Qadın və Toplum

 

   (Haray)

 

   Qadın: Söyülür, Döyülür, Satılır, Atılır, Təcavüzə uğrayır, Faraş ərə verilir, Bir neçəsi eyni zamanda bir kişiyə "arvad" olur;  

   Qadın: Ərsizkən doğur, Ərliykən... başqasından doğur, Tək (yəni oynaşla) yaşamaq istəyir, Həya tələb eləmir, Həya tələbinə uymur, Başqa qadına qarşı "gözəllik" yarışına çıxır;  

   Qadın: bic doğur - toplum onu qınamır, 13 yaşında doğur - toplum onu qınamır, Tumançaq gəzir - toplum onu qınamır, Doğduğunu atır - toplum onu qınamır;  

   Toplum qadını: "kişi" sanır, kişidən aşağı sanır, kişiyə tən sanır, kişidən üstün sanır;  

   Qadın üçün: gender bərabərliyi aranır, feministika həşiri kükrədilir, ona qarşı şiddət kəşf edilir;  

   Qadın: sevgili olmaqdan çıxarılır, analıqdan çıxarılır, arvadlıqdan çıxarılır, zəriflikdən çıxarılır, ərinə qarşı qaldırılır;  

   Toplum qadını oynadır... Satır, alır, rüsvay eləyir, rüsvayçılığa alışdırır, rüsvayçılıqda normallaşdırır... Toplum qadını qabıqsız qoz (içi) kimi istəyir.  

   Niyə? Mən bunun "niyə"sini bilmək istərdim. Bu yöndə adda-budda deyimlərə inanmıram. Öz yanımdan belə başa düşürəm:  

   Burada doğadan (təbiətdən) gələn, yəni obyektiv heç bir səbəb yoxdur. "Bu - doğadan yox, toplumdan gəlir" deyənlərə inanmıram, çünki bu cür deyimdəki "toplum" sözü də elə "doğa" anlamındadır. Burada mən "tarixin sona çatması"na da inanmıram. Çünki "tarix" - insana aid zaman anlayışıdır (ölçüsü, təsviri). O tarix, özünün, az.dilində desək, əvaxirinə yox, vəsətinə belə yaxınlaşanda ruhani ilə cismani arasında, yəni insani ilə heyvani arasında böyük fərq yaranmalıdır, necə deyərlər, "Yerlə Göy qədər". Biz bu fərqi görmürük: nə Amerikada, nə Avropada, nə Asiyada.  

    Deyirlər, qarğa qozu sındırıb yemək üçün onu göydən yerdəki bir daşın üstünə buraxır. Toplumun qadına indiki münasibəti həmin qarğanın qoza münasibəti kimidir. Həya - qadının sipəri - "qabığı"dır. Toplum onu həyasızlaşdırır ki...  

    Qəzetlərimizin birində çağdaş bir yapon hekayəsi oxumuşdum. (Fukuyama da yapon kökənli birisidir). Orada bir ana özünün 15-16 yaşlı qızı ilə qatarla harayasa gedir. Yol yoldaşlarıyla söhbətdən aydın olur ki, qızını umumxanaya təhvil vermək üçun aparır, onun qabiliyyətindən, istedadından danışır (yəqin qızının orada asanlıqla mümkün qədər yüksək qiymətə qəbul olunması üçün).  

    Bizim Milli Məclisimizin deputatı deyir ki, Avstriya kimi qabaqcıl bir ölkədə qadınlara doğduqları uşaqları küçədə zibil qutusuna atmaqlarını sivil qaydaya salan qurum yaradılıb, o qurum küçədə münasib qutular quraşdırır. Qadınlar doğduqlarını oraya təhvil verə bilirlər, adları da gizli saxlanılır, belə ki, müdrik xalqımız demişkən, " şiş yanır, kabab". Deputat bəy deyir ki, "bu qabaqcıl təcrübəni biz tətbiq etməliyik".  

    üçün söyləyirəm mən bunları? Qarğa qozla necə davranmalıdır? Əslində qarğa qoza "qoz" demir, onun üçün "qoz" o qabığın içindəkidir, o bacarsa, qabığı tamam-kamal ləğv eləyər. İndiki toplum - qarğadır, qadın - qoz. Qoz da "hər qarğaya" yem olmaq istəmir.  

    Deməli, mən indiki toplumun ləğvini istəyirəm.  

    Belə bir durumda qadını söyülməkdən, döyülməkdən, öldürülməkdən... heç bir qanuni yasaq qoruya bilməyəçək, çünki qanunu verənin özü qarğadır. o qozu qabıqsızlığa öyrəşdirir, alışdırır (yalnız qərzəksizliyə yox).  

   İnam Ata deyir: "Başı qapazlı qadınları başı qapazlı kişilər əvəz etməkdədir". Ancaq bu, çox çəkə bilməz, çünki qarğa qoz deyil! çünki qarğa ilə qoz mövcudluqlarını bir-birindən ayrı sürdürə bilməzlər. İndi qarğanın siması var, qozun.  

    etməli? Qadın ismətinə, kişi qeyrətinə qayıtmalı (onları bərpa etməli). Necə? Ailəyə qarşı "səlib yürüşü"nü dayandırmaqla. Gender bərabərliyi həşirinə son qoymaqla. Feministikanın kələyini kəsməklə. Təbiətin cins balansına müdaxiləni antibəşər elan etməklə. Batıya gömülməni dayandırmaqla. Xalqları milli dartışmalardan cıxarıb milli ləyaqət işinə qoşmaqla. Yurd, Ulus eşqinin yeni məzmununa yetmək yetirməklə. (Yurd - Ulusun yuvasıdır; bir dövlət içində bir neçə tam tutumlu ulus yuvası yerləşə bilər; Dövlətin xəncəri gümüşsüzlənməlidir). Dini - İnamla, siyasəti ruhaniyyatla əvəz etməklə. Bəşərin yönünü yeni ümumbəşər hədəfə - Mütləqə İnam Sivilizasiyasına doğru çevirməklə.  

    Bu gücü haradan alacağıq?  

    Qız balalarımıza ata sevgimizdən. Ərliyimizdən, ər qürurumuzdan. Kişi adının məsuliyyətindən...  

    Bunu kimlər edəcək?  

    Öz balasını mütləq ata sevgisilə sevənlər - onu yaşamda mövcud olmayacağı gələcəklərdə sevənlər. Öz Yurdunun, Ulusunun ölməzliyini təmsil etmək eşqilə yaşayanlar. Bəşəriyyəti yalnız bir (nəfər) insandan - öz balasından ibarətmiş kimi sayıb sevənlər...  

    Mən belə kişilərin fəaliyyətini "İnsan işinin Allah üslubu", onların özlərini isə "Allah qövmündən insan ya insan qövmündən Allah" adlandırıram. Onlar barmaq sayı olsalar da, şər (toplum, cəmiyyət) üzərinə yeriyəndə... qadın söyülməyəcək, döyülməyəcək, zorlanmayacaq, onun qəlbiylə, taleyilə oynanılmayacaq o, Allah qövmündən olan kişiyə layiq olacaq.  

   Atamız var olsun!

 

 

  SAFRUH,  

 Mütləqə İnam Ocağının Ruhani Başçısı  

 

 Ədalət.- 2012.- 17 yanvar.- S.6.