HƏSƏNOĞLUNUN
DİLİ - 1
"Ey böyük ulusun anası anam
Oğuz ellərindən qalan
nişanam
Eşqinlə yaşıyam,
eşqinlə yanam
Sənsən bu
bağrımda çırpınan dilim"
Həsən
Məcidzadə
Savalan
Azərbaycan və Anadolu
coğrafiyaları bir-birlərinin davamıdır. Digər tərəfdən bu
yerlər biz Türklərin əzəli və
əbədi yurdudur, yəni doğma vətənimiz mərkəzi Urmiyə
gölü olmaqla Kür ilə Araz
çayları arasında qalan Aran məntəqəsi, şərqi və cənub
şərqi Anadolu bölgələri ilə
quzeyli-güneyli Azərbaycan
torpaqlarıdır. Bizim doğma
vətənimiz, bolşeviklərin ixtira etdiyi terminlə desək, Orta
Asiya, yəni Türküstan
deyildir. Oralar bizim ata vətənimizdir,
ulu babalarımız coğrafi
səbəblərdən asılı olaraq
doğma vətənimizdən oralara gediblər və qovmlar
köçü ilə də geri qayıdıblar. Təbii ki,
bu köçəköçdə orda da qalanlar
olub, Türküstana üz tutduqda buralarda qalanlar da.
Yazının
başlığına "Həsənoğlunun Dili" adını qoymaqla
Anadolu və Azərbaycan
coğrafiyalarında yaşayan qardaş xalqların, yəni bizlərin
qaysaqlanmış yarasının üstündəki
qamqağı, ürəyimiz sancsa da azca tərpətmək,
bəzi gerçəkləri təkrarən xatırlatmaq istədim.
İzzəddin Həsənoğlu
on üçüncü
əsrin axırları və on dördüncü əsrin başlarında
yaşayıbdır, bunu hər bir Azərbaycan Türkü
və hər bir ziyalı Anadolu
Türkü yaxşı bilir.
İzzəddin Həsənoğlu bizim klassik ədəbiyyatımızın qütb ulduzlarından biridir.
İndiyə kimi əldə edilən mənbələrə
əsasən onun iki
Türkcə, iki dənə də Farsca qəzəli bilinirdi.
Divanı haqda isə heç
bir məlumat yoxdur.
Hardasa üç il
qabaq Türkiyənin Kültür
Bakanlığında işləmiş və təqaüdə
çıxmış bir dostum
bir gün gecənin oğlan çağında mənə zəng
elədi və "sənə bir sürprizim var, əminəm
ki, heyrətə düşəcəksən"
deyərək hökmən görüşməmizi istədi.
Şərtləşdik və cümə ertəsi günü Ankaranın Qızılay bölgəsində
bir çayxanada görüşüb, küncdə,
hay-küydən uzaq bir
stolda əyləşib hal-əhval tutduq. Dostum, çayxanada işləyən oğlanın gətirdiyi
çaydan bir qurtum almamış əlinin altındakı
çamadanından etina ilə qonur cildli köhnə bir kitab
çıxardı və "bir bax görüm bu sərvətdən xəbərin vardı, ya yox" dedi.
Kitabın cildini
açıb oxuduqda gözlərimə inanana bilmədim. Əlyazma əsərin
üstündə "Sirətin Nəbi" sözləri
yazılmışdı. O saat
axırıncı vərəqi açdım, çünki
qədim əlyazmalarda əsərin müəllifinin həmişə
öz adını orda
qeyd etməsi qaydadır. Sonuncu vərəqdə
əsərin müəllifinin Həsənoğlu olduğu yazılmışdı.
Öz-özümə uca səslə,
"doğrudan da bu əsər İzzəddin Həsənoğlunundur?"
sualını verdim, dostum
gülümsünərək üzümə baxdı, təkrar
oxu dedi. Bir daha oxudum.
Heyrət içində donub
qalmışdım. Məsnəvi şəklində
yazılan əsərin istinsah tarixi, yəni bir xəttat
tərəfindən üzünün köçürüldüyü il hicri 1217, miladi 1802 idi. Deməli, əsər
təqribən beş yüz
il sonra istinsah edilmişdi və
366 vərəqdən ibarətdi. Sonuncu vərəq
olan 366/b-dəki beytdə deyilirdi;
Həsənoğlu bu
xidmət işigində
Yüzin oldu türab əlhamdülillah.
Ahıl
bir gün ömrümü həba qıla
Torpaq axırı əzalarumi cüda qıla
İlahi
saxlaqıl ol kişinün imanını
Kim bənüm xəttimü görüb dua qıla.
