Əzablı
ömür yaşamış
yazıçı...
Faciəli həyatı və "Ceyn Eyr" alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə "Tronton" məzarlığına baxan keşiş ailəsində doğulub.
Rahib atası və içki aludəçisi
olan qardaşıyla yanaşı, dörd istedadlı
bacıları olan Şarlotta şəhərin qaynar həyatından
kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə
köç edən ailə daima yoxsulluq içərisində
olmuşdu. Atası Patrix Brönte rahib idi. Anası Meri cavan
yaşlarında xərçəng xəstəliyindən
dünyasını dəyişdikdən sonra, ailənin
bütün çətinlikləri Şarlottanın
böyük bacısı Mariyanın çiyinlərinə
düşür.
Atası 1824-cü ildə çətin
dolanışıq ucbatından onları Koun-Bricdə yetimlər
üçün ponsionata verir.
Bir müddət sonra oxuduqları məktəbdə
yayılan vərəm xəstəliyinə yoluxan,
Şarlottanın və o biri uşaqların
qayğısına qalan böyük bacı Mariya, ardınca
isə Elizabet rəhmətə gedirlər.
Uşaqlarının arda-arda
dünyalarını dəyişdiyini görən ata
Şarlotta və Emiliyanı pansionatdan çıxarmağa məcbur
olur.
Atalarının ailədə sərt
qaydalarına məhkum olan bacılar günlərinin çox
hissəsini atalarının kitabxanalarında mütaliə etməklə
keçirirlər. Ədəbiyyata maraqları olan bacılar
şeirlər və hekayələr yazmağa
başlayırlar.
Həmin illərdə ingilis
krallığının qadın yazıçılara
qarşı olan kəskin münasibətini bildikləri
üçün onlar şeir kitablarını kişi
adları altında çap etdirirlər.
1842-ci ildə bacısı Emili ilə
birlikə Brükselə gedən Şarlotta həm ingiliscə
dərslər keçir, həm də alman dilini öyrənməyə
başlayır. İki ilə yaxın müddətdə
Brükseldə yaşayan Şarlotta məktəbin müdiri,
professor Konstantin Hegerə vurulur. Ancaq professorun ailəli
olması onu çox məyus edir. Və o yenidən evlərinə
geri dönür.
Şarlotta
Bronte ilk
romanını 1857-ci ildə Korrer ləqəbi
ilə çap etdirir.
Brükseldə müəllimlik eydiyi zamanlarda başına gələn hadisələri
qələmə aldığı "Professor"
romanı nəşriyyatlardan heç bir münasibət görmür.
Lakin bu uğursuzluq onu qətiyyən
ruhdan salmır və o
əvvəlkindən də inadla öz üzərində işləməyi davam etdirir. Və
bir müddət sonra,
1849-cu ildə Şarlottaya dünya
şöhrəti gətirən "Ceyn Eyr" romanı işıq üzü
görür və gözlənilməz
müvəffəqiyyət qazanır. Çapından qısa
müddət sonra roman
Avropanın müxtəlif dillərinə tərcümə olunub, nəşr edilir.
Romantik ədəbiyyatın ən
möhtəşəm klassik əsəri kimi qəbul olunan
"Ceyn Eyr" romanı mürəbbiyəlik etdiyi evin
sahibinə aşiq olan kimsəsiz, gənc bir qızın həyatından
bəhs edir.
Bu romanda Şarlotta Brontenin öz həyatında
baş vermiş olan hadisələri geniş formada qələmə
alıb.
Həyatı bir çox filmə və
kitabalara mövzu olan Brönte ailəsi haqqında daim şayiələr
dolaşıb. Bunlardan ən iddialı fikirlər isə James
Tullinin yazdığı "Şarlotta Bronte cinayətləri"
adlı avtobioqrafiq kitabdır.
Bu romandan sonra artıq özünə
xeyli oxucu toplamış, həmçinin maddi durumu da
qaydasına düşmüş Şarlotta hər kəsi
maraqlandırır. Oxucular bu gənc yazıçının
kim olduğuyla maraqlanırlar.
1848-ci ildə Şarlottanın ailəsində
ikinci ölümlər silsiləsi başlayır.
Şarlottanın qardaşı ruhi sarsıntılar içərisində
dünyasını dəyişir. Qardaşının
ölümündən bir neçə ay sonra bacısı
Emiliya lap cavan yaşında rəhmətə gedir. Sevimli
bacısının itkisindən özünə gəlməyə
macal tapmamış yazıçı bir qədər sonra
kiçik bacısı Annanı da torpağa
tapşırır.
Qoca atasından savayı itirməyə
bir kimsəsi qalmayan yazıçı özünə
qapanır, tez-tez qardaş və bacılarının qəbirlərini
ziyarət edib saatlarla onlara göz yaşları axıdır.
Bir müddət sonra
atasının yerinə keçən rahib Nikolasla ailə həyatı
quran yazıçının həyatında heç bir dəyişiklik
baş vermir. Dörd romana imzasını atmış
Şarlotta Bronte hamiləliyinin sonuncu ayında 31 mart 1855-ci ildə
bilinməyən xəstəlikdən dünyasını dəyişir.
Samirə
Əşrəf
Ədalət.-2012.-24
oktyabr.-S.7.