QAX ÖZÜNÜN ƏN
YÜKSƏK İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM
QOYMUŞDUR
(əvvəli ötən
sayımızda)
Ötən tədris
ilində Azərbaycan Gənclər İttifaqının icra etdiyi, Norveç
Təbiəti Mühafizə Cəmiyyətinin "Enerji və resuslardan
istifadə üzrə beynəlxalq məktəbli layihəsi olimpiadası"
çərçivəsində keçirilən "Enerji və ətraf mühit"
müsabiqəsinin milli turunda
şəhər 4 N-li tam
orta məktəbin şagirdləri -
Pərvanə və Ayşən Hacızadələr I, şəhər
2 N-li tam orta məktəb-liseyin şagirdləri - Emin Muxtarov, Minayə Əhmədzadə
II yeri tutmuşlar. Bu müsabiqənin
"Bərpa olunan enerji
mənbələrinin tətbiqi" nominasiyası üzrə
yarışmasında şəhər 2 N-li
tam orta məktəb-liseyin
şagirdləri - Səmra Şabanova və
Yusif Yusifli qalib olmuşdur. Ümumiyyətlə,
respublika ümumtəhsil məktəblərinin
şagird və müəllimləri
arasında keçirilən 15-dək müsabiqə və
yarışmalarda rayonun məktəbliləri
və müəllimləri fəal iştirak
edərək yüksək bilik və
bacarıqlarını nümayiş
etdirmişlər.
Yola
saldığımız tədris ilində rayonun
tam orta məktəblərinin
ali məktəblərə qəbul
imtahanlarında iştirak etmiş
297 nəfər məzunundan 166 nəfəri tələbə
adını qazanmışdır. TQDK-nın abituriyentlərin
orta bal göstəriciləri
üzrə məlumatı hələlik açıqlanmasa da nəticələr deməyə əsas verir ki, bu
mövsümdə də qaxlı məzunlar respublikanın
rayonları arasında ön yerlərdə
qərarlaşacaqdır. Məlumat üçün
bildirək ki, əvvəlki qəbul
mövsümündə Qaxlı məzunlar topladıqları orta bal göstəricilərinə
görə respublikanın rayonları arasında birinci yerdə idi.
Bəli, bu gün Qax təhsili uzun illər əldə etdiyi
uğurları davam etdirməklə özünün inkişaf
mərhələsini yaşayır. Bütün
bu uğurların əsasında təhsilin
inkişafı üçün
respublikamızın hər yerində olduğu
kimi, Qaxda da yaradılmış əlverişli mühit, təhsilə böyük
ictimai maraq dayanır.
Rayon təhsili rəhbərlik və ictimaiyyət
tərəfindən yüksək diqqət və qayğı
ilə əhatə olunmuşdur. Son dövrlər rayon icra hakimiyyətinin başçısı
müəllim və şagird kollektivləri
ilə mütəmadi olaraq görüşür, onların problem və qayğılarını öyrənərək
aradan qaldırılması üçün müvafiq
tapşırıqlar verir. Rayon
rəhbərliyinin təlimdə uğurlar
qazanmış müəllim və şagirdlərlə keçirdiyi görüşlər və bu görüşlərdə onların
mükafatlandırılması da rayonda təhsilin inkişafına xidmət edən
amillərdəndir.
KƏND
TƏSƏRRÜFATINDA MƏHSULDARLIĞIN İNTENSİV YOLLA
ARTIRILMASI TƏMİN EDİLİR
Kənd təsərrüfatı məhsulları
istehsalının artırılması, xüsusilə məhsuldarlığın
intensiv yolla
artırılması rayon rəhbərliyinin
diqqət mərkəzindədir. Dövlətimizin
diqqət və qayğısı, göstərdiyi maliyyə dəstəyi,
RİH-in və əlaqədar
qurumlarının həyata keçirdikləri maarifləndirmə
tədbirləri nəticəsində yaranan
əlverişli şərait, bitkiçilikdə aqrotexniki qaydaların tətbiqi,
heyvandarlıqda mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması, yüksək zoobaytar xidməti sayəsində müvafiq sahələrdə məhsuldarlıq
xeyli artmışdır. Taxılçılıqda
keyfiyytəli şum və səpin,
yüksək reproduksiyalı toxum, üzvü və mineral
gübrələrdən yerli-yerində istifadə edilməsi
və vaxtlı-vaxtında aqrotexniki tədbirlərin
görülməsi nəticəsində hər hektar sahədən götürülən məhsulun
həcmi əvvəlki illə müqayisədə 3-5 sentner artmışdır. Son illər rayona
dövlətimiz tərəfindən 50 faiz
güzəştli qiymətlə, dəyəri 3 il müddətinə ödənilməklə
xeyli cins düyə gətirilərək
lizinq yolu ilə
fermerlərə satılmışdır. İmkanlı fermerlər
tərəfindən də rayona yüksək
məhsuldar cinslərdən olan
mal-qaranın gətirilməsi təmin edilir.
