RÜBAİLƏR
Oqtay RZA
Günəşi bənzədək
nəhəng məşələ,
Yaşının cavanlıq
çağıdır hələ.
Bir ulduz təzədirgbir ulduz
sönüb-
Min il görünəcək
saçdığı şölə.
***
Qapalı xainlər "dostlar"
kimidir,
Doğru söz mötəbər
hasar kimidir.
Adam var - sifəti
tez-tez dəyişən,
Adam var
- üzü də astar kimidir.
***
Hər qaya elə bil
xəyala dalıb,
Qobustan havası köksümə
dolub.
Nə rəssam incisin, nə dilçi alim,
Dünyada ilk əsər zümzümə
olub.
***
Qan! Xoşun gəlirmi kim desə
"qan-qan"?
Al-qızıl
rəngindən yəqin
razısan?
Bəlkə insanları qorxutmaq üçün
Bu qədər
dəhşətli, qıpqırmızısan?
***
Təzadlı ailənin sakiniyik biz,
Səndə güc üstündür,
məndə duyğu,
hiss.
Yaxşı ki, ağıllılar bərabər deyil-
Söz yetim qalardı, dünya dahisiz.
***
Yayın istisində tez əriyir buz,
Göy üzü həmişə
olmur buludsuz.
Dayanıb od ilə
su arasında-
Yaşaya bilmərik susuz
və odsuz.
***
Bürüyüb
aləmi çox möcüzələr,
Müthəm təbiətdə nələr
var, nələr!
İnsan cüt paytaxtlı dövlət kimidir-
Beyinsiz düşünməz, ürəksiz
ölərg
***
Yuxumda göy, sarı, yaşıl rəng gördüm,
Baharı, baharı özütək
gördüm.
Bu gecə sübhətək bərk
qar yağırmış,
Yuxumda rəqs edən
gül-çiçək gördüm.
***
Həmkarım,
gəl düşmə
gen rübaidən,
Dəyərdə dastana tən
rübaidən.
Təmiz duyğularla xoş sözlə birgə,
Bilik istəyirəm mən
rübaidən.
***
Yayır fəlakəti, şəri
qasırğa,
Ulayır nə vaxtdan
bəri qasırğa.
.
Küləyin cürbəcür oyunları var.
Bir meh, biri yel, biri qasırğa.
***
Məşhur işarələr - iqrek, ikx, zet:
Mərkəzdə birləşən üç istiqamət.
Üç mühüm nöqtəni
tapsaq-bilərik:
Ya düz, ya əyridir axtarılan xətt.
***
Deyirəm sönəndə ömür
çırağım-
Sehirli qüvvə tək bədəndən çıxım;
Bir titrək şüalı ulduz- göz olub,
Dəfnimə, yasıma kənardan
baxım.
***
Halal sayılsa da haram dünyada
Haqq üçün çalınan taram dünyada.
Nə zaman ürəyim, canım ağrıyır-
Mən onda bilirəm
varam dünyada.
***
Hər şeyin sonuna inanıram mən,
Qocaldın tutasan gərək
çəlikdən.
Məşhur filosofa o gün dedim ki,
Bezər ruh özü
də əbədiyyətdən.
***
Qış xoş havalarda yaza çevrilir,
Donun su daşlaşıb
buza çevrilir.
Xlor - boğucu qaz-natrium-zəhər,
Birləşib süfrədə duza çevrilir.
***
Bərki çox sınadım
boşa nə deyim?
Ömürlə güləşən yaşa nə deyim?
Qayanı heykələ bənzədirəmsə,
Ayağa ilişən daşa
nə deyim?
***
Daşıyıb
yükünü min əziyyətin,
Ahıllıq çağında yaşamaq çətin.
Lakin çoxaldıqca uzun ömürlər,
Xoşdur qocalmağı bəşəriyyətin.
***
Gərək fərqlənməsin iş
ilə vədə,
Mudrik tövsiyyənin əksidir, hədə.
Bütöv kristalın əlamətləri
Sən demə eynidir
zərrəsində də.
***
Külək qəzəblənib budaq sındırır,
Dənizi nehrətək çadxalandırır;
Külək - dəyirmanda dən üyüdən güc,
Həm də bayrağımı
dalğalandırır.
***
Yatır ağcaqanad duymadan heç nə,
Çovğunu
qətiyyən almır
vecinə;
Otuz dərəcəlik şaxtada
ölmür,
Yayda qanımızı soracaq yenə
***
Güclü söz möhtəşəm
ordudur, ordu.
Odlar ölkəsidir Nizami
yurdu.
Bütün qitələrdə yanan işıqlar
Edison ömrünün
ardıdır, ardı
***
Özündə
saxlayır neçə
halı su-
Sirli, əsarətli, müəmmalı
su.
Qar, yağış, buz, bulud, ildırımgolur
Ərzin ən qəribə
mineralı su.
***
Dünyanın
hələ də dərd-səri çoxdur,
Qayğılı axşamı, səhəri
çoxdur.
Batan gəmilərin faciəsindən
Heyif Arximedin xəbəri
yoxdur.
***
Şor torpaq sünbül də, gül də bitirir,
Qarışqa özündən çox yük götürür.
Miss naqil
xoşlayır xeyirxahlığı-
Ünvandan-ünvana işıq ötürür.
***
Möhtərəm
filosof! De, nədir
həyat?
Bəlkə tamaşadır, sərgidir
həyat?
Çatsın
nəhərinə şöhrətpərəstin:
Sıfırdan-sıfıra
yol gedir həyatg
Güclü sel tələsir
yarğandan ötrü.
Şimşək - meşədəki yanğından ötrü.
Neolit əsrində silah düzəldən
Yol salıb gələcək
qırğından ötrü.
***
Sirlər qapılartək hey açılacaq,
Bir fəsil dəyərdə
bir il
olacaq.
Sonsuz Kainatda heç nədir zaman,
Zamanı var edən idrakdır
ancaq!
***
Ərzin yaxasında daim gül olsun,
Bəd əməl, pis toxum yanıb kül olsun!
İnsanlar! Görüşək meridiantək,
Əqidə yolumuz paralel olsun!
***
Söz gərək pas atıb qalmasın qında,
Sirlər aləmi var ürəkdə, canda;
Fərəhdən
ağlasan - göz yaşı şirin,
Göz yaşı acıdır
fəryad qopanda.
***
Sabun qohumudur yəqin şamın da,
Azacıq acılıq duydum tamında;
Özü də yox olur
- çirk yuyub-yuyub,
Qəribə keyfiyyət var
imiş onda.
***
Gərək öyrəşəsən əksliklərə:
Gah qıya qulaq
as, gah çik-ciklərə.
Zamanın hər annı atom kimidir-
O da bölünürmüş zərrəciklərə.
***
Qısa söhbətini eyləmə
uzun,
Çaşıb çanavara söyləmə
quzu.
Aysberq böyükdür göründüyündən-
Qalır su altında
onda doqquzu.
***
Şaxə şax budaqda yam-yaşıl idi,
Udub saf havanı,
işıq içirdi.
Ocağa atılan quru çöp olub-
Aldığı istini qaytarır
indi.
***
İdrak xəzinədir - min incisi var,
Sözün də kobudu,
ən incisi var.
Filosof babamız nə gözəl deyib:
"Axtar,
tapanadək özünü
axtar!"
***
Dünya! Qayğıların daim çox olub,
İnsanın mini ac, onu tox
olub.
Silah sərgisinə baxıb deyirəm:
Raketin babası yəqin ox olub...
Ədalət.-2012.-30 oktyabr.-S.6.