İslamı tanıyaq, sevək və əməl edək

 

   II söhbət

 

   "İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uyduranlardan daha zalım kim ola bilər?" (Saff surəsi, ayə 7)  

     

   Cəmiyyət müxtəlif olduğu kimi, bu gün müsəlmanlar da müxtəlifdir.Bu gün hansısa bir müsəlman və ya özünü müsəlman təşkilatı adlandıranlar hardasa bir terror əməli törədirsə,bunu İslamdan və dindən bilmək olmaz.Gəlin əvvəlcə baxaq,Quran,İslam,böyük İslam alimləri,İslam dövlətləri bu hadisələrə necə baxırlar,hansı qiyməti verirlər,yalnız bundan sonra fikirlərimizi elan edək.Quranda deyilir ki,bir günahsız şəxsi öldürən sanki bütün bəşəriyyəti öldürmüşdür,bir günahsız canı həyatdan məhrum edən Allahın qarşısında böyük gunah edir.İndi özünüz fikirləşin,belə bir dində terrora yer ola bilərmi?Və ya terror edəni bu dindən saymaq olarmı? Bəziləri deyir ki,əgər özünü müsəlman adlandıran bir şəxs bu terroru edirsə,deməli,buna həm də İslam günahkardır,çünki o,bunu İslam adına edir. Adi məntiqlə düşünərək hər birimiz başa düşməliyik ki,cəmiyyət kimi möminlər də müxtəlifdir,hərənin öz mədəniyyəti,davraınışı var və fərdlərə görə topluma qiymət vermək ağıllı insanların hərəkəti deyildir.  

   Bu gün ayrı-ayrı fərdlərin hərəkətlərini müzakirə etməkdənsə,İslamın özünü insanlara tanıtdırmaq,sevdirmək,insanları Allahın əmrlərinə dəvət etmək cəmiyyətimiz üçün daha xeyirli olardı məncə.Bu gün Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq,hələ də İslamın təbliğinə böyük ehtiyac var.Çünki hələ də günümüz insanının əsl islamdan,onun gözəlliyindən xəbəri tam yoxdur.1400 il bundaq qabaq gələndə İslam necə qərib idisə,indi də qəribdir və Qiyamətə qədər də belə olacaq.Çünki insanlar əsl İslamı bilmək istəmirlər,biləndə də tam əməl eləmək istəmirlər. Çünki İslamın şərtləri onlara ağır gəlir.Şəriətdən uzaq olub,onun qadağalarına boyun əymək istəmirlər.Bu zaman isə şəriətdən uzaq olan kiməsələrə şeytan pis əməlləri yaxşı göstərərək onları Allahın haram buyurduğu,fərdlərə və ümumilikdə bütün cəmiyyətə bəlalar gətirən əməllərə təhrik edir.Belə olmasaydı,bu gün dünyanı,ən çox da İslam ölkələrini bürüyən bəlalar, pisliklər, sıxıntılar, bədbəxtçiliklər bəs hardandır,nəyə görədir?... Əlbəttə ki,insanların Allahın yolundan,dinindən,şəriətindən kənar düşməsinə görəg Ona görə də ətrafa boylanandan sonra hamı bu fikrin doğruluğunu təsdiq etmək məcburiyyətində qalır: "Dünyada fitnə və müsibətlərdən başqa bir şey qalmadı".  

   Bəs bu xəstəliyin şəfası necə olacaq,nədədir bu müsəlmanların dərdlərinin şəfası?..Bu bir danılmaz həqiqətdir ki,bu xəstəliklərin,pisliklərin təməlində fərd və qrupların Allahın saf din və şəriətindən üz çevirmələri,aləmlərin Rəbi olan Allaha qarşı işlənən üsyan və günahların çoxluğu dayanır.Şəfa isə yalnız həmin yola qayıtmaqdadır.Başqa yol yoxdur.  

