20
YANVAR: 22 İL
ƏDƏBİ HƏYAT
Xalqımızın tarixində elə səhifələr var ki, onlar qanla yazılmışlar. Zaman baxımından yaxın, ya uzaq olsun, yaddaşımızda o səhifələr həmişə kədərlə oxunur.
1990-cı ilin 20 Yanvar günü də yaddaşımızda dərin iz buraxan belə səhifələrdən biridir. İyirmi iki il keçir o qanlı faciədən. Hər il 20 Yanvar günü Bakıda, Azərbaycanın digər şəhərlərində insanlar axın-axın Şəhidlər Xiyabanı adlanan, günahsız insanların dəfn olunduqları məzarlıqlara baş çəkirlər.
Bu gün qara geymişəm, qara günümdür mənim,
Dünyanı silkələyən ahım, ünümdür mənim.
Şəhidlər Xiyabanı qibləm, yönümdür mənim,
Öz dərdimi çəkməsəm, özgələr dərdə qalmaz.
Xalq şairi Zəlimxan Yaqubun "Qalmaz" şeirindəndir bu misralar. İyirmi iki il ərzində Azərbaycan şairləri 20 Yanvarla bağlı yüzlərlə şeirlər, poemalar yazmışlar. Xalq kədərinin ifadəsi olan bu poeziya nümunələri 20 Yanvar tarixinin bədii salnaməsidir.
Filologiya elmləri namizədi Aslan Salmansoy bu poetik nümunələrin müəyyən bir qismini "Qan borcu" adı altında bir almanaxda toplayıb. Heç şübhə yoxdur ki, ədəbiyyatımızda 20 Yanvar faciəsinin inikası ilə bağlı tədqiqat aparan müəlliflər bu kitabdan bir mənbə kimi istifadə edəcəklər.
Kitab Əlibəy Hüseynzadənin "Hali-Vətən", Almaz İldırımın "Əsir Azərbaycanım", Şəhriyarın "Azərbaycan" şeirləriylə açılır. Əlbəttə, dillər əzbəri olan bu şeirlər 20 Yanvar faciəsindən çox-çox əvvəllər qələmə alınsa da, XX əsr Azərbaycanımızın tarixi faciələrini, xalqımızın azadlıq mücadiləsini, istiqlal savaşını özündə əks etdirən ən dəyərli poetik nümunələrdir.
Ya Rəbb, nədir bir bu qədər
ürəkləri qan etməyin,
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
Övladların nə vaxtadək tərki-vətən
olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan.
Bəsdir fəraq odlarından
kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!
(M.Şəhriyar)
Vətən övladları məhz
bu duyğu ilə küçələrə,
meydanlara axışdılar,
xeyli canlı qüvvə, sursat və zirehli texnika ilə silahlanmış rus ordusu ilə üzbəüz qaldılar.
Vaxtilə şəninə mahnılar qoşulan Qızıl Ordu Bakını qan dənizinə döndərdi,
Neftçalada, Lənkəranda,
Cəlilabadda eyni faciələr törətdi.
Xalq şairi Qabilin "Mərsiyə"
şeiri də həmin günlərdə
yarandı:
Öz Qızıl Ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə
tank yeridən fitnəkarın
şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə
bax,
Qara bayraqlarımın cərgəsinə,
dəstinə bax,
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Həmin gün mənim
də yadımdadır.
Boğazımda tıxanan qəhərlə,
içimi doğrayan
kin və qəzəb
də axına qoşulub Şəhidlər
Xiyabanına doğru yol alırdım.
Fikirləşirdim
ki, əsrlər boyu "Avropanın jandarmı" rolunu oynayan Rus imperiyası
öz rüsvayçı
"Parçala və
hökm sür!" siyasətində ən müdhiş rolunu oynadı. Axı, biz nə istəyirik?-istəyirik ki, Azərbaycan müstəqil
olsun, bizim də üçrəngli
bayrağımız BMT civarında
dalğalansın, maddi
sərvətlərimizin yiyəsi
özümüz olaq,
yeni bir Azərbaycan yaradaq.
Buna görə
bütöv bir xalqı işğala məruz qoymaq, onun azadlıq yanğısını söndürmək
olardımı? Həmin gün
bütün Bakı qırmızı qərənfillərə
qərq olmuşdu.
Çox
keçməz, Azərbaycan
poeziyasında və xalqın yaddaşında
QƏRƏNFİL obrazı 20 YANVAR obrazı ilə qoşalaşacaqdı. Kim bilir, o zərif çiçəklər bəlkə
də bizdən çox şəhid məzarları üzərində
göz yaşları axıdacaqdı...
Qərənfil-şəhid
qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Cavanlara qıydılar,
Tanklar altda qoydular-
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!
Bu günahsız
qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla, qərənfil, ağla!
Bu səngiməz
ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla, qərənfil, ağla!
1990-cı il Azərbaycan poeziyasının ən hüznlü ili idi. Çünki xaincəsinə vurulan
zərbələr hamını
sarsıtmışdı, yara
hələ isti idi. Hələ göylərimizdən, analarımızın, bacılarımızın
qara yaylıqlarından,
şəhərimizin üzərindən
matəm buludları çəkilməmişdi. Bu matəm buludları,
bu göz yaşları şeirimizdə
də kədərli bir ovqat yaratmışdı.
