YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
TAMAMİLƏ
AYRI BİR NEMƏT VEYSƏLLİ - 3
"Altımışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün
vurhəşir də bildiyimiz kimi hər zaman onların
başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma
bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda
deyil, sənətin bütün sahələrində özlərini
göstərməkdə idi. Və mənə elə gəlir ki,
dünyamızın altımışıncı illəri təkcə
bizim məmələkətdə deyil, başqa məmləkətlərdə
də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində
ALTIMIŞINCILAR adıyla bir dərnək
də var. Həmişə
gönlümdən keçib belə bir təşkilat və ya
dərnək bizlərdə də olsun,amma
bizlər ayrı Türkiyə ayrı.Hər zaman
adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil
tərəfindən heç də gönül xoşluğu
ilə qarışılanmayıb.
Açığını deyim ki,hətta
onları insafla müdafiə edənlər
də qınaq sahibi olur.
Mən onların müdafisinə qalxmaq məqamında
uzağam. Sadəcə onlardan
bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları
ki, onlar ədəbiyatçı
deyillər.Yazar-çizər deyillər.Amma bu
sırada yazarlar da ola bilər. Daşlaşmış
"ALTIMIŞINCILAR" sırasına salınmayan
ALTIMIŞINCILAR da olub.
Kimlərdir bunlar?
-Əzizim Nemət Veysəlli,
(yaxşı ki, bu apastrofu qaldırdılar, yoxsa bir xeyli zəhmətlə
gərək sənin adında bir apastrof da yazaydım) sənin
publisistik yaradıcılığına nəzər yetirəndə,
onun üç qolu olduğunu düşünmək
mümkündür. Birincisi, sənət publisistikası,
ikincisi ümumi mövzularda yazılan yazılar və nəhayət,
1990-cı il hadisələrindən sonra sən hərbi libas
geyindin və Qarabağ cəbhəsindən uzun müddət
yazılar yazdın və o zaman sənə "İLHAM"
qəzetindən bu barədə müraciət də
etmişdilər. Bu hərbi jurnalistika barədə sən hələ
tələbəlik illərindən danışırdın.
Simonovun, Erenburqun hərbi jurnalistikası barədə söz
salırdın. Bu vurğunluqmu səni dartdı bu sahəyə,
yoxsa başqa bir dərdin vardı?
- Vaxtı ilə rəhmətlik
müğənni Əbülfət Əliyevin dilindən belə
bir söz eşitmişdim: sənət qeyrəti! Hərbi
libası mənmi geyinmişəm, yoxsa sənətim,
yazılarım, hesab edirəm ki, bunların hər ikisi eyni
şeydir. Yazı-pozu, publisistika kimi, hərbi forma da ideya, amal məsələsidi. Ermənilər mənim ən yaxın dostlarımı fiziki cəhətdən məhv ediblər. Doğulduğum, boya-başa
çatdığım Veysəlli
kəndi, gözəlliyini,
genişliyini çox
az adamların
dərk elədiyi torpaqlarımız düşmən
tapdağı altındadı.
Bütün dünyanı dolaşardım,
dolaşardım, nəhayət
yenidən doğulduğum
torpaqlara qayıdardım.
Amma həyatımın indiki mərhələsində sonuncu
yerim, dayanacağım
yoxdur. Səfərlərim tamamlanmır, yekunlaşmır.
Sözün həqiqi və
birbaşa mənasında
qalmışam yolayırıcında.
Böyük əzablar bahasına
əldə etdiyim sənətim də içimdə ölüb.
Lovğalanıb deyim ki, ömrümün qalan hissəsində yaxşı,
oxucunu düşündürə,
sevindirə, kədərləndirə
bilən fərli yazılar yazacam, buna inanmayın.
- Bir az bədbin danışırsan?
Bəs necə danışım bəy əfəndim, sənin dilinlə desəm! Təkrar edirəm: 88-ci ildən üzü bəri gözü ilə müsibətlər görmüş,
yurdu erməni ayaqları altında qalan adamın sonralar fərli bir sənət nümunəsi yaradacaqlarına
ümidim azdı. Belə adamların artıq içi-içalatı yanıb.
Çünki bədii səviyyəli,
insanın hisslərini,
ağlını riqqətə
gətirən, rüşeymlər,
buğdacıqlar məhv
edilib. Fikrimi yekunlaşdırmaq istəyirəm. Bir sözlə, düşmənlər
insanın yaşaması,
fəaliyyət göstərməsi,
sevilməsi, gələcəyə
can atması üçün
mənəvi sütun
ola biləcək
bütün amilləri
alt-üst edib. Əlbəttə, belə bir
mərəhələdə mənim Bakıda qalmağım, "Azərbaycan",
ya da "Ulduz" jurnallarında çalışmağım hansı
tərəfdən yanaşsaq,
düzgün deyil.