   Hamı İslamı yalnız namaz qılmaqdan,oruc tutmaqdan,Qurban kəsməkdən ibarət bir əməllər toplusu kimi başa düşür.Düzdür,bunlar İslamın şərtlərindəndir,lakin İslam tək bu deyilonun gözəllikləri daha genişdir.Çünki bu əməlləri İslam gələnə qədər də Məkkə müşrikləri edirdilər.Onlar da namaz qılırdılar,oruc tuturdular,hətta Həcc də edirdilər.Bəs belə olan halda İslam niyə gəldi? Maraqlı sualdırmı? Allah bütün dinləri yalnız bir məqsədlə göndərmişdir.Bu məqsəd də Tövhiddir,yəni Allaha heç bir şərik qoşmadan ibadət etməkdir.Amma bununla bərabər İslam əvvəlki ibadətlərə də yeni nəfəs,təmizlik,gözəllik gətirdi.  

   İnsanlara göndərilən İslamdeyirdi? Deyirdi ki,Sizi yaradan Allaha heç bir şeyi heç nəyi şərik qoşmayın,valideynlərə rəhmətlə yanaşın,qohumluq əlaqələrini möhkəmləndirin,ibadət edin,günahsız cana qıymayın,uşaqlarınızı öldürməyin,faiz almayın və verməyin,rüşvət almayın,zina etməyingİndi bir adam tapın ki,bu əməllərin hər hansı birinə qarşı olsunya onu bəyənməsin.Bu din deyir ki,bir adamı öldürən bütün bəşəriyyəti öldürür,bir adamı xilas edən bütün bəşəriyyəti xilas edir.İndi bu dini necə terror dini adlandıra bilərlər ki?!Necə olur ki,xristian ölkələrində bir qrup insan terror aktı həyata keçirəndə onları cinayətkar adlandırırlar, müsəlmanlar edəndə isə terror hərəkəti?!.  

   Bu din Muhəmməd Peyğəbərin göndərildiyi vaxtdan ta qiyamətə qədər sonuncubütün bəşəriyyətin dinidir.Bu din sadəcə ərəblərə,türklərə,əfqanlara və sairə gələn din deyil,bu din bütün bəşəriyyətə göndərilmiş dindir,Mühəmməd Peyğəmbər də sadəcə ərəblərə deyil,bütün bəşəriyyətə göndərilmiş Peyğəmbərdir. Allah bu dini gözəl əməllər,yüksək əxlaq,hər bir zaman və məkanda insanın sağlam fitrətinə uyğun olan asan şəriət hökmləri üzərində qurmuşdur. Allah bu dində hər bir xeyirə rəğbətləndirmiş,bütün yaxşı şeyləri halal etmiş və şərdən çəkindirmiş,hər bir pis işi və insanın dünyasına,dininə zərər verən hər bir şeyi isə haram etmişdir.Bütün bunlar müsəlmanın bu dünyadakı həyatında xoşbəxt olması,yaxşı yaşaması,bundan sonra əbədi səadətə,tam zəfərə,Allahın Axirətdə razılığına və cənnətinə qovuşması üçündür.Hikmətli və hər şeyi layiqincə bilən Allah dərgahından nazil olan bu əzəmətli dinə diqqətlə nəzər salan hər bir kəs,bu Dinin yüksək mənalar və gözəl hədəflər üzərində quruldunu dərk edər.  

