REGİONLARIN
İNKİŞAFI BÜTÜN SAHƏLƏRƏ NÜFUZ
EDİR
(əvvəli
ötən sayımızda)
Bu
yerlərin florası - bitki örtüyü
Qoruğun relyefi torpaq və iqlim
şəraitinin mürəkkəb olması ərazidə
yarımsəhra və bozqır bitki formasiyalarının
yaranmasına şərait yaratmışdır. Ərazinin
özünəməxsus arid bitki örtüyü vardır.
Qoruq ərazisində coğrafi amillərin dəyişməsi
ilə əlaqədar olaraq bitki örtüyü şimaldan cənuba
doğru müvafiq sürətdə dəyişmişdir.
Lakin ərazinin dağlarının çox yüksək
olmadığından burada bitki örtüyündə
zonalıq zəif nəzərə çarpır. Şimal
istiqamətli yamaclarda dağların ətəyindən
başlamış, zirvələrinə doğru qalxdıqca
bitki formasiyalarının tərkibində bir illik növlərinin
sayı azalır.
Nisbətən çoxillik
bozqır dağ kisrofit və arid tipli formasiyalar
çoxluğu təşkil edir. Yarımsəhra bitkilər
isə dağların ətəyində və çökəkliklərdə
yayılmışdır. Qoruq ərazisinin xeyli hissəsində
bozqırların firqanisit bitkiləri
yayılmışdır. Su fetesinozlar növ tərkibinə
görə xeyli zəifdir. Belə bitkilər meşəsi nisbətən
az meylli sahələrdə yaxşı inkişaf edir. Yazda və
payızda efemerlər yayda isə çoxillik bitkilər
xüsusi ilə yarımkollar üstünlük təşkil
edir.
Əsasən dənli bitkilər yovşan, üzərlik, boymadərən, dağ laləsi, kəvər və s. yayılmışdır. Dənli bitkilərdən olan efemerlər ildə iki dəfə, yazda və payızda vegetasiya dövrü keçirir. Mülayim qış isti erkən yaz torpağın normal rütubətlə təmin edilməsi sahəsində mart, may aylarında ərazinin xeyli hissəsi yaşıl örtüyə bürünür. Mayın axırında, iyunun əvvəllərində isə onlar vegetasiya dövrünü başa vurur. Yamaclar yaşıl örtüyünü boz qəhvəyi yarımkollar kisrofit bitkilərə verir. Meşəsiz sahələrdə bu mənzərə qərbdən şərqə doğru xeyli ərazidə qoruq sahəsinin dağ massivini əhatə etdiyindən xalq bu mənzərəyə boz dağ adı vermişdir. Burada payızın ikinci yarısı tez-tez dumanlanan rütubətli torpaq mühiti yaşıl örtüyün yenidən bərpa olmasına şərait yaradır. Qoruğun bitki örtüyü keçmiş nizamsız qırıntılar və otarmaların təsirindən müntəzəm olaraq dəyişmişdir. Qoruq yarandıqdan keçən dövr ərzində qoruq rejimi ilə əlaqədar olaraq ərazidə bitki örtüyü xüsusilə ardıc saqqız meşəliyi çox zənginləşmişdir. Şimal baxarlı yamaclarda meyillikdən asılı olmayaraq, bitki örtüyünün sıxlığı ilk baxışdan özünü biruzə verir. Cənub yamaclarda isə əksinə seyrək və tək-tək sıx topalar özünü göstərir.
Türyançay Dövlət Təbiət Qoruğu ərazisi üçün aşağıdakı bitki növləri səciyyəvidir.
1. Seyrək kisrofit meşə bitkiləri.
Bu bitki tipinə saqqız və ardıc ağac növləri aiddir.
2. Kisrofit dağ bitkiləri.
Bura dağ kisrofit
bitkiləri aiddir.
3. Səhra bitkiləri.
Bu tipə
aşağı dağ
və dağ ətəyi səhra və quru səhra
dağ ətəyi və alçaq dağ ətəyi bitkilər aiddir.
4. Yarımsəhra
bitkiləri.
Bu tipə
efemerlər, efemeroidlər
- yovşan, qarağan
və sair bitkilər aiddir.
Ərazidən əsasən Qafqazın
şərq isti iqliminə məxsus çox meyvəli ardıc, ağır iyli ardıc, qırmızı ardıc,
uzunsov ardıc, saqqız, palıd və s. daxildir. Qoruq ərazisində kol cinslərindən sarağan, adi nar, qaratikan, sumax, xırda meyvəli gilənar, dovşan alması, zirinc və s. rast gəlinir. Bəzi yerlərdə soğanaqlı
bitkilərə və
türpan növləri,
quş otu, yovşan və daraqlı ayrıclar əsaslı yer tutur. Burada kol bitkilərindən
geniş yayılmış
kəvən və efedra koludur.
Qoruq ərazisinin şərq
hissəsindən keçən
Türyançay çayının
yaxın və köhnə keçmiş
yatağında onun sahələrində Tuqay meşəsi yayılmışdır.
