BU
VƏTƏNİN TORPAĞINA, SUYUNA...
(əvvəli ötən
saylarımızda)
Təhsil, səhiyyə, turizm...
Rayonda
təhsil sahəsində əsaslı dönüşə nail olmaq məqsədilə
son illər həyata keçirilən islahatlar daha qətiyyətlə
davam etdirilməli və mövcud
problemlərin həlli üçün ciddi tədbirlər həyata keçirilməlidir.
Bu işə dəstək olaraq
Masallıda məktəb tikintiləri çox
sürətlə həyata keçirilir. Yeni dərs ilində 5 məktəb - Qodman, Sığıncaq, Ərəb,
Köçəkli, Dəmirçi məktəbləri tikilib istifadəyə verilmişdir.
Hazırda Xıl, Kosakül, Kəlbəhüseynli,
Öncəqala və Kubin kəndlərində
yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam
orta məktəbinin əsaslı təmiri
davam etdirilir.
Görülən işlərə
baxmayaraq hələ də rayonda xeyli sayda yeni məktəblərin
tikintisinə və təmirinə ehtiyac vardır ki, bu məsələ
ilə bağlı hazırlanan proqramın mümkün
olduğu qədər qısa müddətdə həyata
keçirilməsi nəzərdə tutulur. Məktəblərin
istilik sistemlərinin təmir edilməsi və
qızdırılması işindəki mövcud çətinliklər
də həlli vacib olan məsələlərdəndir. Eyni
zamanda şagirdlərin dərsə davamiyyətinin yuksəldilməsi,
tədrisin keyfiyyətinin
yaxşılaşdırılması Rayon Təhsil Şöbəsinin
qarşısında duran ən mühüm vəzifədir.
2012-ci ilin 9 aylıq dövründə
rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini
yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək
üçün bir sıra işlər
görülmüşdür. O cümlədən Hişkədərə
kəndində həkim məntəqəsinin tikintisi, Kolatan kəndində
isə həkim məntəqəsinin əsaslı təmiri
başa çatdırılaraq istifadəyə verilmişdir.
Bu sahədə ən böyük çətinlik Masallı Mərkəzi
Rayon Xəstəxanasının təmirsiz vəziyyətdə
olmasıdır ki, bu da yüksək səviyyəli tibbi xidmətin
təşkilinə imkan vermir.
Masallı Rayon Gigiena və
Epidemiologiya Mərkəzi cari ilin 9 ayı ərzində
mütəmadi olaraq ərazilərdə reydlər
keçirmiş və yolxucu xəstəliklərə
qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan
24 növ yeyinti məhsuluna gigiyenik sertifikat
alınmışdır. Hesabat dövrü ərzində
keçirilmiş reydlər zamanı yol verilmiş
nöqsanlar aşkarlanaraq 398 akt tərtib edilmiş, sanitar
norma və qaydalara əməl etməyən 46 cavabdeh şəxs
barəsində inzibati cərimə protokolu tərtib
edilmişdir.
Rayon Baytarlıq İdarəsi tərəfindən
hesabat dövründə ümumilikdə 268345 baş iri və
xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara
yara, quduzluq və dabaq xəstəliklərinə
qarşı, eləcə də 560.000 baş ev
quşlarında müxtəlif xəstəliklərə
qarşı peyvəndləmə işləri
aparılmışdır. Quş qripinin profilaktikası ilə
əlaqədar 9 ay ərzində ev quşlarından seçmə
qaydada 4 dəfə qan nümunələri
götürülmüş və müayinə olunmaqdan
ötrü Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Rayon ərazisində quş qripi xəstəliyi qeydə
alınmamışdır.
Masallı "Folklar Paytaxtı"dır
Bildiyniz kimi Azərbaycan
Respublikası Mədəniyyət Turizm Nazirinin 01 fevral 2012-ci
il tarixli 37 saylı Əmri ilə Masallı rayonu 2012-ci ildə
Azərbaycanın "Folklor Paytaxtı" elan edilmiş və
buna müvafiq olaraq Masallı Rayon İcra Hakimiyyəti
Başçısının sərəncamı ilə Təşkilat
Komitəsi yaradılmış və Tədbirlər Planı
təsdiq edilmişdir. Aprel ayının 14-də Masallı
şəhərində "Masallı Azərbaycanın Folklor
paytaxtıdır" mövzusunda tədbir keçirilmiş
və "Folklor Paytaxı"nın kuboku və loqosu təqdim
edilmişdir. Tədbirlər planına uyğun olaraq müxtəlif
tədbirlər, o cümlədən Masallı rayonunda ilk dəfə
olaraq Azərbaycan Muğam müsabiqəsi, Turizm sərgisi,
digər konfrans və festivallar keçirilmişdir. Bu çərçivədə
Sentyabr ayının 6-dan 10-a qədər Masallıda Beynəlxalq
Folklor festivalının keçirilməsi rayon
üçün tarixi bir hadisədir. Bu festivalda Azərbaycanla
bərabər bir çox ölkələrdən, o cümlədən
Türkiyə, Latviya, İran, Kabardin-Balkariya və
Dağıstandan folklor kollektivləri iştirak etmişlər.
