Şair Hacı
"Məkanım Qazaxdı,
öz adım Hacı, Həyatım zəhərdi, talehim
acı.
Bu ikicə misra demək olar ki,
şair Hacının mənzərəsinə işıq
salır. İşıq düşən yerdə hər nə
var açıqca görünür, işıq düşməyən
yer qaranlıq olur, rənglər, formalar yoxa
çıxır. Mən molbert arxasında oturub bu
işıqlı, nurlu kişinin portret mənzərəsini
işlədiyim zaman, politramda rənglərin özü belə
bu nurlu kişinin işığından nur aldı,
işığın üstünə işıq
düşdü, kölgənin üstünə kölgə...
Yaşı səksəni
haqlamış Güllü anam portretə xeyli tamaşa edib, (
baxmayaraq gözləri çox zəifləyib )oğul, bu
çəkdiyin şəkil şair Hacıya oxşayır. -
dedi. -Düz tapmısan ay
ciji ,- deyib bir az sorğu suala tutdum anamı." O
dünyası gözlə olsun "- deyib, anam şair
Haıcının kəlməkeşli taleyindən , səxavətindən,
mərdliyindən, əslindən, nəslindən... Bir
sözlə möhtəşəm Qaracayevlərin igid
babalarından, İncə dərəsində, Qazaxda, ətraf
bölgələrdə necə şan- şöhrət sahibi
olmalarından söhbət açdı.
Uşaqlıq illərim
gözümün önünə gəldi. Şair Hacı o
zamanlar kəndə gələndə, ( erkən
yaşlarındn ömrünün sonunacan Ağstafa şəhərində
yaşayıb ) bütün camaat pişvazına gələrdi,
məclislər qurulardı, erkəklər kəsilərdi.
Dillərdə əfsanəyə çevrilən bu kişiyə
"Şair"təxəllüsünü ellər, obalar
özləri yaraşdırmışdılar. Şair Hacı
mənim tanıdığım, eşitdiyim ilk şair idi. Hələ
o zamanlar, yəni uşaq təfəkkürümlə
şairin bir az Allah , bir az peyğəmbər olduğunu zənn
edirdim. Uca boylu, mehriban çöhrəli, sinəsi sazlı,
dili avazlı bu kişinin neçə-neçə məşəqqətli
, zülümlü yolların keçməslərindən necə
keçməsindən isə xəbərim yox idi...
Qaracayev Hacı 1906- cı ildə
Qazax mahalının Qaymaqlı kəndində imkanlı kəndli
ailəsində anadan olub. Sovet işğalı zamanı kəndin
imkanlı, hörmətli adamı olan atasının var -
dövləyi, əkin sahələri, dəyirmanı,
bağı - bağçası əlindən alınıb,
qardaşları, İsrafil və Abdulla isə " Xalq
düşmanı" adlandırılaraq bolşeviklər tərəfindən
güllələnib. Uşaqlıq illəri firava keçən
şairin, gənclik illəri amansızlıqlarla, məşəqətlərlə
üz-üzə gəlib. Şair Hacı dini təhsil
alıb. Şeirlərinin birində bildirir ki, on iki dil bilir və
istifadə edir. Olduqca istedadlı olan şair, uşaq
yaşlarından şeir yazıb, saz çalmağı
bacarırmış.
Şərəfli, ancaq çox məşəqqətli
ömür yaşamış Saza-sözə vergili bu insan onun
boyuna biçilmiş bu yükü, dizinə
ölçülmüş daşlı, kəsəkli yolu və
Allahın əmanəti, olan saf ruhunu son nəfəsinə qədər
kişi kimi yaşadıb, Allaha və dünyaya borcunu ləyaqətlə
verib,1976-cı ildə doğulub boya başa
çatdığı İncəli torpağına
qayıtdı. Beşiyi olan Qaymaqlı kəndinin qucağında
əbədiyyətə qovuşdu.
