İslamı
tanıyaq, sevək və yaşayaq
Bismillahir-rəhmanir-rəhim.
Söhbətimi Allahın adı ilə başlayıram.Çünki Allah Rəsulu da bütün söhbətlərini "Bismilləh" ilə başlamış və buyurmuşdur ki, "Hər mühüm işə "Bismilləh" ilə başlanmazsa, o işin sonu kəsikdir".
Həmd ancaq Allahadır,Ona həmd edir,Ondan yardım və bağışlanma diləyirik.Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq.Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, O, təkdir,şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd Allahın qulu və Elçisidir.Allahın Rəsulu Məhəmmədə,onun saf Əhli-Beytinə,sadiq səhabələrinə və onların yolu ilə gedənlərə Allahın salamı olsun.
İlk əvvəl,mənə bu səhifəni ayırmaqla mənə öz fikirlərimi bölüşməyə imkan yaratdığına görə "Ədalət" qəzetinə,onun baş redaktoru İradə xanıma öz təşəkkürümü bildirirəm.
İlk əvvəl bildirmək istəyirəm ki, mən dinşünas,islamşünas deyiləm, ali savadlı hüquqşünasam, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm, lakin cəmiyyətimizdə son dövrlərdə insanların bir hissəsinin emosiyalara uyaraq, "Mən İslama nifrət edirəm", "İslam terror edir" və sairə kimi xoşagəlməz söz və bəyanatlar yayması məni bu yazıları yazmağa vadar etdi.Mən bunu özümə borc bildim,öz düşüncələrimi sizlərlə bölüşmək qərarına gəldim.
Bu gün cəmiyyət insanı özünü ümmət olaraq müsəlman saysa da, əslində bu dinin əsl prinsiplərini, qayəsini,tələblərini bilmirlər,Quranın mənasını demirəm,hətta məzmununu belə, ümumiyyətlə,bilmirlər.İnsan da bilmədiyi üçün din deyəndə mollaları,özünü mömin adlandıran insanları gözünün önünə gətirir,onların dediklərini din bilir, onların hərəkətlərini dinin adına yazır və buna uyğun olaraq da dinə münasibət bəsləyirlər.Amma Allaha and olsun ki,bu din nə mollalardır, nə də özünə mömin deyib cəmiyyətdə yüz oyun çıxaranlardır.Bu dinin adı İslamdır,bu dini göndərən Allahdır,bu dini və "Quran"ı bizə çatdıran Məhəmməd Peyğəmbərdir.Heç kimin dediyi və etdiyi bizim üçün dəlil deyil.Bizim üçün dəlil "Quran" və sünnədir (Peyğəmbərin söz və əmrləri).
İslamdan danışırıqsa,gəlin,Allahın bizə göndərdiyi Quranı və onun Peygəmbərinin söz və vəsiyyətlərini özümüzə örnək götürək.Burda deyilənləri öyrənək,sonra həmin dinə öz münasibətimizi bildirək.
İslam nədir? Bu dini Allah niyə
göndərib? Bu din bizə nə verib,bizdən
nə tələb edir?Mənə elə gəlir ki,bunları
bilmədən İslam barədə fikir irəli sürmək
və bu barədə hökm və ya bəyanat vermək
düzgün olmazdı.
Allah insanları yer üzündə
yaratdı,çoxaltdı,cəmiyyət yarandı.Hər bir
cəmiyyət idarə olunmalıdır.Bu cəmiyyəti idarə
etmək üçün,insanlara nə məqsədlə
yaradıldıqlarını,hansı yolun yolçusu
olduqlarını bildirmək üçün elçilərə
ehtiyac yarandı.Bu elçilər də peyğəmbərlər
oldu.Onlar insanlara özlərindən bir kəlmə də demədilər,
Allahın onlara vəhy etdiyindən başqa.Bu
dünyanı,onun içindəkiləri,insanları Allah
yaratdığı üçün onların da necə idarə
edilməsini,nəyin onlar üçün yaxşı və
pis olmasını Ondan yaxşı heç kim bilə bilməzdi.Ona
görə də insan və cəmiyyətə ziyanlı olan
hər bir şeyi Allah insanlara haram və qadağan etdi,onların
dünya və Axirətlərini bəxtəvər edəcək
əməllərə isə onları sövq etdi öz
Kitabları vasitəsilə.