Bu ilk addım və gözəl bir təcrübə oldu. Gələn
bu festivalın daha çox ölkələrin iştirakı
ilə keçirilməsi nəzərdə tutulmuşdur.
Masallı rayonunda fəaliyyət
göstərən 31 turizm obyektindən 26-sı müvafiq
lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində
1146 turist yeri vardır.Hesabat dövrü ərzində rayon
14426 nəfər turist səyahət etmişdir ki, onlardan 696 nəfəri
xarici ölkə vətəndaşları olmuşdur.
İdmana xüsusi münasibət
2012-ci ilin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə "İdman ili" elan olunması respublikamızda, o
cümlədən Masallı rayonunda idmanın
inkişafına böyük təkan verəcəkdir.
Qeyd olunan Sərəncamın
icrası ilə əlaqədar olaraq artıq Masallı şəhərində
Boks, Taekvando məkəzlərinin, Boradigah qəsəbəsində
isə İdman Kompleksinin inşası surətlə davam
etdirilir. Eyni zamanda hazırlanmış tədbirlər
planına uyğun olaraq mütəmadı şəkildə
rayon və Respublika səviyyəli idman
yarışlarının keçirilməsi nəzərdə
tutulur. Onu da qeyd etmək lazımdır ki, Boradigahda tikilən
idman kompleksi alternativ enerji mənbələri hesabına
qızdırılıb işıqlandırılacaqdır ki,
bu da çox əhəmiyyətli bir hadisədir.
Rayon
rəhbərliyi: qəbullar, görüşlər, müraciətlər
Hesabat dövrü ərzində
rayon İcra hakimiyyətinə 1371 ərizə-şikayət
daxil olmuşdur ki, onlardan 648-i vətəndaşların, 723 ərizə
isə yuxarı təşkilatların payına
düşür. Bu dövr ərzində İcra Hakimiyyətində
keçirilən qəbullar zamanı 882 nəfər şikayətçi
qəbul edilmişdir. Səyyar qəbullar zamanı 295 nəfər
çıxış edərək ərazinin sosial-iqtisadi
inkişafı və problemləri barədə təkliflər
vermişlər.
Rayonun idarə, müəssisə
və təşkilatlarında, şəhər, qəsəbə
və kənd icra nümayəndəliklərində vətəndaşların
qəbulu, ərizə və şikayətlərə
baxılması işinin daha da
yaxşılaşdırılması sahəsində xeyli
iş görülmüş, onların müraciətlərində
qaldırılan məsələlərin vaxtında və
obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilmişdir. Yerlərdə müntəzəm
olaraq keçirilən səyyar qəbullar ictimaiyyət
arasında böyük razılıqla
qarşılanır.Bununla bərabər bir çox ərazi
numayəndələrinin vətəndaşların müraciətinə
laqeyd münasibət göstərdiyi və maliyyə məsələlərində
ciddi nöqsanlara yol verdikləri müəyyən
olunmuşdur.
Qarşıda duran vəzifələr
R.Hüseynov sonda
görülmüş işlərə bir daha yekun vuraraq dedi:
-Görülən işlərə,
əldə edilən uğurlara baxmayaraq hələ də
görüləsi işlərimiz çoxdur. Masallı şəhərində
abadlıq işlərinin və su-kanalizasiya xəttinin çəkilişinin
yüksək səviyyədə həyata keçiriməsi
üçün bütün imkanlar səfərbər edilməlidir.
İşimizin kifayət qədər çox olmasına
baxmayaraq vaxtımız azdır. Ona görə də hər
birimiz rayonun inkişafı naminə görülən bu
işlərdə yaxından iştirak etməliyik. Rayon ərazisində
qazlaşdırılmanın və elektrik təsərrüfatının
yenilənməsinin başa çatdırılması da həllini
gözləyən vacib problemlərdəndir. Xüsusilə də
xətt təsərrüfatının yenilənməsi
üçün bütün imkanlardan istifadə edilməlidir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi,
yeni yolların salınması, habelə yeni təhsil və səhiyyə
müəssisələrinin tikilməsi kimi bir çox
abadlıq və quruculuq işlərinin həyata keçirilməsi,
"Yaşıllıq və ağac əkmə"
aylığı çərçivəsində noyabr ayı
ərzində rayonun bütün ərazilərində
geniş ağac əkini kampaniyasının aparılması
qarşımızda duran əsas vəzifələrdəndir.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2012.-30
oktyabr.-S.7.