Qədir harayı
(poemadan bir
parça)
Qadan alım belə olmaz
Birdə belə oxuma sən
Bəsdi haray, nalə etdin,
Qəmdən çələng toxuma sən.
Səsindəki
duyğuların
Məni məndən alıb gedir,
Yara düşən ürəyimə
Bir qəm odu salıb gedir.
Bəsdi daha nalə çəkdin
Gözlərimin
yaşı göynər
Vətən, torpaq həsrətindən
Ürəyimin
başı göynər
Ruha dönmüş Ağdamımın
Ruhu yaman narahatdır
Damla-damla kədər damar
Ahı yaman narahatdır
Belə oxuma Qədir
Buludlardan nəm çəkən
Dalğaların
haray eylər
Bəhrəsi aşıb-daşan
Bağların
haray eylər
Belə oxuma Qədir.
Bənövşə
kol dibində
Tər qönçəli gülündə
Su sonası, gəlində
Yaş tökər, haray eylər
Belə oxuma Qədir.
Əsrlərin
yaddaşı
Muncuqlanan göz yaşı
Babaların başdaşı
Dağ çəkər, haray eylər
Belə oxuma Qədir.
Ah çəkər
bülbüllərin,
Boynun bükər güllərin.
Qaçqın
düşən ellərin,
Hayqırar haray eylər,
Belə oxuma Qədir.
"Evləri"
köndələndi,
Gedən geri dönəndi.
Vətən həmin Vətəndi,
Vaxt gələr üsyan eylər,
Belə oxuma Qədir.
Qapılaraq özünə
Ağladı için-için
Həsrətdən
pörşələndi
Gəlmədi yarı neyçin.
"Əziziyəm
oyan gül
Oyan bülbül, oyan gül
Könlüm fəqan eyləyir
Nə yatmısan, oyan
gül".
Haray saldı, ah çəkdi
Qəm çələngi toxudu
"Neyçin
gəlməz" söyləyib
Qədir yaman oxudu.
Bülbül fəqan eyləyib,
Öz gülüyçün ağladı
Məhəbbət
ormanından
Gül çələngi bağladı.
Həmişə
ah-zar etmişəm
Neyçin gəlməz söylədi.
Qoxusunu duyduğu
Bənövşədi, lalədi.
Xəyalında
dolandı
Qədir bulaq başını
Neyçin gəlməz oxuyub
Axıtdı göz yaşını.
Axıtdı aram-aram
Oxutduğu nəğməyə
Bir qəm odu payladı.
Söylədiyi
kəlməyə
Bulaq başı yetimdi
Damla-damla yaş süzür
Bu tənhalıq
içində
Bu tənhalıqdan
bezir
Məhəbbətin
şəfəqi
Niyə şölə saçmayır
Niyə tale yolların
Tanrı niyə açmayır
"Evləri
köndələn yar"
Yol üstündə dayanıb
Sənə gül göndərən yar
Kədərinə
boyanıb
Boynu bükük, kimsəsiz
Soluxan çöhrəsiylə
Oxuduğun mahnının
Ahıyla, naləsiylə
Ümid dolu gözlərin
Yollarına dikibdi
Bir kimsəyə deməyib
Dərdin özü çəkibdi.
Gəl səsinlə məlhəm
ol
Qoyma onu dərd çəksin
Qoyma nəmli gözlərin
Qoyma yollara diksin
Qıyma Qədir, yandırma
O gözəlin
bağrını
Cilovla, kədərini
Müsibəti,
ağrını
Hardasan, Qədir...?
Bülbül göz yaşı tökər
Qızılgül
həsrət çəkər
Su atdığın
o yarın
Gözün yollara dikər
Hardasan Qədir?
Çayda bitən cır narın
Dənlənər
narın-narın
Sənki, torpaq oğluydun
Puç oldu arzuların
Hardasan Qədir?
"İmarətin"
talandı
Atəşlərə
qalandı
Bulud həmən buluddu
Boşalandı,
dolandı
Hardasan Qədir?
Yetim qalıb "Segah"ım
Kədərin,
qəmin, ahın
Sən itdin xəyallarda
Açılmayır
sabahım
Hardasan Qədir?
Dözmədin
bu ağrıya
Bu acıya, ağrıya
Səsin, ünün yetməyir
Çətin qəlbim ağrıya
Hardasan Qədir?
Yol uzanır Ağdama
Arzuya, əhdə, kama
Niyə köçdün dünyadan
Həsrət qaldın Ağdama
Hardasan Qədir?
Vidadi Tağızadə
Ədalət.- 2012.- 11 yanvar.- S.7.