QƏDİRİN DƏRDİ
İlk dəfə əlimdə titrəyir
qələm,
Gözümdə qaranlıq görünür aləm.
Ürəyim
açılmır, gülə bilmirəm,
Özümə
yenə də gələ bilmirəm.
İztirab
içində sönüb nəfəsim,
Elə bil yox olub
eşqim,həvəsim...
Yanıram, atəşim
köz-köz olubdur,
Gözlərim
buludtək qəmə dolubdur.
Buludlar
dolsa da yağır,
boşalır;
Bəs mənim
nisgilim hara baş alır?
Bu necə nisgildir alır canımı,
Yanında heç nədir odun yanımı!
Ağır bir itkidir həyatdan
gedən,
Niyə tapılmadı onu ləngidən!
O kimdir bu atəşə salıbdır məni,
Qüssəyə qərq edib
çölü-çəməni.
Yamacda çiçəklər saçmır
ətrini,
Elə bil itirib gözəl çətrini.
Quşlar da səmada qanad çalmayır,
Sanki elə
susub nəfəs almayır.
Şəlalə
qoşmayır təranəsini,
Bir daha eşitmir
Qədrin səsini.
O səs Qarabağın sirli səsiydi,
Torpağın
harayı,öz nəfəsiydi.
Muğam dünyasının qızıl
tacıydı,
Könüllər mülkünün ehtiyacıydı.
Hamının qəlbinə məlhəm
saçırdı,
Bağlı ürəklərə qapı açırdı.
Ömür bağçasından acı
bar dərdi,
Ən böyük dərdiydi Qarabağ dərdi!
Desəydilər
azad oldu Qarabağ,
Atıb xəstəliyi tutardı
ayaq.
Bəlkə də xilaskar ər sayılardı,
Ağır komadan da tez ayılardı.
Elə oxuyardı "Sona bülbül"ü,
Açardı Şuşanın hər qönçə gülü.
Ağdamdan Şuşaya tutub üzünü,
Gəzdikcə doymazdı "Cıdır
düzü"nü.
Qatardı səsini elin səsinə,
"İsa bulağı"nın zümzüməsinə!
Ömrünün
üstünə ömür
gələrdi,
Olmazdı bir daha Qədirin dərdi.
Əjdər
Qiyaslı,
İqtisadçı
alim,
şair
Ədalət.-
2012.- 19 yanvar.- S.7.