BU
VƏTƏNİN TORPAĞINA, SUYUNA...
(əvvəli
ötən saylarımızda)
Rayon Məşğulluq Mərkəzinə 2012-ci ilin 9 ayında 431 nəfər vətəndaş müraciət etmiş və qeydiyyata alınmışdır. Qeydiyyatda olan vətəndaşlardan 312 nəfəri idarə və müəssisələrdə münasib işlə təmin edilmişdir ki, onlardan 169 nəfəri qadınlar olmuşdur.
Dövlət
Sosial Müdafiə Fondunun
Masallı rayon şöbəsi tərəfindən
cari ilin 9 ayında proqnoz tapşırıqları büdcədən
maliyyələşən təşkilatlar üzrə 3193,1 min manata qarşı 3068,0
min manat və ya 96,1%, qeyri-büdcə təşkilatları
və fiziki şəxslər üzrə
800,4 min manata
qarşı 697.4 min manat
və ya 87.1% yerinə yetirilmişdir.
Şöbədə hazırda 28 min 315 nəfər
əmək pensiyaçısı uçotdadır. Hesabat dövrü ərzində
ümumilikdə 522 nəfərə əmək pensiyası təyin
olunmuşdur.
Dövlət Sosial Müdafiə
Fondunun Masallı filialında görülən tədbirlərə
baxmayaraq hələ də bir çox problemlər
qalmaqdadır. Xüsusən də sosial sığorta
haqlarının tam yığılması və ödəmədən
yayınanlar haqqında qanuni ölçü
götürülməsi üçün bütün tədbirlər
həyata keçirilməlidir. Habelə debitor borcu olan bələdiyyələrlə
müəyyən iş aparılsa da lazımi nəticə əldə
edilməmişdir.
2012-ci ilin 9 ayı ərzində
Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
3499 ailə Ünvanlı Dövlət Sosial Yardımı
almaq üçün müraciət etmiş, onlardan 3442 ailəyə
Ünvanlı Dövlət Sosial Yardım təyinatı
aparılmış, 57 ailənin tələbindən qanuna
müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı
aparılmış ailələrə aylıq 440 min 516 manat vəsait
ödənilmişdir.
Cənab Prezident qeyd etmişdir ki,
bu il kənd yollarına müasir Azərbaycan tarixində ən
böyük vəsait qoyulmuşdur.Bu istiqamətdə
Masallıda da xeyli işlər görülmüş və
hazırda bu işlər davam etdirilir. Belə ki, ölkə əhəmiyyətli
Ələt-Astara avtomobil yolunun tikintisi ilə əlaqədar
rayonun Sərçuvar kəndi ərazisindən başlayaraq
yolun Masallı rayonundan keçən hissəsinin çəkilməsi
işləri aparılır. Həmçinin cənab
Prezidentin sərəncamları ilə ayrılmış vəsaitlər
hesabına Masallı rayonunda kəndlərarası yolların əsaslı
təmiri və yenidən qurulması istiqamətində xeyli
işlərin görülməsinə baxmayaraq hələ də
bir çox kənd yollarının təmirinə ehtiyac
vardır
Hazırkı vaxta rayon üzrə
ümumi qaz abonentlərinin sayı 22 min 985-ə barəbərdir.
Rayon ərazisində qazdan sayğacsız istifadə edən
abonent yoxdur. Dövlət Proqramı əsasında rayon mərkəzi
və 22 yaşayış məntəqəsinə bir pilləli
sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə
əlaqədar 13 yaşayış məntəqəsində
qaz xətlərinin çəkilişi
yekunlaşdırılaraq Musaküçə kəndində
760, Səmidxan kəndində 81, Seybətin kəndində 395
və Gəyəçöl kəndində 636 abonentin qaz təchizatı
bərpa edilmişdir. Qazlaşdırılması nəzərdə
tutulmuş kəndlərdən Həsənli, Təkdam, Məmmədxanlı,
Hacıtəpə, Xırmandalı, Ərəb və
Köçəkli kəndlərinin kənddaxili qaz xətlərinin
çəkilişi yekunlaşdırılaraq abonentlərin mənzillərinə
2085 ədəd sayğac quraşdırılmış və
bu kəndlərə təbii qazın verilməsi
üçün hazırlıq işləri
görülür. Həmçinin rayonun Lürən və
Pircana kəndlərində də qaz xətlərinin çəkilişi
yekunlaşdırılmış və 100 evə sayğac
quraşdırılmışdır. Hazırda Eminli,
Qarğalıq kəndlərinə yeni qaz xəttinin çəkilişi,
Təklə kəndində və Ərkivan qəsəbəsində
köhnə qaz xətlərinin yenidən
quraşdırılması işləri davam etdirilir. Lakin nəzərdə
tutulan 12 kəndin qazlaşdırılması işlərinə
hələ də başlanılmamışdır.
