BU YERLƏRİ GƏLİB GÖRSƏN...

 

   (əvvəli ötən sayımızda)

  

   Bir ildən çoxdur ki, rayona çox təcrübəli, savadlı, ziyalı və bacarıqlı bir insan olan Alı Alıyev başçı təyin edilib. Əlbəttə, başçının atdığı ciddi addımlar, rayonun sosial-iqtisadi inkişaf sahəsindəki yenidənqurma işlərinin sürətləndirilməsi onu deməyə əsas verir ki, rayonda quruculuq işləri bir qədər də geniş vüsət alıb. Təbii ki, bu qədər möhtəşəm və əzəmətli işlərin görülməsi o qədər də asan olmayıb. Ona görə ki, böyük abadlıq, quruculuqtikinti işlərinin gerçəkləşməsi üçün ən azından rayon camaatını ətrafına yığmaq və onları bu layihələrin gerçəkləşməsinə səfərbər etmək lazım idi. Bunların hamısını rayon icra hakimiyyətinin başçısı zaman-zaman həyata keçirməyə başladı.

  

   MÖHTƏŞƏM TİKİLİLƏR

  

   Bayaq dediyimiz kimi, qısa zaman kəsiyində Füzuli rayonunun bir şəhərində və 22 yaşayış məntəqəsində o qədər möhtəşəm işlər görülüb ki, onu saymaqla qutarmaq mümkün deyil. Təbii ki, bütün bunlar dövlət dəstəyi əsasında həyata keçirilib. Amma görürsən ki, bir yerdə dövlət dəstəyi də olur, böyük köməklik də, təəssüf ki, icraçı təşkilatlar onu zamanında yerinə yetirə bilmir. Ancaq Füzulidə tamamilə bunun əksi davam edir. Çünki rayon icra hakimiyyətinin başçısı Alı Alıyev özü bir çox ideyaların və təşəbbüslərin müəllifidir. Başçıdan gələn hər bir təşəbbüs yerlərdə yüksək səviyyədə və zamanında yerinə yetirilir. Bayaq dediyimiz kimi, Füzulidə o qədər abadlıq və quruculuq işləri görülüb ki, onu saymaqla qutarmaq mümkün deyil. Amma onların əksəriyyətini biz bir daha yada salmaq istəyirk. Özübu işlər çox uzun zaman kəsiyində deyil, son bir ildə həyata keçirilib: 2 hektar ərazini əhatə edən Heydər parkı, Heydər Əliyev Mərkəzi, ikimərtəbəli mədəniyyət evi, şahmat məktəbi, Heydər Əliyev prospekti, Horadiz şəhərinin 7 kilometr yolunun əsaslı bərpası, işıqlandırma sistemi, yolötrücü nişanları, 4 yerdə monitor, 4 yerdə Heydər Əliyev Guşəsi, küçə və parklarda Amerika, Türkiyə və İtaliyadan gətirilmiş və əkilmiş 45 min ağac, Heydər Əliyev Fondu hesabına 180 yerlik tam orta məktəb binası, Heydər Əliyev Fondunu hesabına ikimərtəbəli gənclər mərkəzi, Kərimbəyli kəndində 45 yerlik uşaq bağçası, Horadiz şəhərində yeni məktəb binası...gbunların hamısı qısa zaman kəsiyində təkcə Horadiz şəhərində inşa edilən yeni tikililər və obyektlərdir. Bütün bunlar ona dəlalət edir ki, Füzulidə abadlıq və quruculuq işləri bir an da olsun belə ləngimir, əksinə get-gedə daha da sürətlənir.

  

   BAŞÇININ QƏBULU

  

   Füzuli rayon İcra Hakimiyyəti başçısının qəbul saatları olmaqla yanaşı, onun yanına gələn vətəndaşlar istənilən vaxt Alı müəllimlə görüşə bilirlər. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bizimlə söhbətində bildirir ki, istənilən vətəndaş günün istənilən saatında mənimlə görüşə bilər. Heç vaxt əhali ilə ünsiyyətdən və isti münasibətdən qaçmamışam. Əgər bir nəfər sənin qəbuluna gəlirsə, təbii ki, sən də onu qəbul eləyib, dinləməlisən. Ümumiyyətlə, Füzulidə əhali ilə icra hakimiyyəti arasında çox sıx və isti münasibət yaranıb. Siz özünüzgörürsünüz ki, nə icra hakimiyyətinin həyətində, nə də qəbul otağında qəbulda dayanan bir vətəndaş yoxdur. Birincisi ona görə ki, fəaliyyətə başladığım ilk gündən ayrı-ayrı kəndlərə və yaşayış məntəqələrinə baş çəkərək yerlərdə əhali ilə birbaşa görüşlər keçirdim. O görüşlər zamanı insanlar çəkinib-eləmədən çox səmimi olaraq öz dərdlərini, sərlərini və problemlərini söylədilər. Təbii ki, əhali ilə görüşə gedəndə mən tək olmuram. Icra hakimiyyətinin və eləcə də digər qurumların məsul şəxsləri də bu görüşlərdə iştirak edirlər. Əhalinin bizə ünvanlanan sualları elə yerindəcə dinlənilir və həll edilir. Təbii ki, bu cür yeni metodlarla işləmək ümumi fəaliyyəimizə daha çox müsbət təsir göstərir. Mən icra hakimiyyəti aparatına da öz tapşırığımı vermişəm: əhali ilə sıx ünsiyyətdə olmaqonlarla isti münasibət yaratmaq lazımdır. Bax onda istər-istəməz biz müəyyən məqsədlərə çata bilərik və rayonda sağlam əhvali-ruhiyyə yaratmış olarıq.

