YENİ
LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR
VİDADİ
MƏMMƏDOV - 2
Yola saldığım yetmiş
yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa
davam edirəm.70 yaş az yaş deyil.Şükürlür
olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və
ağrısız başa vurduq və indi "incə bir
yolun" başlanğıcından həyata davam edirəm.Bu
yetmiş ilin ATA-ANA bölümünü hamı kimi
yaşamışam. Bakı dünyamda bir çox hadisələr
baş vermiş və mənim bu yetmiş yaşa
çatmağımda,bu gün bu yazını
yazmağımda çox böyük yardımçı
insanlar olub. Geriyə baxandahəmin insanları bir daha
xatırlamaq mənim üçün kədərli və
çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu
insanların,bəzilərini itirsəm də, şairlər
demişkən, onları yenə də canlı görürəm,
bəziləri hələ də həyata davam edir və Allah
onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR
haqqında düşünəndə çox zaman ən
xoş məqamlar və anlar canımı isidir və həyata
daha çox bağlanmalı oluram.Onların bəziləri mənim
bədii yazılarımın adsız insanlarıdı,bəziləri
haqqında əvvəllər də yazmışam və həmin
yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu
proyekti düşünəndə yaddaşımın alt
qatından bir novruzgülü kimi boy verir.
Bu insanlar kimlərdi?
... Hörmətli yazarımız Sabir Əhmədovun fikrinə qayıtsaq belə demək mümkündü: Vidadi Məmmədov bir ədəbiyyat sərrafi idi.Nəyin yaxşı, nəyin pis olduğunu bir zərgər dəqiqliyi ilə görürdü və fikrini də söyləyirdi, amma bu fikirləri yazmırdı.İnanın mənim əlacım olsaydı onun ardınca düşüb, orda-burda danışdıqlarını və qumar oynayarkən (onun bu xasiyyətini ayrıca yazmağa dəyər,mən zarafatla onu həmişə Dostoyevskiyə bənzədirdim,Allah ona bu qisməti də vermişdi və çox azartla qumar oynayardı,elə bunun ucbatından da bir dostunun toyundan çıxıb evə gec saatlarda gələrkən qəza keçirdi və baxımsızlıq ucbatından xəstəxanada vəfat etdi.Burada mən gözəl yazarımız Elçinin bu hadisəni eşidən kimi xəstəxanaya getməsini və xəstəxana günlərində ona neçə dəfə baş çəkdiyini və necə kömək etdiyini xatırlamasam vəfasızlıq olar,Vidadi Məmmədov İlyas müəllumlə və eləcə də Elçinlə qohum düşürdülər) söylədiklərini lentə alardım.Ədəbiyyat haqqında son dərəcə uzaqgörənliklə danışan və ədəbiyyatın nə olduğunu, nəinki ədəbiyyatin, hətta ən kiçik bir yazının nə olduğunu bilən ikinci bir tay-tuşumuz yox idi. Bəlkə ona görə də İsa kimi sofu bir şair onun fikirlərindən heç də vaz keçmirdilər və onun fikirləriylə mən bilən hər zaman razılaşırdılar.
(Aman Allahım, hələ
idmanı bilməyini demirəm).
Və Sabir Əhmədov deyəndə
ki, ƏDƏBİYYATA BELƏ ADAMLAR DA LAZIMDI, məhz onun
çox az bədii şeylər yazdığını yox,ədəbiyyat
haqqında dəqiq və tutarlı,sanballı və
mübahisəsiz fikirlərini nəzərdə tuturdu ki,həqiqətən
Allah ona belə bir istedad da vermişdi.