"Bakının yuxusu dağılmışdı
küçələrə, Od ələnirdi işıq gələn pəncərələrə Göydən
ölüm yağırdı
yerə. O aylı
gecədə Ah-vaylı
gecədə için-için
ağlayırdı Bakı"
(Nüsrət Kəsəmənli),
"Dağlar da, daşlar da ağlayır dil-dil, Bu dərdi çəkməklə
qurtaran deyil" (Ofelya Babayeva), "Əl-ələ tutdular şəhid oğullar, Güllələr töküldü
yolları üstə.
Dayanıb tankların önündə
onlar, Ölümü
aldılar qolları üstə" (Aslan Kəmərli), "Göylər
qara bağlayır, Bu
torpağın ahına.
Şeirimiz yas saxlayır, Şəhidlərin
ruhuna" (Nisə Bəyim), "Yarımçıq
yazılmış şeirlər
öldü, Səhəri
Şəhidlər xiyabanında
ağlaya-ağlaya basdırdı
millət Özünün
ən gözəl şeirlərini" (Aydın
Uluxanlı), "Bələyinə
qan bələndi Bakının, Əynimizə
qan köynəyi biçmişik Aman allah, bu nə
dərddir, düşmüşük?!"
(qaçay Köçərli), "dönüb
milyon-milyon al qərənfilə,
Vətən torpağında
bitdi şəhidlər"
(Nəsir Əhmədli)
və s.
Aslan Salmansoyun tərtib
etdiyi "Qan borcu" kitabında 20 Yanvar faciəsiylə bağlı səkkiz poema təqdim edilir. Əlbəttə, bu, kiçik
rəqəmdir, çünki
bu mövzuda poemaların sayı çoxdur. Ancaq onu da nəzərə
alaq ki,kitab
seçmə nümunələr
əsasında tərtib
edilib.
Böyük şairimiz Bəxtiyar
Vahabzadənin "Şəhidlər"
poeması 20 Yanvar mövzusunda yazılan əsərlərin ən kamili və bədii -sənətkarlıq
baxımından ən
mükəmməlidir. Birincisi; bu poema təkcə
həcminə görə
deyil, həm də mövzunu tam əhatə etdiyinə görə seçilir.
Müəllif "Gülüstan" poemasındakı vətənpərvərlik
ideyasını daha parlaq şəkildə davam etdirir, bu faciənin yaranması səbəblərini
təhlil edir, faciənin günahkarlarını
ittiham edir. İkincisi; poema lirik səpgidə
başlasa da, tezliklə epik xətt də ona qoşulur. Ayrı-ayrı şəhidlər haqqında da (İlham-Fərizə, Larisa, Sürəyya
Lətif qızı,
Baba müəllim, Aleksandr
Marxevka və s.) poetik oçerklər poemanın epik vüsətini artırır.
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli
bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Zalım öyünməsin zülümləriylə,
Minbir böhtanıyla, minbir şəriylə.
Həqiqət
uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi
şəhidlər.
İnsan insan olur öz
hünəriylə,
Millət millət olur
xeyri, şəriylə.
Torpağın
bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi
şəhidlər.
"Şəhidlər"
poemasının bir məziyyəti də bundadır ki, şair şəhidliyi həm də qəhrəmanlıq kimi vəsf edir. Qəhrəmanlıq təkcə hünər
göstərmək, düşməni
məhv eləmək deyil, həm də əliyalın olsa belə təcavüzə müqavimət
göstərmək, hiddət
və etirazını
bildirməkdir. 20 Yanvar faciəsindən göyərən toxumlar sonralar boy atdı, müstəqillik bayrağımızın
ucalmasına yol açdı.
Təqdim olunan poemalar içərisində Adil Cəmilin "Qan borcu" və Ramiz Məmmədzadənin
"O gecə" poemaları
da diqqəti xüsusilə cəlb edir.Hər iki poema canlı təəssüratlar və
müşahidələr əsasında
yazılsa da, öz səpkisinə görə lirik səciyyəlidir. Müəlliflər faciə haqqında öz düşüncələrini
ümumiləşdirmişlər.
Azalıb dünya işığı-
Yer qaradır, göy
qaradır.
Bayraq-qara, insan-qara,
Allah, bu yerlər haradır?...
Bu dünyanın
harasında,
Belə matəm, yas
olubdur?
Qəfil düşən qaranlıqda
Bakı tanınmaz olubdur.
Qırmızı
tabutlar üzür,
Qapqara "ümman" istündə.
Qərənfillər
qan ağlayır,
Günahsız insan üstündə.
(Adil Cəmil)
Belə oğullarla torpaq Vətəndir!
Əllərdən
düşməyən bayraq
Vətəndir!
İgidlər uyuyan bu dağ-Vətəndir.
Diz çökək, sükutla
keçək yanından
Güc alaq Şəhidlər Xiyabanından..
(Ramiz Məmmədzadə)
İyirmi iki il nə tez gəlib
keçdi. Elə bil dünən idi Bakının üzərini qara buludlar alan
gün. Zəhmli tankların sürətlə
şığıyaraq küçələri,
meydanları, insanları
şumladığı gün.
Dünən idi elə bil Bakının qırmızı qərənfillərə
qərq olduğu gun, Şəhidlər Xiyabanına
gedən insan axını.
Biz bunları unutmamışıq... Çünki:
Sınar dağların beli, bu qədər ah götürməz,
Adi insan olan kəs
belə günah götürməz,
Yerdə bəndə götürsə,
göydə Allah götürməz,
Qəm yemə dəli
könlüm, nahaq qan yerdə qalmaz.
(Z.Yaqub)
Vaqif YUSİFLİ
Ədalət.- 2012.-
20 yanvar.- S.19.