Müasir Şirvan şəhəri
(əvvəli ötən
sayımızda)
Şirvan həm
də energetiklər şəhəridir
Bu doğrudan belədir. Bir sıra mühüm sənaye obyektləri olan bu şəhərdə uzun müddət fəaliyyət göstərən DRES ölkənin enerji təsərrüfatında müstəsna yer tutmuşdur.
Yenilənməsi qaçılmaz olan bu müəssisənin lap yaxınlığında indi "Cənub" Elektrik Stansiyası inşa edilir. Təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulan stansiya 780 meqavat gücündə olmaqla həm təbii qaz, həm də mazutla işləyəcəkdir.
Bölgənin elektrik enerjisinə olan təlabatının çox hissəsini ödəyəcək Elektrik Stansiyasının inşasını "Azenko" şirkəti həyata keçirir.
Havanın xeyli soyuq olmasına baxmayaraq burda iş bir dəqiqə də olsa dayanmır. Tikintinin iş icraçılarından biri olan Rahil Mütəllimovla qısaca söhbət eləməyə vaxt tapa bildim:
- İndi tikintinin ən qızğın çağıdır. Ötən il ərzində "Cənub" Elektrik Stansiyasının maşın zalında hər birinin çəkisi 439 ton olan I, II, III və IV qaz turbinləri köməkçi avadanlıqları ilə birgə inşa edilmişdir.
Maşın zalındakı I və II buxar turbinlərinin tikintisi yekunlaşmışdır. Maşın zalının 7200 kvadrat metr dam, 17180 kvadrat metr divar örtüyünün sendviç panelləri, 4 qazanda hər birinin çəkisi 938,5 ton olan buxar qızdırıcıları quraşdırılmışdır.
Uzunluğu 2500 metr olan 2 soyuducu su xəttinin sahil nasosxanasında, kondensatorların girişinə qədər olan hissədə işlər yekunlaşmışdır. Kabel tunelləri yağış və məişət sularının axıdılması üçün ötürücülər, kanalizasiya xətlərinin çəkilməsi işləri başa çatdırılmışdır. Belə, bilmirəm bunlar sizi qane etdimi?
Açığı bir sıra texniki adları soruşmağa, aydınlaşdırmağa vaxt qalmadığından xüdahafizləşməli oldum.
Yollar salınır,binalar təmir edilir,yaşıllıqlar da
artır
Ən müxtəlif işlərlə
bərabər Şirvan
şəhərində yolların
təmirinə xüsusi
önəm verilir.
Dediyim kimi şəhərin
kanalizasiya xətləri
müasir tələbləri
ödəmədiyindən yağış
sularının küçələrdə
yığılması labüddür.
Bu da son nəticədə
yolların dağılmasına
səbəb olur.
Bu qayğılar isə əsasən "Şirvan Tol
Tikinti-3"ASC-nin üzərindədir.
Ötən il bu müəssisə
tərəfindən şəhərin
Müslüm Maqomayev,
Puşkin, Ə.Qarayev,
Xəqani, Ş.Şükürov,
Ə.Bayramov, H.Cavid, M.Ə.Sabir, Vidadi adına və digər küçələrdə,
Hacı Qəhrəmanlı
və Bayramlı qəsəbələrində asfalt-beton
işləri görülmüşdür.
2011-ci ildə bu müəssisə uzunluğu
14 kilometrə yaxın
sahədə iş görmüşdür. Şəhərin
34 saylı Yol İstismar idarəsi tərəfindən isə
Hacıqabul-Şirvan avtomobil
yolunun xeyli hissəsi təmir edilmiş, 5,6 kilometr məsafəyə isə asfalt çəkilmişdir. Şirvanda yerləşən
"Yol-İnşaat" MMC tərəfindən şəhərin
Natavan küçəsində,
M.Ə.Rəsulzadə prospektində
aparılan asfalt-beton işlərinin ümumi həcmi 15200 kvadrat metr sahəni əhatə edir.
