YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
BƏHLUL ABDULLA -1
"Altımışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər
zaman onların başında olur.Bunun nədən olduğunu mən
araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə
ədəbiyyatda deyil, sənətin bütün sahələrində
özlərini göstərməkdə idi. Və mənə
elə gəlir ki, dünyamızın
altımışıncı illəri təkcə bizim məmələkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn,
sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR
adıyla bir dərnək də var. Həmişə
gönlümdən keçib belə bir təşkilat və
ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı
Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan
yazar və sənət adamları sonrakı nəsil tərəfindən
heç də gönül xoşluğu ilə
qarışılanmayıb. Açığını deyim
ki,hətta onları insafla müdafiə edənlər də
qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında
uzağam. Sadəcə onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim. Ən çox o
yaradıcıları ki, onlar ədəbiyatçı deyillər.Yazar-çizər
deyillər.Amma bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTIMIŞINCILAR"
sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir
bunlar?
Başlanğıc üçün mənə görə
sadəcə Bəhlul Abdulla olan gözəl folklorçu və
unudulmaz bir ziyalı haqqında yazmağın çətinliyini
hiss etdiyimdən ALTMIŞINCILAR sırasında yeri olduğu
üçün iş bir az asan olsun deyə onu tanıyanlara
müraciət etməyi düşünüdüm.Və nə
gözəl bir başlanğıc: bu adamların qısa
danışıqları vaxtı (mobil telefonda
danışırdıq!!!!!!!) çox gözəl şeylər
mənim əlimdən tutdu.Təbii ki, mənim
özümün fikirlərimdən qırağa atüstü
deyilənlər o qədər gözəl və o qədər
nəcib, isti şeylər idi ki, inanın yazını elə
bunların üstündə də qurmaq olardı. Belə
olduqda bu bir az onun insani cəhətlərini və dost kəramətini
ortaya çıxarırdı, ancaq Bəhlul Abdulla ALİM
idi. Uzaq Puşkindən (indi Beləsuvar) baş alıb filoloji
fakültəyə gələndə o qarşısına məhz
folklorçu olmağı qoymuşdu ya qoymamışdı,
bunu mən dəqiq bilmirəm, amma Dövlət Unversitetində
təhsil aldığı illərdə onun sinifdaşları
olan bir çox insan indi bizim ədəbi camiəmizin çox
tanınmış şəxsiyyətləridir və Bəhlul
özü də ədəbiyyatın folklor tərəfini
tutanda məhz onun yaşadığı torpağın
folklorının nə qədər dərin və maraqlı
olduğu haqqında mən üzdən bir şeylər bilsəm
də heç zaman məchul bir dünyanın ardınca getməmişəm.
Təbii
ki, mən onun folklor işlərindən tam xəbərdar
deyiləm, görüşlərimiz sıx olmasa da bir camiənin,
bir tərəfin gənci kimi görüşlərmiz olub və
hər ikimiz Azərbaycanın azadlığı və Cənubla
birləşmək məsələsi kimi bir işdə eyni səmtə
və məqsədə baxmışıq.
Bəhlulla
mənim aramda olan kiçik, şoran torpaqlara bitən
yolğun kollarını xatırladan olmşuları yada
salmadan öncə bunu deyim ki, alim Elxan Məmmədliyə
müracət edərkən çox sıcaq şeylər
danışdı və onun Bəhlulun özündən
asılı olmadan (məncə) Elxanın atasına
qarşı bir az biganəlikdə yaxınan Elxan Məmmədli:
yox, artıq hər şey keçib gedib, amma hər halda o mənim
yadımda müsbət insan və alim olaraq qalıb.
Atamın adını daşıyan və açıq
deyim ki, bir az da buna görə çox sevdiyim Məhərrəm
Qasımlı da Bəhlul haqqında çox sevimli şeylər
danışdı və dedi ki, indi uzaqdayam, amma mənim onun
haqqında yazım olub, mən gələnə qədər
ailəsinə müracət etsən o yazını ala bilərsən
və üstəlik də əlavə etdi. Mən buna əlavə
deməzdim ana bir fikir deyərdim. Dedi: ÇOX ZİYALI
AİLƏSİ VAR, DESƏNİZ HƏMƏN SİZƏ
YARDIM EDƏCƏKLƏR.