Münəccimlik etmək niyyətindən
uzağam. Amma əsrin
əvvəllərindən indiyə
kimi itirdiyimiz torpaqların həcmini, miqyasını göz qabağına gətirəndə
adamı vahimə basır. Təəssüf ki, istər
Bakıda, istərsə
də respublikanın başqa bölgələrində
hələ də ermənilərin azərbaycanlılar
üçün nə
dərəcədə böyük
təhlükə olduğunu
dərk etmək istəmirlər. Döyüşlər zamanı erməni hərbi əsirlər ilə etdiyim söhbətlər, apardığım
müşahidələr mənə
əsas verir ki, həyəcan siqnalı çalım.
Əhalinin elə təbəqəsi
var ki, erməni
məkrini, gələcək
strategiyasını bütün
təfərrüatı ilə
dərk edə bilmir. Ermənilərin işğalçılıq siyasətini, bizi fiziki cəhətdən məhv etmək planlarını ki, Allaha şükür, savadlı adamlarımız,
ziyalılarımız bilməlidirlər.
Xalqın içindən
çıxan, ağıllı,
savadlı adamlarımız
da əcnəbi ölkələrin yollarını
həftə səkkiz,
mən doqquz ölçüb-biçirlərsə, bəs bu işlərin
axırı necə olsun, düşmənlərimiz
Dağlıq Qarabağda
özlərinin dövlət
strukturlarını yaradırlar,
biz isəgermənilər gözümün
qabağındaca mənim
doğulduğum, boya-başa
çatdığım yerlərdə,
dayılarımın, əmilərimin
həyətlərində bostan
becərirlər, taxıl
biçirlər, yol çəkirlər. Di kişisən,
gəl bu dərdə döz
Xalqla və nüfuzlu adamlarla ordu arasında bir körpünün olduğunu
görə bilirsinizmi?
Xalq içindən çıxmış,
əhalinin güvəndiyi,
ümid bəslədiyi
adamlar da orduda baş verən dəyişiklikləri
öyrənməyə cəhd
göstərmirlər. Ordu strukturlarına o mənada
nüfuz etmirlər deyirəm ki, xalq arasından çıxan ziyalılar bu işə biganədirlər. Amma əksinə,
gərək yüksək
rütbəli zabitlər,
şəxsi heyət üzvləri kürəklərində
ziyalıların, xalqın
nəfəsini hiss etsinlər.
Problemlərini həll etməkdə
onların gücünə
arxalansınlar. Qütbləşmə
yeni-yeni ərazilərimizin
işğalına səbəb
ola bilər.
- Necə bilirsiniz, müharibə mətbuatda,
ədəbiyyatda yox
ha, mətbuatda tam öz
əksini tapa bilirmi?
Ümumiyyətlə, 1988-ci ilin
fevralından bu hadisələrin qaynar nöqtələrində
olan bir şəxs kimi mən belə hesab edirəm ki, mətbuatda
müharibə həqiqətləri istənilən şəkildə
ifadə olunmayıb. İndiki müharibənin o qədər
gözə görünməyən, az adamların iştirak
etdikləri səhnələr var ki, bunlar əhaliyə
çatdırılmayıb. 1993-cü ilin son ayları,
1994-cü ilin əvvəllərində Azərbaycan Ordusunun əsgər
və zabitlərimizin göstərdikləri igidliklər, insan
gücündən, qüdrətindən uzaq qəhrəmanlıqlar,
təəssüf ki, genişliyi, təfərrüatı ilə
lentlərə köçürülmədi, mətbuat səhifələrinə
çıxarılmadı. Gərək Azərbaycan xalqı
Müdafiə Nazirliyində mayor Seyidağa Mövsümov
başda olmaqla, hərbi kinosalnamə studiyası əməkdaşlarının
hamısına qranitdən heykəl qoysun. Çünki onlar
qızğın döyüşlər gedən yerlərə
atılır, həyatların təhlükə
qarşısında qoyur, şir kimi vuruşanları lentə
köçürürdülər. Döyüş
dalğalarından çox-çox uzaq yerlərdə, hətta
Bakının mərmər döşəməli
meydanlarında, müharibə səngərlərindən,
top-tüfəng səsindən nəsə düzəldib
yazmaq olar. Hətta, sığallı, bərli-bəzəkli
cümlələr də işlədə bilərsən. Amma
düşmən snayperlərinin atəşi altında, o zaman
ki, yanında mərmi partlayır, qumbaraatanın
dalğası huşunu itirir, tikə-tikə olmuş
döyüşçü dostunun olan-qalan əzələlərini
sırıqlı arasına yığırsan, belə şəraitdə
əlinə kamera almaq, onu döyüşün ən
qızğın səhnələrinə tuşlamaq, əzizlərim,
bu çətin məsələdi. Belə yerlərdə
insana kişi qeyrəti, kişi ürəyi lazımdır. Hər
kişinin tab gətirə biləcəyi səhnələr
deyil bu. Hər halda əlində qələm olan şəxsin
indiki müharibədən kənarda qalmağını təsəvvür
eyləyə bilmirəm. Əynimə hərbi forma geyməyimin
səbəblərindən biri də budur.
(DAVAM EDƏCƏK)
Tofiq
Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-25
oktyabr.-S.6.