Dövrünün bütün
mükəmməl söz-saz adamları ilə dost olub,
sazıyla, sözüylə yaddaşlara min naxış
çəkmişdir. S.Vurğun, O. Sarıvəlli, H.Arif kimi
böyük ustadlarla yaxından tanış olub, onlar tərəfindən
yüksək qiymətləndirilmişdir.
Beləliklə uzun-uzadı
yazmaqdansa, onun portret mənzərəsinin və qazamatda olarkən
dövrünün tanıınmış el şairi Borsunlu Məzahir
Daşqınla necə tanış olmasını
işıqlandıran mənzərələrindən sizə
bir-iki etüd ciza bilsəm, bu maraqlı insanın ömür
mənzərələri ilə sizi az da olsa tanış
etmiş olaram.
1952-ci ildə Məzahir
Daşqın Montin düşərgəsinə gətirilir. O
,tanış- bilişlərlə görüşəndən
sonra düşərgəni gəzməyə
çıxır. Baraqlardan birinin yanından keçərkən
saz səsi eşidir.O, bu səsədən diksinmiş kimi olur
və yanındakılara deyir:
- Mən çoxdandır ki, saz səsinə
həsrətəm, sevdiyim sazın səsini eşitməmişəm.
Gedək bir az qulaq asaq, keçmiş günlərimizi yada
salaq.
Daşqının düşərgəyə
gəlməsi hər yana yayılmışdı. Bu adı
eşidən şair Nacı demişdi:
-Tanış olub yoxlarıq,
görək o haranın şairidir?
Daşqın içəri girir,
hamı ilə salamlaşır, ona göstərilən yerdə
oturur, uca boylu bir kişinin çaldığı saz
havalarına diqqətlə qulaq asır. Ətrafdakılarin
saz çalana münasibətindən Daşqın yəqin
edir ki, o burada xüsusi hörmətə malik adamdır.
Hacı Daşqının bu adam
olduğunu verilən işarələrdən başa
düşür. Lakin özünü o yerə qoymayıb,
qonaqla səmimi görüşür, ona " Xoş gəlmisən
"- deyib ehtiram göstərir. Qisa söhbətdən sonra
Hacı telli sazı bağrına basıb söz deməyə
başlayır :
Bu
gün bu məclisə bir adam gəlib,
O yurddan, bu yurda köçəndir,
nədir?
Başqa bir nəzərlə
baxır hər üzə,
Yaxşını
yamandan seçəndir, nədir?
Daşqın o saat
başa düşür ki, daş onun bağçasına
atılır, bu sözlər onun ünvanına deyilir.
Daşqın fürsəti əldən vermiyib odur ki,
deyir:
- A şair Hacı, məni
bağışla, lap yaralı yerimə toxundun, mənim də
sinəmdə bir neçə söz var, icazə versəydin
deyərdim.
Hacı da, ətrafındakilar da
bir ağızdan dillənirlə:
-Buyurun, buyurun, indi də söz
sizindi, dinləyirik.
Daşqın sazı sinəsinə
basdı, onu nəvazişlə oxşadı və dedi:
Mehri məhəbbətdən
yaranan gündən,
Arifi nadandan
seçirəm gündə.
Yığıb barxanamı
dünya evindən,
Mənzildən - mənzilə
köçürəm gündə.
Hacı
deyir:
Siz sorun əslini, eyləsin bəyan,
Yersiz qəribdirsə,
saxlarıq mehman.
Taçırdır,
tüccardır, yoxsa bəzirgan,
Karvanı bu yoldan
keçəndir, nədir?
Daşqın görür ki,
qarşısındakı şair sənətdən halı
adamdır, onun cavabını verməsə pisikəcəkdir.
Odur ki, deyir :
Özüm də təəcübəm
dostlar bir işə,
Məni görən
düşür bəzən təşvişə.
Cahankeş dərvişən,
etmişəm peşə,
Sirat körpüsündən
keçirəm gündə.
