TARİXƏ TƏŞƏKKÜRMÜ
EDƏK?
İkinci
dünya müharibəsi dünyanın indiyədək
yaşamadığı ən böyük faciələrə
məruz qoydu.Hitlerin amansız hücumları
qarşısında tab gətirməyən Sovet imperiyasi
müharibənin ilk illərində böyük itkilər verərək
düşmən qaşısından geri çəkilməyə
başladı...
Bax elə
bu vaxtlar, İosif Stalinin əmri ilə SSRİ ərazisində
yaşayan bütün xalqlar müharibəyə-"böyük
vətənin müdafiəsinə"cəlb edildi və
Gürcüstan SSRİ-nin Mesxetiya bölgəsində məskunlaşan
Məhsəti türklərinin 50 min nəfəri Moskva və digər
şəhərlərin müdafiəsində canli sipər
kimi düşmən qabağında sözun əsil mənasında
ətdən divar hörürürlər. Müharibənin
sonuna doğru 50 minlik Məhsətinin cəmisi 10 mini evinə
qayıda bilir...
Tarixi sənədlərdən
məlum olur ki,heç
bir hərbi təlim keçilmədən
birbaşa döyüşün
içinə atilan bu
xalqın beşdəbiri həyatda qalmağı bacarır və
bunlar da əsasən
müharibədə əlil və yaralı olraq
dönənlər olur...
Həyatlarını sovet imperiyası uğrunda
qoyan məhsətilərin bəzilərinin
xatirələrini oxuyanda dəhşətə
gəlirsən...
1944-cü ildə 86 min axiskali(məshəti)Stalinin
əmri ilə Orta Asiya
səhralığına sürgün edilir(belə bir plan azərbaycanlılar haqda
da mövcud idi)..
Müharibədən evinə
dönən məshəti türkünü
burda xaraba evlər və
dağıdılmış kəndləri gözləyirmiş...əlsiz-ayaqsız
geri dönən bu insanlar öz
doğmalarını tapmaq üçün
qazax çöllərinə getməli olurlar...
Onlar
sonralar,Qazaxıstan və Özbəkistanda məskunlaşaraq
taleləri ilə barışmalı olurlar...
1988-ci ilə Özbəkistanın
Fərqanə vadisində yerli özbəklər
dinc, silahsız axiska
türklərinə divan tuturlar...özbək
millətçiliyinin qızışdırılaraq ortaya atılması və bu
"yad" camaata divan tutulması Qorbaçovun
yenidənqurmasının təzahürü idi
...
İnsan nə
qədər düşüncəsiz olmalıdır ki, öz eyni
kökündən olana-türkə qanlı divan
tutasan və bundan da qalib kimi
həzz alasan.
Təkcə, bu
hadisələrdən sonra 50 min məhsəti türkü
Azərbaycanda məskunlaşır.
Ölkəmizə gələn
axiskalıların arasında Aznaurovlar nəsli
də var idi...
...Bu
kələ-kötür qayaların nəhayət ki,sonu gəlib çatır insanın gözünün işləyə biləcəyi
məsafəyə qədər sıraya düzülən
qayalar,bax,onların bu uzun
zəncirindən sonra əzəmətli Qafqaz dağları ucalmağa
başlayır..
Buralar uzaq olmayan zəfər
tarixinə şahidlik etmişdir,sinəsinə
bax köksu hələ
də yaralıdır, bu gün
səni belə rahat seyr
ediyim üçün
uğrunda canından keçən şəhidlərinə
rəhmət oxuyuram.
...Şəhidlər xiyabanında daha bir şəhid uyuyur..milli qəhrəmandır,
Aznaurov İsgəndər Zöhrab
oğlu,
Qarabağda ermənilərin
işğallarından sonra Gədəbəy
sərhəd rayonu olaraq
atəşə məruz qalmağa
başlamışdı.
Ruslardan qalma qurğuların dilini heç kəs bilmədiyindən
demək olar ki,hamısı
lazımsız əşya kimi düzə
atılırmış və belə ağır bir zamanda İsgəndər
Aznaurov könüllü
olaraq milli ordu siıralarına yazılır və baş leytenant kimi Gədəbəydəki "N"saylı
hərbi hissənin artilleriya bölməsinə
komandir müavini təyin
edilir...
Uzaqdan baxanda ermənilərlə sərhəddə
"Ər dağı" görünür,
vətənimizi qala kimi
qoruyan "İsgəndər
qalası"... Sağlığında heç də hər adam bu cür qiymət
almır,müsahibəsinə qulaq
asıram, düşünürəm ki,70 ilin
içində ən azi üç
dəfə sürgün edilən bir millətin nümayəndəsindən ibrət
götürəcək çox şeylər
varmış,"biz öz dədə-baba torpaqlarımızı onlara nədən verməliyik ki,qoy
onlar başa
düşsünlər ki,nə qədər ki,topçu
İsgəndər sağdır,onların başının bəlası
əskik olmayacaq" bu
onun son müsahibəsi
olur..
Növbəti dəhşətli
döyüşlər 1993-cü ilin yaz aylarında başlayır...
...düşmən hücuma başlamazdan əvvəl
İsgəndər top atəşi ilə
düşmən postunu məhv edir və cana doyan düşmən bu igidin başı üçün
mükafat təsis edir...aprelin 8-də milli ordunun "örükdaşda"həyata keçirdiyi döyüş
əməliyyatında İsgəndər Aznaurov
düşmən tankının
atdığı güllə nəticəsində "dördüncü vətənində"şəhid
olur...faktlardan da məlum olur ki, nə indi,nə də keçmişdə yerli camaatın bu
böyülükdə izdihamı müşahidə edilməmişdir,
kimliyindən asılı olmayaraq hamı
dəfn günüdə onu son mənzilə uğurlamağa
çıxmışdır...
Ölümündən öncə
xalqın qəhrəmanına çevrilən Aznaurov
şəhid olduqdan sonra
Azərbaycan milli qəhrəmanı
adına layiq görülür.
Son dəfə
bu il avqustun
16-da Şəhidlər Xiyabanına onun qəbrini
ziyarətə getdim,anadan olmasının
56 ili idi. Qəbrinin
önündə baş əydim,şərəfimizin
və namusumuzun qorunması uğrunda canını verən minlərlə
şəhidimiz üçün dua etdim. Bir
dəstə gül qoydum...
Sonra geri çəkilib,uzun-uzadı
başdaşına həkk edilmiş şəklinə
baxdim...
Qoy, elə bir gün, elə bu gün gəlsin ki, sarılaq silaha
alnımızda qara ləkə kimi möhürlənmiş məğlubiyyət
damğasını silək,onda əminəm ki,
sənin ruhun da şad olacaq, arzuların da yerinə yetmiş olacaq, mən sənin qəhrəmanlıq
öykulərinlə
böyüdüm, sənin kimi də qəhrəman olmağa
çalışacağıma söz
verirəm, cənab, leytenant!
Əziz ƏLİBƏYLİ
Ədalət.- 2012.- 11 sentyabr.- S.4.