Gənclər
Əsəd Cahangirə qarşı
Aysel
Əlizadə: "Əsəd Cahangir bizim üçün
"ədəbi meyit"dir"
Şəhriyar del Gerani: "Əsəd Cahangir muzdlu tənqidçidir"
"Ulduz"
jurnalının gənc
yazar Aysel Əlizadənin baş redaktorluğu ilə işıq üzü görən iyul sayı ətrafında müzakirələr və
qalmaqallar səngimək
bilmir. Tənqidçi
Əsəd Cahangirin gəncləri "topa tutan" "Aldanmış
ulduzlar" adlı yazısından sonra,
"Şərq" qəzetinə
açıqlama verən
"Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli
Əsəd Cahangirin haqlı olduğunu bildirib: "Hesab edirəm ki, Əsəd Cahangir çatışmayan cəhətləri
göstərib.
Obyektiv yazıdır. Onun polemikalara qoşulması yaxşıdır. Cəmiyyətdə alternativ fikrə yer vermək lazımdır. Zənnimcə, Əsəd Cahangirin məqaləsi xoş niyyətdən doğan yazıdır." Jurnalın
iyul sayına baş redaktorluq etmiş Aysel Əlizadə isə nə Əsəd Cahangirin, nə də Elçin Hüseynbəylinin söylədiyi
fikirlərlə razı
deyil: "Əsəd
Cahangirin birinci yazısından sonra mən bir yazı
yazdım və düşündüm ki, bu yazıdan sonra sağlam polemika başlayacaq. Ancaq gözlədiyim sağlam polemikanın əvəzinə
didişmələr başladı.
Çox
yaxşı olardı
ki, tənqidçilər
"Ulduz" jurnalındakı
mətnləri təhlil
və tənqid edərdi. Gözlədiyimin əksinə bu
baş vermədi.
Sözün açığı mən Əsəd Cahangiri ciddi tənqidçi hesab edirdim. Ancaq son yazılarından sonra başa düşdüm ki, o artıq bitib. Əsəd Cahangir bizim üçün "ədəbi
meyit"dir. O artıq
nə etdiyini bilmir. Elçin Hüseynbəylinin Əsəd Cahangirə haqq qazandırmağı normaldır, çünki
jurnalın təqdimatında
özü etiraf elədi ki, Əsəd Cahangirə sizi tənqid etməyi mən tapşırmışdım. Bu cəhd isə
uğurlu alınmadı.
Əsəd Cahangir bizi tənqid etdikcə batır, biz isə üzə çıxırıq."
Şair Qismət bu söz-söhbətə qoşulmağa
həvəssiz olsa da, Əsəd Cahangirin yazısına münasibət bildirdi:
"Yazıda haqlı
məqamlar olsa da, yazı ümumilikdə
qərəzlidir."
Gənc yazar Rəbiqə Nazimqızı da Əsəd Cahangirin yazısından çox narazı qalıb: "Gənc Ədiblər Məktəbininin yazarları
indiyədək 3 say hazırlayıblar.
Birinici Qismət, ikincini Cavid hazırlayb. Üçüncü sayı da, məlum olduğu kimi, Aysel xanım
tərtib edib. Mənə maraqlıdır ki, niyə bundan öncəki iki jurnal diqqətdən kənarda qalıb. Niyə bu yazı indi
yazılıb. Və niyə
bir jurnal üzərində müzakirə
gedir, iki say unudulur, hərçənd
o saylarda şedevr sayıla biləcək mətnlər gedib. Amma nəticə olaraq, Əsəd Cahangir də, Elçin Hüseynbəyli də yalnız sonuncu sayla bağlı iradlarına əsasən deyirlər ki, biz jurnal çıxara bilmirik. Mən hesab edirəm ki, gənc ədiblərin
çıxardığı hər üç say
"Ulduz"un tarixində hadisədir. Açın "Ulduz"un istənilən sayını və bu üç sayla bir-bir - mətnlərə əsasən
- müqayisə edin.
Digər tərəfdən, budəfəki sayda Aysel GƏM-ə dəxli olmayan müəlliflərə
də yer ayırıb, bu sayı təkcə GƏM-in
jurnalı hesab etmək olmaz. Fikrimcə, Ayselin buraxdığı nömrə heç də zəif deyil, təbii, qüsurlar var, olmalıdır da. Amma məsələ budur ki, tənqidçi ilk öncə üstünlükləri
göstərməli idi.
Qayda belədir, amma Əsəd Cahangirin yazısında heç bir ədəbi kriteriya gözlənilməyib.
Müəlliflər Günel Xəzəl
və Aysel Əlizadə bu və ya digər
şəkildə təhqir
olunub. Tənqidlərdən qərəz qoxusu
gəlir. Yalnız Pərvinin
ədəbi kriteriyalara
görə, heç nə ilə fərqlənməyən hekayəsi
təriflənib, qalanlar
isə, birmənalı
olaraq pislənilib.
Sual yaranır niyə? Ədəbi mühitdən
az-maz başı çıxan adam
bilir ki, məqsəd nədir. Gəncləri vurmaq, onları
bir-birinəq qarşı
qoymaq, onlara irəli getməyə imkan verməmək. Amma alınmayacaq, çünki
biz harada olduğumuzu,
nə yazıb, nə yaza bilmədiyimizi
və hara getdiyimizi bilirik.
Mən demirəm, sonuncu
sayı tənqid etmək olmaz, olar, amma Əsəd
Cahangir bunu bacarmayıb. Ya da sadəcə olaraq, istəməyib. Məsələn, mənim jurnalda çıxan hekayələrimlə
bağlı xeyli qüsur saymaq olardı. Amma qüsurlar qalıb
bir yanda, Əsəd Cahangir məni "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ndən təsirlənməıkdə
ittiham edir. Konkret ittiham irəli sürmədən. özü ilə görüşdüm və
sual etdim ki, nəyə əsasən belə yazmısınız? Bircə
fakt deyin. Cavabı belə oldu ki, hər iki
əsərdə çimərlik
səhnəsi var. Buradan
belə nəticə çıxır ki, əvvəla, Əsəd hekayəni yaxşı oxumayıb. Çünki hekayədə çimərlikdən
və çimməkdən
heç nə yoxdu. Sadəcə, qəhrəmanlar dəniz sahilinə gəliblər. Belə çıxır
ki, buna qədər və bundan sonra heç
kəs dəniz sahilindən yazıbsa, hamısı Anardan təsirlənib? Qalan mətnlər
barəsində də
eyni cür yazıb.
Mən özüm hər üç saydakı mətnlərin bircə-bircə
təhlili üzərində
yazı hazırlayıram
və bu yaxınlarda bu yazı ilə tanış olmaq imkanı olacaq. Məcburuq ki, tənqidin
nə olduğunu, necə edildiyini göstərək.
Ümumiyyətlə, Əsəd Cahangiri
buna qədər də ədəbi aləmdə ciddi qəbul etmirdilər.
O səbatsız, qərəzli
adamdır, adamlara münasibəti dəyişən
kimi fikirlərini də dəyişir və bu da
yazılarında özünü
göstərir."
Gənc şair Şəhriyar del Gerani də
Əsəd Cahangirin
"Ulduz" jurnalı
ilə bağlı yazılarını qərəzli
hesab edir: "Əsəd Cahangir muzdlu tənqidçidir. Muzd olan yerdə
obyektivlik ola
bilməz. Jurnalda lazımsız məsələləri
acı bağırsaq
kimi uzadıb."
Cəlil Cavanşir
Ədalət.- 2012.- 27 sentyabr.- S.4.