SƏHİYYƏNİN
"OYAQ" XİDMƏTİ - TƏCİLİ YARDIM
Dövlət
qayğısının təzahürləri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev istər ölkənin
paytaxtında, istərsə də regionlarda
səfərlərində, xüsusilə səhiyyə müəssisələrindəki
görüş və
çıxışlarında sosial-iqtisadi
inkişafın effektiv nəticələri
olaraq əhalinin sağlamlığına
göstərilən qayğını xüsusi
vurğulayır, bunun necə böyük əhəmiyyət
daşıdığını diqqətə
çatdırır. Prezident hər dəfə
inam hissi ilə bildirir ki, Azərbaycanda səhiyyə
sistemi dünyanın aparıcı ölkələrinin
səviyyəsinə qalxmalıdır və qalxacaqdır...
Doğurdan da Azərbaycan səhiyyəsi
yüksək dövlət qayğısı sayəsində bu gün özünün
ən gözəl dövrünü
yaşayır. Ölkəmizdə səhiyyənin
inkişafı, onun maddi-texniki
bazasının gücləndirilməsi daim
diqqət mərkəzindədir. Əsas odur
ki, paytaxt və
digər böyük şəhərlərlə
yanaşı, respublikanın ən ucqar
rayonlarında da müasir
tibb ocaqları, diaqnostika
mərkəzləri yaradılır.
Uğurlu səhiyyə islahatlarının tərkib hissəsi
olan yeni xəstəxana
və tibb müəssisələrinin regionlarda da inşası
Azərbaycan dövlətinin vətəndaşlarına
göstərdiyi qayğının təzahürüdür. Əhaliyə
göstərilən səhiyyə xidmətinin
yaxşılaşdırılması üçün respublikamızda son illərdə həyata keçirilən mühüm tədbirlər - yeni
səhiyyə müəssisələrinin tikintisi
ilə yanaşı, onların ən müasir
tibbi avadanlıqlarla təchiz olunması,
kadrların peşəkarlığının
artırılması tədbirləri Azərbaycan Prezidentinin daxili siyasətinin
əsas prioritetlərindən birini təşkil
edir.
Maraqlı və diqqətçəkən
məqamlardan biri də budur
ki, Azərbaycan səhiyyəsinin
inkişafı çoxistiqamətli paralelliklə yüksəlişdədir.
Burada heç bir sahə unudulmur, sonraya saxlanılmır. Əksinə, səhiyyənin
bütün sahələri kəndli-şəhərli
Müasir Azərbaycan Dövlətinin
gündəlik qayğısını yaşayır.
Ən
qədim tibbi xidmət
Səhiyyədə elə bir sahə də var ki, bunun nə dərəcədə
əhəmiyyət daşıdığını bütün dünya bilir və qəbul edir. Bu gün hər birimizin "Təcili yardım"
adlandıraraq rəğbət bəslədiyimiz quruma elə bir ev, ünvan olmaz ki, ömrü
boyu bir neçə dəfə
müraciət etməsin.
Bəlkə də bəşəriyyətin
ilk tibbi xidməti də
buradan başlayıb. Əslində də
elədir.
Xəstəxanaların
olmadığı qədim zamanlarda
ağır xəstələrin üstünə
çağırılan təbiblər, loğmanlar...
Bəzən piyada, bəzən atla, araba ilə, kareta və ya faytonla... Ən qədim tibbi
xidmət!
Müasir
dövrümüzdə bu funksiyanı
"03", yəni Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları yerinə yetirir. Gecə-gündüz fasiləsiz olaraq!
Beləliklə, TTTY
stansiyaları həyat üçün təhlükəli
vəziyyətlərdə, bədbəxt hadisələr və
ağır xəstəliklər zamanı, hadisə olan yerdə əhaliyə sutka
ərzində təcili tibbi yardım
göstərən müalicə-profilaktika müəssisələridir.