İlk hekayəsi və sonralar biləcəyik
son hekayələrindən biri (cəmi birmi, ikimi hekayə
yazdı) "Vağzalda..." hekayəsi elə bir səs gətirdi
ki, hətta ağsaqqal Yazarımız İlyas Əfəndiyev
özünü saxlaya bilməyib (bəlkə qohumluq da bir az
öz işini görmüşdü əlbəttə, amma
belə qohumu müdafiə eləyən hər kəsə
qurban olum mən) bu hekayə haqqında (yəni bir hekayə
haqqında) böyük bir yazı yazmışdı ki,indi o
yazı mənim əlimin altında deyil ki,misal gətirim mənə
inanmayanlara (hər halda ədəbiyyatda misal gətirmək, məişətdə
and içmək kimi bir şey olub,rəhmətlik Vidadi Məmmədov
deyərdi: hər hansı bir ağıllı fikri həyata
keçirmək istəyirsinizsə o zaman deyin ki, Pikasso
demişdir və döşəyin getsin. Pikossonu tapıb ondan
soruşan olmayacaq ki, bunu demisən, ya yox...) amma bu bir həqiqətdir
ki, böyük-böyük romanlar haqqında belə
yazılar yazılmadığı və qismən də
qısqanclıqla yazıldığı bir zamanda İlyas
kimi böyük bir yazarın belə bir yazı yazması,təbii
geniş bir söz-söhbət yaratdı ki,oxucular həmişə
"Ulduz" jurnalının səhifələrində onun
imzasını axtardılar mən bilən...Vidadi isə
susdu...
...amma Vidadi
yazacağı hekayələrin süjetini orda-burda
danışır və bizlər qınayanda isə "dədəmin
goru üçün yazacağam" deyirdi və amma
yazmırdı...
Və yazmadı ki, yazmadı...O
hekayələri,o ədəbi
düşüncələri...
Yazmadı və
yazamağa da tələsmədi.
Sonra bir gözəl
hekəyə də yazdı. "D-4"
adında.Ada bir baxın.
Bu adın nə oluduğunu mən
hələ də bilmədim.Yekə çıxmasın, Ədəbiyyatda
və Həyatda belə əllaməçilik heyranı olan və
az-çox əllaməçilik eləyən bir qələm
sahibi və ədəbiyyatçı olaraq mən bu adın nə
ifadə etdiyini çox düşündüm və
özündən də soruşurdum, qaçırdı izah
eləməkdən.Bəlkə heç bir izahı da yox idi:
amma bu "qarğa məndə qoz var" demək də
deyildi.Bu bir düşüncə tərzinin üsyanı,bir düşüncə tərzinin
sıxışdırılıb bomba kimi partlaması demək
idi ...
Zəki Mürəndən
soruşacaqlar: Sən niyə yubka-tuman geyib səhnəyə
çıxırdın.
Zəki Mürən deyəcək:
bu bir üsyan idi...Bu bir qadın haqlarının müdafiəsi
idi...
Bu hekayənin adının
"D-4"-ün nə ifadə etdiyini yalnız Yazar Vidadi
özü bilirdi və inanın ki, bu gün də o hekayənin
adının niyə belə olduğunu bilmirəm. Amma bu hekayənin məncə ikinci bir adı
vardı ki, çap olunanda icazə verməsələr həmən
dəyişsin, onu da mən indi xatırlamıram.
Hər iki hekayə son dərəcə
söz-söhbətə gərək olan bir ortam yaratdı
bizim xüsusilə gənclik ədəbiyyatımızda və
həqiqətə qalsa ədəbiyyatımızda da və
Vidadinin şəxsi həyatı kimi qarşısı
alınmaz bir dedi-qoduya səbəb oldu onun hər elədiyi...
Təbii, mənim məqsədim
bu hekayələrin nəyinin gözəl olduğunu
açmaq və yazmaq deyil. Çünki, bunu eləmək
üçün mən həmin hekayələri yenidən
oxumalıyam (inanın əlimdə imkan olsa,azad
bir qəzetim olsa və qəzet sahibi olsam mən zaman-zaman belə
unudulmuş hekayə və şeirlərə qayıdaram və
yenidən çap edərəm) və ola bilsin o zaman mənə
son dərəcə gözəl görünən şeylər
indi bir az təravətini itirmiş ola da bilər,amma mən
buna inanmıram, oxuyub açmaq imkanına malikəm və o
gözəl şeylər hələ də bizim ədəbiyyatımıza
gəlməyib bəlkə də...
DİQQƏT! DİQQƏT!
"Vağzalda" hekayəsində
gecələr vaqzallarda gecələyən sahibsiz itlərin həyatı
acı bir tərzdə ifadə edilmişdi məncə.Pambıq,kartof,badımcan
qəhrəmanlarının həyatını təsvir edilən
və Əfqanıstanda Rus Ordusu içərisində Azəri
əsgərlərin müsəlman qardaşlarını
öldürdüyü ədəbiyyata fəxrlə gətirilən
və bunula fəxr edən yazarlarımız olduğu bir
dövrdə və bütün bunlarla öyünən bir
xalqın ədəbiyyatında bu cür şeyin
yazılması bir inqilab idi məncə).