Qarşısındakının
haləti şair Hacıya təsir edir. Buna
görə də özünü təqdim etməyi vacib
bilir. Odur ki, deyir:
Şair Hacı heyran qalıb bu
hala,
Bu kəskin zəkaya,
dərya kamala.
Görən hansı dərdə olub
mübtəla,
Tənəzzül
şərbətin içəndir, nədir?
Daşqın alır görək nə
deyir:
Hələ ki, tənəzzül
Daşqına yoldur,
Dünənki,
hökümdar bu günkü quldur.
Fələk öyrədibdir
, qədəhi doldur,
Hicran şərabından
içirəm gündə.
Şair
Hacı deyir:
-Qardaş, çox gözəl
sözlər dedin. İndi mən başqa
şeir də oxumaq istəyirəm. Qoy
yoldaşlar qulaq assınlar, istəsən sən də ürəyindən
keçənləri deyə bilərsən. Şair Hacı bununla həmin adamın Daşqın
olub- olmadığını yəqin etmək istəyuirdi.
Hacı
deyir:
Ey dilavər daldalanma indi bu meydanə
gəl,
Aç mətahı,
tök bazara, mərdsənsə, mərdanə gəl.
Gəzsən əyər məşriq
ilə ta məğribin arasın,
Rast gəlməzsən
mənim kimi inan kövhər kanə, gəl.
Daşqın deyir:
Adəm oğlu, sataşma sən hər
yetən insana, gəl,
Nahaq yerdən öz
başını salma sən tufana, gəl.
Qılınc çalıb, at
oynadan bəzən olur piyada,
Məhmizləmə
köhlənini, çıxarma cövlana, gəl.
Hacı
deyir:
Tanımırsan, Zal oğluyam, lam
eylərəm qəddini,
Sənə bir toy
tutaram ki, yanılarsan şəddini.
Çəkib məhşər
ayağına bildirərəm həddini,
Vəz eyləmə əfsanədən
kükrəmiş aslana, gəl.
Daşqın
deyir:
Arifsənsə dərin
düşün danışarkən hər sözü,
Sən
özünü tərif etmə, qoy bəyənsin el
gözü.
Tərəqqinin tənəzzülü
var, gecənin gündüzü,
Bel bağlama nə fələyə,
nə çərxi- dövrana, gəl.
Hacı
deyir:
Şair Hacı Qazaxlıdır,
ona tay olmaz hərə,
Danışanda həqq
danışar, eşit, öyrən bir kərə.
Istəmirəm səni çəkən
ərəsəti - məşhərə,
Dayan, indi başlayıram təcnisi-
divanə ,gəl.
Daşqın deyir:
Mən Borsunlu Məzahirəm, əslən
Qaarabağlıyam,
Vay o gündən
qeyzə gələm, dərya kimi çağlıyam.
Təbidarsan, eşq əhlisən,
istəmirəm bağlıyam,
Yaxşı olar gətirmə
sən Daşqını tuğyana, gəl.
Bu müdrik cavab
şair Hacını da, ora toplaşanları da valeh edir.
Hacı əmin olur ki, bu həqiqətən
Borsunlu Məzahərdir.
Şair
Hacı deyir:
Üzü dönmüş qara
baxtın əlindən,
Dilimdə tükənməz
hekayətim var.
Fələyin əlindən
almışam yara,
Həqqin dərgahına
şikayətim var.
Daşqın
deyir:
Abı-atəş, xaki-baddan
dünyadə,
Yaranmış
insanam, ülviyyətim var.
Fərhad çeşməsindən
içmişəm badə,
Başımda
eşqindən qiyamətim var.
Hacı
deyir:
Borsunlu Məzahir deyəndə ellər,
Ah çəkib könüllər,qovrulur dillər.
Səni görmək
üçün çox uzun illər,
Ürəyimdə
yatan bir həsrətim var.
Daşqln
deyir:
Dolandım dünyanı mən
başdan-başa,
Bir dastan
bağladım hər dağa, daşa.
