"Dolu" Şabranda
"Dolu"nun yaradıcı heyəti
Şabranda Şəhidlər Xiyabanını ziyarət etdi
Şəhərin icra
başçısı Novruz Novruzov: "Bu film bizi qələbəyə
səsləyir və aparır"
Aqil
Abbas: "Biz yüz faiz Qarabağı işğaldan azad edəcəyik.
Çünki içimizdə torpağımıza, vətənimizə,
dövlətimizə, Ali Baş Komandanımıza
böyük sevgi var. Bu sevgi bizi qələbələrdən
qələbələrə aparacaq".
"Dolu"
filminin bölgələrdə nümayişi davam edir. Aqil
Abbasın eyniadlı romanı əsasında ssenarisini
yazdığı, rejissoru Elxan Cəfərov olan "Dolu"
sentyabrın 12-də şabranlıların qonağı olub.
Yaradıcı heyət müharibə veteranları, qazilər,
ağsaqqallarla birgə şəhərin Şəhidlər
Xiyabanını ziyarət ediblər.
Qarabağ
savaşında 106 şəhid verən, 62 qazisi və iki milli
qəhrəmanı olan Şabranda təşkil olunan mərasimdə
müharibədə canlarını verən bütün igidlərimizin
ruhlarına dualar oxunub. Bir qarış
torpağımızın belə, düşmən
tapdağında qalmayacağı şəhidlərin ruhu
qarşısında bir daha əminliklə vurğulanıb. Mərasim
iştirakçıları qeyd ediblər ki, cənab Ali
Baş Komandan İlham Əliyev müharibə əmri verən
kimi, yenidən silaha sarılıb düşmənlə
savaşa girməyə hazırdılar. Onlar prezidentin bu
yaxınlrda bir daha səsləndirdiyi "Siz Şuşaya,
Xankəndinə, işğalda olan torpaqlara mütləq
qayıdacaqsınız" bəyanatından
ruhlandıqlarını bildiriblər.
Ziyarətin
ardından Şabran mədəniyyət evində
"Dolu" filminin əqdimatı keçirilib. Filmin ssenari
müəllifi Aqil Abbas, prodüsseri Nadir Əliyev və
rejissoru Elxan Cəfərov bu ekran əsərinin uğurlu
alınmasında əməyi keçən hər kəsə
minnətdarlıq ediblər. Aqil Abbbas
çıxışında qeyd edib ki, "Dolu"da
hamının yaşadığı və içində gəzdirdiyi
ağrılar tamaşaçılara təsirli detallarla
çatdırılıb. Filmin musiqisinin insan
düşüncəsinə böyük təsirindən
danışan ssenari müəllifi dünya səviyyəli
görkəmli bəstəkar Polad Bülbüloğlunun təmənnasız
əməyini xüsusi ilə qeyd edib və vurğulayıb
ki, tamaşaçıların alqışına məhz
işə sevgi ilə yanaşmaları səbəb olub:
"Biz yüz faiz Qarabağı işğaldan azad edəcəyik.
Çünki içimizdə torpağımıza, vətənimizə,
dövlətimizə, Ali Baş Komandanımıza
böyük sevgi var. Bu sevgi bizi qələbələrdən
qələbələrə aparacaq".
"Dolu"nın
nümayişi zamanı paytaxtdakı anşlaq
İsmayıllıda bir daha əksini tapdığı kimi,
Şabranda da təkrar edilib. Tamaşaçılar ekran əsərini
böyük coşqu ilə qarsalayıblar.
"Bu
film bizi qələbəyə səsləyir və
aparır". Bu fikri isə təqdimat mərasimindən sonra
yaradıcı heyətlə görüşən Şabran
şəhər İcra hakimiyyətinin
başçısı Novruz Novruzov səsləndirib. İcra
başçısı deyib ki, "Dolu" Qarabağ
savaşı haqqında cəkilən ən gözəl filmlərdən
biridir: "Dolu"ya baxanda insanların ruhu oynayır.
Xüsusilə son səhnəsi adamı mütəəssr
edir. Tamaşaçı ekrandan komandirin maneəni keçərək
işğalda olan torpaqlarımıza doğru getdiyini
görür. Sonra ona filmin bütün qəhrəmanları
qoşulur. Mən bir anlıq özümü onların arasında
hiss etdim. Hər hansı əsər, film, şüuraltı
informasiyanın diqtəsi ilə yazılır, çəklir.
Deməli, biz öz torpaqlarımıza komandirimiz, onun
aynında addımlayan şəhid anası, kənd müəllimi,
Vətən döyüşçüləri kimi,
başımızı dik tutub qürurla qayıdacağıq.
O günü cənab prezident və Ali Baş Komandan İlham Əliyev
bizə yaşadacaq.
Filmdə
iştirak edən əsas rolun ifaçılarından
Komandir-Məmməd Səfa və Şelli Eldar- Sərdar
İsgəndərov Şabran şəhərindəndir Onlar
da çıxışlarında qələbə
gününə az qaldıqlarını ifadə ediblər.
Əsası
eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu
ehtimal edilən Şabran şəhəri Azərbaycanın
möhtəşəm qədim şəhərlərindən
biridirŞamaxı yuksələnədək Şabran şəhəri
Şirvanşahlar dövlətinin paytaxtı idi. Böyük
İpək Yolu üzərində yerləşən bu şəhər
iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət
mərkəzində olmuşdur. Tədricən iqtisadi çətinliklərlə
qarşılaşan və tez-tez yadellilərin
basqınlarına məruz qalan Şabran XVIII əsrin
ortalarında tarix səhnəsindən silinmişdir.
Keçən
əsrin 30-cu illərindən başlayaraq həyata
keçirilən elmi tədqiqatlar və 5000 kvadratmetrdən
çox ərazidə aparılan arxeoloji qazıntılar
xalqımızın maddi və mənəvi mədəniyyətini
əks etdirən zəngin arxeoloji materiallar əldə etməyə
imkan verib.
Anar
Ədalət.-
2012.- 14-15 sentyabr.- S.3.