   Mənim bu sözlərimi oxuyarkən bir çoxlarınız bəlkə də düşünürsünüz ki,əgər İslam bu gözəllikləri gətirirsə,islam insanları səadətə qovuşdurursa,onda niyə bu günümüzün müsəlmanları və müsəlman ölkələri belə rəzalət içindədirlər? Məncə bu sualı ilk əvvəl özümüzə verməliyik.Çünki bizözümüzü müsəlman sayırıq,amma görəsən müsəlmançılıq edirikmi?Müsəlmanlıq sadəcə mən müsəlmanam deməklə, özünü etnik müsəlman saymaqla olmur.Müsəlmançılıq hərfi tərcümədə təslim olan,şəri mənada isə bütün əmrləri və qadağaları ilə tək olan Allaha təslim olmaqdır.İslam-insanın Allahı bütün ibadətlərində təkləyərək ona təslim olması,əmrlərinə,qadağalarına boyun əyərək itaət etməsi deməkdir.İndi əgər biz bir millət olaraq Allaha təslim olmamışıqsa,onun əmr və qadağalarına itaət etməmişiksə,Allah öz dinində,Kitabında vəd etdiyi gözəlliklləri,xoşbəxtlikləri bizə necə nəsib eləsin?..Mən də ilk vaxtlar Quranı oxuyanda bu sualı öz-özümə vermişdim.Quranda oxuyurdum ki,Allah öz bəndələrinə xitabən deyir ki, "Mən möminlərləyəm və zəfər möminlərlədir".Onda özümə belə bir sual verirdim ki,axı Allah möminlərlədirsə və Allahın zəfəri də möminlərlədirsə,onda bəs niyə müsəlmanlar bu vəziyyətdədirlər? İslamlagünümüzün müsəlmanları ilə tanış olduqdan sonra mənə aydın oldu ki, möminlər,daha doqrusu müsəlmanlar Allahla deyillər,ona görə bu vəziyyətdədirlər.Əgər Allah deyirsə ki,mənə tabe olun,mənə ibadət edin,mənim dinimi qoruyun,mən də sizə zəfər bəxş edim,amma müsəlmanlar Allaha tabe olmurlarsa,ona ibadət etmirlərsə,və yaxud ona ibadətdə şərik qoşurlarsa,onda Allah bu insanlara niyə və necə zəfər bəxş etməlidir?! Müsəlmanların yaşadıqları sıxıntı və çətinliklər şəriətdən üz çevirmələri və keçici dünya zövqləri üğrunda yarışmalarının bir nəticəsidir.Nə vaxt İslam ümməti dininə sarılacaq,Rəbbinə itaət edəcək,Peyğəmbərinin sünnətinə uyacaq,bax o zaman öyülməyə layiq,xoşbəxt və şərəfli şəkildə yaşayacaq,həm dünyada şərəf və etibar qazanacaq,həm də Axirətdə izzət və səadətə qovuşacaq,Allah sevgisi damarlarında axarsa,dünyaya hakim olacaq,şərə qalib gələcəkdir.Amma din sahəsində zəif davranarsa,Allahın gözündən düşər və ən zəif,ən həqir ümmətə çevrilər( bu sözlərdə özümüzün təsvirini görə bildikmi?).  

   Bunun bariz nümunəsini ilk müsəlmanların həyatında görə bilərik.Vaxt var idi ki,Peyğəmbərin gətirdiyi dinə iman gətirənlərin sayı bir neçə yuz nəfər idi.Onlar Allaha tam iman gətirdilər,ona tabe oldular,ona ibadət etdilər,bütün bütləri dağıtdılar,bundan sonra Allah da onlara dalbadal zəfər gətirdi.Özü də özlərindən qat-qat artıq olan düşmən qoşunları qarşısında.Bədr döyüşündə müsəlmanlar 300 nəfər,Məkkə kafıirləri isə 1000 nəfər idilər,lakin buna baxmayaraq,Allah onlara həmin döyüşdə qələbə verdi.Beləcə,əsrlər boyu İslam ordusu bütün döyüşlərdə zəfər qazandı,güclü,mədəni,böyük bir xilafət qurdu.Lakinvaxtdan ki,müsəlmanlar Dinin ehkamlarından uzaqlaşmağa,öz ibadətlərində şirkə(Allaha şərik qoşmağa),bidətə(dində əlavələrə),dindən sapmalara yol verməyə başladılar,Allah da Öz zəfərini,izzətini onlardan aldı.İndi günahı kimdə axtarmalıyıq? Özümüzdə,yoxsa,esteğfurullah, Allahda?..  

