"Afaq Bəşirqızı girdi
qanımın arasına..."
Əzizağa Əzizov:
"Heç bir rolun arzusunda olmamışam"
Deyəndə ki, "Aramızda
qalsın" serialındakı
Əzizağa Əzizov,
açığı gəlir.
"A, bala, ona qədər mənim nə qədər rollarım var, niyə məni onunla tanıdırsınız?
",- deyir. Yaxşı,
sadalayaq oynadığı
film və tamaşaları.
"Dəvətnamə", "Hərənin öz payı+ tayı",
"Qovğalı kəndinin
gecələri ", "Şans",
"Yaşıl eynəkli
adam-3", "Şəms-Qəmər"
və sair.
"O olmasın,
bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə
məhəbbət"də Şvartseneger, "Aldın
payını, çağır
dayını"da Məzarov,
"Bir günlük xəlifəlik"də şah
- bunlar da Musiqili Komediya Teatrındakı rollarıdır.
- Bas-bariton səsli Əzizağa Əzizov özünü oxucuya necə tanıdardı?
- Hacıqabulda
böyüyüb, orta
məktəbi də orda bitirmişəm. Ailədə
yeddi uşaq olmuşuq, dörd qardaş, üç bacı. Mən üçüncü uşaq idim. Uşaqlıqdan xalq teatrına,
dərnəklərə gedirdim,
elə-belə hobbi kimi. Arzum Odessa Dənizçilik Məktəbinə qəbul
olunmaq idi, dənizçi olmaq istəyirdim. Məndən böyük bacımla qardaşım dedilər ki, sənin aktyorluq istedadın var. Bacı-qardaşlarım hamısı
Rusiyada təhsil alıblar, böyük qardaşımın biri rayonda traktor sürür. Atamız rəhmətə
getdi, böyük qardaşım oxumağa gedə bilmədi, bizə atalıq elədi. Mən də şərt
kəsdim ki, gedəcəm İncəsənət
İnstitutuna, amma qəbul olunmasam, əsgərlikdən sonra sənədlərimi Odessa Dənizçilik
Məktəbinə verəcəm.
Bədbəxtlikdənmi deyim,
xoşbəxtlikdənmi elə
birinci il
qəbul olundum İncəsənət İnstitutuna.
Sənətdən Əliağa Ağayevin
oğlu Vaqif Ağayev, vokaldan Lütfiyar İmanov, səhnə danışığından
Əzizağa Qasımov
imtahan götürüdü.
Üç dənə
beş aldım
ixtisasdan. Sənət müəllimim də
Yaşar Nuri oldu. Vokaldan məşhur Aleksandr
Milovanovdan dərs aldım. Müslüm Maqomayevin müəllimi
olub, Azərbaycanda çox vokalçılar
yetişdirib. Mənim səsim
bas-bariton idi. Belə səs nadir olur. Ya bas olur, ya bariton,
ikisi bir şəxsdə nadir tapıntıdır.
İnstitutu bitirəndə təyinatımı
Opera və Balet Teatrına vermək istəyirdilər. Gördülər ki, əsgərlikdə olmamışam. O vaxt
əsgərlikdə olmayanı
ümumiyyətlə təyinatla
göndərmirdilər. Mənə dedilər
ki, get, Gəncə teatrında işlə, əsgərlikdən qayıdan
kimi səni Opera və Balet Teatrına
qaytaracağıq.
Getdim işlədim, əsgərliyə
də gedib qayıtdım, dedilər sənin təyinatın Gəncəyə verilib orda da işləməlisən.
Allah rəhmət eləsin
Rəhilə Cabbarova getdi nazirliyə dedi ki, bunun
bas-bariton səsi var, Azərbaycanda bu saat belə
səs yoxdur, bu operada işləməlidir.
Gətirdilər məni Opera və
Balet Teatrına, istəyirdilər birbaşa
solist götürsünlər,
amma solfecio bilmədiyim üçün
xora solist götürdülər. O vaxt solfecio yalnız
konservatoriyada keçirilirdi,
mən də İncəsənət İnstitutunu
bitirmişdim. Altı aylıq
xora götürdülər
ki, səhnəyə öyrənim, solfecio keçim, sonra solist təyin etsinlər.
- Altı ay gəlib çıxdı düz
2007-ci ilə qədər?
- Hə. Bir dəfə Rusiyaya qastrola getmişdik, Puşkin adına Opera və Balet Teatrının
direktoru səsimi eşidən kimi dedi ki, səni
operaya solist götürürəm, gəl
bizdə işlə, razı olmadım. Mənimlə qastrolda olanlar da qınadılar
məni ki, adam belə
təklifi qaçırar?
Şahlar Quliyev çox danladı məni, qalmadım, dedim başqa ölkədə yaşaya
bilmərəm.
Sonra Musiqili Komediya
Teatrına dəvət
etdilər. Siyavuş Aslan
teatrın rəhbəri
idi. Operada xorda qala-qala
Musiqili Komediya teatrında işləyirdim.
Afaq Bəşirqızı "Afaq-şou"nu
yaradanda məni ora dəvət elədi. Bir neçə il
onunla çalışdım.
Allah razı olsun, Afaq xanımdan onunla işləyəndən
sonra maddi vəziyyətim bir az düzəldi.