Sözün əsl mənasında keyləşmiş
kimi idim. Dostuma üzümü
tutub, "Bəy bunu
nə cür və hardan
əlinizə saldınız? - deyə sual
verdim. Dostumun köhnə
əsərlər mübtəlası olduğunu
çoxdan bilirdim, ancaq yenə də bu
sualı vermişdim. Gülümsündü
və; "əsərin izini Finlandiyada tapdım. İnternetdə onun adını görcək həmin ünvandan əsəri internetə
çıxaran şəxslə əlaqə saxladım və
ünvanın yiyəsi kitabı satmaq istədiyini
söylədi. Qiyməti barədə razılaşdıq və
şərtləşdik. Onun telefonunu və
yaşadığı ünvanı götürdüm,
vaxt itirmədən bilet
alıb üz tutdum Finlandiyaya və gedib şərtləşdiyimiz
pulu verib kitabı
satın aldım. Əsəri aldığım şəxs
gömrükdən çıxışda mənə kömək
oldu və başım ağrımadan onu götürüb gətirdim"
dedi. Dostum hətta əsərin müəyyən yerlərindən
surət çıxarmış və o səhifələri
latın əlifbasına köçürmüşdü.
Azərbaycan Türkcəsini yaxşı bilmədiyindən həmin
beytləri Anadolu Türkcəsinin yazı
qaydalarına görə köçürmüşdü.
Ordaca bir neçə
yerdə düzəlişlər də etdim.
O surətini çıxardığı səhifələri
mənə bağışladı. Təşəkkür edib ayrıldım.
İlahi, gör öz milli mədəniyyətimizə nə qədər
biganə imişik ki,
bu cür neçə-neçə
əvəzsiz xəzinələrimiz suyu
qiymətinə alınıb Avropaya, Amerikaya aparılıb. O vaxt
bu əsərləri bizdən suyu qiymətinə alanlar indi xəzinələr tələb edərək
bizə satırlar. Bu isə bizim günahımız deyil,
ulu babalarımızın səhvidirmi deyim, laqeydliyidirmi deyim, nə deyim bilmirəm.
Yəqin bildiyim şey budur ki, ulu babalarımız
elmdən aralanıb teokratiyanın onları zülmət
qaranlıqlara qərq edən əzbərçilik yoluna düşdüklərindən
asılı olaraq, əllərindəki xəzinələri
qəpik-quruşa özlərinin gavur bildiyi, kafir dediyi millətlərə satıblar. Həmin millətlər gecəli-gündüzlü
işləyib maarifləniblər, ziyalanıblar,
ziyalandıqca da öz
milli mənliklərini dərk edərək
özgələrinə hökmranlıq etməyin yolunun ancaq elmdə
yüksəlməkdən, texnoloji ixtira etməkdən keçdiyinin
fərqinə varıblar. Ulu babalarımız isə on üçüncü əsrdən üzü bəri öz milli mənliyini dərk edənlərin, yəni
onların kafir dediklərinin şüurundan neçə min
işıq ili uzaqda
olduqlarından itirə-itirə gəliblər. İtirə-itirə
gəldikcə də indiki çağda
bizlərin boynuna hər birimizin
gücünün min
qat artığı qədər sadəcə
olaraq problem yükləməyiblər,
bizi imperialistlər qarşısında gücsüz və taqətsiz də
buraxıblar. Teokratiyanın əzbərçi
bataqlığına sonqulub
qaldıqlarından Ulu Tanrının
yolladığı müqəddəs kitabımız
"Qurani-Kərim"in ilk ayətinin
"Tanrının adıyla oxu!" əmrini
sadəcə olaraq duaları oxuyub-əzbərləmək
kimi götürüblər. Ulu Peyğəmbərimizin "Elm Hinddə də, Çində də olsa axtarıb tapın" əmrini
qulaqardına salıblar və elm kimi dua əzbərləməyi
götürüblər. Eyvay ki, eyvay!.. "Quran"ın,
"düşmənlərə onların silahıyla
qarşılıq verin" əmrindən
yan keçib, elm və texnoloji ixtira edəcəklərinə, düşmənlərimiz,
Sabir babamız demişkən, topları
atarkən heç diskinməyiblər də.
Yata-yata sadəcə olaraq
dua əzbərləyiblər, ayaq üstə yata-yata məzhəblərə,
təriqətlərə bölünüblər. Bu yatmışlıq və bölünmüşlük
hələ də davam edir,
bunun da
günahkarı biz deyilik.
Üç yüz milyonluq Türk millətinin
min yerə bölünmüşlüyünün
əsl səbəbi də məhz budur. Haçan
özümüzə qayıdacağıqə Elmin, mariflənməyin, yeni-yeni
texnolojilər ixtira etməyin, "Qurani-Kərim"in,
İslam dininin mənəvi
yöndən, ulu tariximizin
isə milli yöndən boynumuza
yüklədiyi ən ümdə məsuliyyət, ən böyük öhdəlik olduğunu
haçan başa
düşəcəyik!ə
Dostumla
sağollaşıb evə gəldim. Düzünü
deyim məni bürüyən heyrət
tufanı evə çatanda da nə fikrimdən aralanmış, nə də
səngimişdi.