  

   İŞ ADAMLARI QURUCULUQ İŞLƏRİNƏ CƏLB EDİLİR

  

   Füzulidən olan adamları rayonda abadlıq, yenidənqurma və tikinti işlərinə cəlb edilir. Belə adamlarından biri rayon camaatı arasında böyük hörmət və nüfuza malik olan Xaləddin Hüseynovdur. Ümumiyyətlə, Xaləddin Hüseynovun zəhmətkeşliyinə və vətənpərvərliyinə görə füzulilər həmişə onu çox istəyiblər. Çünki Xaləddin müəllim Füzulinin ən ağır, ən çətin və ən mürəkkəb dövründə insanlara arxa durub, dayaq olub.    

   Bu gün Füzulidə, eləcə də Horadiz şəhərində görülən tikinti, yenidənqurma və abadlıq işlərində Xaləddin müəllimin çox böyük əməyi, zəhməti var. Adətən o bu barədə danışmağı xoşlamır. Bəlkə də onun barəsində müsbət yazımı oxuyanda, Xaləddin müəllim bir qədər narahat olacaq və deyəcək ki, bunları yazmağa ehtiyac yoxdur. Amma tarixin elə səhifələri var ki, onu deməyə və yazmağa insanlar borcludurlar. Mənim də içimdə olan duyğular məcbur edir ki, Xaləddin Hüseynovun Füzuli rayonunda gördüyü möhtəşəm tikinti, quruculuq və abadlıq işlərini bir daha yada salım.

 

   O, Heydər Əliyev parkının, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, bir neçə məktəbin və eləcə də Horadiz şəhərində bu günlərdə istifadəyə veriləcək təhsil müəssisəsinin tikilməsində çox böyük əziyyətlər çəkib. Üstəlik də yolların yenidən tikilməsində və asfalt örtüyün salınmasında Xaləddin müəllimin əvəssiz xidmətləri var. Əlbəttə, bu möhtəşəm tikililərin inşa olunması zamanı bir faktın şahidiyəm ki, Xaləddin müəllimin heç vaxt istirahəti olmayıb. Hər səhər həmin tikililərə baş çəkib, öz tövsiyə və tapşırıqlarını verib və kəm-kəsirlərin tez bir zamanda aradan qaldırılmasını bildirib. Ürəyi həmişə qurub-yaratmaq eşqi ilə döyünən bu insan bu vətənə, bu torpağabu yurda ürəkdən bağlı olmasını öz əməli işləri ilə sübut edib. Sübut edib ki, danışmaqla yox, görməklə vətənə xidmət etmək olar. Təbii ki, vətən də onu sevənləri, onu qoruyanları heç vaxt unutmuryaddan çıxarmır.

  

   MÜQƏDDƏS TORPAQ

  

   ...Hərəyə öz vətəni, öz yurduöz məmləkəti doğmadır. Mənə də elə gəlir ki, Füzuli, eləcə də Horadiz şəhəri dünyanın ən müqəddəs, ən gözəl və ən möhtəşəm bir yeridir. Bu təkcə mənə belə gəlmir. Bu yurda, bu elə, bu torpağa qədəm qoyan çoxlarına belə gəlib. Bəlkə də bir çoxları dünyanın çox yerlərini gəzib. Buna sözüm yox, amma inanın, Füzuliyə-Horadizə kimsə qədəm bassa, çox şey qazandığını hiss edəcək. Hiss edəcək ki, Avropa şəhərinə oxşayan Horadizi gəzib. Hiss edəcək ki, bir müqəddəs torpağa ayaq basır və hiss edəcək ki, bu yerlər, bu yurdlar o qədər gözəl, o qədər füsunkardır ki, ordan adam ayrılmaq istəmir...

 

 

   Faiq QİSMƏTOĞLU

 

   Ədalət.- 2012.- 12 sentyabr.- S.3.