İndi
yazmaq prosesi insanları o qədər bezdirib ki, yəni
yazmağın dadı-duzu qalmadığından (və bəzi
dostlarımız da özünü professional və
tanınmış yazıçı hesab elədiyindən bu
gün xırda şeylərə baş qoşmaq istəmirlər,yəni
tanıdıqları dostları haqqında susmağı daha
üstün tuturlar, bir daş ataq hər kəs
başını kənara çəksin) çox çətin
olub birisi haqqında bir söz almaq.
Başqa bir alim
və dost insan daha maraqlı bir şey dedi.
Mən bu iki alim dostumuzun
telefonunu da onadan almışdım,sağ
olsun o da mızıldandı ki, mənim adım olmasın sənə maraqı bir şey deyim. Bir alim var,
Elməddin Əlibəyzadə.
Bəhlulun onula bir zarafatını eşitdim bir dəfə o zamanlar. Bəhlul sözarası Elməddin müəllimdən
soruşdu: Elməddin
müəllim, bu azərbaycançılıq deyilən
bir şey danışılır.Bu nə
deməkdi?
Elməddin müəllim heç çətinlik çəkmədən: BU TÜRKÜN g ANI
OLMAQ DEMƏKDİ.
Təbii ki, bu iki alimin
zarafatı və ya ciddi danışığı
onların şəxsi
düşüncələri, hər kəs özünə uyğun olanı seçə bilər. Buna söz yox və bu
söhbətdən qorxmaq
lazım deyil, çünki kimsə kimsəni zorlamır ki, məhz sən
azərbaycançı ol,
sən türkçü.
Bəhlul Abdulla bizim elm aləmimizdə çox az araşdırılan sahələrindən birində
çalışıb və
yaxşı yadımdadır
ki,onun bizim tərəflərdə Alaravadı
deyilən gecə məxluqlarının həyatı
haqqında bir yazısı vardı və mən QOBUSTAN toplusunda işləyəndə
məhz bu sahədə öz fikirlərini yazıb topluya gətirmişdi və biz onu çap etmişdik.
Azər Abdulla onunla bir fakültədə oxuyan, Azər Abdulla deyir ki, Bəhlul
hər Novruz bayramında televizyonda görünər və Novruz bayramı haqqında yeni-yeni şeylər danışardı.
Tanınmış folklorşünas
Elxan Məmmədli bəlkə yazısında
bu məsələyə
toxundu (malasəf alim dostun yazısı
bir türlü əlimə keçmədi),
amma mən bir daha təkrar
edim ki, Elxan bəy dedi ki, Bəhlul
kimsəsi olmadan elmə doğru gedən və kimsənin köməyi olmadan məhz folklor dünyasını seçən bir alim idi.
Mənə görə maraqlıdı bu məsələ.
Bəhlulun qərib bir tərəfini də mən xarılatmaq istərdim: tanış idik və o mənim də yazılar yazdığımı bilirdi
və bir gün bizim tərəflərdən olan,
o zaman qəzetlərin
birində məsul vəzifədə çalışan
bir alim-şairlə onun belə bir dialoqu olur:
- Ay filankəs, sən nə əcəb bu Tofiq Abdinin
yazılarından istifadə
eləmirsən. Adam özü
də bizim tərəflərdəndir.
- Kim, a bala, Tofiq Abdin
hardan bizim tərəflərdən oldu.
- Vallah, bizim tərəflərdəndi.
- Yox, o necə bizim tərəflərdəndi
ki, mən həmişə onu Gürcüstandan olan uşaqlarla birlikdə görürəm.
Adam doğru deyirdi, çünki o zaman mənim ən yaxın tanışlarım
İsa, Abbas, sonralar Tanqo (Tanrıqulu Əliyev), Arif Mustafayev, İbrahimxəlil həmişə
bir yerdə olardıq və mən o adamın çalışdığı qəzetə gedəndə
də İsanın yanına gedərdim.
Bəhlul Abdulla qıvrım
saçları, uca boyu (hər halda mənə nisbətdə) və boksçulara məxsus burun pərlərinin yastılığı ilə
diqqəti çəkən
bir kişi idi.