Ona qədər çox əziyyət çəkirdim.
Sonra təzədən Hacıbaba
Bağırov çağırdı
məni, qaytardı Musiqili Komediya Teatrına. 2007-ci ildə Opera və Balet Teatrından birdəfəlik çıxdım.
Açığı filmlərə də
çəkilirdim, teletamaşalar,
artıq gedib xorda oxumağa çatdırmırdım. Əsas kommersiya filmlərinə çəkilirdim. Sonra da televiziyalarda filmlərə
çəkildim.
- Bas-bariton səsi xorda saxlayıb məhv elədilər eləmi?
- Bəli, doğrudur, Akif müəllim 90-cı illərdə
mənə dedi gəl rollar götür, solist ol, amma artıq
bas-bariton qalmamışdı,
işlənmədiyi üçün
xarab olmuşdu. İllərlə xorda oxudum, çıxardım ordan, amma Opera və Balet Teatrının yataqxanasında qaldığım
üçün işdən
çıxa bilmirdim.
Axır ki, xanımımın iş yerindən bizə ev verdilər.
Mən də xordan yaxamı qurtardım.
Xanımım Beynəlxalq Hava
Limanında kompüter
operatoru işləyir.
İki övladımız var, qızımın adını
Afaq xanımın şərəfinə Afaq
qoymuşam, 11-ci sinifdə
oxuyur. Oğlum Toğrul 9-cu sinifdə
oxuyur. İstedadları var, aktyor olmaq ürəklərindən
də keçirdi, qəti şəkildə bildirmişəm ki, olmaz, başqa sənət seçin.
Musiqili Komediya Teatrının
demək olar ki, bütün tamaşalarında oynayıram.
Televiziyalarda filmlərə çəkilmişəm.
Seriallara
isə məni burdan, teatrdan seçib dəvət ediblər. "Aramızda
qalsın" serialının
rejissoru gəlib tamaşalara baxıb, mənə dedi ki, rollarınızı görmüşəm sizi
seriala çəkmək
istəyirik. Onların verdiyi qonorar
məni qane edir. Sağ olsunlar, başqa kanallardan da dəvətlər oldu, dedim sağ olun, amma müqaviləm
var, nə qədər ki "Aramızda qalsın"a çəkilirəm müqaviləni
poza bilmərəm.
-
"Azərbaycanfilm"də bədii filmə çəkilməmisiniz?
- Çox istəyirəm bədii
filmə çəkilim. Taleyin işinə baxın ki,
iki-üç bədii filmə dəvət aldım, amma o
filmlərin heç biri çəkilmədi. Maliyyə
çətinliyi oldu. Bir filmə də dəvət olundum,
amma maşın sürə bilmədiyim üçün
çəkilə bilmədim, montaj da mümkün deyildi, gərək
özüm sürəydim. Maşınım yoxdur, sürə
də bilmirəm, həmişə ictimai nəqliyyatla gedib-gəlirəm.
Əvvəllər sıxılırdım camaatın
içində, daha sıxılmıram,
alışmışam. Kim yaxınlaşır, ədəblə
söhbət edirəm, şəkil çəkdirmək istəyirlər
çəkdirirəm. Sadə adamam, quru bəy
deyiləm. Can deyənə
on dəfə can deyirəm. Qəlbə dəyə bilmirəm.
- Bu günlərdə
52 yaşınız tamam
olur, ürəyinizdə
oynamaq istədiyiniz obraz qalıb, yoxsa fərqi yoxdur sizin üçün
Otello və ya Yaqo? Amma sizdən
yaxşı Otello olar.
- Heç fərqi yoxdur mənim üçün,
heç bir rolun arzusunda olmamışam, yəqin bu sənəti arzu edib gəlməmişəm
ona görə.
- Zavodda fəhlə işləməklə rol
oynamağın fərqi
yoxdur sizin üçün? Sənətiniz sadəcə qazanc yerinizdir?
- Elədir, işimdir, işləyib məvacibimi alıram, vəssalam. Mən dənizi çox
sevirəm, dənizdə
işləyən hərbçi
olmaq istəyirdim, qismət deyilmiş.
- Bəs, Qarabağa necə olub getmisiniz?
- Xocalı hadisəsindən sonra məndən asılı olmadı, hiss elədim ki, getməliyəm, döyüşməliyəm. 32
yaşım vardı,
nişanlı idim, toyumuz da təyin
olunmuşdu, amma yenə getməyə bilmədim. Ağdərə bölgəsində döyüşmüşəm. O barədə danışmağı
xoşlamıram, hamı
getməli idi, mən də getdim.
- Qarabağ müharibəsi
veteranısınız, fəxri adınız da elə budur.
- Heç bir fəxri ad istəmirəm,
bu yaşdan sonra əməkdar artist adı vermək mənə
söyməkdir. Yaşım çatan kimi
çıxacağam təqaüdə.
- Təqaüdlə
dolanmaq asandır ki?
- O qədər çətinliklər
çəkmişəm ki. Afaq xanım girdi qanımın
arasına götürdü teatrına işə, ondan sonra
filmlərə çəkildim, vəziyyətim bir az düzəldi.
Yenə Allah yetirər. Ruzini verən Allahdır.
Ramilə
QURBANLI
Ədalət.-2012.-25 oktyabr.-S.8.