GƏLƏCƏYƏ
UZANAN YOL...
(əvvəli ötən
sayımızda)
SEVİNDİRİCİ ANLAR
İnsanın əziyyəti
və zəhməti müsbət nəticə verəndə o sanki bütün
arzusuna qovuşmuş
olur. Əgər bağban
ağaclara qulluq edirsə
və onun meyvə gətirməyini səbirsizliklə
gözləyirsə, günlərin birində də həmin ağaclar bar verəndə
bağbanın sevincinin həddi-hüdudu
olmur. Bax müəllimlər
də belədir. Onlar dərs dedikləri
məzunların ali və orta
ixtisa məktəblərinə qəbul
olunduqlarını eşidəndə ürəkləri
köksünə sığmır. Başqa
sözlə demiş olsaq,
sevincdən ürəkləri dağ boyda olur.
Rayon təhsil
şöbəsinin müdiri Almaz xanım deyir ki, təhsil müəssisəsinin əsas vəzifəsi
cəmiyyətə və vətənə tərbiyəli, əxlaqlı
insanlar verməkdir. Bununla yanaşı, əsas
göstərici kimi, məzunların ali məktəbə qəbul olunması böyük önəm kəsb edir. Çünki ən
azından ona görə ki,
müəllimin 11 il çəkdiyi əziyyət,
şagird ali məktəbə
qəbul olanda öz bəhrəsini
verir. 11 il müəllim
və pedaqoq o
uşaqların üstündə yarpaq kimi əsir və onların nazı ilə
oynayır. Hətta ipə-sapa yatmayan
şagirdləri belə pedaqoq düz yola qaytaranda,
onu intizama dəvət
edəndə, elə bir dünyanı həmin
müəllimə verirsən. Sonradan da yolunu azan
şağird hiss edir ki, müəllim ancaq onun gələcəyi
üçün lazımi addımları
atırmış.
Ötən il bizim məktəbləri bitirən 202 nəfər
məzun müxtəlif ali məktəbə
qəbul olub. Bunların arasında 500-600
arasında bal toplayan
17 məzun, 600-dən çox bal toplayan 9 məzunumuz olub. Bu il
də tam orta məktəbləri
və eləcə də orta məktəbləri
bitirən 206 məzunumuz müxtəlif ali
məktəbə, 112 şagirdimiz isə orta ixtisas təhsil
ocaqlarına qəbul olublar.
Bir faktı da qeyd edim
ki, ali məktəbə
yüksək balla qəbul olan
məzunlar rayon icra
hakimiyyəti və təhsil şöbəsi tərəfindən
mükafatlandırılıb.
Savadlı, istedadlı və
bacarıqlı şagird hər zaman ona göstərilən
qayğını və diqqəti hiss eləməlidir.
Şagird hiss eləməlidir
ki, onun arxasında bir qüvvə var və o qüvvə həmişə ona
yardımçı olacaq.
İCRA BAŞÇISININ TƏHSİLƏ DİQQƏTİ
Rayon təhsil
şöbəsinin müdiri Almaz Həşimova bizə bir
sevindirici faktı da dedi ki, təhsilə həmişə
Füzulidə böyük diqqət yetirilib. Bu gün
isə rayon icra
hakimiyyətinin başçısı, hörmətli Alı
Alıyev təhsilin inkişafına və sürətli tərəqqisinə
böyük önəm verir.
Bir qayda olaraq, istedadlı və savadlı şagirdlərə
Alı müəllim tərəfindən böyük
dəstək gəlir. O, dəfələrlə bizimlə
söhbətində bildirib ki, təhsil sahəsində hansı problem yaranırsa, ona
çatdıraq və o da
lazımi köməkliyi bizə göstərsin. Biz də hər hansı həll edə bilmədiyimiz
problem olanda Alı
müəllimə deyirik, o
da qısa zaman kəsiyində
məsələlərin müsbət həllinə böyük köməklik göstərir.
Əlbəttə, təhsil
dövlətin əsas strateji xəttindən
biridir. O ölkədə ki,
təhsilə önəm verilir və diqqət
mərkəzində saxlanılır, həmin ölkədə
təhsilin yüksək inkişafı hiss
olunur. Bizim də məmləkətimizdə
ölkə prezidenti İlham
Əliyev təhsilin dünya
standartlarına cavab verməsi üçün böyük
işlər görür. Bircə
qalır bu məsələləri yerlərdə
icra etmək. O da
maraqlıdır ki, bu
gün Füzulidə işğaldan
azad olunan
yaşayış sahələrində məktəblərin
yenidən tikilməsinə və əsaslı təmirinə böyük önəm verilir.
Bu önəm də onunla
bağlıdır ki, cəbhə bölgəsi
olan Füzulidə yeni
məktəblər tikilsin və
şagirdlərin, müəllimlərin istifadəsinə verilsin.