Göyçay TTTY stansiyası
Son illər səhiyyənin
bu özünəməxsus sahəsinə
də qayğı və diqqət artmaqdadır. Yeni TTTY stansiyaları tikilir,
mövcud binalar təmir
olunaraq müasirləşdirilir,
maşın və avadanlıqlarla təchiz edilir.
Bunlardan biri də özünün
nümunəvi xidməti ilə əhalinin hörmət və
rəğbətini qazanmış Göyçay
rayon TTTYS-dır. Stansiyaya
gənc olmasına baxmayaraq, rayonda və respublikada
bacarıqlı həkim və təşkilatçı kimi tanınan Elçin Bilalov başçılıq edir.
Baş həkim söhbətimiz zamanı
xidmətin funksiyası və görülən işlər
barədə ətraflı məlumat verir:
- Əvvəlcə bir
məsələni xüsusi qeyd etmək istəyirəm. Cənab
Prezident hələ 2007-ci ildə bu sahəyə xüsusi
diqqətin bariz nümunəsi olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım xidmətinin maddi-texniki
bazasının gücləndirilməsi, o
cümlədən müasir tibbi avadanlıqlarla təchiz olunmuş
təcili tibbi yardım avtomobilləri
və dərman vasitələri ilə təmin etmək üçün Səhiyyə Nazirliyinə 12
milyon manat
ayrılmasına xüsusi sərəncam
imzalamışdı.
Bundan sonra strukturun digər
müəssisələrində də müasirləşmə
prosesləri sürətləndi. Bilirsiniz
ki, təcili tibbi
yardım stansiyası əhalisi 50 min nəfərdən
çox olan şəhər
və rayon mərkəzlərində təşkil
olunan sərbəst müalicə -profilaktika müəssisəsidir.
Stansiyamızda təcili tibbi yardım səyyar briqadalar
tərəfindən göstərilir. Əhalisi çox olan şəhər
və rayon mərkəzlərində uşaqlara və ruhi xəstələrə
xidmət göstərmək üçün
ayrıca briqadalar yaradılır. Bundan əlavə intensiv terapiya briqadaları da nəzərdə
tutulmalıdır.
Tələbata uyğun
olaraq hamilə və doğan
qadınların daşınması üçün
müvafiq tibbi personal olan maşınlar
ayrılır. TTTYS-nın əsas vəzifələri
çağırış qəbul olunan kimi maksimal qısa müddətdə
xəstələrə, zərərçəkmişlərə,
bilavasitə hadisə yerində və onların
daşınması zamanı təcili tibbi
yardım göstərməkdir.
Yeni bina, müasirləşən
xidmət
Stansiyamızda 20 həkim, 33 orta tibb işçisi,
14 sürücü və 9 nəfər
digər kiçik tibb
işçiləri fəaliyyət göstərir. Stansiyada terapevtlər, kardioloqlar,
infeksionistlər, pediatrlar, cərrah və
reanimatoloqlar çalışırlar. Onu da qeyd edim
ki, təkcə 2011-ci ildə 6665 evə
çağırış edilib, o cümlədən ambulator
qəbulla birlikdə 7403 nəfərə təcili tibbi yardım göstərilmişdir. 2011-ci il həm kollektivimiz, həm
də rayon əhalisi üçün
sevindirici il olmuşdur. Stansiya Yaponiya hökumətinin maliyyə dəstəyi
ilə Yerli İdarəetməyə
Yardım İctimai Birliyi
tərəfindən əsaslı təmirdən sonra müasir formada təhvil verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçay
rayonuna səfəri zamanı
stansiyamıza əlavə olaraq 2 yeni müasir "Mercedes" markalı ambulans
hədiyyə etmişdi. Bütün
bunlar və digər göstərilən
qayğılar bizi sevindirir,
əhaliyə nümunəvi xidmət göstərməyə
ruhlandırır...
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2012.- 19 yanvar.- S.7.