Mənzil İstismar İdarəsinin
rəisi Eyyub Gülmmədov da 2011-ci ilin yekunlarını uğurlu sayır. Onun dediklərinə görə H.Əliyev, H.Z.Tağıyev, T.İsmayılov,
Xəqani, 28 may və
başqa küçələrdə
yerləşən binalarda
sosial şərait üçün müxtəlif
təmir işləri
aparılmış, şəhər
sakinlərinin narazılığına
səbəb olan yöndəmsiz və köhnə tikililər sökülmüşdür. Bu işlər əsasən T.İsmayılov, Xəqani,
20 Yanvar, 28 may küçələrində
aparılmışdır.
Eyyub müəllim Şirvan
şəhərində yaşıllıqların,
gül-çiçək kollarının
salınmasından da həvəslə danışdı.
Bu mübaliğəsiz belədir.
Çünki şəhərin hər bir sakini, hər
bir qonağı burdakı meydançaları,
yaşıllıqları, park və bağları bəzəyən gül-çiçək
kollarını xüsusi
qiymətləndirirlər. Həmsöhbətim
əlavə etdi ki, H.Əliyev prospektində və parkında, Naxçıvan,
İ.Qayıbov, H.Z.Tağıyev
küçələrində, Füzuli və Səməd Vurğun parklarında ümumilikdə
5335 ədəd ağac,
3800 ədəd qızılgül,
18925 ədəd müxtəlif
növ mövsümi gül kolları, 1580 kvadrat metr qazon
ot toxumu əkilmişdir.
Şirvan şəhərində yeni
ənənə
Bu ənənə
yön saldığım
əyalət şəhərlərinin
heç birində yoxdur. Nümunəvi məhəllələrin yaradılması ənənəsi
məhz bu şəhərdə yaradılmışdır.
Belə nümunəvi məhəllələr
təkcə şəhərin
simasını dəyişmir,
həm də insanların istirahəti, körpələrin əyləncəsi
üçün çox
gözəl şərait
yaradır.
Günün axırında Şirvan
şəhər veteranlar
Şurasının sədri
Musa Quliyevlə 2011-ci ildə
salınmış H.Əliyev
prospektindəki 13, 14, 15 saylı
binaların qarşısındakı
nümunəvi məhəllədə
görüşdük. Musa kişi xatirələri
xatirələrə calayıb
məni H.Z.Tağıyev
və H.Əliyev prospektləri arasındakı,
20 Yanvar, Xəqani küçələrindəki binaların qarşısında
salınmış nümunəvi
məhəllələri gəzirdi.
Bir-birindən təmiz, səliqəli,
yeni məhəllələrdə
doğrudan da hər şey nümunəvidir. Tamet döşəmələr,
uşaq əyləncə
və idman qurğuları, rahat oturacaqlar, müasir işıqlandırma qurğuları,
yaşıllıqlar, gül
kolları, burdakı hər şey şəhərin sakinləri
üçündür. Bu məhəllələrdəki ən
önəmli tikililərdən
biri də burda müxtəlif tədbirlər üçün
inşa edilmiş binalardır:
- Bilirəm, mənimlə elə-belə
gəzmirsən, yəqin
yazı hazırlayacaqsan.
Gördüklərini, bildiklərini yazsan
bəsdir. Regionlarda həyat
daha maraqlı olur, çünki bura ayrıca fikir verilir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı
Mərdan Talıb oğlu Camalovun əməyini mütləq
qeyd edərsən.
Bu şəhər
üçün elədiklərinin
bir nümunəsi də bu məhəllələrdir.
Şəhər bələdiyyəsi də imkanı daxilində bu işlərdə fəal iştirak edir. İndi məni bir xəstəxanaya
apar. 2011-ci ildə xəstəxananın
əsas binası, bir sıra şöbələri
əsaslı təmirdən
sonra bir ayrı aləm olub. Poliklinika lap xoşuma gəlir, bəlkə də mən belə fikirləşirəm. Yəqin yaxın
vaxtlarda açılışı
olar. Hə, belə, qocaların
ən çox üz tutduqları yerlərdən biri də buradır. Ancaq hamı da qocala bilmir
ha...
...Yəqin mənim yaşadığım
Şirvan şəhəri
də nə vaxtsa qocalacaq. Ancaq insandan fərqli olaraq şəhəri yeni məhəllələr
kimi yeniləşdirmək
olur. Buna isə yəqin ki, hələ xeyli var.
Səxavət Məmmədli
Ədalət.- 2012.- 11 yanvar.- S.7.