Xumar Qədimova: "Nə etməyindən
asılı olmayaraq mən o insanı görmürəm"
Müğənni
Xumar Qədimovanın Milli.Az-a müsahibəsi
-
Xumar xanım necə bir müğənnidir?
- Mən fərqli müğənniyəm,
özünəməxsus, yenilikçi.
-
Sizi sevənlər saysız-hesabsızdır, bu sevginin sirri nədir?
- Elə qeyd etdiyim kimi, məni
tamaşaçılara sevdirən fərqliliyimdir. Hamı kimi
olmadığım üçün sevilirəm, hamı kimi
olmayanda insan çox sevilir, maraqlı olur. Bununla
yanaşı, həm də qıcıqlandırıcı
olursan, o qıcıqlananlar da səni sevir, amma özlərini
sevmirlərmiş kimi qələmə verirlər.
-
Xumar Qədimova sayaq müğənni olmaq üçün
üç əsas nə olmalıdır?
- Mən bir tamaşaçı
kimi yenilikçini sevərəm, insan xarakterli
olmalıdır, obrazlı və səmimi olmalıdır. Bir
şeyi də qeyd edim: elə bir şey var ki insanda, o,
kişidə də olur, qadında da. Bilmirsən nədir, amma
deyirsən ki, nəsə var bu insanda, xarizmamı deyim, bilmirəm,
bax bu da önəmlidir.
-
Şou-biznesdə ruhunuza yaxın kimlər var?
- (Gülür) Heç onu
yoxlamamışam, fikir verməmişəm. O qədər
özümə qapalıyam ki, onu deyə bilməyəcəm.
Özümə yaxın ancaq özüməm.
-
Yaxşı bəstəkarsınız, yoxsa yaxşı
müğənni?
- Mən nəğmələrimə
minnətdaram. Mən nəğmələrimin sayəsində
müğənni oldum. Bəlkə də, mənim gözəl
şeirləri nəğməyə çevirmə qabiliyyətim
olmasaydı, mən indi müğənni olmazdım. Mənim
müğənni olmağımın səbəbi
özümün nəğmələrimdir.
-
Özünüzü şou-biznesdən sayırsınız?
- Mən özümü kənarda
görürəm, hər barədə.
-
Sizi nə küsdürə bilər?
- Məni ancaq çox sevdiyim
insanlar küsdürə bilərlər, mənim laqeyd
olduğum insan məni küsdürə bilməz. Hətta nə
etməyindən asılı olmayaraq mən o insanı
görmürəm.
- Həmkarlarınızdan
küsülü olduğunuz kimsə var?
- (Gülür) Heç kimlə
küsülü deyiləm.
-
Xumar Qədimovanın mahnılarını ancaq Xumar xanım
oxuya bilər?
- Yox, oxuya bilərlər, amma mən
oxuyanda başqa cürdür. Mən öz bəstələrimə
özümü qoyuram.
- Bəstəkar
kimi sizə müraciət edən olub?
- Həddindən artıq çox
müraciətlər olur. Müğənnilər arasında
inciyən də, küsən də olub. Sadəcə, mən
bir az öz bəstələrimə qarşı qısqancam.
Tutaq ki, demişəm ki, bu nəğməni filan müğənniyə
verəcəm, sonra fikrimi dəyişib demişəm ki, yox e,
özüm oxuyacam. Bax bunu etiraf etdim, belə bir şey olub.
-
Sevirsiz, yoxsa sevilirsiniz?
- Daha çox sevilirəm. Maşallah,
çox sevilirəm.
-
Oğlunuz necədir?
- Oğlum çox
yaxşıdır.
-
Müğənni olmağını istəyərdiniz?
- Yox, Allah eləməsin. Uğur
çox istedadlıdır, hərdən zümzümə
edir, xəbəri olmadan onu dinləyirəm. O oxusaydı,
anası kimi yenilikçi olardı. Gözəl musiqiçi
ola bilərdi, amma mən qəbul etməzdim heç zaman.
-
Xumar xanım, demisiniz ki, bir balaca Xumarın olmasını istəyirəm,
nə vaxt biz sizdən bu şad xəbəri eşidəcəyik?
- Mən demişdim ki, istəyərdim. Amma bu o demək deyil ki, olacaq. Bu ola da bilər, olmaya da bilər. Bilmək olmaz, həyat davam edir, ola bilər ki, balaca Xumar olsun. Allah mənim Uğurumu saxlasın!
Ədalət.-2012.-30
oktyabr.-S.8.