BU VƏTƏNİN TORPAĞINA, SUYUNA...

 

   (əvvəli ötən sayımızda)

  

   Müşavirə

 

   Rayonun sosial-iqtisadi və mədəni həyatının digər istiqamətləri ilə həmin gün saat 16-da keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələrlə əlaqədar məruzə və çıxışları dinləyərək nəticələr əldə etdik.

 

   Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov:

   - Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən qüdrətlənir və inkişaf edir. Bu tərəqqinin nəticəsidir ki, sosial problemlər sürətlə həll edilir və hər bir Azərbaycan vətəndaşının rifah halı durmadan yüksəlir. Eyni zamanda respublikanın hər yerində geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafının əyani sübutudur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır.

   Cənab Prezident bildirmişdir ki, ötən doqquz ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,1 faiz artmış, qeyri-neft sektorunda isə bu göstərici 10,3 faiz olmuşdur.

   Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 16 milyard dollar olmuşdur ki, bunun da 70 faizə yaxınını daxili investisiyalar təşkil etmişdir.

   Makroiqtisadi vəziyyətin çox sabit olduğunu vurğulayan dövlət başçısı inflyasiyanın cəmi 1,5 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 15 faiz artdığını qeyd etmişdir.

 

   Prezident kənd təsərrüfatının yüksəlişini xüsusi vurğulayıb

 

   "Kənd təsərrüfatı 6.3 faiz artmışdır ki, bu da çox gözəl göstəricidir" deyən Cənab Prezident bildirmişdir ki, kənd təsərrüfatının inkişafı idxaldan asılılığı azaltmaqla bərabər yeni iş yerlərinin açılması və bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması ilə birbaşa bağlıdır.

   Regionlara tez-tez səfərlər edən və görülən işlərin vəziyyəti ilə yerində tanış olan Azərbaycan Respublikasının Prezidenti vurğulamışdır ki, bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir. Ötən dövr ərzində 94.000 yeni iş yeri açılmışdır ki, onlardan 73.000-i daimi iş yeridir. 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yerləridir.

 

   2012- Masallı üçün daha əlamətdar bir il

 

   Respublikanın hər yerində olduğu kimi Masallıda da ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu dövr olmuş yeni yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

   2012-ci il rayonu ücün xüsusilə əlamətdar il olmuşdur. Belə ki, mart ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı şəhərində çəkilən su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmiş, Mədəniyyət Evində aparılan əsaslı təmir işləri ilə yaxından tanış olmuş, rayon Gənclər Mərkəzinin açılışını etmişdir. Bundan başqa cənab Prezident rayonda yenicə istifadəyə verilmiş 2 ha sahəni əhatə edən istilikxana kompleksi 1200 ton tutumu olan soyuducu anbarla tanış olmuşdur. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, Rayon Mədəniyyət Evinin əsaslı təmiri başa çatdırılmışdır. Həmçinin şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov Qarabağ küçələrində geniş abadlıq quruculuq, H.Əliyev mərkəzində isə yenidənqurma genişləndirmə işləri aparılır.Eyni zamanda YAP Masallı rayon təşkilatının, "Xatirə" parkının, "Veteranlar evi"nin rayonun giriş qapısının tikintisi sürətlə davam etdirilir. Habelə Qarabağ küçəsində məhəllələr abadlaşdırılır, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. Eyni zamanda idman komplekslərinin, məktəblərin, istilikxana digər obyektlərin tikintisi aparılır. Son 9 ayda rayon üzrə məhsul istehsalı göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,8% artaraq 291,5 milyon manat olmuşdur. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 1408 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 290 manat olmuşdur.

   Rayonda əkilmiş 8809 ha buğda sahəsindən 20385 ton, 2313 ha apra sahəsindən 4823 ton, 2798 ha tərəvəz sahəsindən 72805 ton , 2275 ha kartof sahəsindən 30362 ton, 577 ha bostan əkini sahəsindən isə 7131 ton məhsul istehsal edilmişdir. 01 oktyabr 2012-ci il vəziyyətinə iribuynuzlu mal-qaranın baş sayı 71104 başa, xırdabuynuzlu mal-qaranın baş sayı 77758 başa çatmışdır.Cari ilin doqquz ayı ərzində süd istehsalı 32143 tona, ət istehsalı 4222 tona, yumurta istehsalı 43.928.000 ədədə çatmışdır.

   Kənd təsərrüfatı iqtisadiyyatın şaxələndirilməsi məşğulluğun təmin edilməsi üçün əsas sahədir. Çünki rayon əhalisinin təxminən 85 faizə qədəri kəndlərdə yaşayır torpaq mülkiyyətçisidir. Burada həm yeni təşəbbüslərin icra edilməsi, həm təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcəkdir.Bu mənada Masallı kimi əhalinin çox, torpağın az olduğu rayonlarda torpaqdan maksimum səmərəli istifadə edilməli, yüksək mənfəət əldə etmək üçün torpaq payçıları bazarda tələbatın çox olduğu yüksək qiymətə satılan məhsulların istehsalına üstünlük verməlidirlər.Bununla bərabər istehsal olunan məhsulun bazarının tapılması çox əhəmiyyətlidir. Bu məqsədlə Rusiya bazarına çıxış yolları axtarılmalıdır. Kənd təsərüfatının inkişafına kömək məqsədilə yaradılmış Aqrolizinq ASC-nin Masallı filialının səmərəsiz fəaliyyəti onun rəhbərliyinin dəyişdirilməsi ilə nəticələnmişdir.Ümid edilir ki, yeni rəhbərlik cəmiyyətin fəaliyyətində ciddi dönüş yaratmaqla aqrar sahənin inkişafına öz tövhəsini verəcəkdir.

 

   Başçı öz məruzəsində dedi:

   -Cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdən biri ondan ibarətdir ki, əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir.Bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlərin başında çayçılığın bərpa edilməsi məsələsi durur.

   Bu məsələ aidiyyəti təşkilatlar qarşısında qaldırılmış və sevindirici haldır ki, 100 ha sahədə yeni çay plantasiyasının salınması barədə ilkin razılıq əldə olunmuşdur.Eyni zamanda faraş tərəvəzçiliyin inkişafı prioritet məsələlərdəndir ki, bu sahənin inkişafına mane olan problemlər vardır və bu problemlərin həlli ilə bağlı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri ilə davamlı məsləhətləşmələr aparılır. Bununla bərabər rayonda yeni emal müəssisələrin yaradılması vacibdir. Narahatedici haldır ki, 210 min əhalisi olan Masallıda bir çörək zavodu belə yoxdur. Ən əziz nemət olan çörək kiçik və primitiv vəziyyətdə olan sexlərdə istehsal olunur. Bu proses çərçivəsində torpaq payçılarının koperasiyalarda birləşməsi, iri fermer təsərrüfatlarının yaradılması, habelə kənd təsərrüfatına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin cəlbi inkişafa yeni təkan verəcəkdir...

  

 

   (ardı gələn sayımızda)

 

   Məzahir ƏHMƏDOĞLU

 

   Ədalət.-2012.-24 oktyabr.-S.7.