UZAT ƏLLƏRİNİ...
Qoy səndən
başlasın ömrün nağılı
Qarşımda bir
şəkil var... O şəkili harda, necə əldə etmişəm
xatırlaya bilmirəm. Ancaq qəribə
burasıdır ki, hər dəfə o şəkilə baxanda xəyal
çəkib məni çox uzaqlara aparır. Və o qədər uzaqlara
aparır ki, hərdən oradan
üzü bu günə
qayıdıb gəlmək istəmirəm. Çünki
o şəkildə əks olunan
hər şey - o
şəkildəki işıq, təbəssüm, dünyaya baxış, bir
sözlə, bütövlükdə ovqat
o qədər doğma,
o qədər səmimi və o qədər də həyat eşqi
ilə doludur kig sənə
hər şeyi unutdurur..
hətta özünü də unudursan, dərdini, qəmini də, ruha çevrilirsən - özü
də mübaliğəsiz ruha! Şair ruhuna!
Hə, ötən
əsrin 80-ci illəri idi. Dövlət
universitetində oxuyurdum. Sabirlə elə
bu universitetin
divarları arasında, daha doğrusu, universitetin "Lenin tərbiyəsi uğrunda"
adlı qəzetinin redaksiyasında tanış oldum. O da şeir
yazırdı və bu şeir
yazmaq bizi bir-birimizə
yaxınlaşdırdı. Yaxınlaşıb dostluğa bir körpü saldıq - tələbə dostluğuna. Və illər, aylar
bir-birini qova-qova bizi də universitet auditoriyalarından
kənara çıxardı. Hərə öz
taleyinin, öz sözünün dalınca düşüb
getdi. Bu yolların
ayrılması demək deyildi. Bu, sadəcə, qəbul etdiyimiz
qərarların, seçdiyim iz yolun, məqsədimizin bizi özünə doğru
çəkib aparması idi.
Yollarımız ayrılsa da, duyğularımız,
hisslərimiz, söz yazmaq,
söz yaratmaq hisslərimiz
ayrılmadı, perik düşmədi.
Sabir
ixtisasca hüquqşünas
olduğundan o təyinatla
respublikanın müxtəlif bölgələrində işlədi.
Amma bu iş, bu
dövlət vəzifəsi, bu məmurluq
onu sözdən uzaq
salmadı. Ara-sıra dövrü mətbuatda,
jurnallarda, almanaxlarda
şeirlərinə rast gəldim və
günlərin birində də jurnalist həmkarlarımın
birinin vasitəsi ilə mənə
kitabını göndərdi. Aldım və tələbəlikdə
olduğu kimi sevinclə
də onun telefonunu
arayıb xoş arzularımı
çatdırdım.
Bütün
bunları xatırlatmaqda məqsədim var.
Özü də səmimi, ürəkdən
gələn bir məqsəd. Bir dəfə efirdən yeni
bir mahnının səsləndiyi diqqətimi
çəkdi. Mahnını Eyyub Yaqubov oxuyurdu. Söz mənə
çox doğma gəldi
- "Mənə dəniz verin"g Xeyli fikrə getdim və mahnının əvvəlində
təqdimatı eşitmədiyim üçün
təssüfləndiyimə görə öz-özümə
güldüm. Çünki
bu şeiri mən onun öz dilindən eşitmişdim və hətta zarafat
da etmişdim.
- Sabir, qardaş, deyəsən çaşmısan, kimdi sənə dəniz verən? Məgər
dənizin sahibi ölüb?
Və yaxud dənizi pay-pürüş
eləyirlər?
Təbii ki, Sabir də gülmüşdü. Amma
şeir oxucu kimi xoşuma gəldiyindən
o da qəlbən rahat idi. Elə həmin
şeirə musiqi bəstələnib dillərə
düşəndən sonra müəllif
Sabirə gətirdiyi uğur da yaxşı yadımdadı. Çünki
istənilən məclisdə Eyyub Yaqubova ismarıc olunan
mahnılardan bəlkə də birincisi
"Mənə dəniz verin"di.
Bəli,
dəniz istəyən şair
qardaşım özünün dəniz
ilhamı, dəniz sevgisi, dəniz ürəyi
ilə birlikdə bütün Azərbaycana
qucaq açdı, hər bölgəni vəsf
etdi, hər ağacı, hər
daşı, hər çiçəyi şair
qələmi ilə, şair gözü ilə
bizlərə sevdirdi. Onun
çoxlu sayda
mahnıları, yəni musiqi bəstələnmiş
nəğmə çələngi bu gün Azərbaycanın ən populyar
ifaçılarının dilində əzbərdi.