01 aprel 2012-ci il tarixə Masallı
rayonu üzrə mövcud ATS-lərin montaj tutumu 29000, istifadə
tutumu isə 25000 abonentə bərabərdir. Rayondakı
bütün ATS-lər
elektronlaşdırıldığından kəndlərin
sürətli internet xətti ilə təmin edilməsi
günün vacib tələbidir və bu istiqamətdə
davamlı tədbirlər həyata keçirilməlidir.
Azərbaycan hökumətinin
Dünya Bankı ilə imzaladığı kredit sazişinə
əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən
Masallı şəhərinin içməli su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması işlərinə
başlanılmışdır. Bununla da Masallı şəhər
sakinlərini uzun illərdən bəri narahat edən bu
böyük problem qısa vaxtdan sonra öz həllini
tapacaqdır.
Bu gün Masallı rayon sakinlərini
ən çox narahat edən məsələlərdən biri
də rayonun əksər kəndlərində içməli
su xəttinin və ya qaynaqlarının olmamasıdır. Bu məsələ
ölkə rəhbərinin daim diqqət mərkəzindədir.
Cənab Prezident öz nitqində də
vurğulamışdır ki, növbəti müddətdə
bütün rayon mərkəzləri, bütün şəhərlər
içməli su ilə təmin ediləcəkdir. Bunu etmək
üçün konkret tapşırıqlar verilib və məqsədlərə
çatmaq üçün gələn il investisiya
proqramında kifayət qədər böyük məbləğ
nəzərdə tutulmuşdur.
Masallı rayonunda da mövcud olan
içməli su probleminin həlli məqsədilə rayon rəhbərliyi
tərəfindən məsələ qaldırılmış
və qısa vaxtda bu istiqamətdə müsbət nəticələr
əldə olunmuşdur. Belə ki, "Azərsu" ASC-i
"Birləşmiş Su-kanal" MMC tərəfindən
Muğan zonasında yerləşən 15 kəndin və Gəyəçöl-Qızılağac
istiqamətində olan 13 kəndin içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə
yaxın vaxtlarda həmin istiqamətlərdə olan kəndlərə
içməli su xəttinin çəkilməsinə
başlanılacaqdır.
Ekologiya
2012-ci ilin 9 ayı ərzində
Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən
rayon ərazisindəki suvarma kanallarında 125 min kub metr həcmində
55 km uzunluğunda kanallarda lildən təmizləmə işləri
aparılmışdır. Həmçinin rayon ərazisində
olan çaylarda təmizləmə işləri
görülmüş və dambaları möhkəmləndirilmişdir.
Lakin Viləşçay Su Anbarı İstismar İdarəsinin
mövcud imkanları onu deməyə əsas verir ki, bu idarə
rəhbərliyi öz işinə yenidən baxmalı və
rayonun sosial-iqtisati inkişafında daha fəal iştirak etməlidir.
Hesabat dövrü ərzində
Masallı Meşə Mühafizəsi və Bərpası
Müəssisəsi tərəfindən 37 ha sahədə
meşə səpini, 18 ha sahədə meşə əkini işləri
aparılmış, 29 ha sahə kollardan təmizlənmişdir.
10 ha sahədə ağaclarda olan ziyanverici həşəratlar
təmizlənmişdir. Ziyanvericilərə qarşı 899 ha
ərazi dərmanlanmışdır. Bununla bərabər bu
sahədə də bəzi problemlər mövcuddur. Belə
ki, meşələrin qanunsuz qırılması, meşə
torpaqlarının zəbt olunması və çirkləndirilməsi
hallarına qarşı lazımı səviyyədə
mübarizə aparılmır.
Başçı məruzəsində
qeyd etdi:
- Burada bir məsələni də
vurğulamaq istəyirəm ki, ağac əkini kampaniyası
üçün xüsusi hazırlıq işləri qısa
müddətdə yekunlaşdırılmalı və
artıq bu işlərə başlanılmalıdır. Hesab
etməliyik ki, bu gün də "Ekologiya ili" davam edir və
bu çərçivədə rayonda 200 min ağacın əkilməsini
təmin etməliyik.
(ardı gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2012.-25
oktyabr.-S.7.