Kamal Abdullanın ərəbcə
kitabı
Adı: "Azərbaycanca
danışaq"
Bakı
Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdullanın "Azərbaycanca danışaq"
seriyasından növbəti kitabı ərəb dilində
Birləşmiş Ərəb Əmirliklərində, Əbu
Dabi şəhərində çapdan çıxıb.
Azərbaycan
dilinin, tarixinin və mədəniyyətinin təbliği ilə
bağlı geniş fəaliyyət proqramının tərkib
hissəsi olan bu kitab Ayn-Şəms Universitetinin müəllimi,
azərbaycanşünas alim doktor Əhməd Sami Elaydi tərəfindən
tərcümə olunub. Kitaba praktiki səciyyəli zəngin
dil materialı, danışıq kitabçası ilə
yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti,
tarixi haqqında informativ bilgilər də daxil edilib.
Xatırladaq
ki, Azərbaycan dilinin xarici ölkələrin nüfuzlu elmi mərkəzlərində
tədrisi və Azərbaycanşünaslıq
ideyalarının təbliği məqsədilə ilə
görülən bu işlər çərçivəsində
professor Kamal Abdullanın fransız alimi Mişel Malerblə
birgə qələmə aldığı "Azərbaycanca
danışaq. Dil və mədəniyyət" adlı
kitabı 2008-ci ildə Parisdə dərc olunub. Kitab Azərbaycan
dilinin tədris edildiyi Şərq Dilləri və
Sivilizasiyaları İnstitutunun tələbələri, həmçinin
ölkəmizin mədəniyyəti, dili və tarixi ilə
maraqlanan alimlər, ictimai xadimlər üçün nəzərdə
tutulub.
Anar
Ədalət.-
2012.- 15 sentyabr.- S.6.