Üzü sabaha olan qədim yurd yeri
Yurdumuzun qədim yaşayış
məskənlərindən olan Lənkəranın tarixi kifayət qədər maraqlı və şərəflidir.
Burada aparılan arxeoloji
qazıntılar bu yerlərdə eramızdan
əvvəl III-II minilliklərdə
insan yaşayışı
olduğunu sübut etmişdir.
Gözəl təbiəti, əlverişli
iqtisadi-coğrafi mövqeyi,
Qərbi və Şərqi birləşdirən
karvan yollarının
üstündə, Xəzərin
sahilində yerləşməsi
onun inkişafına böyük təkan vermişdir.
Münbit torpaqlı, mülayim iqlimli, bol sulu Lənkəran 1747-ci
ildən Talış xanlığının mərkəzi
şəhəri olmuşdur.
Ən qədim məşğuliyyəti
əkinçilik, maldarlıq,
balıqçılıq, bağçılıq
olan Lənkəranda misgərlik, dulusçuluq,
dəmirçilik sənətləri
də inkişaf etmişdir.
Bölgənin iqtisadi inkişafında
ticarət əsas rol oynamışdır.
Lənkəran, İran, Türkiyə,
Rusiya, Orta Asiya dövlətləri, Çin, Pakistan, Hindistanla
iqtisadi əlaqə yaratmışdır.
XVIII - XIX əsrlərdə iqtisadi cəhətdən xeyli inkişaf etmiş Lənkəran bir sıra xarici ölkələrə düyü,
kətan, ipək, tərəvəz, balıq
məhsulları göndərmişdir.
Bu günkü
Lənkəran rayonu inzibati vahid kimi 8 avqust 1930-ci ildə təşkil edilmişdir.
1539 kvadrat
metr ərazisi olan rayonun 66700 hektarını quru sahə əhatə edir. Rayonda 2 şəhər, 8 qəsəbə, 83 kənd
var. Hazırda Lənkəranda
212031 nəfər insan
yaşayır.
Gərmətük
Lənkərandan bu kəndə
getmək üçün
10-15 dəqiqə vaxt
sərf etmək kifayətdir. Lənkəran-Astara yolunun üstündə yerləşən bu kənd Talış dağlarının ətəklərində
yerləşir. Qışda
dağların gözəlliyi
onun bəyaz qarı, ağ
örpəyidir, o da hələ ki, yoxdur. Çılpaq dağlardakı hündür
gövdəli ağaclar
baş-başa verib mürgü döyürlər.
Əsasən əkinçilik, qismən də maldarlıqla məşğul
olan Gərmətükdə
3500 nəfərə yaxın
insan yaşayır.
Bu kənd
də digərləri
kimi son illər xeyli inkişaf edib. Burdakı orta məktəb,
uşaq baxçası,
yanacaqdoldurma məntəqəsi,
yeni həkim ambulatoriyası və ATS, iri ticarət mərkəzləri sakinlərin
maddi və mənəvi həyatlarına
xidmət edir.
Lənkəran
şəhər İcra
Hakimiyyətinin Gərmətük
inzibati vahidi üzrə nümayəndəsinin
müavini Azər Abdullayevlə söhbətimiz
də kəndin qayğıları ilə
başladı:
- Camaatımız
işgüzar, torpağa
bağlı insanlardır.
Qonaqpərvərliyini də
özünüz görürsünüz,
səhərdən neçə
adam evinə
dəvət edib. Bu kənddə 800-dən çox təsərrüfat
var. İndi Gərmətükdə
qazlaşdırma işlərinin
sonlarıdır. 20-25 il əvvəl
çəkilmiş boruların
hamısını dəyişdik.
Yolun kənarındakı "Şah"sarayımı,
yoxsa ticarət mərkəzimi deyək - bax o möhtəşəm
binada 800 və 600 nəfərlik toy-nişan
zalları var. Orada həm də 30 otaqdan ibarət otel, restoran, bilyard zalı və digər tikililər müsafirlərə
xidmət edir. Bu kəndin iş adamları da öz kəndlərinə
qayğı və diqqətlə yanaşırlar.
Kəndin girəcəyindəki möhtəşəm qəhrəmanlıq
abidəsini də onlar inşa etdiriblər. Azərbaycanın fəxri Həzi Aslanovun gördüyünüz
bu heykəli də bu kənddə
təsadüfən qoyulmayıb.
Qəhrəmanın ata-baba yurdu
Gərmətük olub,
Həzi anadan olmamış atası Lənkərana köçüb.
Hə, yolunuz bir də bura düşsə,
onda bütün evlərdə odun sobasının yerində qaz sobaları görəcəksiniz.
Azər Abdullayevlə xudahafizləşib
Həzi Aslanovun Lənkəran şəhərində
yerləşən ev muzeyinə tələsirəm.
Tarixə çevrilmiş
əbədi qəhrəman
Lənkəran
şəhərinin mərkəzində,
İsmət Qayıbov
küçəsi, ev 19-da yerləşən
Həzi Əhəd oğlu Aslanovun ev muzeyi kiçik
bir həyətdə,
səliqəli bir məkanda hər gün qonaqlarını gözləyir.
İki dəfə Sovet
İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru
Həzi Aslanovun büstü də burda yerləşir.
1910-ci il yanvarın 22-də anadan olmuş qəhrəman,
1945-ci il yanvarın
24-də həlak olub.
Onlarla qızğın döyüşlərdə cinahlardan
alman faşistlərinə
ölümcül zərbələr
endirən əfsanəvi
qəhrəman erməni
marşalı Baqramyan
tərəfindən öldürüldüyü
Musa Bağırovun "Sərkərdənin
taleyi" kitabında
faktlarla əsaslandırılmışdır.
Ağır döyüşlərdə
6 dəfə ciddi yaralanan, 8 dəfə Ali Baş Komandan tərəfindən təşəkkür
alan Həzi
Aslanovun müharibənin
sonlarına bir neçə ay qalmış
türk dünyasının
qatı düşməni
olan ermənilər tərəfindən xaincəsinə
qətlə yetirilməsi
çox şeylərdən
xəbər verir.
9 nəfər
işçisi olan 5 otaqlı muzeyin direktoru Tamara Fətullayeva
mən içəri daxil olmamışdan qapının ağzındakı
ayaqqabılara baxıb
gülümsədi. Mən də
ayaqqabılarımı çıxarıb
eyvana daxil oldum. Eyvanda müxtəlif ekspanatlar,
şəkillər qoyulmuş
otaqlarda çox böyük səliqəlilik
hökm sürürdü.
Ömrünün 42 ilini muzeyə
həsr etmiş Tamara
xanım bildirir ki, bu bina
1966-1967-ci illərdə inşa
edilib, 1969-cu ilin 9 mayından fəaliyyətə
başlayıb. 1983-ci ildə muzey xeyli genişləndirilərək
indiki görkəminə
salınıb.
(ardı
gələn sayımızda)
Səxavət Məmmədli
Ədalət.- 2012.- 24 yanvar.- S.7.