Dostumun mənə
bağışladığı vərəqlərdə əsərin
mövzusunun götürüldüyü
mənbənin "əbül Həsən əl Bəkri əl
Qasasi"nin "Sirət-in
Nəbi" adındakı əsər olduğu
qeyd edilmişdi. Orda deyilirdi:
Əbül
Həsən Bəkri rəvayət eylədi
Mövludi böyə hekayət eylədi.
(8a/1)
ayrı
bir yerdə Həsənoğlu yenə həmin məsələyə
toxunub deyirdi;
Əbül Həsən Bəkri rəvayət
eylədi
Məkkə fəthin çün hekayət eylədi
(333b/1)
Bunları oxuduqda durub Əbül Həsən Əhməd
bin Abdullah bin Məhəmməd əl Bəkri əl Qasasi
haqda məlumat axtardım. Bəkridən,
"islamiyyətin ilkin vaxtları ilə
bağlı xəyali hekayətləriylə məşhur
müəllif", lap loru
sözlə desək "gopçu
yazıçı" deyə qeydlər vardı. Zəhəbi
adlı alim qeyd edir ki, Bəkri miladi 12-ci əsrdə yaşayıb. Anadangəlmə
kor olan ərzurumlu şair Mustafa Darir adlı şair də
Həsən əl Bəkridən istifadə edib.
Mustafa Darir Ərzurumda dünyaya
gəlib ilk təhsilini buralarda
alsa da sonra
mədəniyyətə önəm verən Məmluk dövlətinin
Misirdəki sarayına kimi gedib
çıxıb və burada "Siyəri
Nəbi" adlı əsərini Məlik Mənsur ilə Əli
Sultan Bərkukun tələbinə uyub Türkcə yazıb, lakin o da
Məhəmməd əl Bəkrinin təsirində qalıb. İndi Türkiyədə dini
bayramlarda oxunan "Mövlud" şeirini yazan Süleyman Çələbi
də həmin Mustafa Daririn
təsirində qalaraq Mövludu
yazıb.
Sözün
burasında yadıma mərhum ulu
babamız Qaramanoğlu Məmməd Bəyin
dilimizlə bağlı əmrnaməsi düşdü.
Məmməd Bəy, Qaramanoğullarının ikinci Bəyi Kərim"üd-din
Qaraman"ın oğludur. O hərbi və
idarəçilik yönündən bilikli,
ağıllı bir dövlət adamı
idi. Alimlərə hörmət edir, ətrafına onları yığır və
görəcəyi işlərdə daim onlarla məsləhətləşirdi. XIII yüz illiyin ortalarında
Səlcuqlu imperiyası, ədəbi dil kimi Farscanı, dövlət dili
kimi də ərəbcəni götürmüşdü (Yada
yalaq, özünə dalaq
olan babalarımız çox
sağ olun). Xalq isə öz ana dilini,
yəni Türkçəni buraxıb fars,
ya da ərəb dilini danışmırdı, öz
dilinə arxa çevirmirdi.
İndi isə özünü
dartıb, özlərini guya müasir ziyalı kimi
göstərərək, "sağ ol yerinə, mersi, by, çüüs"
deyənlərin düşdüyü
yazıqlıq atmosferinə hansı adı qoya bilərik bilmirəm!.."Qaraman
oğlu Məmməd Bəy, bir millətin birlikdə
yaşamağının, yəni onun vəhdətinin
ilkin şərtinin dil
birliyindən asılı olduğuna səmimi
qəlbdən inanmışdı və buna
görə də Ağdəniz sahilindəki Toros
silsilə dağalarında yaşayan
Türkmən tayfalarını ətrafına
yığıb güclü bir ordu yaratdı.
Üstünə hücum çəkən
Səlcuqlu və Monqol qüvvələrini
dağıdaraq Qonya şəhərini tutdu. Bölgədə yaşayan
səlcuqlu tayfaları da onu
dəstəklədilər. Öz ana dilinin yad
dillərin caynağında olduğunu
görən Məmməd Bəy bir fərman
yaydı. O, tarixi fərmanında deyirdi: "Bu gündən
geru divanda, dərgahda,
bargahda, məclisdə və meydanda Türkcədən özgə dil işlədilmiyəcəkdir. 13 may 1277".
İndinin
özündə küçələrimizdə,
bazarlarımızda İngilis, fransız, rus, fars və s. dillərdə danışanlara nə deyək?!
Mənə görə elələrinə ən yaxşı
cavabı şair dostum
Savalan veribdir:
"Bir
çoxları,
özgə dil
üçün sinə
cırırlar
Bizdən deyil onlar,
əgər olsa,
danıram mən"
İzzəddin Həsənoğlu
da belə bir çağda ömür sürmüşdür
və Ziya Göyalp demişkən
"ağzımızda anamızın
südü kimi ağ olan" dilimizin inkişafı və cilalanması yolunda əvəzsiz iş görübdür. Növbəti məqalədə bu məsələ üstündə dayanacağam.
(ardı var)
Seyfəddin Altaylı
Ədalət.- 2012.- 8 sentyabr.- S.13.