Yazarın virtual həftəsi

 

   Şərif Ağayar - Hüznlü, gileyliromantik yazar

 

   Artıq ədəbiyyat və yazarlıq öz yolunu qəzet-kitabdan internetə - virtual aləmə dəyişir. İndi böyükdən-kiçiyə, demək olar, bütün yazarlar virtual aləmdədi. Daha çox da sosial şəbəkələrdə. Çünki sosial şəbəkələrdə yazarlar öz fikirlərini paylaşıb anındaca öz oxucularıyla əlaqəyə və ünsiyyətə keçə bilirlər.   

   Sosial şəbəkələr arasında xüsusi yer tutan facebook.com saytı bu mənada daha maraqlıdır. Hamı burda "itirdiyini tapa" bilər. Elə axtardığı şairi, yazıçını da...  

   Bizbunu düşünüb hər dəfə bir yazarın virtual həftəsini canlandırmağı düşündük. Yəni o yazar bir həftə boyu nə yazıb, nə paylaşıb, əhvalı necə olub, hansı zövqün, hansı düşüncənin sahibidirsair, ilaxır.   

   İnternetdən aktiv istifadə edən bir yazarın sadəcə bir həftə boyunca Facebookda yazdıqlarından və paylaşdıqlarından onun haqqında çox şey bilmək olar. Elə isə getdik.  

   İlk qonaq kimi internetdən aktiv istifadə edən Şərif Ağayarı seçdimona xəbər etmədən son bir həftədə onun səhifəsində "baş verənlərə" göz atdım... 

 

   Şərifin 3 mindən çox "məsuliyyəti"  

 

   Ordan başlayım ki, Şərif Ağayarın Facebook-daaz, nə çox, tam 3382 dostu var. Bu da böyük rəqəmdir. Deməli, onun paylaşdıqlarını minlərlə insan görə, oxuya bilir. Bu da istər-istəməz bir yazarın boynuna daha maraqlı fikir paylaşmaqdaha maraqlı olmaq məsuliyyətini qoyur.   

   Düzdü, "məsuliyyət" sözünü bir yazara, ümumiyyətlə, ədəbiyyata aid eləmək həmişə çətin olur. Amma yenə də bu "məsuliyyətin" o məsuliyyətdən olmadığını düşünüb keçək.   

   Əlbəttə, bu dostların arasında ən yüksək intelektlisindən tutmuş ən geri kafalısına qədər hər cür insan var. Və hər adam bir nadanın əlində əsəblərini korlaya da bilir, bir bilginin sözlərindən nəsə öyrənə də bilər.   

   Yeri gəlmişkən, Şəriflə mənim də xeyli ortaq dostumuz var, 900-ə qədər. Bu da eyni çevrənin adamı olmağımızdan doğur təbii.

 

   Dağdan "online"

 

   Həmişə "online" olduğunu gördüyüm Şərifin son yeniləmələrinə baxanda belə bir cümləyə rast gəldim: "Şərif Facebook-u Nokia mobil telefonunda işlətməyə başladı". Halbuki mən onu həmişə işdən və evdən internetə kompüterlə girən görmüşdüm. Həm də həmişə mənə elə gəlib ki, Şərif kimi "qocafəndi" adamlar telefondan nəinki bir müasir texnologiya kimi, hətta danışmaq üçündoğru-düzgün istifadə etmirlər. Bəlkə də belə adamların maraqlılığı da bu cür təbii və "köhnəliyindədi". Çünki biz onları istər-istəməz ilkin hallarında - sözün yaxşı mənasında vəhşi dağ adamı kimi təsəvvür edirik. Amma sən demə, Şərif telefonla Facebooka girə hətta ordan "online" ola bilərmiş.  

   Bunu həm Şərifin yay istirahətinə getdiyi Qoşqar dağının ətəyindən yazdığı statuslardan bilirdim. "Qoşqarın ətəyindən mənə zəng gəldi: radio deyib ki, bu gün bayramdı!" - Ramazan bayramı ərəfəsində yazmışdı.   