Bizim bilmədiyimiz son günlərində
demək olar ki, Vidadi Məmmədov heç yazmırdı və
yazanda da bir çox zaman öz imzasını yazmadı o
yazıların altında.Məsələn, mən
xatırlayıram ki,"Ədəbiyyat və İncəsənət"
qəzətində bir araşdırma yazısı çap
olunmuşdu onun,Vidadi Qarayazılı imzasıyla, amma biz
hamımız bilirdik ki,onun Qarayazıya heç bir dəxli
yoxdur,bir vətəndaş kimi, İsa İsmayılzadəyə
zarafatla sataşmaq üçün eləmişdi. Adı da
beləydi məncə: "Yollar qayıdır geri..." Ya
da bu məzmunda bir şey idi...
Yazı nə yazıydı,
Allahım nə qədər duyğusal bir yazı idi,nə qədər danışıldı o
yazı haqqında, bunu gedin Abbas Abdulladan soruşun...
Möcüsəi o idi ki,bu adamın
yaşının dibinə dünyasına dəyihənə
qədər heç kim bilmədi. Hər halda mən
bilmədim. Onun heç pasportu oldumu
görəsən, o pasportda harda nə zaman doğulduğu
vardımı görəsən? Gah Gəncədənəm
deyirdi gah Bərdədənəm deyirdi və ən
böyük imanı da "Dədəmin goru
üçün" idi.
Və zarafatla əlavə edərdi:
heç dədəmin də qəbrinin harda olduğunu bilmirəm...
Vidadi Məmmədov bizim ədəbiyyatımızda
və həyatımızda bir möcüzə idi.Yəni
möcüzə Yazar idi və möcüzə İnsan
idi...
Gecə saat on ikidə, birdə bir
də görərdin ki, gəlib bizə.Voyeni Qospitalın
yanında Naxalstroy, Gecəqondu deyilən səmtdəki evimizə:
mən də o zamandan tez yatan adam.Qapını yox pəncərəni
döyərdi.Çünki pəncərə tam
abşımın üstündə idi. Qapı
isə məndən uzaqda. Söyürdüm... və
çağırıdım içəriyə...Qoruxdurm ki,sabah bir yazımı oxuyub vayımı verəcək...
haqlı, ya haqsız...
Düşman da istəməzdi onun
dilinə düşsün, elə yumuşaq, elə incitmədən
şeylər deyərdi ki, özün də gülüb
keçinərdin...
Bu ştrixlər Vidadi Məmmədov
haqqında nə vaxtsa yazacağım böyük bir
yazının üvertürü kimi bir şey ola
bilər.
Yəni bir daha heç yazmaya da bilərəm
onun haqqında.Amma bizim nəslin (69-cu illərin nəsli) hər
bir adamı və hətta bizdən sonra gələn nəsillərin
hər adamı onun haqqında vicdan əzabı çəkmədən
yaza bilər...
Bu yazı da vicdan
rahatlığı ilə yazdığım bir
yazıdır, amma bütöv yazı deyil. Mən güman ki, Vidadi Məmmədov haqqında
daha çox şeylər yaza bilərəm.
Açığını deyim, hər
zaman düşünmüşəm: mən öləndən
sonra onun yarısı qədər xatırlansam, çox rahat
bu dünyaya əlvida deyə bilərəm.
Yox, elə buradaca bu yazını kəsib
həmən ayağa qalxıb, evdən çıxmaq
lazımdı və eləcə də eləyəcəyəm...
Amma hara gedəcəyəm...
Gözəl yazarımız Aslan Qəhrəmanlı
şəhərin o biri başında, Akif Qəhrəmanlı
blok qonşum olsa da dünən və həftənin
çox günü bir yerdəyik və üstəlik də
gözlərim alacalanır.
"Gedən yerim olaydı gedən
yerim
Kiminsə həsrətiylə
açılaydı səhərim...
Gədən yerim olaydı gedən
yerim..."
Aman Allahım,
gözəl şairimiz Qabil gör nə zaman yazıb bu
misraları. O zaman Vidadi də sağ idi...
Mən də bir az
cavan idim...
Tofiq
Abdin
Ədalət.- 2012.- 14 yanvar.- S.15.