Bu gün bəziləri Allahı qəbul
etdiklərini söylədiklərinə baxmayaraq,Onun bəzi
qadağa və haramlarını qəbul etmirlər və hər
biri də bir məsələ barədə öz fikirlərini
irəli sürürlər.Lakin bu zaman başa
düşmürlər ki,onlar Yaradanın qaydalarına
qarşı çıxırlar.Sadə misal deyim.Hər
birimizin əlində mobil telefon var.Həmin mobil telefonu alan
kimi ilk əvvəl onun telefonla birlikdə bizə verilən təlimat
kitabına baxırıq,bu telefondan necə istifadə etməyi,ona
necə qulluq etməyi,nəyin bu telefona ziyan
olub-olmadığını öyrənirik.Bu təlimatı
oxuyaraq telefonumuzu əlimizdən yerə atmırıq,iki
saatdan artıq cərəyanda saxlamırıq,suya
salmırıq və sairə... Bunları nəyə
görə edirik? Çünki bunları
etsək telefonumuz məhv olacaq? Bəs bunları hardan
öyrənmişik?Bu telefonu
"yaradan"(icad edən) mühəndisin təlimatından.İndi
özünüz fikirləşin,bir telefonu icad edib istifadəyə
buraxan mühəndis onun təlimatını da əlavə
edir ki,bu telefonu istifadə edənlərin telefonu məhv
olmasın.Bəs ola bilərmi ki,insanları yaradan Allah bu
insanlar üçün təlimat verməsin?!Ağıllı
məntiqlə deməliyik ki,əlbəttə
olmaz!..Bəs nədir bu təlimat? Həmin
"Quran" və İslam dinigBax, bu yöndən
yanaşsaq,hər birimiz dinimizi və bu dinin tələblərini
dərindən dərk edə bilərik və hər birimiz
Allahın əmrlərinə ən azı telefon təlimatına
yanaşdığımız kimi yanaşarıq.Əgər
telefonun suya salınanda xarab olacağını bildiyimiz
üçün onu suya salmırıqsa,Allahın da şərab
içməyin bizi məhv edəcəyini öz təlimatımızdan(Qurandan)bildiyimiz
üçün şərab içməməliyik və beləcə
misalları artırmaq olar.Necə ola bilər ki,sonradan pul ilə
ala biləcəyimiz qiyməti 100 manat olan telefonu qoruyuruq,amma
heç nə ilə ala bilmədiyimiz canımızı və
Axirətimizi qorumuruq?! Bu ağıllı insana
məxsus hərəkətdirmi?!Bu barədə
düşünməyə dəyər məncə...
Ona görə də bir daha qeyd etmək
istəyirəm ki,biz İslama ilk əvvəl Allahın bizə
göndərdiyi,onun kamilləşdirdiyi və bizim
üçün bəyəndiyi din kimi
baxmalıyıq.Çünki Allah öz "Quran"ında
demişdir: "Bu gün dininizi sizin üçün kamil
etdim,sizə olan nemətimi tamamladım və bir daha sizin
üçün İslamı bəyənib seçdim"(
Maidə surəsi,ayə 3).İlk əvvəl qəbul edək
ki,bu "Quran" Allah tərəfindən nazil olub və bu
kitab insanların dünya və Axirətlərini təmin etmək
üçün göndərilmişdir.Bundan sonra isə orda
qoyulmuş əmr və qadağalara,nəsihətlərə əməl
etməliyik.Bu kitabın bir hissəsini qəbul edib,bir hissəsini
qəbul etməmək isə müsəlmana yaraşan hərəkət
deyil və insanı İslamdan çıxaran əməldir.Çünki
biz öz ağlımızla hərəkət edə bilmərik.Çünki
əvvəlcədən də qeyd etdim ki,bu təlimat bizə
bizi Yaradan tərəfindən göndərilib.İndi kim
özünü qorumaq və xilas etmək istəyirsə,bu təlimata
əməl etsin,kim özünü məhv etmək istəyirsə,yenə
də özü bilər...
Bir daha istəyirəm
biləsiniz ki, mənim heç kimə din dərsi keçmək,
Allahı tanıtdırmaq fikrim yoxdur. Amma qeyd etməliyəm
ki,bizim insanların Allahı tanıma
anlamları da tam deyildir.Bu gün kimi dindirsən, deyir
ki,hamımız müsəlmanıq, Allahımızı,Peyğəmbərimizi
tanıyırıq. Amma vallahi,çoxumuz Allahı
tanıyırıq,amma olduğu kimi,haqqı ilə
tanımırıq.Allahı bu dünyanı yaradan,bizi yaradan
kimi tanıyırıq,amma bizi yaşadan,bizə cəza verən,
Axirət gününün sahibi,bizi imtahan edəcək və
sonra da layiqli cəzamızı verəcək Allah kimi
tanımırıq.Bunu bilsək,indi bəzilərimizin elədiklərini
eləməz,dediklərini deməzdik.
Allaha imanın 6 əsası var ki,bunlardan biri də Axirətə imandır.Bu
günümüzün insanlarının əksəriyyətinin
din probleminin kökündə məhz Axirətə olan
imansızlıq,yəni axirətə imanın olmaması
durur.Bir çoxları bu barədə söhbət
düşəndə, istehza ilə adama baxır və hiss
edirsən ki,ürəklərində sənin Axirətə
olan imanına gülürlər.Amma vallahi bu gün, bu Günəşin
olması necə haqdırsa, Axirət də var, haqqdır və
bu Axirət gününün sahibi də Allahdır. Bir
anlıq düşünün... İnsan ümumiyyətlə
olmayan şeyi arzu edə bilərmi?.. Əlbəttə, deyəcəksiniz ki, xeyr arzu etməz.