   Bizim bəlalardan qurtarmaq şansımız var.Bunun misalını Allah bizə İslamın ilk gəlişində tam göstərmişdir.İslam gələn zaman ərəblər çox zəlil,günahkar,sıxıntılı halda idilər.Allah İslam dinini Peyğəmbəri vasitəsi ilə onlara göndərdikdən və onlar da bu dinə boyun əydikdən sonra şərəfləndilər,izzətli,iffətli oldular və həm bu dünyalarını,həm də Axirətlərini xoşbəxt etdilər.Çünki onlar Allahın dinini sevdilər,bu dini yaşatdılar və ucaltdılar və islam dini sayəsində özləri də ucaldılar.Həzrəti Ömər demişdir: "Vaxt var idi biz insanların ən zəlilləri idik.Sonra Allah öz Peyğəmbəri vasitəsi ilə bizi şərəfli və hörmətli etdi.Nə zaman ki,biz izzət və cəlalı Allahdan başqasında axtarsaq, o zaman Allah bizi yenə də zəlil edəcək". Düşünməyə dəyərmi? Biz gün öz İslam dinimizi,onun dəyərlərini,gözəlliklərini qoyub,digər dinlərdə,digər ölkələrin "dəyərlərində" "dəyər" axtarmaqla özümüzü həmin təhlükəyə atmırıqmı və ya artıq atmamışıqmı? Kitabların ən gözəli Allahın kitabı Quran,kəlamların ən gözəli Allah kəlamları,yolların ən gözəli Muhəmməd peybəmbərin yolu olduğu halda,gözəl kitabları,gözəl sözləri,gözəl yolu kənarda niyə axtarmalıyıq?... Məgər əlimizdə olan Quran, qarşımızda olan Peyğəmbər yolu bizə 1000 il boyu kifayət etməmişdimi?.. Allahın yolundan çıxanları isə İblis dərhal ovlamış və öz yoluna salmışdır.İndi seçim bizdədirgYa yenidən bizi şərəfləndirəcək,izzət sahibi edəcək Allah yoluna qayıtmalıyıq hamılıqla, ya da elə getdiyimiz yolla davam edib bu sıxıntılarla,bədbaxtlıqlarla,problemlərlə baş-başa qalmalıyıq.  

   Allahn Peyğəmbəri demişdir: "Allahı qoruyun ki, Onu qarşınızda görəsiniz".Yəni, Allahın dinini qoruyun ki(əmr və qadağalarına əməl edin), Allahı öz köməyinizdə görəsiniz.Bunu eləmədən Allahdan kömək gözləmək və yaxud, bu çətinliklərə,sıxıntılara görə Allahdan inciməyə,umu-küsü etməyə dəyməz.Təsadüfi deyil ki, Fatihə surəsinin "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik" ayəsində Allah ibadəti kömək diləməkdən qabağa qoymaqla bizlərə ondan kömək diləməyin şərtini bildirmişdir.Yəni,bizlərə əvvəlcə ibadət etməyi, sonra isə Ondan kömək diləməyi şərt qoymuşdur.Amma bizlər heç bir ibadət etmədən Allahdan şəfa,səhhət,bolluq,övlad və sairə nemətlər istəməyə,bunları almadıqda isə inciməyə öyrəşmişik və üz tutmuşuq asan yollara.  

   Bir daha əmin olduq ki,insanın bu dünyada və Axirətdə xoşbəxtliyi Allahla bağlıdır.Bunun üçün isə biz mütləq İslama qayıtmalıyıq.İslama qayıtmaq üçün isə ilk əvvəl İslamı doğru dürüst tanımalı,bilməli,sonra onu sevməli və qaydalarına əməl etməliyik.Bundan sonra isə əsl imanın şirinliyini dada biləcəyik.Bu isə yalnız bir halda mümkündür. Hər bir kəs "mən, Rəbb kimi Allahdan, din kimi İslamdan, peyğəmbər kimi Mühəmməddən razıyam" sözünü tam səmimiyyətlə demədikcə,bu imanın şirinliyini dada bilməyəcək.Bunu deyən şəxs üçün artıq Allahın heç bir kəlamı,əmri ağır gəlməyəcək, İslamın qadağaları ona çətin görünməyəcək, Peyğəmbərin sünnəsini sevərək yaşayacaq.  

   Bütün bunları həqiqətən yaşamaq üçün isə Allahı tanımaq zəruridir...

  

   (ardı var)

 

 

  Azər Əzizov

 

  Ədalət.- 2012.- 20 yanvar.- S.16.