Mal-qara arasında süni
mayalandırma işinə də diqqət xeyli
artmışdır. Belə ki, son dövrlər 3072 baş
düyə süni
mayalandırılmış, onlardan hələlik
1140 baş yüksək məhsuldarlığa
malik cinsdən olan buzovlar alınmışdır. Həyata
keçirilən tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində
ötən ilin müvafiq
dövrü ilə müqayisədə rayonda ət istehaslı 40.6, süd
istehsalı 551.3 ton artmışdır. Yun, yumurta istehsalı da xeyli
artmışdır. Rayonda yeni
inşa olunmuş, bu yaxınlarda istifadəyə veriləcək
süd məhsulları emalı müəssisəsi
bu bölgədə
heyvandarlığın daha da inkişafına xidmət edəcəkdir. Son dövrlər rayonda
arıçılığa da meyl xeyli artmış,
arı pətəklərinin sayı 7 minə
çatmışdır. Bu il yüksək məhsul götürən rayonun arıçıları "Bal bayramı" keçirməyə
hazırlaşırlar.
Rayonda meyvə,
tərəvəz məhsulları istehsalının
artırılması üçün də
müvafiq təşkilat, təbliğat tədbirləri
görülməkdədir.
VƏTƏNDAŞLARI
NARAHAT EDƏN PROBLEMLƏR HƏLLİNİ TAPIR
Azərbaycan
Respublikası Prezidenti
Admnistrasiyasının tövsiyəsi əsasında həyata
keçirilən səyyar qəbullar - RİH
başçısının kəndlərdə sakinlərlə
görüşləri yerlərdə adamları narahat edən sosial problemlərin
öyrənilərək həll olunmasına xidmət edir. Qaxda son illər ənənə şəklini
almış bu metoddan
olduqca səmərəli istifadə edilir. Cari ilin
ötən dövründə Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev tərəfindən 29
kənddə belə görüş keçirmişdir. Bu görüşlərdə
başçı ilə bərabər rayonun
əlaqədar idarə, müəssisə, təşkilat rəhbərləri
də iştirak etmişdir.
2600 nəfərdən çox yerli sakinlərin qatıldığı bu görüşlərdə 150 nəfər
çıxış edərək adamları narahat
edən problem və çətinliklərdən
danışmış, 45 məsələ ilə bağlı
təklif və rəylərini vermiş,
şikayətlərini söyləmişlər. Bir qayda olaraq
görüşlərdə irəli sürülən məsələlərin
mahiyyəti, problemlərin həlli yolları tədbirdə iştirak edən müvafiq
idarə, müəssisə rəhbərlərinin, kəndin
ziyalılarının, ağsaqqalların iştirak
ilə elə oradaca
araşdırılaraq obyektiv qərar qəbul olunur. İrəli
sürülən bir sıra məsələlər
elə görüş ərəfəsində
həllini tapır, müəyyən vaxt
tələb edən məsələlərin həlli üçün isə konkret,
reallığa söykənən tapşırıqlar, vaxt verilərək icrası RİH tərəfindən
nəzarətə götürülür.
Görüşlərdə bir
çox şəxsi məsələlərlə
bərabər kəndlərin xeyli sayda sosial problemlər -
yolların təmiri, içməli su ilə
təminat, elektrik xətlərinin təmiri
və s. problemlər məhz sakinlərin
müraciətləri əsasında həllini
tapmışdır.
Yerlərdə keçirilən
görüşlərin imkanlarından istifadə edən
RİH başçısı adamlarla kəndin
sosial-iqtisadi durumu,
abadlığı ətrafında səmimi söhbətlər
edir, iştirakçılara dövlətimizin
aqrar siyasətini çatdırır,
tövsiyələrini verir. Son dövrlər rayonun
hüquq-mühafizə orqanlarında və digər idarə və
müəssisələrində də vətəndaşların
müraciətlərinə, ərizə və şikayətlərinə,
təkliflərinə həssaslıqla yanaşılır. Son bir ildə rayonun idarə,
müəssisə və təşkilatlarında vətəndaşların
qəbulu, ərizə və şikayətlərinə
baxılması vəziyyəti RİH başçısı
yanında şuranın 2 iclasında müzakirə olunmuş, bu sahədə
işin daha da yaxşılaşdırılması üçün konkret qərarlar
qəbul edilmiş,
tapşırıq və tövsiyələr verilmişdir.
Bu ilin may
ayında regionda, o
cümlədən Qaxın Güllük kəndi
və bir sıra ətraf kəndlərinin
ərazisində baş vermiş
güclü zəlzələnin
ağır nəticələri ilə tanış olmaq və zərərçəkmiş
insanların dərdinə şərik olmaq
üçün hadisə yerinə gələn hörmətli Prezidentimiz İlham Əliyevin zəlzələnin nəticələrinin
aradan qaldırılması ilə
bağlı verdiyi tapşırıqlar,
sakinlərlə səmimi söhbəti bu
dəhşətli hadisənin adamlarda
yaratdığı vahiməni yox etməklə
onların dövlətimizə, onun
Prezidentinə inamını bir daha artırmışdır. Nəhayət bu günlərdə
ölkə başçımızın zəlzələ
bölgəsinə təkrar gələrək təbii fəlakətin
nəticələrinin aradan
qaldırılması üçün aparılan
tikinti işləri ilə yerində
tanış olması, adamlarla görüşü, qısa müddətdə
görülən işlərin həcmi dövlətimizin
sosialyönümlü siyasətindən, Prezidentimizin daim
xalqımız yanında olmasından xəbər verir. Bu gün
ölkə başçısının diqqət və
qayğısından ruhlanan rayon sakinləri bölgənin sosial-iqtisadi
inkişafı üçün daha əzmlə çalışır, qurub yaradırlar.
Novruz ŞABANOV
Ədalət.- 2012.- 14-15 sentyabr.- S.3.