 

   Allaha dinə qarşı    

 

   Ramazan bayramı demişkən, onu deyim ki, Şərifin "virtual həftəsinin" elə çox günü orucluğa düşürdü. Ona görə müsəlmanların bu müqəddəs ayıyla bağlı Şərifin çoxlu fikrinə hətta yazısına rast gəldim. Elə "həftə"in ilk günü Şərifin "qafqazinfo" saytında çap olunan "İftar oyunbazlığı" yazısını paylaşdığını gördüm. Yazarımız hətta bir azdan anladacağımız fikirlərinin ilkin rüşeymini bu yazını paylaşarkən yazdığı cümlədən bilmək olur: "Riyakarlığa atəş açdım!".   

   Ümumiyyətlə, Şərif Ağayarın Allaha dinə münasibəti birmənalı olaraq kəskindi heç bir ümid yeri olmayan, xəstəyə olan münasibət kimidi. "Bir Ramazan da keçdi. Allahı yenə yaxalaya bilmədik. Allahı - o böyük cinayətkarı!"  

   Yazar dostumuz hətta hər şeydə hər hadisədə Allahı günahlandırır. "Toyu bir gün edirik, yası il boyu. Ölünün ətəyini buraxmırıq...", "Zərdüşt Şəfini (bu yaxında qan xərçəngindən dünyasını dəyişən gənc yazar Ə.Q.) dəhşətli dərəcədə xatırladım. Allah səhv elədi".   

   Hətta ondan bir neçə gün əvvəl Şərif Allaha münasibəti artıq gülüş səviyyəsinə çatdırmışdı: "Allaha ali savadlı münasibət... )))))"  

 

   Hüznlü, gileyli romantik yazar   

 

   Şərifin kəskin münasibəti ümidsizliyi təkcə Allah dinə qarşı deyil. Yazar dostumuz sanki hər şeydə, elə dünyanın özündə bir ümidsizlik inamsızlıq görür (gənc yazarların çoxu kimi). "Hərdən bu dünya mənə qobuda yaxalanmış uzunqulağı xatırladır..." Bir yerdə hətta Kefli İsgəndər kimi davranır, ironiyaya keçib yazır: "Bir belə kədərə göz yaşı çatdırmaq olar? Göz yaşı yox e... NZS pivəsi istəyir bu kədər!"  

   Ümumiyyətlə, azardısa, bu gün Azərbaycan yazarı çox ümidsiz, kədərli, gileyli əsəbləri pozulmuş haldadır. Bunu hər addımda - istər yazıda, istər sosial şəbəkədə olsun, istərsə başqa yerdə - açıq-aydın görmək olur.  

   Hələ Şərifin yarızarafat, yarıciddi gileyləndikləri var. "Bir dostum gileylənir: Arvad demə, bütün sevgilərimin düşməni de, deyim, !" "Qəribədir, dindirəndə, içi mən qarışıq, hamı gileylənir Bakıdan, amma heç kim çıxıb getmir!". Sonra yenə yarızarafat yarıciddi dostunun adıyla gileylənir: "Dostum yenə gileylənir (avara): Arvad dediyin sağa açılmış mötərizədir. )))".  

   O, hətta vətənə vətənpərvərliyə görə çox ümidsiz gileylidir: "Bizdə vətənpərvərlik mövzusunu zorlayıblar, adam yiyə çıxa bilmir!"  

   Amma Şərifin qədər kədərli gileyli biri olduğunu bildiyim kimi, onun həm romantik biri olduğunu da bilirəm. Şair olasan romantik olmayasan... "Elə gözəlsən, səni sevmək savabdır". 

 

   Facebookda dağ havası  

 

   Şərif sonrakı illərdə qədər nəsr yazsa da, o, şəxsən mənimçün həmişə şair, necə deyərlər, şair təbiətli olub. Həm dağ havalı. Türkü kimi.   