Indidə
ölümlə gəzirəm qoşa.
Dost-düşman
tanımaz qiyafətim var.
Hacı
deyir:
Daşqın kimdir, indi gözlərim,
tanı,
Ellər şairidir
o, kövhərkanı.
Sənə qurban olsun
Hacının canı,
Bağışla, Məzahir, qəbahətim
var.
Daşqın deyir:
Daşqına əzizdir namusla
vicdan,
Ona lazım deyil nə
şöhrət, nə şan.
Nə qədər eyləsə fələk
imtahan,
Ölüncə
qaçmaram, dəyanətim var.
Şair Hacı ilə
Daşqın bir daha səmimi görüşürlər.
Onlar bir müddət bir yerdə qalırlar və
onların elə burdaca başlayan dostluqları ömürlərinin
sonunacan davam edir.
Bilmirəm, bu xırdaca etüdlərlə
el şairi, dünya deyilən fanidə adını,
sözünü, insanlığın uca məqamına yetib,
sənət aləminə "Şair
Hacı"adını möhürləmiş bu nurani,pirahi
kişinin mənzərəsini özünə oxşada
bildimmi?
Beləliklə,möhtərəm
oxucular,şairin bir müxəmməsi ilə sizlərlə
vidalaşıram.
QAYMAQLIDA
Aşiq Ədhəm,olub
keçib belə canlar Qaymaqlıda,
Molla baba, Zərgər
Musa... mərd insanlar Qaymaqlıda.
Molla Nəbi çəkib gedib
çox dövranlar Qaymaqlıda,
Sudya oğlu Mustafa tək
hökmüranlar Qaymaqlıda.
Babakişi iki dəfə sibirdən
qandallı qaçıb,
Sudya Əhməddən
olanlar ad qazanıb, süfrə açıb.
Sirəc ilə Qara Həbi
düşman qırıb, qanlar salıb,
Lalaşanın
oğlu Yusif nərə çəksə dağlar uçub.
Qılınc vurub, at
oynadan, ox atanlar Qaymaxlıda.
Palaz Məmməd, Yekə Mahmud var
qoydu ad aldı getdi,
Bayram oğlu İsə
təkcə qılıncını çaldı getdi.
Süleyman da asdı, kəsdi,
axırda qocaldı getdi,
Fani dünya neçə
dəfə doldu, həm boşaldı getdi.
Eyyub oğlu Məmməd
kimi pəhləvanlar qaymaxlıda.
İsrafil, Abdulla, Səməd hər
üçü gələndə coşa,
Həsrətin ellər
çəkərdi görüb, etməyə tamaşa.
Bir baxanlar istəyirdi bir daha
baxsın Dadaşa,
Heyif mənzil gödək
oldu ömürlər tez çatdı başa.
Köçüb
gedir, gəlib qonur qəhramanlar Qaymaxlıda.
Gülsüm ilə Kafıya olub
mahalda dünya gözəli,
Yaldaş Sənəm
şallı imiş camalda dünya gözləi.
Hanı Zöhrə, Totan,
Söylü xəyalda dünya gözəli,
Totu Sənəm, Gülxar xanım
kamalda dünya gözəli.
Pərilər
çox olub, çoxdu yenə onlar Qaymaxlıda.
İsgəndər oğlu Əhmədin
axtarsan var yüz dastanı,
Qaraçı
oğlu Loymənin olub şairlik nişanı.
Aşıq Əhməd kimi usta,
söz deyib, saz çalan hanı,
Tahirin adı,
şöhrəti gəzib, dolanır dünyanı.
Hacıdan qabaq
çox olub söz qoşanlar Qaymaxlıda.
Şair, Aşıq Əhməd
Ərəbovun müraciətinə cavab olaraq yazılıb.
Təxminən 1963-cü il yanvar ayı.
Məmməd
Dəmirçioğlunun təqdimatında
Ədalət.- 2012.- 20 yanvar.- S.18.