MƏKTƏBLƏR
TƏMİR EDİLİR VƏ YENİLƏRİ
TİKİLİR
Hamı yaxşı bilir ki, Füzuli
rayonu 1993-cü ilin avqustun 23-də ermənilər tərəfindən
işğal edilib. Onlar işğal etdikləri
yaşayış sahələrindəki binaları, məktəbləri,
xəstəxanaları yandırıb, yerlə-yeksan eləyiblər.
Hətta ermənilər o qədər
azğınlaşıblar ki, onlar Horadiz kimi
böyük bir şəhəri
od vurub
yandırmışdılar. Bütün bunlar ermənilərin necə bir
qaniçən millət olduğunu bir daha sübut
edir.
Böyük
öndər Heydər Əliyevin apardığı siyasət
nəticəsində 1994-cü ilin
yanvarın əvvəllərində milli ordumuz Füzulinin Horadiz şəhərini və 22
yaşayış məntəqəsini erməni
işğalından azad elədi. Erməni
işğalı zamanı yandırılmış kəndlər,
binalar, məktəblər və xəstəxanalar
yenidən tikilərək bərpa edildi.
1997-2011-ci illər ərzində rayonda çoxlu sayda məktəblər
bərpa edildi və yenidən tikildi. Horadiz şəhərində, Əhmədbəyli, Mahmudlu, Aşağı Kürdmahmudlu,
Əhmədalılar, Babi, Mollaməhərrəmli,
Şükürbəyli, Kərimbəyli, Alxanlı, Yuxarı
Kürdmahmudlu, Qarabağ,
Araz Dilağarda, Böyük Bəhmənli, Bala
Bəhmənlig kəndlərində yanmış məktəblər
yenidən bərpa edildi. Bununla yanaşı, Qayıdış, Gecəgözlü,
Zobucuq və digər yaşayış sahələrində
yeni məktəblər tikilərək
istifadəyə verilib. Yeni
tədris ilində də rayonda bir neçə yeni tikilmiş məktəbin
açılışı olacaq. Onlardan biri də Horadiz şəhərindəki müasir
tələblərə cavab verən tam orta məktəbdir. Həmin
məktəbin açılışı sentyabrın 17-də
keçiriləcək.
"MÜƏLLİMLƏR HƏR CÜR QAYĞIYA
LAYİQDİR"
Bu sözləri
bizimlə söhbətində rayon təhsil
şöbəsinin müdiri Almaz Həşimova dedi. O dedi ki,
müəllim peşəsi qədər çətin və məsuliyyətli
iş çox
azdır. Çünki bu
peşənin sahibi ilk
növbədə savadlı, bacarıqlı və səbirli
olmalıdır. İndiki uşaqlar
heç də 40 il bundan əvvəlin yeniyetmələri deyillər.
Onlarla dil tapmaq, onlarla söhbət
eləmək o qədər də asan deyil. Buna
görə də pedaqoqdan, müəllimdən
çox böyük
bacarıq və təcrübə tələb olunur.
Bacarıq və təcrübəsi olan
müəllimlər bu işin
öhdəsindən vaxtında gələ bilirlər. Ancaq elə ki, hansısa
müəllim bir balaca
zəiflik göstərdi, yumşaqlıq elədi, bax onda onun
işi çətinə düşür.
Biz də çətinə düşən
müəllimlərə vaxtında köməklik göstərir
və daha təcrübəli
pedaqoqları onlara yardım etməyi
tövsiyə edirik.
Almaz xanım onu da dedi
ki, bu gün
Füzulidə 80 ümumtəhsil məktəb fəaliyyət
göstərir. Onlardan 74-ü orta məktəb, 5-i əsas məktəb, 1-i
isə ibtidai məktəbdir. Rayonumuzun ərazisində isə 44 məktəb
fəaliyyət göstərir. Ümumiyyətlə, rayon məktəblərində 12094 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə isə 2236 müəllim məşgul olur.
Bu müəllimlərdən 1549 nəfəri
ali təhsillidir.
Biz bir daha hiss elədik ki, Füzuli təhsil sistemi öz keçmiş ənənələrinə
və uğurlarına söykənərək gələcəyə
doğru inamlı addımlarla irəliləyir.
Çünki Füzuli
təhsil sisteminin sükanı çox savadlı, təcrübəli və
ziyalı bir xanımın əlindədir.
Bu sükan həmişə
zamanından və məkanından asılı olmayaraq, Füzulidə etibarlı əllərdə
olub. Etibarlı əllər isə Füzuli təhsilini addım-addım
işıqlı sabaha doğru
aparır...
Faiq
QİSMƏTOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.- 2012.- 8 sentyabr.- S.4.