   Şair olasan (özü klassikindən) səhifəndə şeir paylaşmayasan, ya da orda başqa şairlər, oxucular şeir paylaşmaya, günah olar. Elə Şərifin səhifəsinə baxanda bunu o saat bilmək olur. Kim onu öz şeirinə "tag" edib, kim onun şeirini paylaşıb, ya da özü kiminsə şeirini...  

   Ona görə ilk baxdığımda Şərifin paylaşdığı üstünə şərh yazdığı bir qoşma diqqətimi çəkdi: "Etimad Başkeçid məni həvəsləndirdi. Sizə Elnur As-dan məni heyrətdə buraxan bir qoşma ərməğan edirəm. Halallıqla...

  

   Bilməmişəm, dərdmiş başdan-ayağa  

   Sənnən mutlu keçən zamannar, pərim  

   Əsdikcə aradan firqət yelləri  

   Aşiq sevdasını yamannar, pərim.

    

   Ölüm dediklərin keşk olmayaydı  

   Gül qucağı sara köşk olmayaydı  

   Başımda bu dəli eşq olmayaydı  

   Sinəmdə bu ahlar, amannar, pərim.

 

   Dərd döndü ləşkərə, qoşuna gəldi  

   Getdin, gedişin xoşuma gəldi  

   Ağlıma gəlməzdi, başıma gəldi  

   Sənnən ürəyimə damannar, pərim!"

  

   Sonra da Pərviz Axundov adlı istifadəçinin Şərifin bir qoşmasını paylaşması diqqətimi çəkdi:

 

    Ağla gözüm, ayrılığın günüdü,  

    çəkdik viranə yollar əlinnən.  

    Bir yumub, min tökdün sevdiyim deyib,  

    Getdi ağın, qaran sellər əlinnən.

 

    Aşiq olan sözün deyər köhnədən,  

    Arxı vurun, suyu gəlsin dəhnədən.  

    Yarımamış qan ağlarıq ah nədən,  

    İpək tellər, incə bellər əlinnən.

     

    Ağayarı bir sındırar, bir əzər,   

    Tənəli söz, qanlı baxış, bəd nəzər.

    Ömür keçdi, yetəmmədik, min həzər  

    Əsib-coşan dəli yellər əlinnən.

  

 

   "Musiqisiz" Şərif

  

   Qəribədi ki, bu "həftə" boyu Şərifin bir dənə olsun musiqi-filan paylaşdığını görə bilmədim. Onun daha çox Ahmet Kayanı sevdiyini bilirəm. Bu müddətdə heç ondan da bir parçaya rast gəlmədim. Deyim ki, bu Ramazan ayıyla bağlıdı, o da deyil. Axı dediyim kimi, Şərif Allaha dinə qarşıdır. Daha doğrusu ənənəvi din Allah anlayışlarına qarşı..

  

   Üstəlik belə sazlı-sözlü adam niyə musiqi-filan paylaşmır - mənə təəccüblü gəldi. İçində-ruhunda bu qədər müsiqi, ritm olan Şərifi "musiqisiz" gördüm "həftə" boyu. Yəqin telefonla musiqi paylaşmaq çətindi.

      Virtual yazar həyatımız  

   Bütün bunlara rəğmən, bütün başqa ümidsiz, kədərli, gileyli əsəbləri yerində olmayan Azərbaycan yazarları kimi, Şərifin yeganə rahatlıq tapdığı yerin virtual aləm - Facebook olduğunu görmək olur.   

   Sanki adam burda zəhərini töküb rahatlayır, bir az da olsa sakitləşir. Ona görə bu araşdırmanı aparanda öz halım da gəlib göz öünündə durdu. Elə bil hamımız eyni taleli insanlardıq bu ölkədə, bu şəhərdə. Real həyatdakı məğlubiyyətimizi sanki virtulada qələbəyə daşımaq istəyənlərik.   

   Hər şeyimiz - sevgimiz, nifrətimiz başqa tərəflərimiz elə bil virtual aləmin ümidinə qalıb virtuallaşıb...

 

 

   Əsəd Qaraqaplan

 

  Ədalət.- 2012.- 29 sentyabr.- S.13.