Görkəmli Azərbaycan kinorejissoru doğum gününü qeyd edir

 

   Eldar Quliyevin 71 yaşı tamam oldu

 

   Görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor, dahi bəstəkarımız Tofiq Quliyevin oğlu Eldar Quliyev özünün 71 yaşını qeyd edir.   

   1960-1966-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil almış, institutu bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlayaraq "Biri var idi, biri yox idi" adlı ilk qısametrajlı filmini çəkib.   

   Eldar Quliyev 1970-ci ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqlədi bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoydu.  

   "Ən vacib müsahibə"dən tutmuş sonuncu filmi "İstanbul reysi"nə qədər olan işləri yaradıcılıq tədqiqatlarının axtarışların predmetləridir.   

   Eldar Quliyev 1979-cu ildə öz miqyası ilə bizim istehsalat imkanlarımızdan xaric olan "Babək" filmini çəkir bu film professionallıq səviyyəsinə görə, kütləvi batal səhnələrin miqyasına görə heç xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınmışdı.   

   Mədəniyyət İncəsənət Universitetinin kino kafedrasının professoru olaraq Eldar Quliyev öz bilik təcrübəsini cavanlara ötürməyi, "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi isə neçə-neçə gəncin kinoda, onun mürəkkəb ağır kino istehsalatı prosesində ilk addımında yardımçı olmağı özünə borc bilib. Neçə-neçə sənətkar "Debüt" studiyasında layiqincə sınaqdan çıxaraq uğur qazanıb böyük kinoya gedən yolda özlərinin ilk addımlarını atıblar.   

   Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən bu günə qədər onun prezidenti seçilib. Eldar Quliyev onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib o, Dövlət Mükafatı laureatı, xalq artisti fəxri adlarına layiq görülərək "Şöhrət" "Şərəf" ordenləri ilə təltif olunub.

  

 

   Ədalət.- 2012.- 19 yanvar.- S.8.