İndi hamımız bir anlıq hər birimizin yox olmamaq,ölməmək,daimi yaşamaq arzumuzu fikirləşək.Əgər
daimi yaşamaq mümkün olmasaydı,biz onu arzu edə bilərdikmi?..
Yəni, azadlıq olmasaydı, biz onu arzu edərdikmi?
Sağlamlıq olmasaydı,biz onu arzu edərdikmi?..
İndi də,daimi həyat olmasaydı,biz
onu arzu edərdikmi?.. Əlbəttə ki,yox...Deməli daimi həyat
var,o da Axirətdə olacaq və Allah da bizə onu vəd
edib.Bu daimi həyatı qazanmaq üçün də
yolları göstərib və bu yollar "Quran"dan və
İslamdan keçir...İnanmaq istəməyənlər də
sərbəstdirlər.Çünki ən böyük demokrat
da elə Allahın özüdür.İstəyənə Cənnətini
verəcək,istəməyənə isə yox.Allah heç
kimi məcburi olaraq Cənnətə sürükləyən
deyildir.Amma bir var ki,insan bir şeyin var olduğunu bilə,lakin
onu istəməyə,bir də var ki,bunun
olmadığını inad eləyə...Bax həmin
insanların hamısına Allah Axirət günü Cənnəti
də,Cəhənnəmi də göstərəcək və
deyəcək: "Budur sizin yalanladığınız Axirət
günü".Ona görə də gəlin Axirət
gününü yalanlayanlardan və Axirət günü
peşman olanlardan olmayaq.
Bu gün cəmiyyətdə
İslama qarşı yaranmış xoşagəlməz
söhbətlərin bir çoxunun səbəbkarı elə
İslamla yaşadıqlarını elan edənlərin hərəkətləri
və davranışlarıdır.Bunu bilirik.Lakin bir daha qeyd
etmək istəyirəm ki,biz İslamı
onlardan yox, onun mənbəyindən öyrənməliyik. Hər
bir kəsin etdiyi əməl İslamın dəlili
deyil,İslamın dəlili "Quran" və bu
"Quran"ı bizə gətirmiş Peyğəmbərdir.Bu
gün adlarının qabağına Hacı, Məşədi,Kərbəlayi
kimi islamda olmayan ləqəbləri artırmış şəxsləri
və ya onların hərəkətlərini,sözlərini
İslamın meyarları kimi qəbul etmək doğru deyil.Bu
gün söz düşən kimi deyirlər ki,namaz
qılanlar, hacılar,hicab taxanlar yüz oyundan
çıxırlar.Mən də deyirəm ki,polislər 100
oyundan çıxırlar,hicabsızlar 100 oyundan
çıxırlar,məmurlar 100 oyundan
çıxırlar.Amma bütün bunlar bizə Daxili
İşlər Nazirliyinə nifrət edirəm,bütün
qadınlar əxlaqsızdır,dövlətə nifrət
edirəm kimi məntiqsiz,əxalaqsız sözlər işlətməyə
ixtiyar vermir.Eləcə də hər hansı ibadətdə
olan,hicab taxan və ya özünə hacı deyən şəxlər
hər hansı bir nalayiq hərəkət edirsə,bunun
İslama və ya möminlərin hamısına heç bir
aidiyyatı yoxdur.Biz gəlin İslamı olduğu kimi bilək,islama
ümumi olaraq qiymət verək və yalnız onun prinsiplərindən
danışaq,daha ayrı-ayrı fərdlərin hərəkətlərindən
nəticə çıxarmayaq.
Bu gün xristian ölkəsi olan
Amerika, İngiltərə, Fransa və Almaniyanın
orduları müsəlman ölkələrində milyonlarla
insanın məhvinə səbəb olan hərbi əməliyyatlar
keçirirlər.Bundan əlavə, onların əsgərləri
hərbi əsirlərə, həmin ölkələrin
qadınlarına qarşı əxlaqsızlıq,zorakılıq
hərəkətləri edirlər və bu halları
onların öz mətbuatları,məhkəmələri də
təsdiq edir.Belə olan təqdirdə,bu gün hansısa
dini,şəxsiyyəti məlum olmayan insanların hərəkətlərinə
görə "Mən İslama nifrət edirəm",
"İslam terror" dinidir deyə bəyanat verən
ziyalılarımız nədən "Mən
xristianlığa nifrət edirəm", "Xristianlar
qatildilər" deyə hayqırmırlar, bəyanat vermirlər?!Çünki
həmin ölkələrdən,həmin Dinin sahiblərindən
qorxurlar.Amma vallahi İslam da yiyəsiz deyil.Bu dinin sahibi
Allahdır, çünki bu dini Allah bizim üçün
kamil olaraq yetirib,yalnız bu dini bizim üçün bəyənib
və bu dinin Sahibi ona qarşı edilən təhqirlərin,tənələrin,böhtanların
cavabını verəcək, inşallah...
(ardı var)
Azər ƏZİZOV,
Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının
üzvü,
hüquqşünas
Ədalət.-
2012.- 13 yanvar.- S.5.