TANIMAYANLAR ÜÇÜN
BİOQRAFİK BİLGİLƏR
Bəhlul Abdulla 1940-cı il
aprelin 27-də Lerik rayonu Zuvand bölgəsi
Lələhiran kəndində
kolxozçu ailəsində
anadan olmuşdur. Biləsuvar rayonunda orta məktəbi bitirmişdir (1958). Sumqayıt
sənaye müəssisəsində
aparatçı işləmişdir
(1958-1959). Ordu sıralarında
xidmət etmişdir
(1959-1961). Yenidən Sumqayıt
sənaye müəssisəsində
elektrik kimi çalışmışdır (1961-1962).
ADU-nun filologiya fakültəsində
təhsilini davam etdirmişdir (1962-1967). Biləsuvar
şəhəri Nizami
adına orta məktəbində dil-ədəbiyyat
müəllimi olmuşdur
(1967-1971). Azərbaycan EA Nizami
adına Ədəbiyyat
İnstitutunun aspiranturasına
daxil olmuşdir (1971).
"Yusif Vəzir Çəmənzəminli və
folklor" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmişdir
(1974). Sonra institutda kiçik elmi işçi (1974-1978), böyük
elmi işçi
(1978-1990), folklorşünaslıq şöbəsının müdiri
(1993) olmuşdur. "Azərbaycan
mərasim folkloru və onun poetikası"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. Sonra institutun folklor şöbəsində baş
elmi işçi vəzifəsində çalışıb
(1993-cü ildən), Xəzər
Universitetində (və
1996-cı ildən onun
nəzdində fəaliyyət
göstərən Dünya
məkətəbində dərs
deyib.
Ədəbi fəaliyyətə
60-cı illərdən başlamışdır.
"Qaynar çeşmə"
məqaləsi "Ədəbiyyat
və incəsənət"
qəzetində (1 iyun,
1969) çap ediləndən
sonra dövri mətbuatda foklorun təbliği ilə ardıcıl məşğul
olmuşdur. "Ədəbiyyat"
(V sinif) dərsliyinin şərikli müəllifidir.
"Aşıq Əsəd"
(1979), "Azərbaycan bayatıları"
(1984), "Arazam, Kürə
bəndəm" (1986), "Dastanlar" (1987), "Göyər
səmənim, göyər"
(1993), "Dava yorğan
davasıymış" (1996), üAğırlığım-uğurluğum
odlara" (1996), "Koroğlu"
(2000), "Azərbaycan şifahi
xalq ədəbiyyatı
antologiyası" (2002), "Məktəbəqədər yaşlı
uşaqlar üçün
folklor antologiyası"
(2002) kitablarında şifahi
xalq ədəbiyyatı
incilərini toplayıb
tərtib və nəşr etdirmişdir.
"Cənubi Azərbaycan antologiyası"nın (1,3,4) tərtibçilərindən
biridir (1983-1988).
Alma-Ata, Daşkənd, Kişinyov,
Qroznı, Dağlıq
Altay, Yakutsk, Moskva, Tartu, İzmir,
Tehran şəhərlərində keçirilən Ümumittifaq
və Beynəlxalq konfrans, müşavirə
və simpoziumlarda folklorşünaslıq problemləri
barədə məruzələrlə
çıxış etmişdir.
2011-ci il 25 mart tarixində gözlərini əbədi
olaraq yummuşdur.
Əsərləri
"Yusif Vəzir Çəmənzəminli", Bakı, "Elm", 1981
"Haqqın səsi", Bakı, "Azərnəşr",
1989. "Azərbaycan
mərasim folkloru və onun poetikası",
Bakı, "Elm", 1990
"Kitabi-Dədə Qorqud və islam dini",
Bakı, "Ozan",
1997.
"Kitabi-Dədə Qorqud poetikası", Bakı
"Elm", 1999.
"Azərbaycan folklorunda mifoloji at", Bakı
"Ozan", 2002
Dəli Domrul "Kitabi-Dədə Qorqud"da
və "Qorqudşünaslıqda",
Bakı, "Təhsil",
2002.
"Kitabi-Dədə Qorqud"da
xanımlar. Bakı,
"Elm", 2009
Filmoqrafiya
Qırmızı rəngin
ekspressiyası (film, 2002)
Yaşıl rəngin qamması (film, 2002)
Ağ rəngin simfoniyası (film, 2003)
Göy rəngin melodiyası (film, 2003)
(DAVAM EDƏCƏK)
Tofiq Abdin
Ədalət.- 2012.- 29 sentyabr.- S.15.