Burada geniş yayılan boz qızılağac, söyüd,
qovaq, çaytikanı,
sarağan, uzunsaplaq palıd, adi nar, yulğun, yaşıl kol, iydə, murdaşa, böyürtkən kolu və s. rast gəlinir. Qoruq sahəsinin Türyançay
sahəsində meşə
və digər bitki formasiyalarının yaranması uzun illərin məhsuludur.
Bitki aləmi ilə təbii amillər su daşqını arasında qarşılıqlı
əlaqə yaşayış
uğrunda mübarizə
prosesi özünü
göstərir. Bu mübarizə ildən-ilə
daimi və ya müvəqqəti su axınlarının təsir dairəsinin tədricən sıxışdırılmış
axının istiqamətini
dəyişdirmiş və
çay məcrasını
daraltmışdır. Məcranın daraltması öz
növbəsində meşə
ərazisinin genişlənməsinə
burada yeni fitosenozların əmələ
gəlməsi onların
növ müxtəlifliyinin
zənginləşməsinə şərait yaradır.
Müşahidə göstərir ki,
qoruq ərazisində fitosenozların say və məhsuldarlığının zənginləşməsinə, həm də burada heyvanat aləmi və quşların özünə
sığınacaq tapmasında,
nəslinin artmasında
özünü göstərir.
Türyançay Dövlət Təbiət
Qoruğunda Ə.S.Səmədovun
1975-ci ildə apardığı
tədqiqatlara əsasən
ərazidə 865 bitki
növü qeydə alınmışdır. Son
illərdə mütəxəssislər
tərəfindən ərazidə
bitkilərin növ müxtəlifliyinin dəyişməsi
üzrə tədqiqatlar
dayandırılmışdır. Bu ildən etibarən
yeni proqramlar hazırlanaraq nəzərdə
tutulan tədbirlər
davam etdiriləcəkdir.
Qoruğun heyvanat aləmi
Türyançay Dövlət Təbiət
Qoruğunda arid landşaft
şəraiti, xüsusilə
suyun azlığı
bitki örtüyünün
başdan-başa olmaması
geniş bediend sahələr, isti yay, əvvəllər heyvanlar aləminin nisbətən azalmasına
səbəb olmuşdur.
Lakin aparılmış tədqiqatlar
nəticəsində məməlilərin
12, sürünənlərin 9, quşların 95 növü
qeydə alınmışdır.
Qoruq yarandığı ildən
son dövrədək, heyvanların
və quşların sayı və növ tərkibi xeyli zənginləşərək
artmışdır. Ərazidə
çöl donuzu, qonur ayı, porsuq, saqqal, tülkü, dovşan, dələ, oxlukirpi, vaşaq, yenot, canavar, kaftar və s. heyvanlar məskən salmışdır.
Qış aylarında Böyük
Qafqazın yamaclarının
sərt hava şəraiti qalın qar örtüyünün
olması vəhşi
heyvanların nisbətən
aşağı isti sahələrə xüsusilə
də Türyançay
Dövlət Təbiət
Qoruğuna gəlməyə
məcbur edir. Bunun nəticəsində ərazidə
qışda məməli
heyvanların sayı nisbətən çox olur. Belə ki, Türyançay
Dövlət Təbiət
Qoruğunun ərazisi
vəhşi heyvanların
əlverişli qışlaq
yeridir.
Qoruq ərazisində əsasən
sürünənlərdən müxtəlif ilanlara, kərtənkələlərə və tısbağalara rast gəlmək olar. İlanlardan gürzəyə daha çox təsadüf olunur. Ərazidə yerli quşlardan
qırqovul, kəklik,
bildirçin, ağbaş
Asiya kərkəzi, adi qur-qur, leşyeyən
qartal, qara kərkəz, müxtəlif
sərçəkimilər məskunlaşmışdır. Payız aylarından başlayaraq Böyük Qafqazın sənub yamaclarının
ucqar yerlərindən
çoxlu miqdarda sərçəkimilər uçub
gəlirlər.
Son illərdə
Qoruğun mühafizə
işinin düzgün
təşkil edilməsi
əvvəlki illərlə
müqayisədə özünü
göstərir. Qoruq ərazisində
son vaxtlar bir ədəd belə ağac kəsilməsi halları qeydə alınmamışdır. Türyançay çayının Qoruqdan keçən hissəsindən balıq tutulmasının qarşısı
alınmışdır. Hətta Qoruq ərazisindən həşəratların çıxarılmasına,
məhv edilməsinə
yol verilmir.
Beləliklə, Qoruğun mühafizəsi
Qoruq əməkdaşları
tərəfindən güclü
nəzarətdə saxlanılmaqla
baş verə biləcək hər hansı rejim pozulması faktlarının
qarşısını ala bilirlər.
Qoruğun relyefini, torpağını,
sularını, iqlimini,
bitki örtüyünü
və heyvanat aləmini əks etdirən 131 səhifədən
ibarət "Təbiət
Salnaməsi" kitabı
yazılmaqla, iki elmi tədqiqat işi üzrə elmi mövzu aparılır.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2012.- 24 yanvar.- S.6.