Hətta Sabir Abdinov işlədiyi
Mingəçevir şəhərinə həsr etdiyi "Mingəçevir" mahnısı
da sevilən müğənnimiz Brilyant Dadaşovanın ifasında dinləyiciyə
xüsusi bir zövq verir.
Yazıma
qarşımda - gözümün
önündə olan şəkillə
başlamışdım və bildirmişdim
ki, bu şəkil mənə
çox şeyləri xatırladır. Bax, elə məqamı yetişdiyindən mən
yenidən həmin şəkil məsələsinə
qayıdıram. Bu şəkil Füzulidə
çəkilib, daha doğrusu,
Horadiz qəsəbəsində. Sabir Abdinov Füzulidə rayon prokuroru vəzifəsini
icra edəndə bu
bölgənin söz-sənət adamları ilə çox isti münasibət
yaratmışdı.
Can dostum
rəhmətlik Vahid Əlifoğlu hər
görüşümüzdə mənə Sabir
Abdinovun "Ərgünəş" Ədəbi
Birliyinin üzvlərinə, xüsusilə
istedadlı şairlərə - Mətləb Misirə, Vahid Əlifoğluna, Məmmədhəsən
Bəhmənliyə və digərlərinə səmimi
münasibət, doğmalıq nümayiş
etdirdiyini söyləyirdi. Təbii ki, bu da
Sabir müəllimin sözə verdiyi könlünün onun özünə
pıçıltıları, diktəsi idi.
Məhz həmin pıçıltılar Sabir
müəllimə Füzulidə çoxlu
şeirlər yazdırdı.
O
şeirlərdən biri məni həmişə
kövrəldən, duyğulandıran "Füzuliyə qar yağır" şeiridi.
İlk baxışdan burda
qeyri-adi heç nə
yoxdu. Çünki qar dünyanın hər yerinə, o cümlədən Füzuliyə də təbii
bir şəkildə həmişə
yağıb və bu gün
də yağır. Amma işğal altında olan
Füzuli şəhərinə olan həsrət, sevgi və
xüsusilə o yerlərə əlin
çatmaması nisgili Sabir
qardaşımı sözün bütün mənalarında
duyğulandırmışdı və o da duyğulara tabe olmuşdu.
Yollarını
örtdü qar,
Gözlərini
öpdü qar.
Ağ
yuxular səpdi qar-
Füzuliyə qar yağırg
Yaxud:
Bağlı
qalıb hər qapı,
Kim
oynasın qartopu?!
Mənə bir uşaq tapın-
Füzuliyə qar yağır.
Və yaxud:
Sinəsinə qar düşdü,
Yağan
qar da üşüdü.
Orda
ruhlar görüşdü-
Füzuliyə qar yağır...
Bəli, bu gün Füzuliyə,
Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə,
Xocavəndə, Xocalıya, Zəngilana, Cəbrayıla, mənim
doğulduğum Tuğ kəndinə, bir sözlə,
düşmənin at oynatdığı hər yerə qar
yağır. Özü də bu təkcə təbiətin
hadisəsi deyil. Bu
həm də nisgilli, ürəyi
dağlı soydaşlarımızın, şəhid
analarının, bacılarının,
nişanlılarının, şair ürəklərinin
ah-naləsi, nisgili, göz
yaşıdı, qar formasına çevrilib yağır o
yerələrə. Yağır ki,
düşmən izlərimizi silib ata bilməsin ...yağır ki, ruhlarımız mürgüləməsingyağır
ki, uşaqlığımıza qayıda
bilək ...yağır ki,
uşaqlarımızı ora qaytaraq ki, qartopu
oynasın... Eh, bir də
yağır ki, Sabir Abdinov ürəyini ovcunda
sıxıb qançır edən ağrılardan bir anlıq xilas ola bilsin, lap
bircə anlıq Füzulini unutsun. Onu ağ
donda, ağ
biçimdə xəyal təsəvvür etsin.
Amma bunu Sabir Abdinov edə biləcəkmi?
Çətin...
Hə, Sabir müəllim, şəkilinlə söhbət
edirəm. Mən bu söhbəti səninlə
də edə bilərdim. Amma şəkillə
danışmaq, öz istəklərimə
cavabı ondan almaq indi mənim üçün
daha rahatdı. Çünki
şəkildə sən mənim bütün
suallarıma tələbəlikdəki kimi
cavab verirsən. Görürəm
ki, o şair
ürəyin yeni sevgi
misraları pıçıldayır, o şair gözlərin yenə bal
arısı kimi təbiətin ən
gözəl güllərini aynasına köçürür
və sən də o gözəllikləri
misralayırsan. Yazırsan ki:
Bu gecə gördüyüm qəmli
yuxumu,
Sənin göz
yaşına qoy
pıçıldayım.
