunsa bunca qəhrü fəlakətlə
şadkam,
Artıq bitir şu səhneyi, ey
müftəris dəha!
Endir şu qanlı pərdəyi,
ey rəhnümayi-şər!
Endir də bir qədər nəfəs
alsın bəni-bəşər.
Sarmış bütün cihanı
həyahuyi-dəhşətin:
Yalnız bəşərmi pənceyi-qəhrində
sarsılan?
Hakim havada, yerdə, su altında vəhşətin,
Vəhşilərin də zülmdən
olmaqda bağrı qan.
Qaplanlar iztirab ilə hər an dilər
aman,
Qartallar iştə etmədə həp
tərki-aşiyan.
Ey şiddətü qəzəb
savuran hamiyi-zəfər!
Artıq yetər, usandı cihan, sən
də bir usan!
Tərk et şu qanlı torpağı,
artıq çəkil, yetər!
Hər kəs didişmədən
yorulub şimdi ruh açan
Azadə bir havada çiçəklənmək
istiyor,
Pək tatlı bir ümidlə əylənmək
istiyor.
Şərr olmadıqca xeyrə
qavuşmaq məhal olur.
Qəsvətli, sisli hər gecədən
bir günəş doğar.
Hürriyyət öylə
nazlı bir afət ki, pək vəqur,
Qan aqmadıqca kimsəyə
gülməz o işvəkar.
Zatən bu, köhnə yurdumuzun
köhnə adəti,
Hər tanrının qan içməyə
var hüsni-rəğbəti.
Zülmət dağıldı,
zülmü fəsad oldu payimal,
Hər yerdə sanki haqqü ədalət
gülümsüyor.
Al bayrağın qanatları
altında, pürməal
Hər çöhrə, hər
dodaq saçıyor ləmə-ləmə nur.
Hürriyyət? Ah, o bəncə fəqət
tatlı bir xəyal...
Dünyada varmı hürr əcaba?
İştə bir sual!..
Bakı, 17 aprel 1917
Hübuti-Adəm
Deyirlər bir zaman Adəmlə Həvva
Yaşarmış rövzeyi-cənnətdə
tənha.
O bir məva ki, biganəyiz biz,
Bu torpaqdan uzaq, qəmsiz, kədərsiz
O bir məva ki, ruhani, münəvvər,
Uçarmış orda zərrinpər
mələklər.
O bir məva ki, nəşr eylər
sərasər
Əməllər, nəşələr,
güllər, çiçəklər.
Gözəl, asudə bir məvayi-sevda;
Geniş, azadə bir səhrayi-xülya.
Xəzansız bir baharistani-cavid,
Ki solmaz orda əsla bərgi-ümmid.
Fərəhdən ağlar insan bəlkə,
bilməm!
Bulunmaz orda lakin hüznü matəm.
Əvət, bir öylə xoş
məvadə tənha,
Yaşarmış
qayğısız Adəmlə Həvva.
Yaşarmış məstü
şeyda, şadü xəndan;
Yaşarmış vəqfü-sevda,
safü üryan.
Deyilmiş süs geyim onlarca adət;
Fəqət geydikləri bir tül
ki, iffət.
İki dildadei-zövqü şətarət,
Olub vüslətgüzini-bəzmi-ismət;
Gülümsər daimi bir sur
içində,
Yaşarkən öylə nuranur
içində,
Hücum etmiş də süfli
ehtirasat,
Qabarmış adəmiyyət
hissi... heyhat!
O ülviyyət, o ülvi sərmədiyyət
Zəbuni-ehtiras olmuş nihayət.
Nəhayət, incə bir vəhşi
təmayil,
O ülvi eşqi etmiş məhvü
zail.
Birər heykəl kimi məbhutü
heyran,
Hicab altında qalmışlar hərasan.
Sararmış bət-bəniz,
uçmuş təravət;
Hücum etmiş haman rəngi-səfalət.
O dəm ənvarə müstəğrəq,
sərazad,
Gözəl bir qız, səmavi
bir pərizad,
Gəlib həq canibindən əldə
fərman,
Demiş: çıx, ey səfalətpərvər
insan!
Çıx, ey qafil bəşər!
Dəf ol, çəkil, get!
Bu lahuti təfərrücgahı tərk
et!
Deyil layiq sana gülzari-cənnət...
O süfliyyətlə hissi-adəmiyyət
Bu ülviyyatı heç eylərmi
idrak?
"Çe nesbət xakra ba aləm-e
pak?!"1
Düşün, bax nerdəsin, bir
kərrə anla!
Bu məva öylə bir firdovsi-əla
Ki, hər bir lövsdən, hər
məfsədətdən,
Bütün vəhşətdən
ari bir nişimən...
Sən əvvəl xeyrü şərdən
bixəbərdin,
Çocuq ruhilə bipərva gəzərdin.
Nə buldun, qürbi-həqdən
böylə sapdın?
Düşün! Naqis bəşər,
bir bax nə yapdın!?
Bu gün qüdsiyyətin olmaqda bərhəm,
Yazıq! Aldandın, ey biçarə
Adəm!
Təəssüf biəsər... Pək
çox yanıldın,
Nədamət bisəmər... Pək
gec ayıldın.
Edər lahutiyan səndən
şikayət,
Səninçin burda çox
müşkül iqamət.
Çəkil, get! Rəhbərin
şəhmari-üsyan;
Açılmış onda bax bir
qövri-nisyan
Ki, həp müzlim, kədərza,
tabfərsa,
Müləvvəs bir cədəlgah:
iştə dünya!
Deyilmişsən hərəmi-qüdsə
məhrəm
Eşin Həvvayı al kəndinlə bahəm,
Enib qıl aləmi-nasuti məskən,
Nədir əzvaqi-dünya anla,
öyrən!
Əzil, qəhr ol, keçənlər
keçdi, heyhat
Budur həqdən səninçin
son mükafat!
Qoşarsın bir zaman məhkumi-xüsran,
Ararsın gülşəni-lahuti
giryan.
Yaşarsan vadii-zillətdə məyus,
Fəqət dönməz, o
günlər keçdi, əfsus!
Cahan durduqca həp nəslin bərabər
Bu müdhiş zərbədən
qurtulmaz, inlər.
Bu qəflət eylə bir süfli
cinayət
Ki, verməz kimsəyə bir ləhzə
rahət.
Bu gün əxlaf üçün
səndən əmanət
Qalan yalnız fəlakətdir, fəlakət!.
Əmin ol, nerdə nəfs
olmuşsa hakim:
Həqiqi eşqi məhv etmiş məzalim,
Kimin ülviysə ruhu, söz
onundur,
Əsiri-nəfs olan daim zəbundur.
Hüseyn
Cavid
Ədalət.-2012.-24
oktyabr.-S.5.