AQİL
ABBAS FİLMİN NÜMAYİŞİNİ YARIDA KƏSMƏK
İSTƏDİ
Bu da Ağdama, Şuşaya gedən
yol. 19 ildi ayaq izinə həsrət qalan yol. Sonuncu səngər.
Burdan o yana erməni işğalı altındadı.
Sonuncu səngər. "Dolu"
filminin başlanğıcı və finalının çəkildiyi
səngər.
Filmin sonunda uşağın dediyi kimi:
- Əmi,
ora getmə, orda erməni var. Srağagün sən durduğun yerdə iki nəfər əsgərimizi vurdular.
Yenə həmin səngər,
amma bu dəfə
film çəkilmir, filmin
yaradıcı heyəti
həmin səngərin
qənşərində üzü
Qarabağa baxırlar.
Bir him lazımdı üzü Şuşaya getmək üçün. İnşallah.
Ssenari müəllifi Aqil
Abbas, quruluşçu
rejissoru Elxan Cəfərov olan "Dolu" filminin rayonlarda təqdimatı davam edir. Bu dəfə Ağdamdayıq.
Filmin qəhrəmanları getdilər
Ağdama. Gün o gün
olsun biz də gedək.
Yaradıcı heyət ənənəyə
sadiq qalaraq ilk dəfə Quzanlıdakı
Şəhidlər abidəsini
ziyarət etdilər.
Abidəyə tər çiçək
dəstələri qoydular.
Rayon icra hakimiyyətinin
başçısı Nizami
Sadıqov bu abidənin necə yaranması haqqında qonaqlara məlumat verir:
- Burda adları yazılanların
hamısı ağdamlı
deyil, amma kim Ağdamda
şəhid olubsa, onların hamısı ağdamlıdı. Ona görə
onların da adını burda əbədiləşdirmişik.
Ağdamda 7 minə yaxın
insan şəhid olub ki, onun
1500-dən artığı başqa bölgələrdən
könüllü olaraq
gəlib Vətən torpağını qoruyanlardı.
Bu rayondan 16 nəfər
Milli Qəhrəman
var.
Quzanlıda ilk
dəfə olan ziyarətçilərdən biri
burda gedən abadlıq və quruculuq işlərinə
diqqət çəkərək
qəsəbəni şəhər
səviyyəsinə isə
cavabında deyir: gətirdiyinə görə
icra başçısına
minnətdarlıq edir.
Nizami müəllim "Biz camaatla
birgə Ağdamın
yeni planını hazırlamışıq. İnşallah, şəhərimizi işğaldan azad edib möhtəşəm
memarlıq üslubunda
yenidən quracağıq.
Cənab
prezident İlham Əliyev məni bu vəzifəyə təyin edəndə tapşırıb ki, Ağdam şəhərini
necə tikmək planını hazırlayaq".
Sonra Nizami müəllim
bildirir ki, film stadionda nümayiş etdiriləcək. Çünki hamı bu filmə
baxmaq istəyir, kiminsə könlünə
toxunmaq olmaz.
Bəlkə də Azərbaycanda
ilk dəfə stadionda
film göstəriləcək.
Filmin icraçı direktoru
Nadir Mehdiyev etiraz edir ki, filmi
stadionda göstərmək
mümkün deyil.
Nizami müəllim isə bildirir ki, mümkün
olmayan bir şey yoxdu.
Onu da qeyd edək
ki, film bir gün əvvəl Ağcabədidə nümayiş
etdirilmişdi, orda da rayon icra hakimiyyətinin
başçısı Şahin
Məmmədov filmin Mədəniyyət Evində
deyil, açıq havada göstərilməsini
israr eləmişdi. Və qısa zamanda da Heydər Əliyev parkında filmin yüksək səviyyədə göstərilməsi
üçün rayon icra
hakimiyyəti əlindən
gələni əsirgəməmişdi.
Və həmin gün parkda 2 min nəfərdən
artıq ağcabədili
filmi izləyə bildi.
Axşam saat 7-dən bir az keçib.
Yaradıcı heyətlə stadiona
daxil oluruq. Və təəccübümüzü gizlədə bilmirik.
İynə atsan yerə
düşməz. 3 min tamaşaçı tutan stadionda yüzlərlə
adam ayaq
üstə dayanıb.
Nizami müəllim tədbiri
açır, bütün
ağdamlılar adından
yaradıcı heyəti
salamlayır və minnətdarlığını bildirir. Daha sonra filmin yaradıcı heyəti tamaşaçılara təqdim
edilir.
Stadiondakı böyük monitorda
filmin nümayişi başlanır.
Elxan Cəfərovu narahat
edən bu olur ki, bir
belə insan sakit halda filmi
izləyə bilməyəcək.
Stadion, açıq hava, müxtəlif də insanlar və bu da filmin
daha effektli alınmasına maneçilik
edəcək.
Amma gözlənilənlərin əksinə olur. Milçək uçsa səsi
eşidiləcək bir
sükut yaranır.
Və az keçməmiş
stadiona təcili yardım maşınları
daxil olur, bir az keçmiş
yenə təcili yardım maşını...
Təbii
ki, bir çaşqınlıq
yaranır.
Nizami müəllim Zülfü
müəllimi çağırır
ki, nə olub?
Məlum olur ki, tamaşaçılar
arasında ürəyi
gedənlər, huşunu
itirənlər, özünü
pis hiss eləyənlər
var. Həkimlər onların
bəzilərini xəstəxanaya
daşıyır, bəzilərinə
isə elə yerindəcə yardım göstərirlər.
Aqil Abbas filmin dayandırılmasını xahiş
edir. Bəlkə də ilk dəfə
Aqil Abbasın xahişi Ağdamda yerə düşür.
Onun xahişi həm tamaşaçılar, həm
də rayon rəhbərliyi
tərəfindən etirazla
qarşılanır. Film
davam edir.
Kim idi ürəyi gedənlər,
huşunu itirənlər,
özlərini pis hiss
edənlər? Demək olar
ki, bunların 90 faizi qadınlar və qızlar idi. O qadınlar və qızlar ki, filmdə şəhid olmuş övladlarını, ərlərini
görürdülər. O qızlar
ki, atalarını, qardaşlarını, sevdikləri
oğlanları görürdülər.
- Bax, o mənim oğlum idi...
- Vay dədəm, mənim qardaşımı vurdular...
- Bu Müəllim
mənim atamıydı...
Filmdə Komandir səngəri
keçib üzü Şuşaya doğru addımlayanda və
bütün şəhid qardaşları onun arxasınca gedəndə
və millət də onların ardınca üzü
Şuşaya yürüyəndə bütün stadion
ayağa qalxır. Əvvəl-əvvəl bir sükut
çökür, sonra alqış səsləri.
Alqış səsləri dayanmır. Film bitib, amma yenə
heç kəs stadionu tərk eləmir.
HEÇ KƏS STADİONU TƏRK
ELƏMİR...
SANKİ HAMI BİR ƏMR GÖZLƏYİR.
KOMANDİRİN ARXASINCA ÜZÜ ŞUŞAYA GETMƏK
ÜÇÜN!
Və hamı inanır ki, Möhtərəm
Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənabları
bu əmri verəcək.
VƏ "DOLU"
FİLMİNİN ARDI ŞUŞADA ÇƏKİLƏCƏK!
Rüstəm
HACIYEV
Ədalət.-2012.-25
oktyabr.-S.4.