Qarışsın bu yuxum
göz yaşlarına,
Gözündən
ələnsin səsim, harayım.
Mən o səsin, o harayın lap
dizinin dibində dayanmışam. Bəlkə də onu hamıdan öncə mən eşidirəm,
mən dinləyirəm, mən tələsirəm harayına hay verməyə, çağırışa qoşulmağa. Ona görə
ki, sənin duyğuların mənə çox doğmadı, sanki
bir köynəkdən keçirik
və mən də həmin o bir keçdiyimiz köynəkdən
bu dünyanı sənin kimi
görməyə çalışıram. Baxıb
görürəm ki, sən çox gözəl
pıçıldayırsan:
gecələr tuneldi,
qara küçədi...
qara torpaqdı
mən də bir əkinçi
misra-misra
dən səpirəm.
Doğrudan da, bu dünyanın gecələri
duyğulu adamlar üçün həm kədər gətirir,
həm ağrı-acı, həm də geniş bir meydan
açır tək qalıb düşünməyə. Bir vaxtlar mən doğmalarımdan birinə
ünvanladığım şeirimdə yazmışdım:
Vaxt var idi dan
yeriydim, sabahdım,
Yorulmadan sağa-sola ha, baxdım...
Gecələr
də ömürdəndi
a baxtım,
Gecələrin qəribliyi
olmaya...
Sabir qardaş, bu
tunel kimi dərin gecənin işıqlı sabahları
var. Gəl bunu özümüzə qəm
etməyək. Çünki
sən özün 50 yaşına üz tütüb etiraf edirsən ki:
Yığıb
gözlərinə buz
bulaqları,
Dağlardan, daşlardan keçib
gəlirsən.
Qaralır ömrünün ağ vərəqləri,
Sən lap uzaqlardan köçüb
gəlirsən.
Əgər doğrudan da
bu 50 yaşda dağlardan, daşlardan, dərələrdən-təpələrdən,
illə, ayla, günlə qol-boyun keçib mənalı bir ömür izi salmısansa, onda gecənin, gündüzün fərqinə
varmağa dəyməz.
Bəlkə də bu fərqi axtarmaq
bir az
günah kimi səslənər. Çünki
gecələr özünə
çəkilib ağ vərəqə
pıçıldadığın sözlər küsə bilər səndən. Şair ihamın perik düşər. Axı deyilənə
görə, şairlərin
ilham pəriləri gecələr də onları tərk etmirlər. Şəxsən mən, bu deyimə inanıram.
Elə bu inamla da
sənin özünün
50 yaşına ünvanladığın
şeirin misralarına
üz tuturam.
Uzat əllərini, aç gözlərini,
İllər ayrıcında qol-boyun
olaq.
Qoy səndən başlasın
ömrün nağılı,
Dünyanın içində bir
dünya quraq.
Şair dostum, sən
artıq öz söz dünyanı, nəğmə çələngini
ilhamının qanadları
ilə hörmüsən,
toxumusan. Və həmin
o nəğmə çələngi,
şeir karvanı bu 50 yaşında səni, özünün istədiyin kimi - təmtəraqsız, bər-bəzəksiz
qanadı altına alıb. Yazırsan, nəğmələr qoşursan, çiyninə
düşən dövlət
işini görürsən,
balalarını imkanına
uyğun böyütməyə
çalışırsan. Şairliyin, atalığın, məmurluğun,
vətəndaşlığın əl-ələ tutub 50 yaşın o biri üzünə doğru gedir. Bax, bu yerdə mən
yenə şəkil söhbətinə qayıdıram...
Sən bu şəklində ayrılıb gedən 50 yaşın arxasınca təbəssümlə, şirin
xatirələrlə və
bir az
da özünəməxsus
ərkyana, laqeydliklə
baxırsan. Deyirsən
ki:
50 yaşım,
xoş gördük!
50 yaşım, sənə
yaxşı yol! Gəldiyin kimi, getməyin də zaman hökmüdü.
Mənə qalan bu 50 ildə yazıb-yaratdıqlarım,
görüb-götürdüklərim, tikib-qurduqlarım və ən vacibi isə ürək dolu sevgi, sevgi
dolu ürəyimdi.
Orda hər şey var, getməyinə təəsüflənmirəm. Qarşıdan gələn
60-a salam olsun!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2012.- 14 yanvar.- S.8.